Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   2   3   4   5   6   7   8   9   ...   21

"Yalan sərbəst insanlar ölkəsində tam yasaqdır"...

"Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir"...

"İnsanlar qorxaq doğulmazlar. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullar vətəndaşı 

qorxağa çevirir"...

"Uşaqlıqdan öz-özünü idarə etməyə, düşünməyə və mühakiməyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç 

nədən qorxub hürkməzlər"...

"Başqalarının kölgəsində yaşayanlar, ya da başqalarının yaxşılığı hesabına sərvət toplayanlar yaxşılıq edənlərə möhtac 

olur, onların arzularına, istəklərinə boyun əymək, haqlı-haqsız fikirlərinin önündə əyilmək məcburiyyətində qalırlar"...

"Mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı 

tənqidləri susdurmaq üçün, istər-istəməz, hədə-qorxu yolunu tuturlar"...

"Sərbəst ölkənin fərdləri arasında həmrəylik göstərmək, birgə dəstək nümayiş etdirmək əsasdır"...

"Sərbəst insanlar ölkəsində bircə adam tapılmaz ki, heç olmasa 5-6 ictimai tellə bağlanmış olmasın"...

Bəlkə də Əhməd bəyin başqa deyimlərini seçəcəksən, amma hər halda Əhməd bəyin sözləri səni sərbəst olmaqla 

bərabər, "birgəyaşayış" barədə düşünməyə vadar edə bilər. Məsələn, düşün görək, şagird dostlarınla sinifdə

"birgəyaşayışı" təmin edə bilərsənmi? Sinfiniz məktəbin həyatı ilə hansı "ictimai tellərlə" bağlıdır? Məktəbdən 

kənardakı cəmiyyətlə "ictimai bağlarınız" varmı?

İnanırıq ki, bu "düşüncə oyunu" nəticəsiz qalmayacaq, axı Əhməd bəy  uşaqlı- böyüklü hamımıza  anladır ki, sərbəst və

azad yaşamağa qəti qərar vermisinizsə, özünüz də dəyişməlisiniz.

Sərbəst olmaq elə dəyişmək qərarı və dəyişmək hünəridir. Bu, Əhməd bəyin bəlkə də əsas və son hökmüdür.

Rəhman Badalov

* * * 


Əhməd Ağaoğlu

SƏRBƏST İNSANLAR ÖLKƏSİNDƏ İstanbul, 1930

ÖN SÖZ

Monteskyö "Qanunların ruhu" adlı əsərində hakimiyyət biçimlərindən bəhs edərkən, deyir ki: "İstibdad (despotiya) -



qorxuya, monarxiya – şərəfə, respublika isə fəzilətə (virtue-ing.) dayanır".

Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq - tək şəxsin şıltaq və həvəsinə tabe 

olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində

saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu 

aşılamağa söykənir.

Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya 

bilməsi üçün bəllidir ki, hər iki tərəf bir-birinə sədaqət göstərməli və bağlı olmalıdır. Yəni şərəf şərt sayılır.

Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə

qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi 



üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər; yəni respublika 

zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir.

Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Oxucuların diqqətinə yetirdiyim bu əsəri, bax, həmin suallara cavab 

verməkdən ötrü yazmışam.

Türk milləti, dahi rəhbərinin aparıcılığı ilə (Mustafa Kamal Paşa Atatürk nəzərdə tutulur - tərc.) Respublika kimi ən 

mükəmməl bir idarə biçiminin doğru olduğunu ortaya çıxarıb; ancaq bu çox incə, çox zərif və buna görə də çox 

mürəkkəb olan dövlət idarə biçiminin inkişaf və sağlamlığı üçün Respublika bizdən, yəni türk millətinin fərdlərindən 

bəzi mənəvi özəlliklər tələb edir.

Millətin bir fərdi olduğuma görə, mən aciz də həmin özəllikləri necə anlayıb-qavradığımı bu naciz əsərdə (yəni 

əhəmiyyətsiz əsərdə. Müəllif təvazökarlıq edir və öz əsərini sadəcə təşəbbüs kimi qiymətləndirir - tərc.) yazmaq 

istədim, yəni Respublikanın mənəvi cəbhədən ideologiyasını özümə görə qurmaq cürəti göstərdim.

Əsərimə hansı biçim verməklə bağlı xeyli tərəddüd keçirdim; nəhayət, onu bir hekayə şəklində yazmağa qərar verdim. 

Əsarətdən qurtulmuş bir Türk fərdini azad və sərbəst bir ölkəyə apardım; bu ölkənin rəhbərləri Türk Cümhuriyyətini 

quran dahinin əməl və arzularının gerçəkləşməsi üçün çalışmaqdadırlar ("dahi" deyərkən, yenə Atatürk nəzərdə tutulur 

- tərc.). Türk fərdi mənim Pir dediyim bu rəhbərlərlə görüşür, onların bir Respublikada azad və sərbəst vətəndaşların 

necə olmaları haqqında fikirlərini öyrənir; eyni zamanda sərbəst ölkədə gördüyü elm və mədəniyyət ocaqlarını təsvir 

etməklə məmləkətimizin Azadlıq və Ləyaqət sayəsində necə inkişaf edərək gələcəkdə nur və mədəniyyət mənbəyi 

olacağını da göstərir.

Bax, bu umacaqsız əsərimin biçimi, hədəfi və amacı budur. Bu əsər əvvəlcə hissə-hissə "Cümhuriyyət" qəzetində nəşr 

olundu. Xalqımızın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə

yetirmək cürətini verdi.

* * *


SƏRBƏST İNSANLAR ÖLKƏSİNDƏ

Mən bir əsir idim, 

azad olmaq istədim

Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs 

aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım 

atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

Sol tərəfə gedən yol Azadlıq yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə

qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:

Sərbəst insanlar ölkəsi

"Əsl mən istəyən yerdir" deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:

- Sən kimsən? Hardan gəlib haraya gedirsən? - deyə soruşdular.

- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, - dedim.

Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.

- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? - deyə soruşdular.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə