Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   2   3   4   5   6   7   8   9   ...   21

- Anlamadım.

- Elə isə bu suallara cavab ver:

1. Tamahına yiyə durursanmı?

2. Doğrunu sevirsənmi?

3. Həqiqətə dözümün varmı?

4. Ləyaqət sahibisənmi?

Anladım ki, yol verməkdən ötrü məni imtahana çəkirlər. Sualların hamısına "hə" cavabını verdim. Keşikçilər önümdə

hörmətlə əyildilər. Qalanın qapısını açdılar və onlardan biri məni şəhərə apardı.

Şəhər artıq oyanmışdı. Dükan, bazar açılmışdı. Hər kəs öz iş-gücü ilə məşğul idi. Bu qədər gözəl və abad bir şəhəri 

mən ilk dəfə görürdüm. Xalqın xoşbəxt və firavan yaşadığı hallarından bəlli idi. Rastlaşdığımız adamlar bizi gülərüz və

xoş davranışla salamlayırdılar.

Nəhayət, böyük bir evin qapısı önündə ayaq saxladıq. Keşikçi qapını döydü. İçəridən yaşlı bir adam çıxdı. Keşikçi: 

- Yeni bir vətəndaş... - deyərək məni göstərdi.

Yaşlı kişi məni məhəbbətlə salamlayıb içəri çağırdı. Sonra geniş bir otağa aparıb dedi:

- Bu otaq və buradakı hər şey sizindir.

Mən heyrətləndim. Yaşlı kişi əlavə etdi:

- Bir az sonra pirlərimiz (burada "yaşlı müəllimlər" mənasında - red.) gəlib sizinlə görüşər. Hələlik dincəlin.

Yaşlı kişi getdi. Bir gənc adam gəlib mənə yemək-içmək gətirdi.

Bir müddət sonra pirlər gəldilər, məni bir başqa otağa aparıb, kim olduğumu, haradan və nə üçün gəldiyimi soruşdular. 

Mən onlara belə cavab verdim:

- Əsilli-nəsilli soyum, nəcib elim, təmiz qanım var. Əvvəllər yurdum Orta Asiyanın yüksək yaylaları idi. Sonra qaynar 

qanımız güc gəldi, babalarım Şərqə, Qərbə, Şimala və Cənuba doğru yayıldılar. Məmləkətlər basdılar, dövlətlər 

qurdular, mədəniyyətlər doğurdular. Ulularımız əvvəl-əvvəl sadə yaşayar, el-elatla oturub-durar, qanuna baxar, doğruya 

və qurultaya tapınardılar. El ağaları, oba böyükləri, ölkə tərxanları haqqı qorumaqdan, doğrunu söyləməkdən, azğınlara 

hədlərini bildirməkdən və zorakılığa qarşı dayanmaqdan çəkinməzdilər. Nə qədər ki belə idi, elim qüvvətli və ellər 

arasında sayılan ellərdən idi. Ancaq sonralar qanımız qarışdı, kölə ellərin adətlərinə, mərasimlərinə qapıldıq, 

qurultaydan qaçdıq. Beləcə, qanun pozuldu, zorakılıq qələbə çaldı və bəy millətim qul oldu. O zamandan ocağımız 

söndü, adımız-sanımız batdı. Günün birində alçaq xaqanımız bizi yadellilərə satası oldu.

Artıq buna dayana bilmədik, aramızdan sarı saçlı, mərd üzlü, aslan baxışlı biri çıxdı: - "Yəni elindən əl çəkən, yurdunu 

əsirgəyən Tanrının elçisi sayılar?" Sözlər söylədi ki, donmuş qəlblərə istilik, ölmüş damarlara can verdi. İşlər gördü ki, 

bütün dünyanı heyrət bürüdü. Yadelliləri yurddan qovdu, xaqanı başıaşağı etdi. İndi o, millətini azadlığın işığına 

toplayır. Mən həmin vaxtlar zindanda xaqanın əsiri idim. Ü midsizlik içində qıvrılarkən Tanrı elçisinin səsini mən də

eşitdim, birdən-birə canlandım, zəncirlərimi qırdım, divarı dəldim və azadlıq araya-araya, bu diyara gəldim.

Pirlər məni artan bir diqqət və maraqla dinlədilər. Nəhayət, onlardan biri:

- Bəli! Bəli! Biz də o qəhrəmanımızı tanıyırıq, biz də onu sevirik. Burada onun idealı uğrunda hərəkət edirik - dedi və

əlavə etdi, - Deməli, siz azad yaşamağa qərar verdiniz?




- Bəli!

- Ətraflı düşündünüzmü? Qərarınız qətidirmi? Azad yaşamağın nə qədər çətin olduğunu bilirsinizmi?

- Bəli, bilirəm. Qərarım da qətidir.

- O halda bilməyiniz və əməl etməyiniz lazım gələn bəzi şərtlər var. Həmin şərtlər bu risalədə yazılıb. Oxuyub 

düşünün. Bir neçə gündən sonra yenə gəlib görüşərik.

Yaşlı adamlar getdilər.

SƏRBƏST İNSANLARIN ƏSAS YASASI (QANUNU)

Mən o dəqiqə risaləyə sarılıb, üzərindəki bu başlığı oxudum:

"Sərbəst insanlar ölkəsinin əsas qaydaları"

İlk səhifəni çevirdim. Gözüm bu başlığa sataşdı:

Ü mumi əsaslar

Bunun altında aşağıdakı maddələr yazılmışdı:

1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi 

azadlığın əsaslarıdır.

2. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.

3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.

Ç ox qəribə görünən bu maddələri oxuyandan sonra gözüm ikinci başlığa sataşdı:

"Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)"

Yasada aşağıdakı maddələr qeyd olunmuşdu:

1. Azadlıq doğruya və cəsarətə söykənir;

2. Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır.

Bu azara tutulan ölkə xaricinə çıxarılır;

3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;

4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar;

5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz;

6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;

7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar;

8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər;

9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar;

10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər;

11. Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;

12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;

13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır 

olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar;

14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur.



Maddələri oxudum və düşündüm: Adamı mat qoyan bir ölkədir! İndiyə qədər bunun tam tərsini görmüşəm və tam 

tərsini eşidib, tam tərsinə alışmışam!.. Görəsən, öyrəşə biləcəyəmmi? İçimi şübhə və tərəddüdlər bürüdü. Xəyalıma bir 

an buradan qaçmaq gəldi. Ancaq qürurum, şərəf duyğum mane oldu. Öz-özümə dedim ki:

"Bura gəlmişəmsə, sərbəst insanlar ölkəsinin vətəndaşı olmaq istəmişəmsə, alışmağa çalışmalıyam. Bu, bir şərəf 

məsələsidir. Bəli, bilirəm ki, hələ çox qorxub çəkinəcəyəm, dədə-babalarımdan və tarixdən gələn xasiyyətlərim var. 

Onlardan ayrılmaq çətindir. Ancaq hər necə olsa, çalışıb qeyrət göstərmək də mənim vəzifəmdir".

Beləcə, qanunu öyrənməyə, yasalar üzərində düşünməyə qərar verdim. Bir neçə gün ötdü. Maddələri əzbərlədim. 

Ü zərlərində düşündüm, bəzilərinin hikmətini anlaya bilmədim, bəziləri haqqında tərəddüd etdim və yaşlı adamlardan 

izahat istəməyə qərar verdim.

Bu arada ətrafıma boylandım. Olduğum evi, gördüyüm adamları öyrənməyə başladım. Oxuduqlarımdan da çox 

gördüklərim məni heyrətə saldı. Anladım ki, qaldığım ev bir qonaq eviymiş və şəhərdə bunun kimi daha bir neçə bina 

varmış. Sərbəst insanlar ölkəsinə sığınanlar bu evlərdə qalırmış. Evdə mənimlə bərabər 20-yə qədər qonaq vardı. 

Aralarında bir neçə qadının da olduğu gözümdən qaçmadı.

Burada sadəlik və təmizlik yaşayışın təməliydi. Bol yaşıllıq və bol günəş sizə sağlam və güvənli bir yaşayışdan xəbəri 

verirdi.

Məni qonaq evinə gətirən yaşlı kişi ertəsi gün məni ümumi yeməkxanaya aparıb, oraya toplaşan qonaqlara tanıtdı: 

"Yeni vətəndaşdır" - dedi. Hamı məni gülərüzlə, sevinc dolu baxışlarla qarşıladı və "Qutlu olsun!" - dedi.

Yemək bol və sadə idi. Yeməkdən sonra salona keçdik. Burada xanımlardan biri piano önünə oturub nəsə çalmağa 

başladı. Qonaqlar ayağa qalxaraq duaya bənzər bir türkü oxudular. Türkünün həzin havası içimə doldu.

Yaşlı kişi mənə üz tutub:

- Bu türkünü öyrənməlisiniz, - dedi və əlimə yazılı bir vərəq uzatdı.

Oxudum:


"AZAD OLMAQ NƏ QƏDƏR ÇƏTİN İMİŞ!"

O türkünün sözlərini indi unutmuşam, ancaq mənası beləydi:

"İnsan kainatın şüurudur,

Ona tapınıb, onu müqəddəs sayırıq.

Azadlıq şüurun müqəddəs cövhəridir,

Onu sevib, ona bağlanmışıq.

Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,

Ona sığınıb, ona güvənirik".

Bu sözlərin və bu türkünün məndə yaratdığı təsiri indi sizə anlada bilmərəm. Bir neçə dəqiqə bayğın bir halda qaldım. 

Özümə gəldiyim zaman gördüm ki, qonaqlar üçbir-beşbir ayrılaraq öz aralarında söhbətləşirlər. Tezcə mənim yanıma 

gəldilər və çoxdanın tanışları kimi, təklifsiz-filansız danışmağa başladılar. Başa düşdüm ki, onlar da mənim kimi 

azadlıq axtara-axtara bu diyara gəlib çıxıblar.

Az sonra binanın başqa yerlərini gəzməyə başladım. Sadə bəzənsə də, təmizlikdən par-par işıldayan otaq və salonların 

divarlarına neçə-neçə nəfis şəkil, qiymətli lövhə asılmışdı. Bir çox lövhəyə sərbəst insanlar ölkəsi nizamnaməsinin 

maddələri incə xətlə yazılmışdı. Ancaq başqa yazılar da vardı. Bunlardan bəziləri diqqətimi çəkdi. Oxudum:

"Ac...öz öz tamahının oduna yanar və ətrafını yandırıb-yaxar";




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə