Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
  1   2   3   4   5   6   7   8   9   ...   12


                           

                

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

      

 

 

        

      Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad 

 

 

Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi 

kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd 

kitabxana filialları üçün hazırlanmış metodik vəsait 

 

 



                                    

 

                                        Bakı -2017 




 

 



Tərtibçilər:                                       Aynurə Əliyeva 

                                           

           Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

 



“Şanlı vətənin qəhrəman övladı  Əhməd  Cavad”  metodik 

vəsait / tərt.ed. A.Əliyeva; red. S. Məlikzadə; ix. red. və burax. 

məsul  Ş.  Qəmbərova;  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası.- Bakı, 2017. - 50 s.

 

 

   



 

 

  



      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                   

 



 

 



 Tərtibçidən  

                                                            Soranlara, mən bu yurdun 

                                                            Anlatayım nəsiyəm: 

 

                                                Mən çeynənən bu ölkənin  



 

                                                Haqq-bağıran səsiyəm.  



                                                                                                   

Əhməd Cavad 

 

       Qasırğalar  gələndə  təkcə  güllər,  çiçəklər  sınıb  tökülmür. 



Həm  də  qollu-budaqlı  ağaclar  parçalanır,  yarılır,  yıxılır.  20-ci 

illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa 

gücü  ilə  dağıdıb,  uçurdu.  Amma  təbiətin  də  öz 

qanunauyğunluqları    var.  Heç  nə  izsiz,  tozsuz  qalmır.  Kökü 

torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar 

nə qədər qasırğa görsə də, tufanlarla üzləşsə də  yaşayır.

 

Neçə-


neçə  dəyərli  insanın  ömrünə  balta  çalmış,  həyatını  zülmə 

döndərmiş  1937-ci  ilin  qara  tufanının    qurbanlarından  biri  də 

Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki, adı çəkilən kimi 

bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-

ixtiyari olaraq səslənir. 20-ci illərin dalğaları Əhməd Cavadı  bir 

şair  kimi  də,  bir  vətəndaş  kimi  də  sahillərdən  sahillərə, 

qayalardan  qayalara  çırpmaq,  əzmək  istəmişdi.  İndi  üstündən 

uzun illər dolandıqdan sonra adam nə o dalğaların gücünə, nə o 

qasırğanın amansız  rəftarına inanmaq istəmir. Çünki vaxt hər 

şeyi  yerbəyer  edir.  Əhməd  Cavad  indi  dalğalardan  da, 

tufanlardan  da  özü  qədər,  yaradıcılığı  və  şəxsi  qüdrəti  qədər 

ucada  dayanır.  Arxivləri  vərəqləyib  keçmişə  qayıtdıqca  istər-

istəməz adamın ürəyindən gizli-gizli sızıltılar keçir. Varlığında 

bir üşütmə qopur. Bir insana nə qədər təqiblər edilər, nə qədər 

hiylələr qurularmış?..  



 

     Ədəbiyyatımızda  şair,  müəllim,  vətəndaş,  içtimai-siyasi 



xadim,  publisist,  jurnalist,  tərcüməçi  kimi  tanınan  Əhməd 

Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, 

“Çırpınırdın Qara dəniz”, (yaxud “Yol ver türkün bayrağına”), 

“Göy göl” və digər şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu 

kütləsi  üçün  çox  əzizdir.  Bütün  fəaliyyəti,  bədii  yaradıcılığı 

doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar 

təbli  şairimizin,  talesiz  Əhməd  Cavadın  keçdiyi  həyat  yolunu 

oxuculara  çatdırmaq  və  eyni  zamanda    böyük  şairin  125  illik 

yubileyi münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik. 

Vəsait  iki  hissədən  ibarətdir.  I  hissə  “Əhməd  Cavad  yanğısı” 

adlanır və Əhməd Cavadın  həyat və yaradıcılığından bəhs edir. 

II  hissədə  isə    “Salam  Türkün  bayrağına”  adlanır  və  Əhməd 

Cavad yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır. 

 

 



                                Yaradıcılığı  

        Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad 

yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun 

qələmi  ilə  həkk  olunmuşdur.  Milli  oyanış,  xalq  hərəkatı,  türk 

xalqlarının  birliyinə  çağırış,  xalqın  yaddaşına  qayıdış  kimi 

duyğular  Əhməd  Cavad  şeirlərinin  ruhuna  hopmuşdur.  Şairin 

yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı 

qabarıq  verilmişdir.  Əhməd  Cavad  (Cavad  Məmmədli  oğlu 

Axundzadə  1892-1937)  Şəmkir  rayonunun  Seyfəli  kəndində 

anadan  olmuşdur.  Kənd  məktəbini  bitirdikdən  sonra  təhsilini 

Gəncədə  müsəlman  ruhani  seminariyasında  davam  etdirmiş, 

burada  rus,  ərəb,  fars  dillərini  mükəmməl  öyrənmiş,  Hüseyn 

Cavid  və  Abdulla  Surun  tələbəsi  olmuşdur.  1910-cu  ildən 

başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və 

jurnallarda iştirak etmişdir. Birinci Dünya Müharibəsi illərində 

o,  rus-türk  cəbhəsi  xəttində  müharibədən  zərər  çəkmiş  dinc 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə