Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   ...   4   5   6   7   8   9   10   11   12

38 

 

                  Mənə  versin ağılı- 



                  Çox söyləsin nağılı. 

      


Tədbirin  sonunda  uşaqlar  şeirdə  adı  çəkilən  personajların 

şəklini çəkərək tədbirdə nümayiş etdirirlər.  Bütün uşaqlar, eləcə 

də iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılır.  

          Kitabxanada    şairdən  bəhs  edən    müxtəlif  tədbirlər  və 

eləcə  də    ədəbi-bədii  gecə  keçirilir.  Unudulmaz  şair  Əhməd 

Cavadın    xatirəsinə  həsr  olunmuş    Yaralıdır  könlüm  quşu, 



yaralı,  Yaralandı  yazıq  şair  olalı...”  adlı  ədəbi-bədii  gecəyə 

Azərbaycanın  gorkəmli  ədibləri,  sənət-söz  adamları,  oxucular, 

ali məktəb tələbələri, məktəblilər dəvət olunur. Qonaqlar şairin 

şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış 

çərçivərələrlə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Şairin 

kitablarından  ibarət    kitab  sərgisi  qonaqlar  tərəfindən  rəğbətlə 

qarşılanır. Gecənin qonaqları ilk öncə “Əhməd Cavad haqqında 

hazırlanmış  veriliş”  in  slaydına  baxmağa  dəvət  edilir.  Gecəni 

açıq elan etmək üçün aparıcılar səhnədə öz yerini alır. Hər iki 

aparıcı  qonaqları  salamlayaraq,  onlara  gecədə  iştirak  etdikləri 

üçün təşəkkürünü bildirirlər.   

I  aparıcı:    Salam,  dəyərli  qonaqlar,  bu  il  böyük  maarifçi, 

bənzərsiz  pedaqoq,  ədəbiyyat  fədaisi,  tərcüməçi,  şair  Əhməd 

Cavadın  anadan  olmasının  125  illiyi  tamam  olur.  Bu 

münasibətilə  buraya  yığışmışıq.

 

Əhməd  Cavad  həyatın  bütün 



səslərinə,  bütün  çağırışlarına  cavab  verən  əsil  şairdir.  O, 

ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir 

şairdir.

 

Əhməd Cavad  yaradıcılığı  simvolik, romantik, bədbin, 



nikbin,  fərdi  və  içtimai  hislərin  ifadəsi  baxımından  əlvan  bir 

mozaikanı  xatırladır.  Bu  mozaikada  istər  klassik  örnəklərin, 

istərsə  müasir  poeziya  anlamının  qəribə  bir  vəhdəti  dayanır. 

Görkəmli şair, alovlu publisistik və içtimai xadim Əhməd Cavad 

əsrimizin  10-cu illərindən başlayaraq dirçəlməkdə olan maarif 



39 

 

və  mədəniyyətimizin  fədailərindən  olmuşdur.  O,  dahi 



bəstəkarımız 

Üzeyir  Hacıbəyovla  birlikdə  Azərbaycan 

demokratik Cümhuriyyətinin dövlət himninin müəllifidir.  

II  aparıcı: 1919-cu ildə iki hürriyyət aşiqi, xalqının iki böyük 

oğlu  Üzeyir  Hacıbəyovla  Əhməd  Cavad  Azərbaycan  Xalq 

Cümhuriyyətinin    himnini  yazmaq  qərarına  gəlirlər.  Və  çox 

keçmədən  Azərbaycan  parlamentində  sözləri  Ə.Cavadın, 

musiqisi Üzeyir bəyin olan dövlət himni səslənir. Səksən  illik 

ayrılıqdan  sonra  həmin  əzəmətli  himni  bu  gün  biz  də    oxuya 

bilirik.  Ən  şərəflisi  isə  budur  ki,  uzun  illər  yasaq  edilmiş, 

zülümlərə  məruz  qalmış,  böyük  şəxsiyyətlərimizin  yaratdığı 

himn  bu  gün  müstəqil  Azərbaycan  dövlətinin  himni  kimi 

dünyanın böyük salonlarında, idman meydanlarında, beynəlxalq 

təşkilatların  toplantılarında  səslənir.  İsdtiqlal  şairi  Əhməd 

Cavadın  sözlərini  yazdığı,  misilsiz  bəstəkar    Üzeyir  bəyin 

bəstələdiyi  “Azərbaycan  marşı”  bu  baxımdan  əvəzedilməz  

sənət  əsəridir.  Həmin  marşın  himn  kimi  qəbulu  qənaətinin 

doğruluğunu tarix və zaman təsdiqlədi.  

I aparıcı: 27.05. 1992-ci il tarixli  Azərbaycan Respublikasının 

Qanunu  ilə  musiqisi    Üzeyir  Hacıbəyovun,  mətni  Əhməd 

Cavadın  “Azərbaycan  marşı”  Azərbaycan  Respublikasının

 

Dövlət himni kimi təsdiq olundu.  



           Azərbaycan!

 

Azərbaycan! 



           Ey qəhrəman övladın şanlı Vətəni! 

           Səndən ötrü can verməyə cümlə hazırız! 

           Səndən ötrü qan tökməyə cümlə qadiriz!   

           Üçrəngli bayrağınla məsud yaşa! 

 

            Minlərlə can qurban oldu! 



            Sinən hərbə meydan oldu! 


40 

 

               Hüququndan keçən əsgər! 



 

   Hərə bir qəhrəman oldu! 

 

               Sən olasan gülüstan,  



               Sənə hər an can qurban! 

               Sənə min bir məhəbbət,  

               Sinəmdə tutmuş məkan! 

 

                Namusunu hifz etməyə,  



                Bayrağını yüksəltməyə, 

                Cümlə gənclər müştaqdır! 

                Şanlı Vətən!

 

Şanlı Vətən! 



                Azərbaycan! Azərbaycan! 

II  aparıcı:  Ulu  öndər,  möhtərəm  Heydər  Əliyev      dövlət 

himnimizin  məziyyətlərindən  danışarkən  deyir:  “Mən  bu  gün 

bildirmək  istəyirəm  ki,  1918-1920-ci  illərdə  Azərbaycanda 

hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin   bugünkü  nəsillərə 

qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün 

biz  qəbul  etdiyimiz  qanunla  istifadə  etdiyimiz  dövlət  himnidir 

və bir də Azərbaycan dövlət bayrağıdır.”  

I  aparıcı:  İstiqlalın  bir  atributu  da  ordumuz  idi.  Onun  istər 

şəhidlərimizə,  istər  əsgərlərimizə  qoşduğu  şeirlərində  bu  əsas 

yer tuturdu. Ə.Cavadın “Ölkəm” adlandırdığı “Gerbimizə ithaf 

edirəm”-deyə qoşduğu şeirində də, istiqlal ruhu çox güclüdür: 

           Üçrəngli bayrağım, üçrəngli Gerbim,  

           Ahəngli bayrağım, ahəngli Gerbim; 

           Göy, yaşıl, qırmızı çələngi Gerbim,- 

           Adım, nişanımdır, tək Gerbim deyil, 

           Arzum, mübarizəm, tək hərbim deyil,  

           Məsləkim, əqidəm-tək təbim deyil

           Sökülən Dan yeri, Gündüzlər ölkəm!  



41 

 

Şair  istiqlalı  bax  beləcə  təsəvvür  edir,  o  mahiyyətdə  də 



oxucularına çatdırırdı.  

II aparıcı: Əhməd Cavad yaradıcılığında Azərbaycan, Qafqaz, 

Türk dünyası obrazları çox qabarıq verilmişdir.  Onun hər şeiri, 

hər misrası sanki yurdumuzun bir parçasıdır. Onlar ilk sözündən 

oxucunu  məftun  edir,  onun  ürəyini  ələ  alır,  bircə-bircə 

tariximizi, coğrafiyamızı nişan verir.   

II  aparıcı:  Əsl  istiqlal  fədaisi,  cümhuriyyətin  əvəzsiz 

tərənnümçüsü Əhməd Cavad öz sözü, öz dəsti-xətti, öz üslubu 

olan  el-oba  vurğunu  idi.  Onun  yaradıcılığında,  Türkiyə, 

Azərbaycan,  qədim  Gəncə,  dağlar  gözəli  Göy  göl  və  elimizin 

digər 

əsrarəngiz  guşələri  canlı  obrazlar  səviyyəsinə 



yüksəlmişdir. Məsələn:  

 

 



 Dumanlı dağların yaşıl qoynunda  

                         Bulmuş gözəlliklə  kamalı Göy göl. 

                         Yaşıl kəmənbəndi gözəl boynunda 

                         Əks etmiş dağların camalı Göy göl. 

                         Kəsin eyşi-nuşi, gələnlər, susun, 

 Dumandan yorğanı, döşəyi yosun. 

 Bir yorğun pəri var, bir az uyusun, 

 Uyusun dağların maralı Göy göl... 

 

I aparıcı:  Əhməd Cavadın yazdığı “Çırpınırdı Qara dəniz” isə 

az qala milli himn qədər kütləvi şəkildə oxunulan və sevilən bir 

əsərə çevrilmişdir: 

 

 



Çırpınırdı Qara dəniz, 

Baxıb Türkün bayrağına! 

                       “Ah!...” deyərdim, heç ölməzdim 

                         Düşə bilsəm ayağına. 

 

 



42 

 

                         Ayrı düşmüş dost elindən, 



                         İllər var ki, çarpar sinən!.. 

                         Vəfalıdır gəldi, gedən, 

                         Yol ver Türkün bayrağına! 

 

                         İncilər tök, gəl yoluna, 



                         Sırmalar səp sağ, soluna! 

                         Fırtınalar dursun yana, 

                         Salam Türkün bayrağına! 

 

                         Dost elindən əsən yellər, 



                         Bana şeir, salam söylər. 

                         Olsun turan bütün ellər 

                         Qurban Türkün bayrağına! 

                         Yol ver Türkün bayrağına!!! 

II  aparıcı:  Yaradıcılığının  elə  ilk  nümunələrindən  söz  sərrafı 

olan,  ədəbi-elmi  fikir  adamlarının  diqqətini  cəlb  edən  Əhməd 

Cavad  tezliklə  istedadlı    şair,  alovlu  vətəndaş,  içtimai  xadim, 

xeyirxah və təşəbbüskeş insan kimi məhşurlaşaraq milyonların 

qəlbində  özünüzə  yer    tapmışdır.  Əbədi  və  içtimai  fəaliyyəti 

haqqında  dövrünün  tanınmış  şəxsiyyətlərinin  təqdir  və  rəğbət 

dolu  fikir  və  mülahizələrini  eşidərək  xoş  və  şirin  duyğular 

səltənətinin  kəhkəşanında  poeziyasının  romantik  köhlənini 

çapmaq səadəti ona nəsib olsa da, tezliklə Əhməd Cavadın başı 

üstündə  qara  buludlar  oynamış  və  onun  haqqında  ya  heç 

danışılmamış, ya da qərəz və iftira dolu sözlər söylənmiş, yazılar 

çap  edilmişdir.  Azərbaycanın  böyük  şairi,  publisist,  maarifçi, 

əvəzsiz  tərçüməçi    və  gözəl  insan  olan  Əhməd  Cavad 

Axundzadə    yaradıcılığının  müdrikləşən  və  çiçəkləyən,  ən 

parlaq  dövründə repressiya illərinin qurbanı olmuş, 1937-ci il 

noyabr  ayının  13-də  45  yaşında  günahsızcasına  qətlə 




43 

 

yetirilmişdir.    Şairin  özünün  və  ailəsinin  başına  gətirilən 



müsibətlər olduqca ürək ağrıdıcıdır.   

I  aparıcı:  Əhməd  Cavad  bir  şair  kimi  öz  ədəbi  yolunu  belə 

müəyyənləşdirmişdir: 

 

       Mən çeynənən bir ölkənin  



                   Haqq bağıran səsiyəm!    

Əhməd Cavad, sən elə bir şeirsən ki, sevməyənlər anlamaz. Sən 

qalibsən,  səni  qalib  edən  isə  şeirlərindir...  Ə.Cavad  

unudulmazdır.  Üç  rəngli  bayrağımız  kimi,  Azərbaycan 

Demokratik Respublikamız kimi, Ay-ulduz kimi, Göy gölümüz, 

Kürümüz,  Arazımız,  Gəncəmiz,  Bakımız  kimi  şeirimiz, 

nağıllarımız, dastanlarımız, havamız, suyumuz kimi, həyatımız 

kimi... 


                Eşqindən güc alıb bu ilhamım da, 

                Duyğular qəlbimdə sellərə dönür! 

                Ellərin verdiyi arzu-kamım da 

                Yenidən baş alıb ellərə dönür! 

                Nə böyük bir qüdrət varmış sənətdə, 

                Ömürlük bağlıdır söz də, söhbət də; 

                Çəkilən əzab da, iş də, zəhmət də 

                Çiçəklərə dönür, güllərə dönür! 

                Fikirlər içində fikrim var deyə, 

                Tuturam torpaqdan, qalxıram göyə! 

               Xəyalım uçduqca hey gələcəyə

               Gah da ötüb keçən illərə dönür! 

 

 

 



 

 



44 

 

 



Ədəbiyyat siyahısı 

 

Əsərləri 

Seçilmiş əsərləri : şeirlər,hekayələr. - Bakı : Şərq-Qərb, 2005. - 

296 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində 

latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 

12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.  

Seçilmiş əsərləri : poeziya. - Bakı : Çaşıoğlu, 2006. - 232 s. : 

portr. - (Azərbaycan Ədəbiyyatı).  

Seçilmiş əsərləri [Elektron resurs] : poeziya  - Bakı : İnnovativ 

Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk (CD-

ROM) : ağ-qara : il. - (Nizami layihəsi). - (qutuda). 

Sən olasan gülüstan : Seçilmiş əsərləri. - Bakı : Təhsil, 2012. - 

192 s. 

 

Kitablarda 



 

Azərbaycan bayrağına : şeir // Azərbaycanın Respublikasının 

dövlət rəmzləri. - Bakı : Çaşıoğlu, 2010. - S. 249.  

Azərbaycan marşı // Azərbaycan Respublikasının dövlət 

rəmzləri. - Bakı : Çaşıoğlu, 2010. - S. 248.  

Beşik ; Balalarıma ; Mən Tuqayam : şeirlər // Azərbaycan uşaq 

ədəbiyyatı antologiyası. 3 cilddə.– Bakı : Öndər, 2004. - C.2. - 

S. 64-66.  

Bismillah ; Röyasını görmüşdüm ; Milli bayrağımıza! və b. : 

şeirlər // Azərbaycan Demokratik Respublikası dövründə 

ədəbiyyat. - Bakı : Elm, 2003. - S. 161-182. - Kitaba həmçinin, 

"Ey əsgər" ;"Gəlmə" ; "Bakı deyir ki" ; "Bir yıl əvvəl" adlı 

şeirləri və məqalələri də daxil edilmişdir.  



45 

 

Can, Azərbaycan : şeir // Azərbaycan Respublikasının dövlət 



rəmzləri. - Bakı : Çaşıoğlu, 2010. - S. 250-251.  

Çırpınırdı Qara dəniz : şeir // Görüryılmaz M. Türk Qafqaz 

İslam Ordusu və ermənilər (1918). - Bakı : Qismət, 2008. - S. 

289. - Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələmişdir. 

Ey əsgər : şeir // Görüryılmaz M. Türk Qafqaz İslam Ordusu və 

ermənilər (1918). - Bakı : Qismət, 2008. - S. 105.  

Nə yazım ; Nə üçündür ; Kölgəm ilə mən və b. : şeirlər // XX 

əsr Azərbaycan poeziyası antologiyası : 1920-ci illərin 

poeziyası. - Bakı : Elm, 2009. - I kitab - S. 148-164.  

Şəhidlərə ; Al bayrağa ; Azərbaycan bayrağına ; Qardaş ; Göy 

göl // El bilir ki, sən mənimsən : şeirlər. - Bakı : Təhsil, 2013. – 

S.27-31. - (Məktəb kitabxanası).  

Şəhidlərə = Sarmaşıqlı məzar : Azərbaycandakı Osmanlı 

şəhidlərinə // Görüryılmaz M. Türk Qafqaz İslam Ordusu və 

ermənilər (1918). - Bakı : Qismət, 2008. - S. 155.  

Dövri mətbuatda 

 

Ana : şeir : Gəncə, 14 mart 1914  // İşıq. - 2012. - № 1. - S. 53.  



Azərbaycan bayrağına : şeir // Füyuzat. - 2008. - № 3(41) . - S. 

5.  


Azərbaycan Xalq Cümhuriyyətinin Milli Bayrağı : şeir // 

Respublika. - 2010. - 11 noyabr. - № 247. - S. 6.  

Balalarıma : şeir // Savalan. - 2014. - 15-21 iyul. - № 53/54. - 

S. 3.  


Göygöl : şeir // Savalan. - 2013. - 14-16 may. - № 33. - S. 2.  

Göy-göl ; Sən ağlama ; Azərbaycan bayrağına : şeirlər // 

Azərbaycan. - 2005. - № 5. - S. 3-4.   



46 

 

Münacat // Füyuzat. - 2015. - № 2. - S. 62.  



Nədən yarandın? : şeir // Füyuzat. - 2009. - № 3(47). - S. 5.  

Susmaram : şeir // Füyuzat. - 2012. - № 1(63). - S. 31.  

Türk ordusuna ; Azərbaycan bayrağına ; Şəhidlərə ; Al bayrağa 

: şeir // Mədəniyyət. - 2008. - 28 may. - S. 15.  

Yazıq : şeir // Füyuzat. - 2014. - № 3. – S.12. 

 

Haqqında 

 

Kitablarda 

 

Ələkbərli N. Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, 

Almas İldırım. - Bakı : Şirvannəşr, 2007. - 224 s.  



 

Qurban T.  

Məmməd Əmin Rəsulzadə və Azərbaycanda 

ədəbi proses // Ömür yolları. - Bakı : OL, 2013. - S. 36-52.  

 

Kənan A. Azərbaycan himninin müəllifinin faciəsi : Əhməd 

Cavad // XX əsrdə repressiyaya məruz qalanlar. - Bakı : 

Azərnəşr, 2011. - S. 7-21.  

 

Dövri mətbuatda 

 

Abbaslı T.   Şəxsi ağrı-əzabları min-min... : milli arzu-

əməlləri çin-çin - himn şairimiz Əhməd Cavad // Mədəniyyət. - 

2012. - 18 may. - № 35. - S. 13.  

Ağabalayeva S. Tarixi dəyərləndirmək fürsəti və bir dövlət 

quracaq milli ruh : şair Əhməd Cavadın Cümhüriyyət dövrü 

yaradıcılığı haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 30 may. - № 

34/35. - S. 25.  



Anar. İki şairin acı taleyi : Məhəmməd Hadi (1879-1920) və 


47 

 

Əhməd Cavad (1892-1937) // Ədəbiyyat qəzeti. - 2016. - 24 



dekabr. - № 51/52. - S. 4-5.  

Anar. İki şairin acı taleyi : Məhəmməd Hadi və Əhməd Cavad 

// Ədəbiyyat qəzeti. - 2010. - 9 sentyabr. - № 36. - S. 4.  



Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi 

qeyd edildi // Ədəbiyyat qəzeti. - 2012. - 9 iyun. - № 21. - S. 2.  



Ceyhun. Əhməd Cavad - istiqlal şairi // Mədəniyyət. - 2012. - 

30 noyabr. - № 87. - S. 4.  



Əhməd Cavadın yubileyi Türkiyədə : Əhməd Cavad - 120 // 

Ədəbiyyat qəzeti. - 2012. - 19 may. - № 18. - S. 1.  



Əhmədov T. Baş redaktordan : Azərbaycan Xalq 

Cümhuriyyəti – 90 // Füyuzat. - 2008. - № 3(41). - S. 2-4.  



Əhmədova G. İstiqlal şairi // Mədəniyyət. - 2012. - 21 dekabr. 

- № 93. - S. 12.  



Fərəcova, Z. "Qırmızı siyahı" : Əhməd Cavad // El. - 2006. - 

№4. - S.84-95.  



Hacıbabayev A. İstiqlal şairinə ehtiram : Əhməd Cavad – 120 

// Ədəbiyyat qəzeti. - 2012. - 23 noyabr. - № 43.  



Himnimizin müəllifi ilə bağlı həqiqət gec-tez öz yerini tutacaq 

: Tənqidçi İlham Abbasovla şair Sabir Sarvanın "Duel"i  // 

Ulduz. - 2006. - № 1. - S.15-19.  

Xəlilzadə F. Haqqın səsi : Əhməd Cavad - 120 // Azərbaycan. 

- 2012. - 6 may. - № 99. - S. 11.  



Xəlilzadə F. Qara yelin apardığı - Əhməd Cavad : repressiya 

qurbanları // Azərbaycan. - 2007. - 6 may. - S.8.  



Xəlilzadə F.   Azadlıq aşiqinin ömür yolu : Əhməd Cavadın 

yaradıcılığı yolu // Azərbaycan. - 2011. - 2 iyul. - № 141. - S. 

8.  



48 

 

Xəlilzadə F.   Haqqın səsi : Əhməd Cavad - 120 // Mədəni 

həyat. - 2012. - № 10. - S. 44-45.  

İsayev Ə. İstiqlal şairinin özü və sözü : Əhməd Cavad - 120 // 

Azərbaycan. - 2012. - 12 aprel. - № 78. - S. 7.  



İsayev Ə. İstiqlal şairinin özü və sözü : Əhməd Cavad - 120 // 

Mədəni həyat. - 2012. - № 9. - S. 42 ,43.  



İstiqlal şairindən xilaskar paşaya hədiyyə : Əhməd Cavadın  

Nuru paşaya bağışladığı "Qoşma" adlı kitabı haqqında // 

Ədəbiyyat qəzeti. - 2014. - 21 fevral. - № 7. - S. 4.  

Qaliboğlu E. Repressiya 1937-72-ci illər // Mədəniyyət. - 

2009. - 30 oktyabr. - №   79. - S. 7.  



Qurbanov A. İstiqlal şairimiz : Əhməd Cavad haqqında // 

Füyuzat. - 2009. - № 4(48). - S. 14-19.  



Maqsudov E. Azərbaycan Respublikasının Dövlət himninin 

mətnindən ana dili dərslərində istifadə // Təhsil problemləri. - 

2012. - 16-23 iyun. - № 45/46. - S. 11.  

Mustafayeva G. İstiqlal şairi : Əhməd Cavad - 120 // 

Ədəbiyyat qəzeti. - 2012. - 18 avqust. - № 31. - S. 5.  



Mustafayeva G. Qırx beş illik acı ömrün 23 ayı : Əhməd 

Cavad - 115 // Ədəbiyyat qəzeti. - 2007. - 11 may. - S.3.  



Nizamiqızı H. Dözümün lal sükutu və ya zəncirlənmiş son 

ümid : böyük istiqlal şairimiz Əhməd Cavadın ömür-gün 

yoldaşı Şükriyyə Axundzadə // Mədəniyyət. - 2012. - 3 avqust. 

- № 56. - S. 11.  



Pərvanə bir ömür : Rəhman Salmanlının "Əhməd Cavadın 

yaradıcılıq yolu" adlı kitabı haqqında // Ədəbiyyat qəzeti. - 

2012. - 5 may. - № 16. - S. 3-4.  

Salamoğlu T. "Mən bir kamançayam tellərim inlər..." : Əhməd 

Cavad romantizmi haqqında // Azərbaycan. - 2012. - № 8. - S. 




49 

 

116-125.  



Salamoğlu T. Əhməd Cavad poeziyası sovet rejiminin ilk 

illərində : Əhməd Cavad - 120 // Azərbaycan dili və ədəbiyyatı 

tədrisi. - 2012. - № 2. - S. 20-34. - Biblioqr. -S.34. - Məqalənin 

sonunda Azərbaycan, rus və ingilis dillərində xülasə 

verilmişdir.  

Salamoğlu T. Haqqı özünə, yaradıcılığı xalqa qaytarılan 

sənətkar : Əhməd Cavad - 115 // Təhsil problemləri. - 2007. - 

1-10 iyun. - S.14. ; Xalq qəzeti. - 2007. - 2 may. - S.7. 

Salmanlı R. Cümhuriyyət şairi : Azərbaycan Xalq 

Cümhuriyyəti - 90 : Əhməd Cavad // Azərbaycan. - 2008. - 25 

may. - S. 5.  

Salmanlı R. İstiqlal şairi : Əhməd Cavad - 120 // Azərbaycan. 

- 2012. - 6 may. - № 99. - S. 11.  



Sərvi S. "Ah" - deyərdim, heç ölməzdim... : Əhməd Cavad  

haqqında // El. - 2011. - № 5. - S. 20-30.  



Şərifli B. Gecə yarısı döyülən qapılar... : repressiya qurbanları 

// Azərbaycan : qəzet. - 2015. - 15 sentyabr. - № 201. - S. 7.  



Tağıyev E.   Azadlıq nəğməkarı : Əhməd Cavad - 120 // 

Mədəni həyat. - 2012. - № 7. - S. 17.  



Yıldırım İ. İstanbuldan : Ahmet Cevatın kendi el yazısı 1 

Mayıs 1918 de Alibey Hüseyinzadeye takdim ettiği 

"Çırpınırdın Karadeniz" şiiri // Ədəbiyyat qəzeti. - 2016. - 20 

fevral. - № 7. - S. 3.  



Həsr olunmuş şeirlər 

Nəzmi Ə. Əhməd Cavad dünyası : poema. - Bakı : Nurlan, 

2006. - 160 s. 

 

Rüstəmxanlı S. Yurdun bayrağına  : şeir Əhməd Cavada həsr 

olunur // Seçilmiş əsərləri. - Bakı : "Şərq-Qərb", 2004. - S. 185.  




50 

 

      



 Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad 

                             (metodik vəsait)

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır:10.04.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

                             



 

 

 



 

 

 



              

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə