Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

 

əhaliyə  yardım  göstərən  cəmiyyətin  üzvü  və  katibi  olmuş, 



inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, 

Hacıkənddə,  Quba  rayonunun  kənd  məktəblərində  müəllimlik 

etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Onun 

məşhur  “İstiqlal  uğrunda  şeirlər”  kitabı  isə  1928-ci  ildə 

İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin katibi (1924-

1926),  Kənd  Təsərrüfatı  texnikumunun  müəllimi  (1929), 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), 

həmin  institutun  dilçilik  kafedrasının  rəhbəri  (1934-1935) 

vəzifələrində çalışmışdır. Əhməd Cavad 1935-ci ildən ömrünün 

sonuna  kimi  “Azərnəşr”  in  bədii  şöbəsində  redaktor  kimi 

fəaliyyət  göstərmişdir.  Əhməd  Cavadın  poetik  əsərləri  zərif 

lirik-romantik  üslubu,  dil  təravəti,  realist  və  demokratik 

məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və 

mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona 

toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, 

“Dilimiz”  şeirini  qələmə  alıb,  əlifbaya  poeziya  həsr  edib. 

C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan 

biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya 

Müharibəsində  şərq  cəbhəsində  ermənilərə  qarşı  vuruşub. 

Əhməd  Cavad  Azərbaycan  ədəbiyyatı  tarixinə  görkəmli 

tərcüməçi  kimi  də  daxil  olmuşdur.  O,  Şekspirin  “Otello” 

pyesini, 

A.S.Puşkinin 

“Kapitan 

qızı”, 

“Tunc 


atlı”, 

F.Berezovskinin  “Ana”,  M.Qorkinin  “Mən  necə  oxumuşam”, 

“Çocuqluq”,  T.Şevçenkonun  “Kobraz”,  Fransua  Rablenin 

“Qarqantua  və  Pantaqruel”  əsərlərinin  bədii  tərcüməsinin 

müəllifidir. Əhməd Cavadın ilk kitabının adı “Qoşma” idi. Bu 

kitabda    şairin  əsasən  1912-1916-cı  illərdə  qoşduğu  qoşmalar 

toplanmışdır. O, saysız qoşmalar olmaqla bərabər, eyni zamanda 

“ciddi planda” qələmə aldığı şeirlərində də möhürbənd kimi ya 

bir iki bayatı, yaxud da bir qoşma parçasından istifadə edərdi. 

Bunlarla yanaşı, şairin yaradıcılığında “aşıq” və “saz” obrazları 




 

da  xüsusi  bir  yer  tutur.  Şairin  “Kür”,  “Pambıq”  poemalarının, 



“Moskva”,  “Səsli  qız”  və  s.  iri  həmcmli  əsərlərinin  bir  neçə 

yerində 


mütləq  qoşma  və  bayatıdan  istifadə  edilir. 

Poemalarındakı  bu  parçalar  onun  əsərlərində  kökə  bağlılıq, 

xəlqilik,  millilik  və  başqa  əlamətlər  bəxş  edir.  Şairin  ayrı-ayrı 

şeirlərində də bu cəhəti görmək çətinlik törətmir. Əhməd Cavad 

həbs  olunarkən kitabları,  əlyazmaları  və  çoxlu  sayda sənədləri 

özü  ilə  aparılmış,  ailəsi  də  sürgün  edildikdən  sonra  qapısı 

möhürlənmişdir.    Şairin  əlyazmalarının,  daha  doğrusu,  əldə 

olanların  ümumi  həcmi  1000  səhifədən  artıqdır.  Onların  çoxu 

oğurlanmış,  talanmışdır.  Əhməd  Cavadın  şeirləri,  məqalələri, 

tərcümələri,  “Şəlalə”,  “İqbal”,  “Açıq  söz”,  “Yeni  iqbal  “, 

“Azərbaycan”,  “Qurtuluş”  və  s.  adda  nəşr  olunan  qəzet  və 

jurnallarda  dərc  edildi.  1910-1937-ci  illər  arasında  onun 

yaradıcılığı  ədəbiyyatımızın,  mədəniyyətimizin  və  tariximizin 

həqiqi salnaməsidir. Onun “Dalğa” adlı kitabı 1919-cu ildə nəşr 

olunur. Elə həmin il “Türk dilinin sərf və nəhvi” adlı dərsliyi də 

çap  olunur.  Əhməd  Cavad  fransız,  gürcü  və  kürd  dillərini 

mükəmməl  bilirmiş. 

        Görkəmli şairimiz Əhməd Cavadın anadan olmasının 125 

illik  yubileyi  ilə  əlaqədar  olaraq,    bir  sıra    tədbirlər:  kitab 

müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal, 

ədəbi-bədii  gecə  keçirilə  bilər.  Şairi  sevdirmək,  yaradıcılığını 

gənc nəslə və oxuculara tanıtmaq məqsədilə kitabxanada kitab 

sərgisi təşkil oluna bilər. Sərgidə şairin  müxtəlif illərdə çəkilmiş 

foto  stendi,    kitabları  ilə  yanaşı  ədəbiyyatşünas  və  digər 

müəlliflərin  onun haqqında  yazdığı kitablar, araşdırmalar, ona 

ithaf  edilən    şeirlər,  kəlamlar  və  dövrü  mətbuatda  yer  alan 

məqalələr  öz  yerini  almaqdadır.  Sərgiyə  müxtəlif  başlıqlarlar 

verilə bilər: “Salam Türkün bayrağına”, “Sən olasan Gülüstan”,  

“Ölməz  şair-Əhməd  Cavad”,  “Gecə  yarısı  döyülən  qapılar”, 

“İstiqlal şairinin özü və sözü”,  “Azadlıq aşiqinin ömür yolu”, 




 

“Acı taleyin böyük səsi”, “Qəlbi Vətən olan şair”, “Salam türkün 



bayrağına”, “Əhməd Cavad və “Cəmiyyəti-xeyriyyə””, “Haqqı 

hayqıran  şair-Əhməd  Cavad”,  “Qəlbi  dəniz  olan  şair”,  “Sözə 

sevdalı-Cavad”,  “Əhməd  Cavad  dünyası”,  “Azadlıq  carçısı-

Əhməd  Cavad”,  “Millətin  yükünü-qəlbində  daşıyan  şair”

 



“Əhməd  Cavad  yanğısı”,



 

“Qəlbi  bayraq  şairim”,

 

“Dan  ulduzu 



gülüşündən  yarandın”,    “Sinəsi  tufan  şair”,  “Həm  qalib,  həm 

məğlub şair-Əhməd Cavad” və s.  

 

 

 



 

 

 

 

 

 

 


 

Görkəmli şəxslərin Əhməd Cavad haqqında söylədikləri: 

“İntibah”-deyəndə  ilkin  xatırlanan  Nizami  olur.  “Məhəbbət” 

deyiləndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə 

yada hamıdan əvvəl Əhməd Cavad düşür. 

 

 



 

 

 



             Yaşar Qarayev, 

 

 

 

 

 

 

    professor 

Yaradıcılığının elə ilk nümunələrindən söz sərrafı olan, ədəbi-

elmi fikir adamlarının diqqətini cəlb edən Əhməd Cavad tezliklə 

istedadlı  şair,  alovlu    vətəndaş,  içtimai  xadim,  xeyirxah  və 

təəssübkeş  insan  kimi  məşhurlaşaraq  milyonların  qəlbində 

özünə yer tapmışdır.  

 

 

                                     Alxan Bayramoğlu,  



 

 

 



 

             filologiya elmləri doktoru 



 

Hər bir sənətkarın, hər bir insanın xoşbəxtliyi də, bədbəxtliyi də 

olur. Cavad ona görə xoşbəxt idi ki, tale ona böyük bir istedad,  

coşğun bir ilham vermişdi. Ona görə bədbəxt idi ki, şairin həyat 

və fəaliyyəti çəkişmələr, didişmələlər içində məhv olub gedirdi. 

  

 Əli Saləddin,  



 

 

 

 

             filologiya elmləri doktoru 

 

Əhməd Cavad bütün bu sarsıntılardan keçmiş, qanı, canı, ruhu 

ilə itirəcəklərinin-sevgisinin, övladlarının, həyatının-qorxusunu 

dadmış,  ağrısını  duymuş,  “etiraf  şeirləri”  ndə  belə,  həqiqətən 

yan keçə bilməyən bir şairdir. Həm qalib, həm məğlub şairdir. 

Onu qalib edən şeirləri idi. 



                                                           Nərgiz Cabbarlı, 

                                                      filologiya üzrə fəlsəfə doktoru 

 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə