Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



Bənzərsiz və təkrar edilməz  şair olan  Əhməd Cavad istər lirik

istərsə  də  siyasi  şeirlərində  coşğun  hisləri  eyni  dərəcədə 

saxlamağa müvəffəq olurdu.  

                                                         Şəlalə Həsənova, 

 

 



                   Azərbaycan yazıçılar birliyinin üzvü.  

 

Əhməd Cavad qələmindən çıxan şeir, sənət nümunələri xalqın 

çox ağrılarını özündə əks etdirir.  

                                                     Solmaz Məmmədbəyli,  



                                N.Gəncəvi adına ədəbiyyat muzeyinin işçisi. 

 

Əhməd  Cavad  poeziyasını  oxuculara  çatdırmaq  məqsədi  ilə 

kitabxanada  “Sən  olasan  Gülüstan  adlı  seçilmiş  əsərlərinin 

təhlili  ilə  bağlı  tədbir    keçirilə  bilər.  Bunun  üçün  kitabxanaçı 

oxucuları  kitabxanaya  cəlb  edərək  onları  şairin  yaradıçılığı  və 

kitabları  ilə  tanış  edir.  Oxucular  onun  ayrı  adda  kitablarını, 

xüsusi ilə də “Seçilmiş əsərləri” adlı kitabını  oxuyub, şeirlərini 

dərindən  mənimsəyirlər.  Təyin  olunmuş  vaxtda  oxucular 

kitabxanaya  gələrək  tədbirdə  iştirak  edirlər.  Tədbiri  açıq  elan 

edən kitabxanaçı hər kəsi salamladıqdan sonra Əhməd Cavadın 

keşməkeşli ömür yolundan və coşğun yaradıcılığından danışır. 



Kitabxanaçı:

 

Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan 



bütöv  şəxsiyyət,  təkrarsız  pedaqoq,  yüksək  səviyyəli  ziyalı, 

inqilabçı, içtimai xadim, iti qələmli jurnalist, qüdrətli publisist, 

məhşur  xeyriyyəçi  Əhməd  ruhani  ailəsində  dünyaya  göz 

açmışdır.  Atası  Məhəmmədəli  axund,  babası  isə  Cənubi 

azərbaycanlı  müctəhid  idi.  Ailəsi  təbii  olaraq  hələ  kiçik 

yaşlarından  dini  savad  almasını  təmin  etməyə  çalışmışdı.  O, 

molla  yanında  təhsil  almağa  başlamış,  ərəb-fars  dillərini 

mənimsəmişdi. Amma hər şey arzuladığı qaydada davam etmir. 




10 

 

Belə ki, Cavad səkkiz yaşında ikən atasını itirir. Bundan sonra 



anası Yaxşı xanım oğlunu da götürərək Gəncəyə-birinci ərindən 

olan  uşaqlarının  yanına  getmək  məcburiyyətində  qalır.  O, 

burada  xalça  sexinə  işə  düzəlir.  Zərrabi  küçəsində  yerləşən 

mənzil  kirayələyir  və  oğlu  Cavadla  birgə  yaşamağa  başlayır. 

Cavadın ögey qardaşları və ailənin yaxın qohumu olan Hüseyn 

kişinin köməkliyi ilə 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki 

seminariyaya  qəbul  edilir.  Burada  əla  qiymətlərlə  oxuduğuna 

görə  ona,  hətta  “Xeyriyyə”  cəmiyyəti  tərəfindən  hər  ay  dinar 

qızıl  pul  məbləğində  təqaüd  də  verilir.  Əhməd  Cavad 

seminariyada altı il təhsil alır. Orada ona Abdulla Sur, Hüseyn 

Cavid, İdris Axundzadə kimi ziyalılar dərs deyirlər. 1912-ci ildə 

təhsilini  başa  vuran  Cavadın  mədrəsədə  oxuduğu  illərdən 

başlayaraq bədii yaradıcılıqla, daha dəqiq desək şeir yaradıcılığı 

ilə  məşğul  olduğu  məlumdur.  Bu  ərəfədə  onun  qələmə  aldığı 

nümunələr,  əsasən,  təsirlə  yazılmış    və  ərəb-fars  sözləri  ilə 

zəngin  qəzəllər,  qitələrdən  ibarətdir.  Əhməd  Cavad  təhsilini 

başa  vuran  kimi-yəni  on  altı  yaşında  ikən  müəllimlik 

fəaliyyətinə başlayır. Belə ki, o, 1913-cü ildə Gəncədə Qafqaz 

Şeyxülislamı  Məhəmməd  Pişnamazzadəyə  imtahan  verərək 

“şərəfli  türk  və  fars  dilləri  müəllimi”  adını  alır  və  Gəncə  Qız 

məktəbində pedoqoji fəaliyyətə başlayır. O, ömrünün otuz ilinə 

yaxın dövrünü bu sahədə çalışıb, bu sahədə xidmət göstərib. O 

vaxtlar  Maarif  naziri  olmuş  Nəsib  bəy  Yusifbəylinin  ən  yaxın 

köməkçisi,  sirdaşı  olmuşdur.  Müsavatın  fəal  üzvü  kimi  Bakı 

Dövlət Universitetinin  və bir çox orta məktəblərin açılmasında 

yaxından iştirak etmişdir. Yəni  Əhməd Cavadın adı tarixə təkcə 

şairliyi  ilə  deyil,  müəllimlik  fəaliyyəti  ilə  də  yazılıb.  Bundan 

başqa,  Osmanlı  Türkiyəsinə  qarşı  1912-ci  ildə  Balkan 

yarımadası  ətrafında  başlanan  müharibədə  Əhməd  Cavad  da 

əqidə  dostları  İdris  Axundzadə,  İsa  Əlizadə,  Əli  Əsədulla  ilə 

birlikdə iştirak edib. O, 1912-ci ildə  Türkiyə-İstanbula səyahət 



11 

 

edərək  bir  əlində  silah,  bir  əlində  qələm  könüllü  əsgər  kimi 



döyüşüb. Şair vaxt taparaq məqalə və şeirlərlə orduya əlindən 

gələn  mənəvi  köməyi  edirdi.  Artıq  tale  insanı  seçir  və  onu 

istədiyi  yerə  sürükləyə,  ata,  aparıb  çıxara  bilir.  Xeyriyyəçilik 

fəaliyyəti ilə Acarıstana gedib çıxması təkcə Əhməd Cavadın bir 

şair    kimi  fəaliyyətinə  deyil,    şəxsi  həyatına  da  öz  təsirini 

göstərir.  Belə  ki,  o,  həyatının  sevgisini-Şükriyyəni  də 

Acarıstanda  tapır  və  atasının  evlənmələrinə  razılığı 

olmadığından  onu  Gəncəyə  qaçıraraq  orada  toy  edir.  Bu 

nigahdan onların Niyazi, Almaz, Yılmaz, Aydın və Türkay adlı 

övladları  olur.  Şükriyyə  xanım  böyük  şair  Əhməd  Cavadın 

poeziyasına şeirlərlə iz salır. Elə bir iz ki, heç zaman silinməz... 

              Bir gülsən, dərmişəm gənclik bağından,                

              Bir gülü, çiçəyi dərmərəm sənsiz! 

              Kam aldım ömrümün oğlan çağından  

              Bir bağa, baxçaya girmərəm sənsiz! 

Misraları ilə başlayan “Şükriyyə üçün”şeiri tək şeir kimi deyil, 

musiqi kimi də müasir dövrün ən maraqlı nümunələrindən birinə 

çevrilib. “Sən ağlama, mən ağlaram” şeirinə  nəzər salaq: 

             Bən deyən yox, fələk deyən oldusa,  

             Əsdi yellər gül yanağın soldusa,  

             Dərd əlindən ala gözlər doldusa,  

 

 Sən ağlama, mən ağlayım, gözəlim! 



I iştirakçı: Bütün bunlar Azərbaycan poeziyasının ən gözəl sevgi 

şeirləri  kimi,  hələ  uzun  illər  yaddaşlarda  qalacaq,  sevgilərə 

şahidlik  edəcək,  sevən  ürəklərə  təskinlik  gətirəcək.  Əhməd 

Cavadın  adı  bütün  bu  sadalananlardan  sonra  bir  də  ADC  ilə 

yanaşı çəkilməsi ilə də tarixə yazılıb. Həm də şərəfli bir iz salıb. 

Bir də, təbii ki, həm həyatında, həm yaradıcılığında böyük yeri 

olan  müsavat  partiyası  ilə  əlaqəsini  də  xüsusi  vurğulamaq 

lazımdır.  İstedadlı şair

 

Əhməd Cavadın milli ruhlu şeirləri, bu 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə