Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

12 

 

yaradıcılığın  ADC-nin    həyatındakı  rolu  artıq  dəfələrlə 



araşdırılıb. O da bəllidir ki, bu münasibət  ADC-nin  süqutundan 

sonra  Əhməd  Cavadın  da  bir  insan  və  bir  şair  kimi  məhvinə 

səbəb  oldu.  Halbuki  onun  bütün  xəyalları,  arzuları  bu 

cümhuriyyət  ilə  bağlı  idi.  Qurulan  dövlət  də,  təbliğ  olunan 

ideallar  da  onun  həyatının,  təbii  ki,  eyni  zamanda  da 

yaradıcılığının mənasına çevrilmişdi. 

 

Ey Tanrının cənnət uman qulları,  



            Mən cənnəti bu dünyada bulmuşam. 

           Aramaqdan bezdiyiniz yolları 

           Axtarmaqda mən sevdada bulmuşam!   

II iştirakçı: Şair öz həqiqətini tapmışdı və tapdığı bu həqiqətə 

cani-könüldən  inanırdı.  Amma  inancı  həm  də  onun  məhvinə 

səbəb oldu. O məhz milli ruhlu şeirlərinə, məhz istiqlal carçısı 

olduğuna görə sovet dövründə təzyiqlərə, təqiblərə məruz qaldı. 

O,  sovet  rejimi  qurulduqdan  sonra  fərqli  bölgələrə  çəkilsə  də, 

yazdığı  şeirlərdə  ruhunu  öldürməyə,  əzməyə,  yenilmiş  və 

yenilənmiş kimi göstərməyə çalışsa da, artıq fərmanı verilmişdi, 

qarşıya  qoyulan  məqsədə  doğru  irəlilənməkdə  idi.  Hər  şeiri 

çıxdıqda hamı sözləşibmiş kimi, mətbuatda tənqidi məqalələrlə 

çıxış etməyə başlayırdı. Elə bir dövr, elə bir mühit idi ki, sadəcə 

susmaq,  sadəcə  dinləmək,  kölgəyə  çəkilmək,  yox  olmaq 

mümkün  deyildi.  Özü  də  Əhməd  Cavadın    aktiv    müəllimlik 

fəaliyyəti  də  nəzərə  alınarsa,  bunu  mümkünsüz  olduğu 

aydınlaşar. O, yazılarına və siyasi görüşlərinə görə repressiyaya 

məruz qaldığı dövrə qədər artıq üç dəfə həbs olunmuşdu. İlk dəfə 

bu 1923-cü ildə olmuşdu. Səbəb isə başqa bir müsavatçı Mirzə 

Bala  Məmmədqluzadənin  Türkiyəyə  qaçıb  getməsinə  yardım 

etməsi  idi.  İlk  dəfəki  həbs  zamanı  olmasa  da,  sonrakı 

dindirmələlərdə  Əhməd  Cavad  bu  faktı  etiraf  edərək  boynuna 

alır. Amma taleyin çox maraqlı oyunları olur. Belə ki, o ilk dəfə 

həbs olunduğu zaman qurtuluşunun səbəbkarı, nə qədər qəribə 



13 

 

də olsa, Mircəfər Bağırov idi. Daha doğrusu, o, Əhməd Cavad 



və  H.Musayev  birlikdə  hələ  1920-ci  ildə  Qubanın  Xuluq 

kəndində  işləmişdir.  Bundan  istifadə  edən  Hüseyn  Musayev 

Mircəfər  Bağırovun  yanına  gedərək  Cavadın  azad  olmasını 

xahiş  edir.  Və  istəyinə  nail  ola  bilir.  Amma  bu  qurtuluş 

müvəqqəti idi. Çünki artıq yaddaşlara yazılmış istiqlal şeirindəki 

səmimiyyət,  inanc  və  etiqad  o  misraların  sahibinin  daxilən, 

mənən 

öz 


inamından 

dönməyəcəyini, 

bu 

quruluşa 



uyuşmayacağını  xəbər  verirdi.  Əslində,  elə  “etiraf  edirəm” 

sözlərinin söylənildiyi məclislərdə belə Cavad “Mən xəyənatkar 

deyiləm”  sözünü  təkrar  etməklə  özünü  müəyyən  mənada  ələ 

vermiş  olurdu.  Bu    ifadəni  başqa  mənada  işlədirmiş  kimi 

görünsə  də...1920-1925-ci illər arasında Ə.Cavad cəmi 4-5 şeir 

çap etdirir. Hər halda, özü  də anlayırdı ki, onu ilişdirmək üçün 

pusquda dayananlar var. Əksəriyyəti  də öz “qələm yoldaşları”. 

Hər  sözü,  cümləsi  təftiş  olunur,  hər  ifadəsinin  altından  əks-

inqilabi fikirlər, azadlıq  yanğısı və həsrəti axtarırdılar.  

III  iştirakçı:  Xüsusilə  də  nəzərə  alınsa  ki,  Əhməd  Cavad 

dövrünün  gəncləri  arasında  sevilən  və  yaradıcı  gəncləri  öz 

“havasına  çəkən”  bir  şair  idi,  “təhlükə”  nin  nə  qədər  böyük 

olduğu anlaşılar. Beləliklə, 1920-1930-cu illərdə bu yaradıcılıq 

geninə-boluna təftiş olunmağa başlayır.  

       Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri 

M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Hüseyn, 

X.X.Səbribəyzadə,  H.  Qarağazadə  kimi  müəlliflər  tərəfindən 

təhlil  və  təqdir  olunan  şairin  yaradıcılığı  ətrafında  qızğın 

mübahisə  və  müzakirələr  1920-1930-cu  illərə  aiddir.  Həmin 

dövrdə, yeni ideloji  sistem və elmi-nəzəri prinsiplər dövründə  

şairin  əsərləri  sosioloji  tələblərlə  təhlil  edilir,  ondan  sosializm 

quruculuğu, kollektivləşmə, sənayeləşmə və s. bu kimi ideyalara 

xidmət tələb olunurdu. Və o, qismən də olsa, bunun ücün çaba 

göstərirdi.  Digər  tərəfdən  də  iclaslarda,  pleniumlarda  çıxış 



14 

 

edərək  özünə  haqq  qazandırmağa,  ittihamlara  cavab  verməyə 



çalışırdı.  Bu  məsələdə  bir  incə  məqam  var:  maraqlıdır  ki, 

əslində,  mətbuatda,  iclaslarda  Əhməd  Cavadı  ittiham  üçün 

söylənilən  fikirlər  təkrar-təkrar  deyilə-deyilə  sonda  onun  öz 

dilindən çıxarılırdı. O, özünü, öz ruhunu başa salmağa çalışaraq 

söyləyirdi:  “...etiraf  etməliyəm  ki,  qabaqda  milli-şovinizm 

məzmunlu əsərlər yazmışam... Mən köhnə üsul ilə tərbiyə almış 

bir insanam və özüm də gənc deyiləm... Söz verirəm və çoxdan 

bəri  söz  vermişəm  ki,  yeni  ruhda  işləyəcəm.  Lakin  imkan 

veriniz,  yardım  ediniz...  Milli  şair  olmağa  çalışdım,  bir  çox 

parçalar  yazdım.  Bunu  boynuma  alıram.  Lakin  bu  gün  tarix, 

həyat  bir  çox  əski  mətbuatlara  qələm  çəkdi  ki,  milli  duyğu  da 

onun  içində.  Bu  gün  ümumi    bəşəri  əhəmiyyəti  olan  bir 

hərəkətdən  saparaq  dar  bir  çərçivəyə  girmək  bəşəriyyətlə, 

yazmış  olduğum  milli  ruhda  parçalardan  imtinayla  gənc 

dimaqlar üçün onların zərərli olduğunu  etiraf edirəm.” Bütün 

bunlar  nə  idi?  Özü-özü    ilə  aparılan  mübarizənin  nəticəsimi, 

yoxsa  cismən  sağ  qalmağa  aparan  yeganə  yolun  və  yeganə 

çözümün  məhz  bu  olduğunun  dərkimi?  Yəqin  ki,  hər  ikisi  də 

vardı... O, vəziyyətdən çıxmağa çalışırdı. Mənən, ruhən bunun 

belə onu xilas etməyəcəyini anlasa da, yenə də ailəsi, uşaqları, 

məhv  edilməsi    üçün  hər  şey  edilən,  amma    hələ  də  içində 

yaşatdığı,  ölməyə,  can  verməyə  qoymadığı  arzuları,  ideyalları 

naminə çabalayırdı.  Amma istedad hər zaman düşmən doğurur. 

Cavadın  da  düşmənləri  vardı.  Onun  istedadının  məhvindən 

keçdiyini anlayanlar fəaliyyətdə idilər. Və kim nə deyir-desin, 

“Ələkçinin  qıl  verənləri”  olan  “qələm  yoldaşları”  olmasaydı, 

“sapı  özümüzdən  olan  baltalar”

 

olmasaydı,    istedada  paxıllıq 



hissi  ilə  qovrulan  istedadsızlar  olmasaydı  yəqin  ki,  Əhməd 

Cavad    və  onun kimilər belə  asanlıqla qurban verilməyəcəkdi. 

Ya  da  ən  azından  bu  qədər  çox  ziyalı  qurbanlarımız 

olmayacaqdı.  




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə