Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 

IV  İştirakçı:    Onun  ən  çox  müzakirələrə  və  tənqidi  fikirlərə 

səbəb olan əsərlərindən biri 1925-ci ildə dərc etdirdiyi “Göy göl” 

şeiridir.  Hətta  canfəşanlıq  edənlərin  köməyi  ilə  şeir  tərcümə 

olunub Moskvaya belə göndərilmişdi. Amma “Göy göl” orada 

yoxlanılsa  da,  elə  bir  siyasi  səhv  tapılmadığından  onu  azad 

etmək  məcburiyyətində  qalmışdılar.  O  özü  isə  bu  şeirlə  bağlı 

çıxışında deyirdi:  “ “Göy göl” də, nə də mətbuatda çıxan başqa 

yazılarımda bilxassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd 

tutduğum yoxdur. Şeirimdəki hüzn çocuqluğumdan başlayaraq 

yazmaqda  olduğum  parçaların  çümləsində  olduğunu  yoldaşlar 

da  çox  gözəl  bilir.  Bən  burada  böylə  bir  hüznün  bugünkü 

ədəbiyyata  da  xeyirli  olduğu  deyil,  bəndəki  hüznün  siyasi 

olmadığını söyləmək istəyirəm”. O, “Moskva” şeiri ilə bağlı da 

bərk  qınanılırdı.  Cavadın  özü  də  bu  şeirin  zəif  olduğunu 

çıxışında  etiraf  etməli  olmuşdu.      Beləliklə,  1929-cu  ildən 

başlayaraq    ta  1937-ci  ilə  kimi  respublika  mətbuatında 

Ə.Cavadın  mühakiməsinə  həsr  olunmuş,  onu  tənqid  və  “ifşa” 

edən  müxtəlif  yazılar  yazılırdı.  Əksəriyyəti  imkansız  yazılmış 

şeir  və  məqsədlərlə  şair  tənqid  və  təhqir  edilirdi.  1928-ci  ildə  

Əhməd  Cavad  16  şeirinin  Türkiyədə  çap  olunan  “istiqlal 

məcmuəsi”  nə  düşməsi  isə  onu    ifşa  edənlərin  əlinə  əsaslı  bir 

bəhanə vermiş oldu.  

V  iştirakçı:  Beləliklə,  düz  iki  il  davam  edən  ifşa 

kampaniyasından  sonra  böyük  şair  Ə.Cavad  1930-cu  ildə 

Gəncəyə köçmək məcburiyyətində qaldı. Düz beş il o, Gəncədə 

yaşayıb-yaradır.

 

Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunun türk 



və rus dilləri kafedrasının müdiri, Gəncə Dram Teatrında ədəbi 

hissə  müdiri vəzifələrində  işləyir. 1933-cü ildə  professor adını 

alır. Amma Bakı ondan əl çəkmir. 1934-cü ildə şair “Azərnəşr” 

də işləmək üçün yenidən Bakıya dəvət alır. Və hər şey yenidən 

başlayır. 1937-ci il, mart ayının 21-də hədəf vurulur. O, “Xalq 

düşməni”  kimi    əvvəlcə  Şura  Yazıçıları  Cəmiyyətindən 




16 

 

uzaqlaşdırılır. Daha sonra isə həbs edilir. Dövlət Təhlükəsizliyi 



Komitəsində Ə.Cavadın 22316 nömrəli “istintaq” işi saxlanılır. 

Şair 1937-ci il, iyun ayının 4-də Hüseyn Cavid, Mikayıl Müşfiq  

və  Vəli  Xuluflu  ilə  eyni  vaxtda  həbs  edilir.  “Məhkəmə  həmin 

ilin oktyabr ayının 12-də başlandı, cəmi 15 dəqiqə  davam etdi. 

1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə onu güllələdilər. 

Məhkəmənin  sədri  İ.O.Matuleviç,  üzvləri  İ.M.Zaryanov  və 

C.K.Jiqur  idi.  SSRİ  Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası 

müttəhimi  Azərbaycan  cinayət  məcəlləsinin  69,  70,  73-cü 

maddələri  ilə  ittiham  etmişdir.  İrəli  sürülən  ittihamlardan 

birincisi  budur  ki, guya şair 1922-ci ildən əks-inqilabçı müsavat 

hərəkatının  iştirakçısı  olub,  1936-cı  ildən  isə  o,  Azərbaycanda 

mövcud  olan  üsyankar  təxribatçılıq-terror-diversiya,  millətçi 

təşkilata qoşulur, öz qarşısına guya Sovet hakimiyyətini yıxmaq, 

Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyur. Məhkəmədə 

hərbi  yurist  A.F.Kostyuşko  və  prokuror  N.S.  Rovski  iştirak 

etmişlər. Lakin burada müdafiəçilər, yəni vəkillər, şahidlər isə 

iştirak  etməmişlər.  Əslində  bu  məhkəmə  “15  dəqiqəlik 

məhkəmədən” bir gün əvvəl, yəni oktyabrın 11-də keçirilmişdir. 

Hökm  bir  gün  sonra  çıxarılmışdır.  Şairə  ölüm  hökmü-

“güllələnmək”  kəsilmişdir. Şairin həbsinin səbəbi, taleyinin nə 

ilə  yekunlaşdığı,  başına  nələr  gəldiyi  nəinki  cəmiyyətə,  heç 

ailəsinə  də  bildirilmir.  Əksəriyyət  onu  Sibirə  sürgün  olunmuş 

zənn etsə də, rəsmi sənədlərdən məlum olur ki, o, 1937-ci il iyun 

ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin 

oktyabr  ayının  12-dən  13-nə  keçən  gecə  Bakıda  vəhşicəsinə 

güllələnib. Lakin qısa müddətdən sonra  şairə bəraət verilib.  



VI iştirakçı: Onun şeirləri Azərbaycanımızın bütün bölgələrində 

dildə-ağızda gəzirdi, ən böyük məclislərdə əzbərdən oxunurdu.  

                  Türküstan yelləri öpüb alnını,  

                  Daha yüksəklərə ucal, bayrağım!.. 




17 

 

  Bu  misralar  şairin  şeirinin  xalq  variantıdır.  Yeri  gəlmişkən 



Ə.Cavad  əksər şeirləri xalqın şifahi yaddaşına keçmişdir. Ayrı-

ayrı şəhərlərimizdə, kəndlərimizdə biz onların iz və əlamətlərinə 

rast gəlrik. Çəkdiyimiz misal da onlardan biridir ki, artıq ən çox 

oxunan  kitablarımızdan  birinin  səhifələrinə  çıxmışdır. 

Bildiyimiz  kimi,  həmin  misralar  Əhməd  Cavadda  aşağıdakı 

kimidir: 

 

  Türküstan elləri öpüb alnını,  



             Söyləyir dərdini sana bayrağım! 

I aparıcı: Fərq varmı? Əlbəttə, var. Birinci misrada “ellər” yerinə 

“yellər”    işlədilib.  İkinci  misra  heç  şairin  şeində  yoxdur. 

Xalqımızın  bədii  təfəkkürü,  təxəyyülü,  ona  qanad  verib. 

Bayrağımızın  daha  yüksəklərə  ucalmasını  arzulamışdır. 

Bununla    onu  demək  istəyirik  ki,  Əhməd  Cavadın  hər  misrası 

xalq içərisində zərb-məsəl kimi işlədilirdi. 

VII iştirakçı: Bu gün ona sadəcə “mübariz istiqlal şairi” deyib  

keçmək qədər bəsit bir qiymətləndirmə ola bilməz. Yaşanmış bir 

taleyin,  baş  vermiş    məntiqi  və  ya  qeyri-məntiqi  bir  sonluğun 

haqqında  o  psixoloji  yaşantıların  dərinliyinə  varmadan 

“qorxmaz,  çəkinməz”  kimi  adi  sözlərlə  dəyər  vermək  də 

yanlışlıqdır.  Bu  gün  Əhməd  Cavadın  faciəsini  anlamaq,  dərk 

etmək üçün o zamana, o mühitə, o qələm “dostlarının” əhatəsinə 

ehtiyac  var.  Onun  yaşadıqları  azğın  bir  selin  cənginə  düşüb  

axmaqda  olan  insanın    yaşantılarına  bənzəyir...  Sel  gəldisə  və 

sən  də  o  axının  düz  ortasına  düşdünsə  və  üstəgəl  çaba 

göstərdikcə getdikcə daha çox boşluğunu hiss və dərk edirsənsə, 

özünü,  yorğun  bədənini  yorğun  ruhunu  axının  ixtiyarına 

buraxmaqdan  başqa  nə  qalır  ki,  edə  biləcəyin,  çaba  və 

dönməzliyin  işə  yaramadığı  anlarda məğlubiyyəti  etiraf etmək 

də  qəhrəmanlıqdır.  Onu  qalib  edən  şeirləri  idi.  Zamana  sinə 

gərdilər, yaşadılar, qaldılar, bundan sonra da yaşayacaqlar. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə