Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

18 

 

      Böyük şair Əhməd Cavad  yaradıcılığını oxuculara tanıtmaq 



və  şair  qələmini  sevdirmək  üçün  kitabxanada  “Cavad 

yaradıcılığında Novruz şeirləri  adlı  etnoqrafik etüd keçirilə 

bilər.  Kitabxanaçı  əvvəlcədən  məktəblərlə  əlaqə  saxlayaraq 

oxucuları  kitabxanaya  cəlb  edir.  Şagirdlərə  şairin  kitabları 

təqdim  edilir.  Şagirdlər  bu  mövzuya  uyğun  müəyyən  şeirlər  

seçərək  iştirakçı  qismində    tədbirə  hazırlaşırlar.    Əvvəlcədən 

təyin olunmuş tədbirin vaxtı gəlib çatır. İştirakçılar,  oxucular və 

digər qonaqlar  səhnə qarşısında əyləşir. Səhnə  yaz bayramına 

uyğun  xüsusi  dekorasiyalarla  bəzədilir.  Novruz  atributları  və 

novruz  xonçaları  səhnənin  kənarında  yer  alır.  Kosa  və  Keçəl 

tədbirin  sonuna  qədər  səhnəni  tərk  etmir,  iştirakçılar  ilə  birgə 

bölüşürlər. Onlar öz duzlu, məzəli söhbətləri ilə tədbirə sevinc 

qatırlar.  



Yaxşı olar ki tədbiri kitabxananın nağıl otağında təşkil edək. 

Tədbirdə ilk olaraq kitabxanaçı

 

təbiət vurğunu  çəfakeş şair, Ə. 



Cavad haqqında məlumat verir: 

Kitabxanaçı:

 

XX əsr ədəbiyyatımızın məlum tarixi kəsimi milli 



mənəviyyatımızda yalnız repressiya illəri kimi deyil, o tüğyana 

qurban  gedən  ziyalı  soydaşlarımızın  dəyəri  və  nəhəngliyi  ilə 

yadda  qalacaq.  Dövrün  diqtəsi  ilə  ədəbi  taleləri müştərək  olan 

yazıçı  və  şairlərin  sırasında  öz  dəsti-xətti,  özünəməxsus 

dünyagörşü,  orijinal  yaradıcılıq  üslubu  olan  Əhməd  Cavadın 

ömrü  kimi  əsərləri,  irsi  də  pərən-pərənə  düşmüşdür.  Bununla 

belə  şair  o  məşum  çağda  əlyazmalarından  az  da  olsa, 

qohumlarına,  yaxın  dost-tanışa  ötürə  bilmişdir.  Həmin 

xəzinədən  bəzi  incilər  Əlyazmalar  İnstitutunun  və  Nizami 

Gəncəvi  adına  Azərbaycan  ədəbiyyatı  muzeyinin  çox  dəyərli 

bəzəyidir.  Muzeyin  elmi  fondunda  şairin  əlyazmaları,  bəzi 

sənədləri və tərcümələri mühafizə edilir. Bunların içərisində çox 

qiymətli bir əlyazma-“Şeir dəftəri” xüsusi maraq doğurur. Onu 

muzeyə mərhum şairin ömür-gün yoldaşı Şükriyyə xanım 1966-




19 

 

cı ildə təqdim etmişdir. Dəftərin üzü köhnəlmiş və didilmiş qara 



meşindəndir.  34  solğun,  saralmış  vərəq  meşin  üzlüyə 

yapışdırılmışdır.  Gözəl  şair  Ə.Cavadın  öz  əli  ilə  yazdığı  bu 

şeirlər  əski  əlifba  ilədir.  Həmin  “dəftərin”  yeni  əlifbaya 

transliterasiya  edib  çap  etdirmək  Əhməd  Cavad  irsinə  böyük 

ərməğan  olardı.  Əhməd  Cavad  ümumtürk  mənəviyyatına,  ana 

dilli  poeziyamıza    və  islam  mədəniyyətinə,  klassik  irsə  yaxşı 

bələd idi. Dövrünün qabaqcıl nəzəri-ədəbi  fikirləri ilə tanışlıq, 

ərəb  və  fars  dillərini  bilməsi  onun    dünyagörüşünü,  zövqünü 

formalaşdırmış, qələminə xüsusi vüsət vermişdir...

 

Yazın  gəlişi  gözəldir.  O  öz  gəlişi  ilə  torpağa  canlılıq, 



bolluq,  bərəkət,  sevinc,  fərəh  bir  sözlə  gözəllik    gətirir. 

İnsanların çöhrələri də, qəlbləri də çiçək açır sanki, bəlkə də bu 

fidan  olmuş  ağaclarının  ilk  tumurcuğu,  ilk  ləçəyidir.  Yaz 

coşgusu,  kahkəşanı  ilə  gözəldir.  Məhz  buna  görə  də,  gözəllik 

vurğunu olan şairlər yaza, yaz bayramına çoxlu şeirlər yazmış, 

baharın  gəlişini  seirlərdə  tərənnüm  etmişlər.  Təbiət,  saz,  söz 

vurğunu  Əhməd Cavadın qələmində də yaz özünəməxsusluğu 

ilə seçilir. Biz yazı, baharı şairin gözləri ilə görür, onun qəlbi ilə 

duyur, onun vəsv etdiyi bu gözəlliyə bir daha vuruluruq. İstiqlal 

şairinin alovlu, mübarizəyə, əzmə səsləyən şeirlərinin mövzusu 

yaz  olduqda  şairin  dili  şirinləşir,  mülayimləşir,  bir  sözlə 

kövrəkləşir.

 

Onun  ilğım  nəfəsilə,  axıcılığı  qədər  ürəyə,  dilə 



yatan  üslubundan,  tərzindən    süzülüb  gələn  yaz  şeirləri  hamı 

tərəfindən anlaşılır və yadda qalandır.  Gəlin, yazı Əhməd Cavad 

qələmi ilə seyr edək. (Bu tədbiri əsasən yaz bayramında, yazın 

gəlişini qeyd etdiyimiz vaxtda keçirə bilərik.)  

Kitabxanaçının  çıxışından  sonra  ilk  iştirakçı  səhnəyə 

yaxınlaşaraq “Çillə şərqisi” şeirini deməyə başlayır.  

              Qabağı yazdılar çillənin,  

 

  Ömrü azdır çillənin.  



              Yer bürünür ağ qara,  


20 

 

 



  Təslim olur bahara. 

              Ağ bayraqlı Qış gedir,             

              Al bayraqlı Yaz gəlir! 

              Nağılçılar xoş gedir,  

              Ozan, aşıq, saz gəlir! 

              Böyük çillə çıxmamış, 

              Kiçik çillə gəlməmiş

              Boz Ay çapır atını,  

              Bilir qışın zatını... 

İkinci iştirakçı əlində rəngbərəng şamlarla  səhnəyə yaxınlaşıb 

üzünü Kosaya tutaraq  “Yaza xitab” adlı şeiri deməyə başlayır.  

 

Novruz çıxıb taxtına,  



Güllər düşüb baxtına.  

Kosa gəlir qabağa,  

Nəzər salır tabağa. 

Çörəyi yoxdur Kosanın,   

Xörəyi yoxdur Kosanın, 

A Kosa, Kosa gəlsənə,  

Torbanı doldursana! 

Kosa döyür gözünü,  

İtiribdir özünü.  

Ocaq üstə saç qalıb, 

Bütün qışı ac qalıb; 

Torbasını uzadır,  

Hamı bilir qaydadır. 

Kosaya pay verirlər,  

Kosaya hay verirlər...     

Üçüncü  iştirakçı  “Xıdır  Nəbi”  adlı  şeiri  qirayətli  bir  şəkildə 

söyləməyə başalyır.  

            Xıdır Nəbi bölərək   

 

Az ömürlü çilləni,  



            Çırpır onun üzünə  


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə