Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   2   3   4   5   6   7   8   9   ...   12

21 

 

            Tərsinə bu silləni.  



             Deyir on gün bəsindir,  

             Qırıb-çatdın aləmi,  

             Sən qonaqsan, dünyanı 

             Dağıdarlar beləmi?... 



Daha sonra musiqi sədaları altında dörd iştirakçı səhnəyə daxil 

olur.  Onlar  dörd  çərşənbə,  hava,  su,  torpaq  və  od 

çərşənbələridir.  Bunu  onların  hər  birinin  geyimindən  aydın 

görmək  mümkündür.  Əvvəlcə  birinci  çərşənbə  (iştirakçı)    öz 

şeirini deməyə başlayır.  

            Açıldı hava, 

 

Qurtardı dava.  



 

Getdi qış,  

Gəldi yaz. 

            Doğdu Günəş, 

            Bitdi ayaz. 

            Çölə çıxdıq 

Qoyun –quzu 

Güldü yenə  

Yerin  üzü. 

Düzlər yenə çiçək açdı, 

Günəş qovdu soyuq qaçdı.  

Sonra ikinci çərşənbə (iştirakçı)  öz şeirini deməyə başlayır. 

       


Bulaqların gözü açıq, 

               Ormanların üzü açıq; 

               Durnalardır uçub gələn  

               Qaqqıldaşa-qaqqıldaşa! 

               Çaylar axır dəryalara 

 

Şaqqıldaşa-şaqqıldaşa.  



               Duman qalxır göyə doğru 

               Meşələrin nəzərindən. 

               Buzlar düşür parça-parça 



22 

 

               Şüşələrin üzərindən.  



 

Puçuldayır yavaş-yavaş 

 

Ağacların budaqları.  



 

Mehrdən əsir həzin-həzin 

 

 

Gül-çiçəyin yarpaqları! 



 

Dərədə sel qıjıldayır,  

 

Şən arılar vızıldayır. 



 

Hər yandan xoş avaz gəlir, 

 

Sular deyir: Yaz.. Yaz gəlir! 



Sonra  üçüncü  çərşənbə  (iştirakçı)    öz  şeirini  demək  üçün  bir 

qədər irəli çıxır. 

            

Torpağa bax, torpağa, 

            Sanki qalxır ayağa. 

            Buxarlanır nəfəsi, 

            Oyanıbdır həvəsi. 

            Qızıl öküz tərpənir, 

            Torpaq sanki dillənir: 

            Çəmənin harda qaldı? 

            Səmənin harda qaldı? 

            Getdi qarlı yorğanım, 

 

   Gəlsin xalı-xalçalar,  



            Yollar boyu yoncalar. 

            Qoy bağ olsun, əkin olsun, 

             Mənim ana qucağım! 

             Səpin olsun, biçin olsun,  

             Gülsün hər bir bucağım! 

 

 



 

 

 

 


23 

 

Dördüncü çərşənbə (iştirakçı)  öz şeirini deməyə başlayır. 

            Mən  oddan yaranmışam, 

            Oddur südüm, nəfəsim. 

            Od rənginə boyanmışam. 

            Oddur gücüm, oddur səsim! 

 

   Taxılım da oddur mənim, 



 

   Oddur gülüm, çəmənim!  

 

   Qaynar sular canımdır,  



            Vulkanları qanımındır! 

            Ömrüm, günüm odda yaşar. 

            Meyvələrim oda oxşar 

 

   Odlar mənim hakimimdir, 



 

   Mən odların hakimiyəm! 

 

   Babam oddur, anam oddur,  



 

   Odur ki, mən od kimiyəm! 

 

   Odsuz daşa oxşayardım, 



 

   Odsuz sonsuz yaşayardım! 

 

             Aydın olsun gözləriniz! 



 

 Gəldi bahar gülə-gülə. 

 

 Gedən qışdan qalar bir iz  



             Gəldi bahar gülə-gülə! 

 

 Oldu bahar gülə-gülə! 



Sonda  “Bahar  qızı”  səhnəyə  çıxıb  “Gəldi  bahar  gülə-gülə” 

şeirini söyləyir. 

 

 



    Çıxsın kəfəndən təbiət,  

    Yaz yağışı böyük nemət.  

    Qoy olsun yer üzü cənnət  

    Gəldi bahar gülə-gülə! 

                Oldu bahar gülə-gülə! 

      



24 

 

               Yaman günün ömrü azdır,  



 

   Mövsümlərin gülü yazdır. 

               Gəldi bahar gülə-gülə! 

               Oldu bahar gülə-gülə! 

 

 

  Toplayıb  bir dəstə çiçək,  



 

   Di gəlin məktəbə gedək. 

               Tənbəlliyə lənət edək, 

               Gəldi bahar gülə-gülə! 

               Oldu bahar gülə-gülə! 

 

Tədbirin  sonunda  oxucular  və  qonaqlar  iştirakçılara 



təşəkkərlərini bildirir.

  

          



Əhməd  Cavadın    yubileyi  ilə  əlaqədar    kitabxanalarda 

müxtəlif  tədbirlər  keçirilə  bilər.  Belə  ki,  bunlardan    “Haqqın 



səsi  batan  deyil”  adlı  şeir  müsabiqəsi  də  oxucular  tərəfindən 

sevilən tədbirlərdəndir. Kitabxanaçı ilk öncə şairin bir neçə şeir 

kitabını məktəblilərə təqdim edir. Məktəblilər müəyyən etdikləri 

şeiri  əzbərləyərək  təyin  edilmiş  tarixdə  kitabxanaya  gəlirlər. 

Qonaqlar və münsiflər öz yerini aldıqdan sonra kitabxanaçı hər 

kəsi  salamlayaraq  tədbirə  keçid  alır.  O,  ilk  olaraq  Əhməd 

Cavadın  həyat  və  yaradıcılığından,  onun  ömür  yolundan, 

əsərlərindən  və  kitablarından  söhbət  açır.  Nəfis  şəkildə    nəşr 

olunmuş  kitablar  hər  kəs  tərəfindən  rəğbətlə  qarşılanır. 

Kitabxanaçı səhnəyə  yaxınlaşaraq qonaqları salamlayır və şair 

haqqında qısa məlumat  verir:

 

Kitabxanaçı:  Yəqin  ki,  ulu  təbiətin  insanlara  bəxş  etdiyi 

qismətlərdən  ən  mühümü  təskinlik  duyğusudur.  Bu  duyğu 

olmasaydı,  insan  ən  dar  ən  çətin  məqamda  nə  iləsə  təskinlik 

tapmasaydı,  yəqin  ki,  hasqsızlıqlara  dözə  bilməzdi,  bağrı 

çatlayardı. Qanlı-qadalı 30-cu illərdə necə qüdrətli, azman söz 

bahadırlarımızı itirdik. Bəs təskinliyimiz nə oldu?-onların gözəl 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə