Əhmədoba Rayon İcra Şöbəsinə 2(000)-0000/2012 saylı mülki iş üzrə iddiaçı Acıyev Acıbala Acı oğlu tərəfindən



Yüklə 34 Kb.
tarix08.09.2018
ölçüsü34 Kb.
#66976


Əhmədoba Rayon İcra Şöbəsinə
2(000)-0000/2012 saylı mülki iş üzrə iddiaçı

Acıyev Acıbala Acı oğlu tərəfindən


Ə R İ Z Ə

Əhmədoba Rayon Məhkəməsinin 2(000)-0000/2012 saylı, 21.04.2012-ci il tarixli icra vərəqəsinə əsasən Şirinov Şirin Şipşirin oğlundan və Şəkərova Şəkər Şəkərbəy qızından müştərək qaydada Acıyev Acıbala Acı oğlunun xeyrinə 999,99 (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulmalıdır.

Bildirirəm ki, Əhmədoba Rayon Məhkəməsinin 2(000)-0000/2012 saylı, 21.04.2012-ci il tarixli icra vərəqəsi üzrə borclular Şirinov Şirin Şipşirin oğlu və Şəkərova Şəkər Şəkərbəy qızı “Əhmədoba Qənd Emalı Zavodu” MMC-də mütəxəssis vəzifəsində işləyirlər və müəyyən məbləğdə əmək haqqı alırlar.

İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63, 64 və 65-ci maddələrində tələbin borclunun əmək haqqının və digər gəlirlərinin 50%-nə yönəldilməsi birmənalı şəkildə öz əksini tapmışdır.



Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63, 64 və 65-ci maddələrinə müvafiq olaraq, borclular Şirinov Şirin Şipşirin oğlunun və Şəkərova Şəkər Şəkərbəy qızının aylıq əmək haqqının 50%-nə tutma yönəldilməsini Sizdən xahiş edirəm.
Qoşma:

  1. Arayışların surəti;

  2. Borcluların şəxsiyyətini təsdiq edən sənədlərin surəti.


Tarix: 25 iyun 2012-ci il


İmza: ___________________ Acıyev Acıbala Acı oğlu
Yüklə 34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə