Ehtizaz etmədə hər yanda behişti-nəfəxat, Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar



Yüklə 3,08 Kb.
tarix01.02.2018
ölçüsü3,08 Kb.
#23011

Ehtizaz etmədə hər yanda behişti-nəfəxat,
Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.
Şəms, o nevzadi-təbiət gülüyor şəşəəbar,
Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat.
Sanki hər şey gülüyor, ərzü səma həp məsrur,
Hər tərəf mevceyi-nur...

Kainatə veriyor nəşə nəsimi-səhəri,


Sərvlər qaməti mevzun ilə həp məsti-qürur...
Bir tərəfdə ötüşür şevqü şətarətlə tüyur,
Pərdə-pərdə eniyor, yüksəliyor nəğmələri.
Süslənib naz ilə bir yanda gülümsər əzhar,
Pürsəfa, ləmənisar...

Gəzinir qarşıda bir tifli-məlahət yalınız...


Hər ədasilə o şux aləmi eylər məshur.
İştə, səyyar çiçək denməyə şayan bir qız!
Çeşmi-məxmurinə baqdıqca ürək çırpınıyor,
Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər!
O səmavi gözlər!

Həp çiçəklərdə təməvvüc edən əlvani-sürur,


Əks edib çöhreyi-gülgününə eylər ləman;
Zülfi-zərtarını yaldızlar ilahi bir nur,
İştə bir levhə ki, hər zairi eylər heyran;
İştə bir şer ki, hər şairi eylər təltif,
Nə qədər şeri-lətif!..
Böyük dərə
Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə