Eip-mainoped-final aze



Yüklə 19,41 Kb.

tarix01.09.2018
ölçüsü19,41 Kb.


Birgə müəllif məqaləsi: Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali 

Nümayəndə/Avropa Komissiyasının vitse-prezidenti  Federika Moqerini; Avropa 

Komissiyasının vitse-prezidenti  Kristalina Corciyeva və Avropa Komissiyasının vitse-

prezidenti  Cörki Kəteynen 

Yüksək səy tələb edən zamanlar bizi onları yeni düşüncə ilə qarşılamağa səsləyir. Yenilik ilə. 

Gələcəyi görərək. Öz daxili inkişafımızı və vətəndaşlarımızın rifahını  təşviq etməliyik. Və 

qonşu ölkələrlə onların inkişafı, sabitliyi və rifahını dəstəkləmək üçün əməkdaşlıq etməliyik. 

Yalnız müştərək işlə, dövlət və özəl sektorları, maliyyə institutlarını və vətəndaş cəmiyyətini 

cəlb edərək bu çətinliyin öhdəsindən gələ bilərik. Avropa Komissiyası olaraq biz hazırda 

nümunə oluruq. Ehtiyacların artdığı və ehtiyatların azaldığı bir vaxtda Avropa Komissiyası 

ictimai maliyyəni davam etdirmək üçün yeni üsullar irəli sürməli oldu. Bunu bu həftə yenidən 

həyata keçirməli olduq. 2020-ci ilə qədər prioritet sahələri maliyyələşdirmək üçün əlavə 6.3 

milyard € təmin edən Aİ büdcəsinin ümumi icmalını təqdim etdik. Həmin məbləğ büdcədən 

istifadəni dəyişikliklərə uyğunlaşdırır və kiçik və orta bizneslər (KOB-lar), həmçinin qeyri-

hökumət təşkilatları üçün əlavə rəsmiyyətçiliyi aradan qaldırır. Ən başlıcası, Avropada iş yeri 

açmaq üçün investisiyalar üçün bir təminat fondunu genişləndirmişik və qonşuluğumuzda, 

həmçinin Afrikada inkişaf və sabitliyi təşviq etmək üçün yenisini başladırıq.  

Avropa  İnvestisiya Planı – yaxud məşhur adı ilə desək, Juncker Planı və onun Avropa 

Strateji İnvestisiyalar Fondu (EFSİ) bizim iqtisadi böhrana kollektiv cavabımızda dönüş 

nöqtəsi olmuşdur. Ağır maliyyə məhdudiyyətləri ilə üzləşdiyimizdən ictimai maliyyə 

iqtisadiyyatı inkişaf etdirmək və xalqımız üçün iş yerləri açmaq üçün kifayət olmayacaqdı. 

Özəl pul çatışmazlığı olmasa da, pul buraxmağa ehtiyac var idi. Beynəlxalq maliyyə 

institutları ilə birlikdə yeni fond əsas sektorlarda özəl investisiyalar üçün təminatdır və KOB-

ları birbaşa dəstəkləyir. 

Maliyyə vasitələrindən daha öncə istifadə etmişdik, lakin bunu cüzi şəkildə həyata 

keçirmişdik. Hazırlıqsız başlamışdıq: Avropa İttifaqı büdcəsindən16 milyard €  315 

milyarddan çox investisiyaya yol açması üçün Avropa İnvestisiya Bankı tərəfindən 5 milyard 

€ ilə tamamlandı.  

Plan isə uğurlu baş tutmuşdur. Sadəcə bir ildə onun 200,000 KOB-a çatacağı gözlənilir. 

Çünki bu fondlarımıza investisiya edilməsinin düzgün yoludur, hazırda müddət və maliyyə 

həcmi cəhətdən Avropa daxili Avropa Strateji İnvestisiyalar Fondunu ikiqat artırmağa 

çalışırıq. Hazırda 5 il ərzində davamlı investisiyalar və transsərhəd layihələrə daha böyük 

diqqət ayıraraq səfərbər edilmiş investisiyalarla ən azı yarım trilyon Avronu təslim etməyi 

təklif edirik. Və əgər Üzv Dövlətlər maddi dəstək versələr, hətta biz fondu ikiqat artıraraq 

630 milyard Avroya çatdıra bilərik.    

Eyni prinsipi yeni Xarici İnvestisiya Planının əsasını qoyaraq qitəmizdən kənarda da tətbiq 

etməyimiz eyni dərəcədə əhəmiyyətlidir. 

Ə

gər Avropanın qonşuluğuna nəzər salsaq, müharibə, yoxsulluq, infrastruktur çatışmazlığı və 



zəif idarəetmənin ləngitdiyi yüksək potensiala malik bölgələr görə bilərik. Milyonlarla gənc 

daha yaxşı fürsət axtarır. Onların bir çoxu axtardıqlarını tapmaq üçün Avropaya təhlükəli 




səyahət edərək həyatlarını riskə atırlar. Digərləri isə terrorçu qrupların təbliğatı üçün asan 

hədəfə çevrilir. 

Avropa İttifaqı daha geniş ərazidə inkişafa təkan verməklə və iş yerləri açmaqla bu mənfi 

tendensiyaları poza bilər. Avropa şirkətləri bütün dünyadan yüz minlərlə insanı işə götürür, 

bir çoxlarını öz məmləkətlərində uğur qazanması üçün imkanla təmin edir və miqrasiyanın 

təməl səbəblərini araşdıraraq töhfə verirlər. 

Bu investisiyalar əsaslı xarici siyasətdir. Lakin özəl şirkətlərin yeni bir ölkəyə köçməsi yaxud 

mövcud fəaliyyəti genişləndirməsi üçün təhlükəsizliyə və maliyyə,  həmçinin hüquqi 

risklərdən,  qeyri-sabitlikdən qorunmağa ehtiyacı var.  

Bu məqamda Xarici İnvestisiya Planı təzahür edir. Əsası Aİ büdcəsindən 1.4 milyard Avro 

təminat olan Plan qonşuluğumuzdakı investisiyaya 40 milyard Avrodan çox istifadə etməyi 

hədəfləyir. Bu Avropa İttifaqının hazırda illik dünyada yardıma etdiyi investisiyalardan daha 

çoxdur. Əgər Üzv Dövlətlər Aİ büdcə yardımına uyğunlaşsalar, ikiqat arta bilər.  

Avropa Davamlı İnkişaf Fondu (EFSD) özəl investorlar inkişaf etməkdə olan ölkələrdə 

biznesə başladıqları zaman üzləşdikləri risklərə qarşı onlara zaminlik edəcək. Bu zaminlik 

yalnız tək layihələri deyil, həm də strateji bölgələrdə və sektorlarda daha geniş “investisiya 

pəncərələri”ni inkişaf etdirəcək. 

“Vahid nöqtədə xidmət” həm Avropadan, həm partnyorumuz olan ölkələrdən özəl və 

müəssisə investorlarını öz təkliflərini istiqamətləndirməyə və sövqedici amillər barədə 

məlumat əldə etməyə həvəsləndirəcək. Xarici İnvestisiya Planı layihələrin keyfiyyətini, 

sayını və davamlılığını artırmaq üçün texniki yardım göstərəcək. Avropa Komissiyası, 

Avropa İnvestisiya Bankı və digər beynəlxalq maliyyə institutları özəl operatorların 

mütəxəssis məsləhəti ilə birgə layihələrin sürətli və biznes yönümlü qiymətləndirilməsini 

təqdim etmək üçün işləyəcək. 

Həmin icraya Aİ və partnyorlarının güclü dəstəyi olacaq. Avropa İttifaqı qlobal yardım 

göstərilməsi və hər bir konkret ölkədə ümumi biznes mühitini yaxşılaşdırmaq üçün işləyə 

bilər. İnvestisiyanın ardınca siyasəti müəyyənləşdirən dialoqlar və bacarıqları artırmaq üçün 

fəaliyyətlər olacaq. Fəaliyyətimiz xarici və təhlükəsizlik siyasəti üçün Qlobal Strategiyamızın 

ruhunda koordinasiya olunacaq və iştiraklar olacaq. 

Xarici İnvestisiya Planı bizim yardım siyasətimizi növbəti mərhələyə daşıyır.  Biz maliyyə 

öhdəliyimizi davamlı inkişafa yüksəltdikcə, özəl sektorun bizə qatılmağına ehtiyacımız var. 

Artıq komisyoner Addis Ababa Fəaliyyət Gündəmi və Davamlı İnkişaf Hədəflərinə yardım 

etdiyimiz zaman bunu həyata keçirmək üçün razılaşdıq. Afrikadakı və qonşuluğumuzdakı 

partnyorlarımızla birlikdə Avropa şirkətlərinə yeni imkanlar yaradaraq gənclərin öz 

potensiallarına nail olmaqlarına kömək edə bilərik. Avropa inkişaf siyasətindəki yeni fəsil Aİ 

fondlarından daxildə və xaricdə ən yaxşı şəkildə yararlanmaq üçün daha geniş təşəbbüsün bir 

hissəsi olaraq yenicə başlayıb.  

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə