ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

21 

 

Səlcuqlu dövlətləri və atabəyləri ilə müharibələrə başladı. Bu tarixdə, Abxaz-Kartli 



kralları  əsgər  ehtiyaclarını  qarşılamaq  üçün  davamlı  olaraq  şimaldakı  qıpçaqları 

Gürcüstana  köç  etməyə  təşviq  etmişdir.  1121/22-ci  ildə  qıpçaqlar  Tiflisi  ələ 

keçirdilər.  Abxaz-Kartli  krallığının  paytaxtı  buraya  köçürüldü  və  bu  ərazidə 

qıpçaqlara  geniş  sahələr  verildi.

64

  Qıpçaqların  Gürcüstana  gəlməsi  və  burada 



yerləşməsi daha sonrakı dövrlərdə də davam etmişdir.

65

 



Qıpçaqların  Gürcüstanda  və  siyasi  hakimiyyətdə  əsas  güc  təşkil  etdiyini  o 

dövrə aid protoqol sənədində yer alan Abxaz-Kartli krallığını təşkil edən xalqların 

mərasim sırası da təsdiq edir. Atabəy Cahan Pəhləvanın oğlu Əmir Əmiran Ömərin 

qarşılanması  mərasimində  gürcü  krallığını  təmsil  edən  millətlər  və  ordular 

protokola  görə  belə  düzülmüşdülər:  1.  Oslar  və  ya  alanlar  -  kral  David  Soslanın 

birlikləri; 2. Köhnə qıpçaqlar; 3. Yeni qıpçaqlar; 4. Heretlər və ya qara ağaclılar; 5. 

Kaxetlər  və  ya  sıqnaqlar;  6.  Kartlilər  (Tiflis-Qori  ərazilərinin  İberiyalı  xalqı);  7. 

Mesexlər  (qədim  massagetlər  -  Axıska-Azqur-Xırtız  əhalisi);  8.  Torlular 

(mesexlərin  şərqindəki  xalq);  9.  Savşat-Kalarcet-Tao;  10.  Somxitarlar  (Alqet-

Xıram-Borçalı  çayları  arasındakı  xalq);  11.  Abxazlar  və  ya  abazlar;  12.  Suvanlar 

(Əngür çayı mənbəsindəki dağlıq ərazidə yaşayan sıvanet xalqı); 13. Megrellər; 14. 

Gürəllər;  15.  Raçalar  (Faç/Riyon  mənbəyində  yaşayan  xalq);  16.  Takver  (Ayqır 

suyu mənbəyindəki Leçxum); 17. Arquet.

66

 Burada gürcü krallığını təşkil edən 17 



xalqın  5-i  türk  əsillidir:  köhnə  və  yeni  qıpçaqlar,  qara  ağaclılar,  gürəllər,  arqular 

(Arquet) və mesxetilərin bəzi qolları. Ancaq yeni qıpçaqların bəzi qolları xaricində 

bunların  tamamı  artıq  XIII  əsrin  əvvəllərinə  qədər  əsas  din  olaraq  ortodoks 

xristianlığı  mənimsəmişdilər.  Ancaq  bu  protoqol  sənədi,  kralın  şəxsi 

mühafizəçilərini  təşkil  edən  ostlardan  sonra  qıpçaqların  əsas  siyasi  və  hərbi  güc 

olduğunu ortaya qoymaqdadır. 

 

Eldənizlərin ortaya çıxması 

 

Azərbaycan Atabəyləri Eldənizlilərin qurucusu qıpçaq əsilli bir memlükdür. 



Mixonda görə, Eldəniz, qıpçaqlar ölkəsindən alınmış bir quldur. Cılız, zəif olduğu 

üçün qul alverçisi onu pulsuz kölə tacirinə bağışlamışdır. Eldəniz, İraq Səlcuqluları 

dövlətinin  vəziri  Kəmaləddin  Əbu  Talib  əs-Sümeyrəminin  əmrində  sarayda 

                                                           

64

  Tiflis  o  tarixdən  əvvəl  türk-islam  şəhəri  hesab  edilirdi.  Qıpçaqlar  bu  şəhəri  əllərinə  keçirdiklərində 



burada kiçik yerli xanədan olan ərəb əsilli Cəfərilər mövcud idilər.  Urfalı Mateos Vekayinamesi (952-

1135) ve Papaz Grigpr'un Zeyli (1136-1162), s. 270. 

65

 Bu mövzuda geniş məlumat üçün bax. Gökbel A., Kıpçak Türkleri, İstanbul 2000, s. 56-60. 



66

  Histoire  de  la  Georigie,  I,  s.  435-440.  Bunlardan  axırıncısı  Arquet,  indiki  Kutaisi  bölgəsinin 

şərqindəki ərazinin adıdır. Arquet-Arqu yurdu deməkdir. Arqu, türklərdən bir boy olub Orta Asiyanın 

Arqu  çayı  ətrafında  yaşayırdılar.  Arqular  mədəni  bir  xalq  olub,  Arqu  türkcəsi  türk  ləhcələri  arasında 

özünə  məxsus  bəzi  xüsusiyyətlər  də  ifadə  edirdi.  Gürcüstanda  və  Sünükdə  ortaya  çıxan  məşhur 

Orbeliyanlar sülaləsi bunlardandır. Gürcü səlnamələrində bunlar özlərinin "Çenestandan", yəni Çindən 

gəldiklərini iddia edirdilər. 




22 

 

xidmətə  başlamış  və  sırasıyla  iqtidar  pillələrini  bir-bir  çıxmışdır.



67

  Cüzcani, 

Eldənizin,  Böyük  Səlcuqlu  sultanı  Səncərin  məmlükü  olduğunu  qeyd  etmiş  və 

onun  adını  Eldəniz  əs-Səncəri  olaraq  qeyd  etmişdir.  Eldənizlilər  tarixinin  ən 

məşhur  araşdırmaçısı  Z.Bünyadov,  təəssüf  ki,  bu  məlumatı  ciddiyə  almamış  və 

bunu  müəllifin  səhv  görüşü  olaraq  qiymətləndirmişdir.  Ancaq  Cüzcaninin  bu 

məlumatı olduqca qiymətlidir. Müəllifin, Eldənizi Sultan Səncərin məmlükü olaraq 

qeyd etməsi, Eldənizin Sultan Məhəmməd Taparın ölümü və oğlu Mahmudun taxta 

keçdiyi  tarix  1118-ci  ildə  saraya  alındığını  göstərməkdədir.  Bu  tarixdə  Səncər, 

Mahmudu  məğlub  edib  böyük  sultan  olunca  onun  məmlükləri  də  ali  sultanın 

tabeliyinə  keçmişdir.  Ayrıca  Vəzir  Süməyrəmi  Mahmudun  vəzirliyinə  gətirən  də 

Səncərin  özü  olmuşdur.  Eldəniz  birinci  dərəcədən  Səncərin  məmlükü  olmasa  da, 

Cüzcaninin  məlumatı  onun  1118-ci  ildə  saray  məmlükləri  arasına  alındığını 

göstərməkdədir. 

Eldənizin  qıpçaqların  hansı  boyuna  mənsub  olduğu  haqqında  tarixçilikdə 

heç  bir  məlumat  verilmir.  Lakin  Xarəzmşah  Təkişin  münşisi  (divan  katibi) 

Bağdadlı  Bahaəddin  Məhəmməd  ibn  Müəyyəd  Xarəzmşahların  məktublarını 

qələmə  aldığı  əsərində  Atabəy  Nüsrətəddin  Cahan  Pəhləvana  aid  bir  məktubdan 

bəhs  edərkən,  atabəyin  Xarəzm  ordularının  başında  Taraza  qədər  gəlmiş  qıpçaq 

Uran  qəbiləsinin  rəislərindən  Qıranla  (Kıran)  "qohum  olduğunu"  yazmaqdadır.

68

 

Atabəy  Cahan  Pəhləvanın,  Qıranı  öz  qohumlarından  göstərməsi  Eldənizlərin  də 



qıpçaqların  Uran  tayfasından  olduğuna  işarət  ola  bilər.  Zira,  qıpçaqların  Uran 

qəbiləsi  Orta  Asiyada  Xarəzmşahlarla  sərhəd  olan  Cənd  ətrafında  yaşayırdılar. 

Bunların  böyük  bir  hissəsi  müsəlman  deyildi.  Ancaq  Xarəzmşahların  əmri  altına 

girdikdən  sonra  uranlılar  Xarəzm  ordusunda  xidmətə  başlamışdılar.

69

  Atabəy 



Eldənizin  Səncərin  "məmlükü"  olduğu,  vəzir  Süməyrəmin  Səncər  tərəfindən 

Mahmudun vəziri təyin edildiyi və Atabəy Cahan Pəhləvanın Uran rəisi Qıranı öz 

qəbilə  qohumu  olaraq  göstərməsi  kimi  məlumatları  əsas  aldığımızda  Eldənizin 

Orta  Asiya  (Cənd  və  ətrafındakı)  qıpçaqlardan  (Uran  tayfasından)  olduğu  və  bir 

qul  kimi  əvvəlcə  Xorasana  oradan  da  İraq  və  Azərbaycana  gəldiyi  ortaya 

çıxmaqdadır.  Yəni  Eldəniz  Qafqaz  üzərindən  deyil,  Orta  Asiyadan  Xorasana, 

oradan da İraq Səlcuqlu ölkəsinə gəlmişdir. 

Vəzir  Sümeyrəmi  hicri  515/16-cı  ildə  (1121-1122)  ismaililər  tərəfindən 

öldürülüncə  Eldəniz  də  Sultan  Mahmudun  əmri  altına  girdi.  1131-ci  ildə  Sultan 

                                                           

67

  Mirxond,  Rövzət  əs-səfa,  VI,  s.  10-12;  Vəzirin  adı  Z.Bünyadovun  əsərində  "Əbu  Həmid  Əli  ibn 



Əhməd  əs-Sümeyremi"  olaraq  keçir  (Azərbaycan  Atabəyləri,  s.  43).  Erdoğan  Merçil  isə  onu 

"Kəmaləddin  Əbu  Talib  əs-Sümeyrəmi"  şəklində  göstərmişdir  (İldenizliler:  Azurbaycan  Atabegleri, 

Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8, s. 81) 

68

 Bahaəddin Məhəmməd ibn Müəyyəd, əl-Tavassul ila əl-Tarassul, A.Behmenyar nşr., Tehran 1315, s. 



171-176. 

69

 Uranlıların Xarəzm ordusundakı fəaliyyətləri haqqında bax. Köprülü F., "Türk Etnolojisine Ait Tarihi 



Notlar: Uran Kabilesi", Belleten, c. VII, Sayı: 26, Yıl: 1943, 231-239. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə