ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

25 

 

Atabəy  Eldənizi  Həmədana  dəvət  edib  Arslanşahı  taxta  oturtmasını  istədilər. 



Eldəniz  Həmədana  gəldi.  Oğulluğu  Arslanşah  ibn  II  Toğrulu  sultanlıq  taxtına 

əyləşdirdi.  Özü  isə  atabəy  əl-əzəm  (böyük  atabəy)  adıyla  onun  yanında  oturdu. 

Beləcə, Eldənizlilər İraq Səlcuqlu dövlətinin idarəsini əllərinə keçirdilər.

81

  



 

Eldənizlərin çiçəklənməsi və inkişafı 

 

Zilqadə  555-ci  ildə  Şəmsəddin  Eldəniz  20  minlik  orduyla  Arslanşahla 



birlikdə Həmədana gəldi. Rey hakimi İnancdan başqa (belə ki o, Süleyman şahın 

hakimiyyətliyini dəstəkləyirdi) bütün dövlət ricalı paytaxtda toplanmışdır. Eldəniz 

oğulluğu  Arslanşahı  taxta  oturtdu. Özünü isə  onun atabəyi elan etdi.  Böyük oğlu 

Cahan  Pəhləvan  sultanın  əmir-i  hacibi  (baş  hacib),  ikinci  oğlu  Qızıl  Arslanı  isə 



əmir  sipehsalar  əl-kəbir  (sultan  ordularının  baş  komandanı)  təyin  etdi.  İraq 

Səlcuqlularının idarəsi Eldəniz ailəsinə mənsub insanların əlinə keçərkən, Eldəniz 

öz yaxın dostlarına da yüksək vəzifələr verdi.

82

 



Atabəy  Eldənizin  İraq  Səlcuqlu  taxtını  ələ  keçirməsi  asan  olmadı. 

Arslanşaha  qarşı  taxtın  iki  iddiaçısı  daha  ortaya  çıxdı:  Marağa  atabəyi  nəzarəti 

altında  olan  Mahmud  şah  Məhəmməd  və  Fars  hakiminin  nəzarəti  altındakı 

Mahmud  şah  Məlikşah.  Bu  iki  iddiaçı  xəlifənin  təkidilə  Eldənizə  qarşı  hərəkətə 

keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 9 şaban 

556-cı ildə (2 avqust 1161) Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu 

darmadağın  etdi.  Reyi  ələ  keçirib  orasını  Cahan  Pəhləvanın  iqtası  elan  etdi.  Rey 

hakimi Əmir İnanc da Arslanşahın vassalına çevrildi.

83

 

Eldəniz  Reydən  Qəzvinə  hərəkət  etdi.  Qəzvində  üsyan  etmiş  Alp  Arqun 



məğlub  edildi  və  burası  atabəy  mülkləri  arasına  qatıldı.  Eldəniz  buradan 

Nüsrətəddinə  məktub  göndərib  tabe  olmasını  əmr  etdi.  Ancaq  Marağa  hakimi 

atabəyin bu təklifinə rədd cavabı verdi. Marağa hakimi Ərmənşahlardan Seyfəddin 

Bəy Teymur  ibn II Sökmənin  yardımı sayəsində  Qızılözən  çayı  kənarında  Cahan 

Pəhləvanı  məğlub  etdi.  Ancaq  Nüsrətəddinin  bu  zəfəri  arxasından  Marağanın 

idarəsi  ilə  kifayətləndi.  Atabəy  Eldəniz  də  onunla  məsələni  çox  ciddi  qəbul 

etməyib  Fars  Atabəyləri  Salqurlular  üzərinə  yeridi.  Bu  sırada  Salqurlu  atabəyi 

Sunqur  vəfat  etmiş,  yerinə  Zəngi  keçmişdir.  Zəngi  Eldənizə  qarşı  çıxmamış  və 

Arslanşahın hakimiyyətini qəbul etmək məcburiyyətində qalmışdır.

84

 



                                                                                                                                      

Şərafəddinin Süleyman şahın öldürmə qərarını təkbaşına alması bir az şübhəlidir. Ancaq qaynaqlar bu 

barədə heç bir söz demirlər. Bünyadov, Azərbaycan Atabəyləri, s. 44 qeyd 7, 45. 

81

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 42; Meriç, İldenizliler, s, 82-83. 



82

 Nişaburi, Səlçuknamə, s. 74; Ravendi, Rahat, s. 269, 272, 273, 278; Bundari, Zubdat, s. 297; İbn əl- 

Əsir, əl-Kamil, IX, s. 72-73; Həmdullah Qəzvini, Tarix-i Qozidə, s. 470-473; Merçil, İldenizliler, s. 82-

83; Bünyadov, Azərbaycan Atabəyləri, s. 45-46. 

83

 Bundari, Zubdat, s. 300. 



84

  Bu  mövzuda  geniş  məlumat  üçün  bax.  Merçil,  İldenizliler,  s.  83-85;  Bünyadov,  Azərbaycan 



Atabəyləri, s. 48-49. 


26 

 

Bir müddət  sonra  Marağa  atabəyi  Nüsrətəddin də  vəfat  etdi.  Eldəniz  onun 



mülklərində  çoxuna  əl  qoydu  və  Ağsunqurluları  təsiri  altına  saldı.  1167-ci  ildə 

Mosul  Atabəyləri  Zəngilər  də  Arslanşahın  hakimiyyətini  qəbul  etdi.  Atabəy 

Eldəniz  Kirman  və  Xuzistan  hakimlərini  də  itaəti  altına  aldı.  Beləcə,  Atabəy 

Eldəniz  dövründə  Azərbaycan  Atabəyləri  İraq  Səlcuqlularının  bütün  torpaqlarını 

əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Aran, Azərbaycan, Şirvan, 

Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, 

Axlat,  Ərzurum  və  Marağa  yer  alırdı.  Səlcuqlu  müvərrixi  əl-Hüseyni  belə  deyir: 

"Əsl  hökmdar  Atabəy  Eldənizin  özü  idi.  Əmrləri  o  verirdi,  iqta  torpaqlarını  o 

paylayırdı,  dövlət  xəzinəsinə  nəzarəti  də  o  edirdi.  Sultan  Arslanşah  ibn  Toğrulun 

ancaq adı var idi".

85

 

Atabəy  Eldənizi,  Qərbi  Səlcuqlu  dünyasında  etibarlı  və  nüfuzlu  hakim 



səviyyəsinə  çatdıran  şey  onun  qıpçaq-gürcü  krallığına  qarşı  apardığı 

müvəffəqiyyətli  müharibələr  və  "İslam  dünyasının  müdafiəçisi"  olmasıydı. 

Şəmsəddin Eldəniz, İraq Səlcuqlu taxtını ələ keçirməsinin birinci ilində şaban 556 

tarixində (avqust 1161) qıpçaq-gürcü birləşmiş orduları III Georgi dövründə (1156-

1184) Ani şəhərinə hücum etdilər. Mühasirəyə alınan şəhərə kömək etmək istəyən 

Ərmənşah Seyfəddin Bəy Temür özü də qıpçaqlar tərəfindən ağır bir məğlubiyyətə 

uğradıldı  və  əsir  düşməkdən  güclə  yaxasını  qurtardı.  Qıpçaqlar  Anidə  böyük  bir 

qətliam  törətdilər.  Sadəcə,  əsir  aldıqları  insanların  sayısı  41  min  idi.

86

  Eyni 


tarixlərdə  30  minlik  bir  qıpçaq-gürcü  ordusu  Divinə  hücum  etdi.  Onlar  10  min 

insanı öldürdülər, bir o qədər qadın və qızı da çılpaq edib əsir olaraq öz ölkələrinə 

apardılar.

87

 



Qıpçaqlar  Gəncədə  də  eyni  hərəkətlərini  təkrar  edincə,  Atabəy  Eldəniz 

başçılığında  Ağsunqurlulardan  Nüsrətəddin,  Ərmənşahlardan  Seyfəddin  Bəy 

Temür və d. əmirlərdən ibarət bir ordu iyul 1163-cü ildə  gürcüləri məğlub etdi.

88

 



Hicri 559-cu ildə (1164) Abxazlar Anidən qovuldular. 

                                                                                                                                      

 

85

 Əl-Hüseynidən nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 50-51. 



86

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 77; Vardan, Vseobşaya istoriya, s. 155. 

87

  Vardanın  şahidliyinə  görə,  bu  davranışları  gürcü  qadınlarının  ağır  etirazına  səbəb  olmuşdur. 



Vseobşaya istoriya, s. 155; İbn əl-Əsir, əl-Kamil, IX, s. 79-80; Bünyadov, Azərbaycan Atabəyləri, s. 52; 

Merçil, İldenizliler, 85.  

88

 Bu müharibənin şahidi olan  İbn əl-Əzraq belə  yazır: "Gürcülər ən həqarətli məğlubiyyətə uğradılar. 



Onların varidatından o qədər çox qənimət götürülmüşdür ki, onu təsvir etmək və ya saymaq mümkün 

deyildir. Hökmdarın axuru gümüşdən qayrılmış ilxı tövləsi ələ keçirilmişdi. Hökmdarın anbarı və onda 

nə varsa, böyük gümüş çəlləklər də daxil olmaqla, hamısı zəbt edilmişdi. Bu gümüş çəlləklərdən biri 

sultana göndərildi. Onu və o cür başqa birisini daşımaq üçün bütöv bir araba lazım idi. Sultan onu və o 

dövrdə  dövriyyədə  olan  dinar  hesabı  ilə  iki  min  dinarlıq  qəniməti  öz  sarayına  göndərdi.  O,  qızıl  və 

gümüş su qablarını göndərdi, adamların su içməsi üçün onlar Həmədan cümə məscidinə verildi. İkinci 

çəlləyi  türkmənlər  götürdü  və  onu  tikə-tikə  doğradılar.  Müsəlmanlar  çox  böyük  sayda  qənimət  əldə 

etdilər  və  çoxlu  adam  qırdılar.  Abxaziya  hökmdarı  qaçmağa  üz  qoydu  və  qalın  meşədə  gizləndi. 

Ərmənşah  üç  tay  yük  ələ  keçirdi:  birində  qızıl  və  gümüş  qablar  var  idi;  ikincisində  tayı-bərabəri 

tapılmayan müxtəlif qiymətli daş-qaşla örtülmüş ölçülməz dəyərdə qızıl və cavahiratla bəzədilmiş qızıl 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə