ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

29 

 

"bir  gecə  Sultan  Arslanşah  çox  içmiş  və  sərxoş  olmuşdur.  Bunun  üzərinə 



xəzinəsindəki  hər  şeyi  yanındakılara  paylamışdır.  Bunu  eşidən  Eldəniz  onun 

payladıqlarının  hamısını  geri  almış  və  sultana  belə  demişdir:  pulu  ehtiyacın  olan 

şeylər  xaricində  sərf  edərsən,  eyni  şəkildə  lazımsız  yerə  pul  yığmaq 

məcburiyyətində qalarsan. Beləcə, xalqına zülm etmiş olarsan".

96

 

Eldənizin ədalətini gürcü və qrabarca yazılmış əsərlər də təsdiq etməkdədir. 



Misal  üçün,  Vardan,  atabəy  haqqında  "xristianları  sevir  və  ölkəsinin  rifahı  üçün 

qayğı  göstərirdi"  deyir.

97

  Ümumiyyətlə,  qaynaqlarda  Eldənizlər  dövründə  xristian 



təbaya  qarşı  böyük  hörmət  və  ehtiram  göstərildiyi  haqqında  məlumatlar 

verilməkdədir.

98

 Hətta Eldəniz atabəylərindən Əbu Bəkrin xristianlara mehribanlığı 



o qədər böyük olmuşdur ki, bu, xalqda onun "islam dinini tərk etdiyi" şəklində söz-

söhbətə  səbəb  olmuşdur.  Z.  Bünyadov  bunu,  Eldənizin  "gürcü  və  digər  qonşu 

xristian  ölkələri  öz  tərəfinə  çəkmək  politikası"  olduğunu  qeyd  edir.

99

    Ancaq  bu 



görüşlə  razılaşmaq  o  vaxt  mümkün  olardı  ki,  ümumiyyətlə  Səlcuqlular  tarixində 

Eldənizin bu siyasəti yeganə hadisə olaydı. Ancaq bu belə deyildir, Səlcuqlular hər 

zaman,  hətta  xaçlılar  qatı  din  düşmənliyi  siyasəti  yeritdiklərində  belə  öz 

hakimiyyətləri altındakı müsəlman olmayan xalqlara zərər verməmişdilər.

100

 

Atabəy  Şəmsəddin  Eldəniz  öz  hakimiyyətinin  zirvəsində  həyatdan 



köçmüşdür.  Yerinə  böyük  oğlu  Cahan  Pəhləvanı  vəliəhd  təyin  etmiş,  digər  oğlu 

Qızıl Arslana da onun xidmətində durmağı əmr etmişdir. Eldənizin vəfat xəbərini 

Həmədanda  eşidən  oğlu  Pəhləvan  surətlə  Naxçıvana  hərəkət  etdi.  Burada  dövlət 

xəzinəsini  və  atabəylik  taxtını  əlinə  keçirən  Pəhləvan,  sultan  Arslanşahın 

izləyəcəyi  siyasəti  təqib  etməyə  başladı.  Ancaq  Eldənizdən  narazı  bəzi  əmirlər 

sultanı


101

 Cahan Pəhləvana qarşı təhrik etdilər.

102

 Bunun üzərinə Arslanşah böyük 



                                                           

96

 Merçil, İldenizliler, s. 88. 



97

 Vardan, İstoriya, s. 151-152. 

98

 Histoire de la Siounie par St. Orbelian, trad. par M.Brosset, SPb. 1864, s. 195 vəd. 



99

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 59. 

100

 Bu kitabda bununla əlaqədar çoxlu hadisəyə yer verilmişdir. 



101

  Arslanşah  daha  Eldəniz  dövründə  Azərbaycan  atabəylərinin  nəzarəti  altında  olmaqdan  narazı  idi. 

Ancaq  onun  bu  narazılıqlarını  anası  Mömünə  xatun  bərtərəf  etməkdəydi.  Eldənizin  dövlətin  bütün 

idarəsini əlinə keçirməsindən narazı olan Arslanşahı anası belə yatışdırırdı: "Bu adama bir söz demə, o 

sənin üçün özünü təhlükəyə atır və müharibələr aparır; sənin üçün varını-yoxunu sərf edərək, kölələrini 

və  adamlarını  tələf  edir.  Nəhayət,  səni  o  sultan  elan  etdi.  Səlcuqlu  sultanlarından neçələri  var  ki,  yaş 

olaraq  səndən  böyük  olduqları  halda  həbsxanalarda  çürüməkdədir.  Sən  səltənət  taxtında  olduğu  üçün 

hərəkət  edə  bilmirlər.  Halbuki  Atabəy  Eldəniz  və  iki  oğlu  sənə  xidmət  edirlər,  sənin  düşmənlərin  ilə 

çarpışırlar.  Sən  isə  onların  sayəsində  asudə  vaxt  keçirirsən.  Onun  işlərinə  qarışma,  ondan  bir  zərər 

gəlməsindən qorxma; o sənin məmlükündür". Bax. Merçil, İldenizliler, s. 89. 

102

 Əl-Hüseyni Eldənizdən narazı əmirlərin sultana belə dediyini qeyd edir: "Əgər sən Azərbaycanı azad 



etsən,  oraya  etibarlı  adamlarından  birini  hakim  təyin  edib  Həmədana  qayıdar,  Bağdada  gedib  onu 

tutarsan.  Çünki  sənin  məmlükün  Mosul  hakimi  Qütbəddin  Məvdud  ibn  Zəngi  sənə  tabedir  və  sənə 

qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və xilafətin minbərlərindən sənin adınla xütbə 

oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar". Bax. Bünyadov, 



Azərbaycan Atabəyləri, s. 66. 


30 

 

bir  orduyla  Azərbaycana  hərəkət  etdi.  Ancaq  İraq  Səlcuqlu  sultanı  Zəncana 



gələndə  birdən  xəstələndi  və  təcili  Həmədana  qayıtdı.  Böyük  təlaş  ilə  Cahan 

Pəhləvanı Həmədana çağıran sultan atasının bütün səlahiyyətlərini ona verdi və bu 

hadisədən qısa müddət sonra da öldü.

103


 

Atabəy  əl-əzəm  məqamını  əlinə  keçirən  Cahan  Pəhləvan  narazı  əmirləri 

ortadan  qaldırıb,  üsyan  bayrağını  qaldıran  əmirləri  yola  gətirməyə  başladı.  İlk  iş 

olaraq  Xuzistan  və  Əhvaz  hakimi  əfşarlardan  Ay-Doğdu  Şumla  ilə  üz-üzə  gəldi. 

Daha Eldəniz dövründə əfşarlı Şumla atabəydən Nəhavənd əyalətini istəmiş, ancaq 

rədd cavabı almışdır. Eldənizin ölümündən sonra ortaya çıxan vəziyyətdən istifadə 

edən  Şumla  bacısı  oğlu  idarəsində  bir  qüvvəti  Nihavəndən  göndərib  buranı  hiylə 

ilə  əlinə  keçirmiş  və  tar-mar  etmişdir.

104


  Arxasından  da  Şumla  türkmənlərə  qarşı 

hücumlara başladı. Bunun üzərinə türkmənlər Cahan Pəhləvandan kömək istədilər. 

Böyük  bir  orduyla  Şumla  üzərinə  hərəkət  edən  Atabəy  Pəhləvan  meydana  gələn 

Karmasin yaxınlığındakı döyüşdə qalib gəldi. Şumla döyüş sırasında vurulan oxla 

yaralandı, oğlu və bacısı oğluyla birlikdə əsir düşdü. Döyüşdən bir neçə gün sonra 

Şumla aldığı ox yarası nəticəsində öldü. Onun yerinə Xuzistan hakimiyyətinə oğlu 

Şərafəddin Əmiran çıxdı.

105


 

Atabəy  Pəhləvan  Marağa  atabəyi  Arslan-Aba  ibn  Ağsunqurun  vəfatından 

istifadə  edib  onun  torpaqlarını  əlinə  keçirmək  istədi.  Bu  səbəblə  Marağanı 

mühasirəyə  aldı.  Eyni zamanda  Aran  və  Azərbaycan hakimi qardaşı Qızıl  Arslan 

da Təbrizə hücum etdi. Bu vaxt Ftabəyin ordusundan bir qrup Marağaya girsə də 

şəhər  xalqı  tərəfindən  tərk-silah  edilib  əsir  alındılar.  Ancaq  Marağa  şəhərinin 

qaziül-qüzatı  (baş  qazısı)  Sədrəddin  əsirlərə  xələt  geydirib  sərbəst  buraxdırdı. 

Qazının  bu  hərəkətindən  çox  məmnun  olan  Pəhləvan  onunla  sülhə  razı  oldu. 

Bağlanan  sülh  müqaviləsinə  görə  Marağa,  Ruin-dej  qalası  Ağsunqurlulara 

verilmək şərti ilə Marağa Atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. 

Aran  və  Azərbaycan  hakimi  Qızıl  Arslan  bunun  üzərinə  öz  iqamətgahını 

Naxçıvandan Təbrizə köçürdü.

106

 

Atabəy  Pəhləvanın  bütün  İraq  Səlcuqlu  hakimiyyəti  əlinə  keçirməsindən 



sonra sultan Arslanşah öldü. Onun vəfatından sonra Pəhləvan oğlu III Toğrul şah 

ibn Arslan şahı İraq taxtına oturtdu. Arslan şahın vəfatını eşidən taxtın digər varisi 

və  ölən  hökmdarın  qardaşı  şahzadə  Məhəmməd  Xuzistan  hakimi  Şərafəddin 

Əmirana məktub yazıb İsfahan üzərinə hərəkət etməsini istədi. Ancaq Əmirandan 

xeyir  cavabı  alınca  özü  İsfahana  gəldi  və  burada  1000  süvari  ona  qoşuldu. 

Məhəmmədin  üsyan  xəbərini  eşidən  Cahan  Pəhləvan  Həmədandan  İsfahana 

                                                           

103


 İsfahani və ondan da nəqlən Bundari, sultanın Pəhlivan tərəfindən zəhərləndiyini qeyd edirlər ki, bu 

məlumat doğrudur. Bax. əl-Bundari, Zübdət, s. 301; Sümer F., Pehləvan, İA, IX, s. 545-598; Bünyadov, 



Azərbaycan Atabəyləri, s. 66. 

104


 İbn əl-Əsir,əl-Kamil, IX, s. 120. 

105


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 134; İbn əl-Cövzi, Muntazam, X, s. 255; Merçil, İldenizliler, s. 89-90. 

106


 Merçil, İldenizliler, s. 90. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə