ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

31 

 

hərəkət  edib  şahzadənin  ordusunu  darmadağın  etdi.  Məhəmməd  məğlubiyyətdən 



sonra  Xuzistana  Əmiranın  yanına  qaçdı.  Ancaq  Xuzistan  hakimi  Atabəy 

Pəhləvanın qorxusundan onu ölkəsindən uzaqlaşdırdı. Bunun üzərinə vasitə gedən 

Məhəmməd,  burada  da  qala  bilməyincə  Fars  Atabəyləri  Salqurilərdən  Zənginin 

yanına  getdi.  Ancaq Pəhləvan ona  bir məktub  yazaraq şahzadəni təslim etməsini, 

yoxsa  bunun  "onun  məhvinə"  səbəb  olacağını  bildirdi.  Atabəy  Zəngi,  Pəhləvanla 

üz-üzə  gəlməmək  üçün  Məhəmmədi  həbs  etdirib  atabəyə  göndərdi,  o  da  onu 

Sərcahan zindanlarına atdırdı.

107


 

Bu  hadisələrdən  sonra  Atabəy  Cahan  Pəhləvan  dövlətin  tək  hakiminə 

çevrildi.  Səlcuqlulara  qarşı  münasibəti  yaxşı  olmayan  Sibt  ibn  Cövzi  onun 

haqqında  belə  yazır:  "Toğrul  kiçik  idi  və  dövlət  işlərini  Pəhləvan  ləqəbiylə  ad 

çıxarmış Məhəmməd ibn Eldəniz Elşah idarə edirdi. O, Həmədanda iqamət edir və 

bütün dövləti idarə edirdi".

108

  Ravəndi  isə  onu  "İslamın  padşahı,  böyük  hökmdar, 



atabəy  əl-əzəm,  Əcəm  xaqanı  Şəms  əd-Dünya  vəd-Din  Nüsrət  əl-İslam  vəl-

Müslimin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan ibn Eldəniz" olaraq tərif edir.

109

 

Sibt ibn Cövzinin Cahan Pəhləvanı "elşah" ləqəbi daşıdığını xəbər verməsi 



çox  maraqlıdır.

110


  Bunun  bir  ləqəb  deyil,  ölkə  hakimini  ifadə  etmək  üçün 

ümumiləşmiş  bir  ifadə  olduğu  ortaya  çıxmaqdadır.  "el/il"  türklərdə  "dövlət" 

mənasını  ifadə  edirdi,  burada  da  "elşah"  adı  "dövlətin  şahı"  deməkdir.  Bu  da, 

Cahan Pəhləvanın gücünü və qüdrətini ortaya qoymaqdadır. 

Ancaq  Cahan  Pəhləvan  Eldənizli  Atabəylərinin  ən  güclü  hakimi  olmaqla 

birlikdə  Eldənizli  Atabəylərinin  süqutunun  da  birinci  dərəcədən  səbəbkarı  idi. 

Əslində nə Pəhləvan, nə də atası Eldəniz ələ keçirdikləri Səlcuqlu üsul-i idarəsində 

heç  bir  dəyişiklik  aparmamışdılar.  Sadəcə,  zəifləyən  mərkəzi  idarəni  öz 

qabiliyyətləri,  ciddiyyətləri  və  şəxsi  idarələri  ilə  gücləndirmiş,  nizam  və  intizamı 

bərqərar  etmişdilər.  Şəxs  mərkəzli  bu  idarə  forması  sultan  və  ya  atabəy  iradəsi 

güclü olarkən yaxşı işləməkdə, zəif olarkən də ayrı-ayrı əmirlərin əlində oyuncağa 

dönməkdəydi.  Pəhləvan  öz  məmlüklərinə  geniş  səlahiyyətlər  və  böyük  iqtalar 

vermişdir.  Bu  məmlüklər  "əl-Pəhləvani"  adını  daşıyırdılar.  Ancaq  onları  sadəcə, 

adı  məmlük  olub,  həqiqi  mənada  isə  yarımüstəqil  hakimlərə  çevrilmişdilər.  İbn 

İsfəndiyar  özünün  Təbəristan  Tarixinin  bir  yerində  Pəhləvanın  məmlükləri 

haqqında maraqlı bir məlumat verməkdədir. Ona görə, atabəy ölümündən bir qədər 

əvvəl  Reyə  gəlir  və  sarayın  avlusunda  öz  əyanları  ilə  söhbət  edərkən  birdən 

çavuşların  böyük  bir  hay-küy  qopardığını  eşidir.  Atabəy  bu  hay-küyün  səbəbini 

soruşanda ona Rey əmiri Siracəddin Qaymaz əl-Pəhləvaninin gəldiyi xəbər verilir. 

                                                           

107

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 68-69; Merçil, İldenizliler, s. 90-91. 



108

 Sibn ibn Cövzi, Mir'at, VIII, s. 330. 

109

 Ravəndi, Rahat, s. 306. 



110

  İbn  Xəlliqanda  da  Atabəy  Pəhləvan  üçün  "İl-şah"  (El-şah)  adı  keçir.  Bax.  İbn  Khallikan's 



Biographical Dictionary, transl from the Arabic by Mc.G. de Slane, vol. I-IV, Beyrut 1842-1943, c. III, 

s. 361. 


 


32 

 

Bu  hadisə  qarşısında  təəccübünü  inkar  etməyən  Atabəy  Pəhləvan  vəzirlərindən 



birinə  belə  deyir:  "Mənim  qullarım  və  onlara  verdiyim  səlahiyyətlər  haqqında 

fikrin  nədir?"  Vəzir  belə  cavab  verir:  "Qoy  atabəy  əl-əzəmin  həyatı  əbədi  olsun. 

Sən  öz  qullarını  elə  yüksək  mərtəbələrə  qaldırmısan  ki,  səndən  sonra  onlar  sənin 

övladlarının heç birinə itaət etməyəcək və heç biri o birisinə baş əyməyəcəkdir. Bu 

qullarının  ömrü  davam  etdiyi  müddətcə  İraq  nə  sülh,  nə  də  asayiş  görəcəkdir". 

Vəzirin  sözləri üzərinə  atabəyin gözləri  yaşarır və  belə  deyir: "Sən çox  haqlısan! 

Ancaq  nə  etmək  olar?"  Vəzir  cavab  verdi:  "İndi  artıq  sadəcə  və  sadəcə,  Allahın 

iradəsinə ümid bağlamaqdan başqa çarə görünmür".

111

 

İbn İsfəndiyarın verdiyi bu məlumat, Eldənizlər dövründə Səlcuqlu "qulam 



təşkilatının"  iflas  etdiyini  göz  qabağına  çıxartmaqdadır.  Hələ  Eldənizlərdən  çox-

çox  əvvəl  ordu  komutanlarına  verilən  iqtalar  irsi  hakimiyyətə  çevrilmişdir.  Buna 

görə də atabəylər və sultanlar öz mövqelərini qorumaq üçün əmirlərə, məmlüklərə 

böyük  imtiyazlar  vermişdilər.  Ancaq  onlar  dövlətin  təməlinə  döşənmiş  canlı 

bombalar  kimiydilər.  Onların  sayəsində  80  illik  İraq  Səlcuqlu  tarixində  heç  bir 

hakimiyyət  dəyişikliyi  dava-savaşsız  keçməmişdir.  Digər  tərəfdən,  Atabəy 

Pəhləvan da haqlı idi. Çünki Eldənizlərin özü də bu sistem sayəsində dövlətin ən 

üst  mərtəbəsinə  qədər  ucala  bilmişdilər.  Sadəcə,  Pəhləvan  öz  məmlüklərini 

özündən  narazı  salmamaq  üçün  onlara  tanınan  haqq  və  imtiyazları  daha  da 

genişləndirmişdir.  Bu  böyük  səlahiyyətlər  sayəsində  hər  bir  məmlük  idarə  etdiyi 

torpaqların  yarımüstəqil  hakiminə  çevrilmişdir.  Atabəy  Pəhləvanın  vəziyyəti 

gücünün və ehtişamının zirvəsində olan, ancaq öz əmirlərinə söz keçirə bilməyən 

böyük  sultan  Səncərin  vəziyyətinə  oxşayırdı.  Buna  rəğmən  Pəhləvan  ölümünə 

qədər məmlükləri üzərində öz otoritəsini qoruyub saxlaya bilmişdir.

112

 

Eldənizli  Atabəyləri  dövründə  xilafət  ilə  münasibətlər  çox  zəif  olmuşdur. 



Atabəy Eldəniz özündən əvvəlki İraq hakimlərindən fərqli olaraq Bağdad və ətraf 

ərazilərdə Abbasi xəlifələrinin özərk idarəsinə heç bir zaman müdaxilə etməmiş və 

xilafətlər  arasındakı  münasibətləri  İslam  dünyasının  ən  yüksək  dini  məqamına 

hörmət çərçivəsində qurmuşdur. 1180-ci ildə Abbasi xəlifəsi əl-Müstəzi Biəmrillah 

vəfat etdi. Onun yerinə oğlu ən-Nasir  Lidinillah keçdi. Xilafət dəyişikliyi üzərinə 

Bağdadın  şeyhuş-şuyuhu  (şeyxlər  şeyxi)

113

  Sədrəddin  Atabəy  Pəhləvana  bir  elçi 



göndərib yeni xəlifəyə biət edilməsini istədi. Ancaq Pəhləvan onun bu məktubuna 

                                                           

111

 İbn İsfəndiyar, Tarix-i Taberistan, s. 151-152. 



112

 Ravəndi (Rahat, s. 309-310) və Cüzcani (Tabakat-i Nasiri, I, s. 171) Atabəy Cahan Pəhləvanın 70-ə 

qədər şəxsi məmlükünün olduğunu qeyd edirlər. Bu məmlüklərin hər birinin öz iqtası və hərbi dəstələri 

var idi. İbn əl-Əsir isə Atabəyin 5000-dən çox şəxsi qulamının olduğunu yazır (əl-Kamil, IX, s. 173) 

113

 Ərəb cəmiyyətində şeyxlərin böyük hüquqları var idi. Şeyx əslində qəbilə rəisi deməkdir. Yəni şeyx 



öz  qəbiləsinin  bütün  idari  və  siyasi  işlərindən  məsul  bir  rəis  mövqeyində  idi.  Şeyxlər  şeyxi  məqamı 

bütün  ərəb  şeyxlərini  təmsilən  qurulmuş  bir  idarə  idi  və  xəlifə  nəzdində  geniş  səlahiyyətləri  vardı. 

Çünki Səlcuqlular qarşısında xilafətin tək əsgəri və siyasi gücü ərəb qəbilələrinə və onların rəsiləri olan 

şeyxlərə dayanırdı. Buna görə də şeyxu'ş-şuyuh məqamına hörmət böyük idi. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə