ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

35 

 

dövr haqqında danışan Ravəndi, III Toğrulun "insanlara həsəd apardığını, gününü 



əyləncə və kef məclislərində keçirdiyini, atabəyin isə vuruşmalarda ağır zəhmətlər 

çəkdiyini"  qeyd  edir.

121

  Bu  onun  siyasi  cəhətdən  çox  təcrübəsiz  olduğunu  ortaya 



qoymaqdadır.  Cahan  Pəhləvanın  əmrindəki  məmlüklər  və  əmirlər  də  taxt 

iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın 

tərəfində  idi.  Əmirbar  (rəsmi  mərasim  əmiri)  Mahmud  Anasıoğlu,  Qəzvin  əmiri 

Nurəddin  Qara,  Natanz  hakimi  Nurəddin  Qıran  Huvan,  Rey  əmiri  Siracəddin 

Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-

ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini 

dəstəkləyirdilər.  Cəmaləddin  Ay-Aba,  Seyfəddin  Rus  və  Cəmaləddin  Öz-Aba 

Qütlüq  İnanc  ilə  Əmir  Əmiran  Ömərin;  İzzəddin  Miyak  əl-Atabəyi,  Qaragöz  əl-

Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.

122


 

Bu əmirlərin  özləri arasında  da  ixtilaflar var idi.  Hətta  əl-Carbazağani "bu 

məlüklər ifritə və ifritə nəslindən idi" deyərək onlar arasında cərəyan edən ədavətin 

ölkənin iflasına yol açdığını qeyd etməkdədir.

123

 

Atabəy Cahan Pəhləvanın ölüm xəbərini bir müddət gizli tutan arvadı İnanc 



Xatun əmirlərlə dəfələrcə görüşərək hakimiyyətə oğlanlarının keçməsinə çalışsa da 

onun  bu  cəhdləri  səmərə  vermədi.  Əmirlər  atabəy  əl-əzəm  məqamında  Qızıl 

Arlsanı görmək istədiklərini dilə gətirdilər. Əmirlərin bu görüşü qarşısında çarəsiz 

qalan  sultan  III  Toğrul  da  Qızıl  Arslana  bir  fərman  göndərərək  onu  atabəy  elan 

etdi.  Həmədana  gələn  Qızıl  Arslan  atabəylik  taxtına  oturdu.  Ancaq  bir  müddət 

sonra Qızıl Arslan sultanın əmri ilə məmlüklərdə Qaragöz tərəfindən ona qarşı sui-

qəsd  hazırlandığını  öyrəndi.  Sui-qəsd  atabəyin  Həmədanda  qarşılanma  mərasimi 

sırasında  həyata  keçirilməli  idi.  Ancaq  sultanın  işarəti  ilə  plan  təxirə  salınmışdır. 

Bunu öyrənən Qızıl Arslan Qaragözü həbs etdirib gözlərinə mil çəkdirdi. Bu hadisə 

atabəy ilə sultan arasında münasibətlərin korlanmasında atılmış ilk addım oldu.

124

 

Qızıl Arslanın narazı əmirlərə divan tutması güc tərəzisinin sultan və İnanc 



Xatun  lehinə  dəyişməsinə  səbəb  oldu.  Əmirlərdən  Cəmaləddin  Ay-Aba  ilə 

Seyfəddin Rus III Toğrulun tərəfinə keçdilər. Əbhər hakimi Bahaəddin əd-Dövlə, 

Zəncan hakimi İl-Kifşat və Marağa Atabəyi Körpə Arslan da onların yolunu tutdu. 

Bu yeni ittifaqın məqsədi atabəylik taxtına Qütlüq İnancın oturdulması idi. Bunun 

üzərinə sultan ilə atabəyin orduları h. 583-cü ildə (1187/88) Həmədan yaxınlığında 

toqquşdular.  Vuruşmalar  iki  gün  davam  etdi.  İkinci  günün  axırında  Qızıl  Arslan 

                                                           

121


 Ravəndi, Rahat, s.310. 

122


  Bünyadov,  Azərbaycan  Atabəyləri,  s.  78.  Z.  Bünyadov  "pəhləviyyə"  adıyla  Eldənizlər  və  İraq 

Səlcuqlu  tarixində  məşhur  əmirlərin  də  adlarını  vermişdir  (eyni  əsər,  s.  78-79).  Bunlar:  Nurəddin 

Gökçə,  Şəmsəddin  Aydoğmuş,    Adamış  (Ödəmiş),  Nəsirəddin    Mengli,    Qay-Aba    (Kay-Aba),  

Seyfəddin  Oğlamış,    Bədrəddin  Dizmari,  Nəsirəddin  Ağ-Quş,  Seyfəddin  Sunqurca,  Seyfəddin  Bəklik 

əs-Sadidi, Buqday, İzzəddin Balban və d. 

123


 Eyni əsər, s. 79. 

124


 Ravəndi, Rahat, s. 313. 

 



36 

 

ordusunu  meydandan  çəkmək  məcburiyyətində  qaldı.  Bu  müvəffəqiyyət  sultan 



ordusunda rahatlığa yol açdı. Ay-Aba ilə Rus bir-birinə girdilər. Nəticədə Ay-Aba 

Rusu  öldürmüş,  sultan  da  əmrini  yerinə  yetirmədiyi  üçün  Ay-Abanı  edam 

etdirmişdir.

125


  Bu  dəfə  atabəy  tərəfdarlarına  divan  tutmaq  sırası  sultanda  idi.  Bu 

qətliamda vəzir İzzəddin, Həmədan rəisi Fəxrəddin, Rey valisi Siracəddin Qaymaz 

və Bədrəddin Qaragöz öldürüldülər.

126


 

Sultanın  bu  davranışları  Qızıl  Arslanın  daha  qəti  tədbirlər  almasına  səbəb 

oldu. Eldənizli atabəyi əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. 

Abbasi  xəlifələri  isə  Səlcuqluların  zəif  vəziyyətindən  istifadə  edərək  bu  türk 

dövlətinin  ortadan  qalxmasını  istəyirdilər.  Buna  görə  də  Qızıl  Arslanın  təklifini 

məmnuniyyətlə  qəbul  etdilər.  Xəlifə  ən-Nasir  bir  ordu  hazırlayaraq  Həmədan 

istiqamətində  yola  çıxartdı.  Həmədan  ətrafındakı  Day-Mərgdə  meydana  gələn 

döyüşdə  Qızıl  Arslanın  gəlməsini  gözləməyib  vuruşmaya  girən  Cəlaləddin  ibn 

Yunis  başçılığındakı  xəlifə  qüvvələri  III  Toğrul  tərəfindən  darmadağın  edildi  (6 

may  1188).  Bu  hadisə  üzərinə  Atabəy  Qızıl  Arslan  Kirmanşah  istiqamətində 

çəkildi.

127


 

Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına 

da  Mücahidəddin  Xalis  əl-Xassi  gətirdi.  H.  584-cü  ildə  (dekabr  1188)  xəlifə  ilə 

sultan  arasında  ikinci  vuruşma  meydana  gəldi.  Bu  dəfə  III  Toğrul  Həmədanı  tərk 

edib İsfahana qaçdı. Abbasi ordusu paytaxtı tutdular, Qızıl Arslan da buraya gəldi. 

Həmədanda  xəlifənin  əmriylə  taxta  Qızıl  Arslan  oturduldu  və  Bağdadda  onun 

adına  "hökmdar  və  möminlər  əmirinin  köməkçisi"  adıyla  xütbə  oxuduldu.  Bu, 

Səlcuqlu tarixində ilk hadisə idi ki, bir atabəy sultanlıq taxtına keçirdi.

128

 

Bunun  üzərinə  III  Toğrul  Azərbaycan  soxuldu.  Azərbaycanda  İzzəddin 



Həsən  ibn  Qıpçaq  başçılığında

129


  türkmənlərdən  ibarət  50  minlik  qoşun  toplayan 

III  Toğrul  sırasıyla  Uşnu,  Urmiyə,  Xoy  və  Səlması  işğal  edərək  Həmədana 

yaxınlaşmağa  başladı.  Sultan  hətta  Qızıl  Arslana  qarşı  Misirdə  Əyyubilər 

dövlətinin  qurucusu  Səlahəddin  Əyyubidən  də  kömək  istədi.  Ancaq  Əyyubi 

xaçlılarla  müharibələri  səbəb  göstərərək  İraq  Səlcuqlu  taxtında  meydana  gələn 

hadisələrə  qarışmaqdan  uzaq  durdu.  Nəticədə  sultan  ilə  atabəy  öz  niyyətlərini 

döyüş  meydanında  paylaşmağa  qərar  verirlər.  Bu  vaxt  Reydən  qardaşı  oğulları 

Qütlüq İnanc ilə Əmir Əmiran Ömər Həmədana gəlib əmilərinin xidmətinə girirlər. 

Cahan Pəhləvanın dul arvadı İnanc Xatun da Qızıl Arslan ilə evləndi. Beləcə, Qızıl 

Arslan  İraq  Səlcuqlu  taxtının  mütləq  hakimi  olur.  Arxasından  da  Əbu  Bəkiri 

                                                           

125


 Ravəndi, Rahat, s. 317. 

126


 Eyni əsər, s. 319. 

127


  Nişaburi,  Selçukname,  s.  87;  Ravəndi,  Rahat,  s.  319-320;  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  197; 

Bünyadov, Azərbaycan Atabəyləri, s. 82; Merçil, İldenizliler, s. 95. 

128

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 83; Merçil, İldenizliler, s. 95. 



129

  Sultan  III  Toğrul,    İzzəddin    Həsən    ibn    Qıpçağın  bacısıyla  evlənərək  aralarındakı    münasibətləri 

qohumluqla gücləndirdilər. Bax. Merçil, İldenizler, s. 95. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə