ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   16   17   18   19   20   21   22   23   24

43 

 

sona  çatdı.  Gürcüstanda  qıpçaq  əmirləri  arasında  hakimiyyət  uğrunda  mübarizə 



qızışdı.

156


 

Qıpçaqların  hücumunun  qarşısını  almaqda  çətinlik  çəkən  Eldənizli  atabəyi 

Əbu  Bəkr  çarəni  çariça  Tamara  ilə  qohumluq  əlaqələri  qurmaqda  gördü.  İbn  əl-

Əsirin  məlumatına görə,  Atabəy Əbu Bəkr  gürcü prenseslərindən biriylə  evləndi. 

Atabəyin  çarəsizliyinə  də  diqqət  çəkən  İbn  əl-Əsir  böyük  tarix  əsərində  bəlkə  də 

heç bir hökmdar üçün sərf etmədiyi ən ağır sözləri Əbu Bəkr haqqında yazmışdır. 

Müəllif belə deyir: "kişiliyi və iradəsi çatmırdı ki, bu alçaq işlərdən əlini çəksin. O, 

gürcü  çarının  qızına  elçi  göndərdi  və  onunla  evləndi.  Ancaq  bundan  sonra 

xristianlar ölkəni qarət etməkdən, səfərlərdən və talanlardan əl çəkdilər".

157


 

Zilqadə  604-cü  ildə  (18  may  -  16  iyun  1208)  Marağa  Atabəyləri 

Ağsunqurluların  son  atabəyi  Əlaəddin  Körpə  Arslan  vəfat  etdi.  Marağadan 

meydana  gələn  hadisələrdən  istifadə  edən  Əbu  Bəkr  Ruin-Dej  qalası  xaric 

Ağsunqurluların bütün torpaqlarına və mülklərinə əl qoydu.

158


 

Eldənizli atabəyi Nüsrətəddin Əbu Bəkr h. 607-ci ildə (1210/11) vəfat etdi. 

O,  iyirmi  il  boyunca  Aran  və  Azərbaycanı  idarə  etmişdir.  İçkiyə  aludə  olması, 

vaxtını kef məclislərində keçirməsi ölkəsinin zəifləməsində əsas amil olsa da Əbu 

Bəkr adil bir hökmdar idi.  O, atabəy ünvanı xaricində "sultan" adını da daşıyırdı. 

1211-ci  ildə  əmisi  Qızıl  Arslana  aid  dinarların  yenidən  zərb  edilməsinə  qərar 

verməsi onun ölüm tarixinin 1211-ci ilin əvvəlləri olduğunu ortaya qoymaqdadır. 

Atabəy  Əbu  Bəkrin  ən  böyük  qüsuru  öz  iradəsinə  sahib  çıxa  bilməməsi  və 

əyləncəli həyata düşkün olmasıydı. Oysa, ətrafındakı əmir və məmlüklərin bir çoxu 

ona  qarşı  yaxşı  münasibət  bəsləyirdilər.  Məmlük  Aydoğmuş  belə  onun 

hakimiyyətinə  qarşı  çıxmamış  və  Eldəniz  ailəsinə  hörmətlə  yanaşmışdır.  Ancaq 

Əbu Bəkr ona bağlanan ümidləri doğrultmamışdır.

159

 

Qardaşının  vəfatından  sonra  Eldənizli  Atabəyləri  taxtına  Özbək  (1211-



1225) keçdi. Onun taxta çıxdığı vaxt İraq-i Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir 

müddətdir İraq-i Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın 

bir  başqa  məmlükü  Nəsrəddin  Məngli  çıxış  edərək  onu  məğlub  etdi    və  İraq-i  

Əcəm  torpaqlarını  əlinə  keçirərək  Rey,  İsfahan,  Həmədan  və  d.  əyalətlərdə  öz 

adına  xütbələr  oxudub,  "sultan"  adıyla  sikkələr  zərb  etdirdi.

160


  İbn  əl-Əsirə  görə, 

                                                           

156

 Geniş məlumat üçün bax. Histoire de la Georgie, I, s. 468-473, 481; İbn əl-Əsir, əl-Kamil, IX, s. 280 



vəd;  Ebu'l-Farac,  Ebu'l-Farac  Tarihi,  II,  s.  490-491;  Vardan,  İstoriya,  s.  171;  Kirakos  Qandjaketsi, 

İstoriya, s. 96; Bünyadov, Azərbaycan Atabəyləri, s. 104-106; Kırzıoğlu, Kıpçaklar, s. 143. 

157


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 284. 

158


 Bünyadov, Azərbaycan Atabəyləri, s. 107. 

159


 Eyni əsər, s. 107-108. 

160


  Z.Bünyadov  (Qosudarstvo  xorezmşaxov,  s.  85;  Azərbaycan  Atabəyləri,  s.  108),  Aydoğmuşun 

əvvəlcə  Bağdada  qaçdığını  daha  sonra  "İva'i  (İvait)  türkmənlərinin"  yanına  getdiyini  və  burada 

Mənglinin  öz  adamları  tərəfindən  öldürüldüyünü  yazır.  Burada  adları  "İva'i"  şəklində  yazılan 

türkmənlərin  Yıva  boyu  idi.  Yıvalar  oğuz  boylarından  biri  olub,  bu  dövrdə  Şimali  İraq  sahəsində 

yaşayırdılar. 

 



44 

 

Mənglidən  Atabəy Özbək də  qorxurdu. Məngli,  Bağdad xəlifələri üçün də  böyük 



təhlükə olduğundan xəlifə ən-Nasir ona qarşı din düşmənləri ismaililərlə müqavilə 

bağlamaqdan  belə  çəkinməmişdir.  Xəlifə  ən-Nasir,  Azərbaycan  atabəyi 

Müzəffərəddin  Özbək  və  ismaili  hökmdarı  Cəlaləddin  Həsən  (1210-1221)  öz 

aralarında  Menglinin  əlindəki  İraq-i  Əcəm  torpaqlarını  da  bölüşdürdülər.  Ərbil 

atabəyi  Müzəffərəddin  Göy-Börü  də  onlara  qoşuldu.  Müttəfiqlərin  birləşmiş 

orduları  Həmədana  hərəkət  etdilər.    Cumadiəvvəl  612-ci    ildə  (28  avqust-27 

sentyabr    1215)  meydana  gələn  döyüşdə  Məngli  məğlub  oldu  və  qaçdığı  Savə 

şəhnəsi  tərəfindən  öldürüldü.  Başı  isə  Atabəy  Özbəyə  göndərildi.

161

  Mənglinin 



əlindən  aldığı  torpaqlar  üzərinə  Cahan  Pəhləvanın  məmlüklərindən  Seyfəddin 

Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl 

Xarəzmşahların  xidmətində  olan  Oğlamış  naib  təyin  edildikdən  sonra  İraqda 

xütbəni Xarəzmşah Əlaəddin Məhəmmədin adına oxutdurmağa başlayır.

162

 Ancaq 


xəlifə  ən-Nasir  ismaililərlə  əlaqə  qurub  Oğlamışın  ortadan  qaldırılmasını  istəyir. 

Nəticədə Oğlamış İsmaili fədaisi tərəfindən 614-cü ilin əvvəllərində (yaz 1217) bir 

sui-qəsdlə öldürülür.

163


 

Bu  hadisələrdən  sonra  Atabəy  Özbək  ilə  ismaili  hakimi  Cəlaləddin  Həsən 

arasında  münasibətlər  yaxşılaşmış,  hətta  Beyləqana  gələn  ismaili  hökmdarı  bir 

müddət  burada  istirahət  etmişdir.  Cüveyniyə  görə,  atabəy  Beyləqanda  olarkən 

Cəlaləddin Həsənin günlük xərclikləri üçün 1000 dinar və ülufə göndərirdi.

164


 

Oğlamışın  ortadan  qaldırılmasından  sonra  Azərbaycan  atabəyi  Özbək  ilə 

Fars  Atabəyləri  Salqurilərdən  Səd  ibn  Zəngi  öz  aralarında  ittifaq  quraraq  İraq-i 

Əcəm  torpaqlarını  bölüşdürməyə  başladılar.  Bu  münasibətlə  Atabəy  Özbək  İraq 

torpaqlarına  girərək  İsfahanı  əlinə  keçirərkən,  Səd  ibn  Zəngidən  Rey,  Qəzvin, 

Xuvar  ilə  Semnanı  əlinə  keçirir.

165

  Bu  vaxt  qələbəlik  bir  ordu  ilə  Xarəzmşah 



Əlaəddin  Məhəmməd  İraq  üzərinə  hərəkət  etdi.  O,  Səd  ibn  Zəngini  məğlub  edib 

Reyə  soxuldu.  Bunu  eşidən  Özbək,  Əhər  hakimi  Piştəginlərdən  Nurəddin 

Məhəmmədi  (1210-1230)  Təbrizə  göndərib  özü  də  dağlarda  yerləşən  qalalardan 

birinə  qaçdı.  Ancaq  Nurəddin  Məhəmməd  Miyanəc  yaxınlarında  Xarəzmşahlara 

məğlub  oldu  və  özüylə  birlikdə  vəzir  Rəbibəddin  Dəndan  da  əsir  düşdülər.

166


 

Xarəzmşah  Əlaəddin  Məhəmməd  vəziri  Nəsirəddin  Dövlətyarı  Atabəy  Özbəkin 

                                                           

161


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 309; Ebu'l-Farac, Ebu'l-Farac Tarihi, II, s. 494; İbn İsfəndiyar, Tarix-i 

Təbəristan, II, s. 175; Stroeva L.V., Qosudarstvo ismailitov v İrane v XI-XIII vv., Moskva 1978, s. 205; 

Bünyadov, Azərbaycan Atabəyləri, s. 109; eyni müəl., Qosudarstvo xorezmşaxov, s. 85-86. 

162

 Nesəvi onu "Xarəzmşahın  İraq naibi" adlandırmışdır. Bax. en-Nasavi, Jizneopisanie sultana Djalal 



ad-Dina Mankburnı, Per. Z.M.Buniyatov, Baku 1973, s. 57; Stroeva, Qosudarstvo ismailitov, s. 206. 

163


  Stroeva,  Qosudarstvo  ismailitov,  s.  206;  Bünyadov,  Azərbaycan  Atabəyləri,  s.  109;  eyni  müəl., 

Qosudarstvo xorezmşaxov, s. 86. 

164


 Bünyadov, Azərbaycan Atabəyləri, s. 109. 

165


 Buniyatov, Qosudarstvo xorezmşaxov, s. 87. 

166


  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  313;  en-Nesavi,  Jizneopisanie,  s.    58  vəd;    Buniyato,  Qosudarstvo 

xorezmşaxov, s. 87. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə