ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.

səhifə22/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24

45 

 

yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə 



kəsdirməyi  əmr  edir.  Xarəzmşahın  bu  təkliflərini  qəbul  edən  Özbək,  Aran  və 

Azərbaycandakı  hakimiyyətini  qorusa  da  Əlaəddin  Məhəmmədin  vassalına 

çevrilir.

167


 

Atabəy  Özbək  bu  tarixlərdə  Xaçenə  bir  səfər  təşkil  etmiş  və  buradakı 

xristian türk əmirliyini özünə tabe etmişdir. Eyni zamanda sərhədlərdə qıpçaqların 

hücumlarının çoxalması səbəbilə Xarəzmşah Əlaəddin Məhəmmədə müraciət edən 

Özbəkin  şikayətinə  müqabil  Xarəzmşah  Gürcüstana  bir  elçi  göndərmiş  və 

qıpçaqlar bunun üzərinə hücumlarına son vermişdilər.

168

 

Atabəy  Özbəkin  hakimiyyətinin  və  Eldənizlilərin  son  dövründə 



Monqolların  Orta  Asiya,  Orta  Şərq  və  Qafqaza  birinci  yürüşü  gerçəkləşdi.  Cəbə 

Noyon və Subeqetey Baqatırın

169

 komandanlığı altında monqollar Xorasan və İraq-



i  Əcəmin  torpaqlarından  keçərək  h.  617-ci  ilin  qışında  (yanvar  1221)  Təbrizə 

gəldilər. İbn əl-Əsirin şahidliyinə görə, bu vaxt Təbrizdə iqamət edən Özbək "hər 

zaman  olduğu  kimi  gecə  gündüz  sərxoşluq  edirdi".

170


  Atabəy  Özbək  monqollara 

elçi  göndərib  barışıq  imzalamağı  təklif  etdi.  Monqollar  Təbriz  qarnizonlarındakı 

xarəzmlilərin  onlara  təslim  edilməsini  istədilər.  Atabəy  Özbək  xarəzmlilərin  bir 

hissəsini  özü  öldürtdü,  qalanını  da  monqollara  göndərdi.  Bunun  xaricində  Özbək 

onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.

171


 

Monqollar Təbrizdən keçərək Arana buradan da qıpçaqların əlindəki Kartli-

Kaxetya  ölkəsinə  hərəkət  etdilər.  Zilqadə  617-ci  ildə  (1221)  20  minlik  monqol 

ordusu  Tiflis  yaxınlığında  10  minlik  qıpçaq  ordusunu  darmadağın  etdi.

172

 

Qıpçaqlarla  monqollar  Kotman  çölündə  bir  kəz  daha  qarşı-qarşıya  gəldilər.  Bu 



döyüşdə  Arandakı  atabəyin  naibi  Nəsirəddin  Ağ-Quşun  əmrindəki  türkmən  və 

köçəri  türklərdən  ibarət  ordu  da  monqolların  tərəfinə  keçdilər.  Qıpçaqlarda, 

abxazlardan,  mesxetlərdən,  oslardan,  kartli  və  kaxetlərdən  ibarət  60  min  nəfərlik 

ordunun başında isə kral IV Georgi Laşa ilə İvane Qoluuzunoğlu dururdu. Ancaq 

meydana gələn döyüşdə qıpçaqlar darmadağın edildi.

173


 

Bu  qalibiyyətdən  sonra  monqollar  yenidən  Azərbaycan  qayıtdılar.  Təbrizi 

təkrar  mühasirəyə  aldılar.  Ancaq  atabəyin  Təbriz  hakimi  Şəmsəddin  ət-Tuğrayi 

onlara  bol  miqdarda  bəxşiş  verərək  şəhərdən  uzaqlaşdırdı.  Bunun  üzərinə 

monqollar  istiqamətlərini  Marağaya  çevirdilər.  Bu  vaxt  Marağa,  Atabəy  Özbəyin 

oğlu  Xamuşun  arvadı  Sülafə  Xatunun  iqtası  hesab  edilirdi.  Ancaq  Sülafə  Xatun 

şəhəri  müdafiə  etməkdənsə,  Marağanın  alınmaz  qalalarından  biri  hesab  edilən  və 

                                                           

167

 Buniyatov, Qosudarstvo xorezmşaxov, s. 87; eyni müəl, Azərbaycan Atabəyləri, s. 110-111. 



168

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 111. 

169

 Bu komandanın adı Sübidey, Subatay, Sabutay Bahadır olaraq da yazılır. 



170

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 335 vəd. 

171

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 336; Bünyadov, Azərbaycan Atabəyləri, s. 112. 



172

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 336. 

173

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 336; Kirokos Qandjaketsi, İstoriya, s. 137-138; Vardan, İstoriya, s. 174-



175; Histoire de la Georgie, I, s. 488 vəd; Kırzıoğlu, Kıpçaqlar, s. 143. 


46 

 

bir vaxtlar Ağsunqurluların xəzinəsinin qorunduğu Ruin-Dej qalasında gizlənməyi 



tərcih etdi. Belə olan halda monqollar Marağanı mühasirə edib şəhəri ələ keçirdilər 

(4  səfər  618/30  mart  1221).  Şəhərin  haradasa  bütün  əhalisini  qılıncdan  keçirən 

monqollar, Marağanı tanınmaz hala gətirdilər.

174


 

Cebe  və  Subuqatey  başçılığında  monqollar  əl-Cəzirə  üzərindən  Suriyaya 

qədər hərəkət etdilər. Daha sonra Eldənizlərə və İraq Səlcuqlularına uzun müddət 

paytaxtlıq  edən  Həmədana  hücum  etdilər.  Həmədanı  əllərinə  keçirən  monqollar 

şəhəri  xarabaya  çevirdikdən  sonra  yenidən  Azərbaycana  girdilər  və  bu  dəfə 

Ərdəbili  özlərinə  hədəf  seçdilər.  Bu  dövrdə  Ərdəbil  köhnə  ehtişamını  itirmiş, 

xüsusilə də qıpçaq-gürcülərin hücumundan sonra balaca bir şəhər halına gəlmişdir. 

Şəhəri  dağıdan  monqollar

175

  yenidən  Təbrizə  gəldilər.  Atabəy  Özbək  qalası 



Naxçıvana  qaçdı.  Təbriz  şəhər  hakimi  Şəmsəddin  ət-Tuğrayi  isə  monqollara 

hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı. Monqollar buradan Səraba 

yollandılar,  Sərabda  da  Ərdəbildə  etdiklərini  təkrarlayan  monqollar  buradan 

Naxçıvana  hərəkət  etdilər.  Naxçıvan  kəndlərinin  əhalisini  öldürməyə  başlayınca 

Atabəy  Özbəyin  oğlu  Xamuş  onların  yanına  gəlib  üzrxahlıq  etdi.  Monqollar  da 

onlara toxunulmazlıq əlaməti olaraq üzərində damqa olan ağacdan qayrılmış bayqu 

verdilər.

176


 

Monqollar  buradan  yenidən  Ərdəbilə  gəldilər.  Buradan  da  Beyləqana 

hücum etdilər. Ramazan 618-ci ildə (19 oktyabr - 17 noyabr 1221) Beyləqanı ələ 

keçirən monqollar qışı Muğan ovasında keçirdikdən sonra şimal-qərb istiqamətində 

hərəkət edərək Tiflisə gəldilər. Burada Gürcüstanda qıpçaqlara hücum etdilər. Qag 

(Göy)  ovasında  meydana  gələn  döyüşdə  qıpçaqlar  30  min  əsgərlərini  vuruşma 

meydanında  ölü  olaraq  tərk  edib  qaçdılar.  Kral  IV  Georgi  Laşa  ilə  ordu  başçısı 

İvane Qoluuzunoğlu canlarını güclə qurtara bildilər. Gürcü qaynaqlarının "Tatar və 

Muqal"  adı  verdiyi  monqollar  yenidən  Kür  sahillərinə  gəlib  Muğanda  qışladılar. 

                                                           

174

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 337. 



175

 Monqollar Ərdəbili mühasirə aldıqlarında orta əsrlərin məşhur İslam tarixçisi və coğrafiyaçısı Yaqut 

əl-Həməvi şəhəri tərk etmək üzrə idi. Buna görə də Ərdəbil haqqında geniş məlumat vermişdir. Yaqut 

Ərdəbilin  monqol  hücumu  sırasında vəziyyətini belə  təsvir  etmişdir:  "Mən  şəhəri  tərk  etdikdən  sonra 

Tatarlar buraya yaxınlaşıb əhalini qırmağa başladılar. Tatarlarla şəhər xalqı arasında döyüşlər cərəyan 

etdi; camaat düşmənə qarşı var gücüylə müqavimət edirdi. Hətta onlar şəhərə girmək istəyən Tatarları 

iki dəfə geri qovdular. Ancaq monqollar şəhərə üçüncü dəfə hücum etdilər. Xalqın isə dayanacaq gücü 

qalmamışdır.  Buna  görə  Tatarlar  güc  bəla  şəhərə  girdilər.  Müsəlmanların  üzərinə  hücum  çəkən 

monqollar bir nəfəri də sağ buraxmayıb hamını doğradılar. Sadəcə, saxlanaraq gizlənənlər öz həyatlarını 

qurtara  bildilər.  Tatarlar  şəhərdə  böyük  vəhşiliklər  törətdilər  və  sonra  da  buranı  tərk  etdilər.  Əhalisi 

öldürülmüş  şəhər  viranəyə  qalmışdır.  Qorxuducu  bir  mənzərə  ortaya  çıxmışdır".  Yakut  əl-Hamavi, 

Mucemü'I-Buldan, Kahirə (tarix yox). I, s. 183. 

176


 Fəzlullah Rəşidəddin bunu "payszu" olaraq yazır ki, bu "bayqu"nun Çincə oxunuşudur. Z.Bünyadov 

da  "payszu"  şəklində  vermişdir.  Bax.  Raşid  ed-Din,  Sbornik  letopisey,  Perevod  s  persdskiy 

O.İ.Smirnovoy, Moskva-Leninqrad 1952, tom I, kniqa 2, s. 228; Bünyadov, Azərbaycan Atabəyləri, s. 

114-115. 






Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə