ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   16   17   18   19   20   21   22   23   24

47 

 

Daha sonra Şirvana hərəkət edib Dərbənd keçidindən keçərək Qafqazı keçib Dəşd-i 



Qıpçaq torpaqlarına girdilər.

177


 

Monqolların birinci səfəri Eldənizlər ölkəsinin talan edilməsi ilə nəticələndi. 

Monqollar Dəşd-i Qıpçaqda qıpçaq ordularını da  məğlub edib İdil çayı üzərindən 

Qazaxıstan  bozqırlarına  doğru  hərəkət  edib  ölkələrinə  döndülər.  Monqolların 

Dəşd-i  Qıpçaqda  qıpçaqları  məğlubiyyəti  üzərinə  50  min  qıpçaq  Dərbənd 

üzərindən Arana gəldi. Qıpçaqlar Şirvanda bəzi talanlar törətdikdən sonra Gəncəyə 

yaxınlaşdılar.  Atabəy  Özbəyin  Gəncədəki  naibi  Qaş-Qara  ordusuyla  onların 

qarşısına  çıxsa  da  qıpçaqlar  atabəyə  itaət  edib  onun  əmrində  xidmət  etmək 

istədiklərini  ifadə  edincə  Gəncə  ətrafındakı  torpaqlarda  yerləşdirildilər.  Ancaq 

qıpçaqların  Gəncə  xalqını  talan  etməsi  üzərinə  Qaş-Qara  onlara  hücum  edib 

darmadağın  etdi.  Qaçan  qıpçaqlar  əvvəlcə  Şirvana  gəldilər.  Ancaq  burada 

şirvanşah qoşunları tərəfindən məğlub edilib çoxu əsir alındı.

178

 

Monqol hücumundan sonra Təbrizə gələn Özbək dağıdılmış ölkənin bərpası 



ilə məşğul olmaqdansa adəti üzrə öz kef məclislərinə davam etməyə başladı. Aran 

sərhədlərində  isə  Gürcüstandakı  qıpçaqlar  yenidən  fəallaşmış,  monqolların 

getməsindən  istifadə  edərək  h.  622-ci  ildə  (1225)  Azərbaycana  bir  hücum  təşkil 

etmişdilər.  Ancaq  qıpçaqlar  çox  irəli  gedə  bilmədilər.  Çünki  monqolların  həmən 

arxasından  dağılmış  Xarəzmşahlar  dövlətin  hərbi  dəstələri  peydər  pey  İraq-i 

Əcəmə hərəkət etməyə başladılar.

179

 

Xarəzmşah Əlaəddin Məhəmmədin fəci şəkildə həyatının sona çatmasından 



sonra  oğlanları  dağılan  imperiyanın  parçaları  üzərində  haqq  iddia  etməyə 

başladılar.  Bunlardan  Qiyasəddin  Pir  şah  İraq-i  Əcəmə  sahib  olmuş,  Cəlaləddin 

Manqburnu

180


 isə Hindistana hərəkət etmişdir. Cəlaləddin Hindistanda bir müddət 

qaldıqdan sonra Hindistan ilə Kirman arasında yer alan çölləri "dodaqları bir damla 

suya  həsrət  qalmış  şəkildə"  keçərək  Kirmana,  oradan  da  Farsa  yollandı.

181


 

Cəlaləddindən əvvəl Pir şah İraq-i Əcəm əlinə keçirib Eldənizli mülklərinə hücum 

etmişdir. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı 

Cəlaliyyə Xatunu da ona ərə vermişdir.

182

 

                                                           



177

 İbn əl-Əsir (əl-Kamil, IX, s. 340) monqolların Dərbənd keçidini necə aşdıqları haqqında maraqlı bir 

məlumat  verməkdədir.  Ona  görə,  monqollar  şirvanşaha  elçi  göndərib  sülh  bağlamaq  haqqında  öz 

adamlarını göndərmələrini istədilər. Bunun üzərinə şirvanşah əsil-nəcabət sahibi 10 nəfərdən ibarət öz 

elçilik heyətini göndərdi. Monqollar bunlardan birini digərlərinin gözü qabağında işgəncə ilə öldürüb, 

qalanlarından  Dərbənd  keçidinin  yolunu  göstərmələrini  istədilər.  Beləcə,  monqollar  aşılmaz  Qafqaz 

keçidini keçərək qıpçaq diyarına getdilər. 

178


 Aşurbəyli S., Şirvanşahlar dövləti, Bakı 1997, s. 180-181. 

179


 Buniyatov, Qosudarstvo xorezmşaxov, s. 166 vəd. 

180


  Qaynaqlarda  bu  hökmdarın  adı  "Manqburnu",  bəzən  də  "Məngü-Berti"  şəklində  keçir.  Manqburnu 

qədim  türkcədə  "böyük  burunlu"  deməkdir.  Məngü-Bərti  isə  "əbədi  qurd"  mənasına  gəlir.  Bu  iki  ad 

arasında  qaynaqlarda  yer  alan  fərqin  Cəlaləddinin  adının  tam  oxunmamasından  irəli  gəlməkdədir. 

Ayrıca, "manq" türklərdə boy adı mənasını da verməkdədir. 

181

 Eyni əsər, s. 167. 



182

 En-Nasevi, Jizneopisanie, s. 120. 




48 

 

Pir şah Eldənizləri öz vassalına çevirdikdən sonra Reyə döndü. Burada Pir 



şah ilə onun ordu başçısı Yığan-Toqş

183


 arasında mübahisə ortaya çıxdı və Yığan-

Toqş  əmrindəki  50  min  ordu  ilə  ondan  ayrılaraq  Azərbaycana  hərəkət  etdi. 

Azərbaycanı  yağmalayan  Yığan-Toqş  Pir  şaha  məğlub  olunca  Arana  qaçdı.  Qışı 

Muğanda  keçirən  Yığan-Toqş  bahar  olunca  yenidən  Azərbaycanda  peyda  oldu. 

Xəlifədən  gələn  təklif  üzərinə  Həmədana  gələn  Yığan-Toqş  burada  Cəlaləddin 

Manqburnu tərəfindən darmadağın edilərək əsir edildi. Bununla da İraq-i Əcəm ilə 

Azərbaycanda  Cəlaləddinin  hakimiyyəti  başladı.  Cəlaləddin  Orta  Şərqə  gəldiyi 

sırada  buradakı  bütün  hakimlərə  məktublar  yazaraq  məqsədinin  monqolları 

müsəlman  ölkələrinə  dəvət  edən  xəlifəni  cəzalandırmaq  olduğunu,  onların 

hakimiyyətinə  toxunmayacağını  bəyan  etdi.

184

  Ardından  xilafətə  aid  torpaqlara 



hücum edən Cəlaləddin burada üst-üstə bir neçə dəfə xilafət ordularını məğlub edib 

Bağdadı  mühasirə  altına  alsa  da  şəhəri  ala  bilməyincə  Marağa  xalqından  aldığı 

məktublar  üzərinə  Azərbaycana  soxuldu.  Cumadi-əvvəl  622-ci  ildə  (11  may  -  9 

iyun 1225) heç bir müqavimətlə qarşılaşmadan Marağanı alan Cəlaləddin şəhərin 

bərpasını əmr etdi. Daha sonra Cəlaləddin Təbrizi mühasirəyə alaraq 17 rəcəb 622-

ci  ildə  (15  iyul  1225)  Eldənizlərin  paytaxtını  əlinə  keçirdi.  Atabəy  Özbək  isə 

mühasirədən  əvvəl  şəhəri  tərk  edib  Gəncəyə  qaçdı.

185


  Buna  rəğmən  Xarəzmşah 

Cəlaləddin  şəhərdə  qalan  Özbəyin  ailəsinə  yaxşı  davranış  göstərdi  və  atabəyin 

arvadı Məlikə Xatunun istəyini yerinə yetirərək onu Xoya göndərdi. Bir neçə həftə 

Təbrizdə  qalan  Cəlaləddin  vəziri  Şərəf  əl-Mülkü  buraya  öz  naibi  təyin  edərək 

Gürcüstana  Qıpçaqların  üzərinə  hərəkət  etdi.  Bu  vaxt  Abxaz-Kartli  krallığının 

hökmdarı  IV  Georgi  Laşa  ölmüş,  yerinə  bacısı  Rusudana  (1224-1245)  keçmişdir. 

Cəlaləddin  Manqburnu  çox  az  qüvvətlə  Araz  çayını  keçib,  22  ildir  qıpçaq 

Qoluuzunoğlunun əlində olan Divini aldı. Gerni çayı ətrafındakı Gerni qəsəbəsində 

Atabək  İvane  Qoluuzunoğlunun

186


  əmrindəki  70  minlik  qıpçaq  ordusu  ilə 

qarşılaşan  Cəlaləddin  iyul  1225-ci  ildə  onları  məğlub  etdi  və  Axıska  əyalətinin 

hakimi  və  qıpçaq  ordusunun  sağ  qanadının  komandanı  qıpçaq  əsilli  Şalvanı  əsir 

aldı.  Rəvayətə  görə,  Cəlaləddinin  qıpçaq-gürcü  orduları  üzərindəki  bu  qələbəsinə 

çox  sevinən  Atabəy  Özbək  belə  demişdir:  "gürcülər  üzərinə  etdiyi  bu  qəza,  Hz. 

Əlinin qəzasına oxşayır və Bədir ilə Xeybər qəzalarını unutdurur".

187

 

Bu  vaxt  Gəncədə  olan  Atabəy  Özbək,  naibi  Cəmaləddin  əl-Quminin 



sultanın  tərəfində  keçməsindən  qorxub  Naxçıvana  qaçdı  və  Əlincə  qalasında 

                                                           

183

 Qaynaqlarda bu əmirin adı "İğan-Taisi" olaraq keçir (bax. Bünyadov, Azərbaycan Atabəyləri, s. 118). 



Doğrusu, "Yığan-Toqş" olması lazımdır. 

184


 Eyni əsər, s. 119-120. 

185


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 258; en-Nasevi, Jizneopisanie, s. 115 vəd. 

186


  Qıpçaqlar  Gürcüstanda  geniş  torpaqlar  əldə  etdikdən  sonra  öz  atabəyliklərini  qurmuşdular. 

Bunlardan  ikisi  ortodoks  qıpçaq  əsilli  Çarlı  Atabəyliyi  (1267-1578),  digəri  isə  Qoluuzunoğulları 

Atabəyliyi  olmuşdur.  Buna  görə  də  bunlar  "atabəy"  ünvanına  sahib  idilər.  Çünki  bu  qıpçaq  bəyləri 

kralların atabəyi hesab edilirdi. Bax. Kırzıoğlu, Kıpçaklar, s. 148-162. 

187

 Histoire de la Georige, I, s. 490; Kırzıoğlu, Kıpçaklar, s. 145. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə