ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   2   3   4   5   6   7   8   9   ...   24

11 

 

qiyamlar  qaldırmış,  ancaq  heç  bir  nəticə  ala  bilməmişdir.



33

  Yenə  də  Sultan 

Mahmud  qardaşını  incitməmiş  Azərbaycan,  Mosul  və  əl-Cəzirənin  idarəsini  ona 

vermişdir.

34

  Yəni  Böyük  Səlcuqlu  dövləti  Məhəmməd  Tapardan  sonra  iki  yerə 



bölünməklə qalmamış, bölünmüş ərazinin daxilində də parçalanmalar başlamışdır. 

Sultan  Məhəmmədə  qədər  Böyük  Səlcuqlu  sultanlarına  tabe  olduqlarını  inkar 

etməyən  Anadolu,  Suriya,  Fələstindəki  türk  hakimləri,  əmirləri,  dövlətləri  və 

bəylikləri də oğlu Sultan Mahmud dövründə müstəqil siyasət yeritməyə başlamış, 

oxutduqları  xütbələrdə  və  zərb  etdikləri  sikkələrdə  çox  vaxt  Səncərin  və 

Mahmudun adını çəkməyə belə ehtiyac hiss etməmişdilər. 

Böyük  Səlcuqlu  mərkəzi  hakimiyyətinin  zəifləməsi  vassal  dövlətlərin  də 

itaət  altından  çıxmasına  səbəb  olmuşdur.  Şərqi  Anadolu  və  Qafqazdakı  Səlcuqlu 

hakimiyyəti  üçün  bu  böyük  bir  fəlakətə  səbəb  olmuşdur.  Çünki  Kuban  əyalətini 

əllərinə keçirən qıpçaqlar indiki Gürcüstan, Artvin, Çorux torpaqlarına sahib olub 

Baqratunilər sülaləsi ilə qohumluq əlaqələri təsis edərək bu coğrafiyanın hərbi və 

siyasi  idarəsini  əllərinə  keçirib  müsəlman  torpaqlarına  hücumlara  başlamışdılar. 

Bunun  nəticəsində  qıpçaqlar  1118-ci  ildən  monqolların  gəlib  Azərbaycanda 

yerləşməsi  tarixi  olan  1230-cu  ilə  qədər  davamlı  olaraq  müsəlman  türklərin 

ölkələrinə  hücumlar  təşkil  etmişdilər.  Qıpçaqlar  bu  dövrdə  müsəlmanlığı  qəbul 

etməmiş  şaman inanclarına sahib olduqlarında Səlcuqlular onlara  "kafir" gözü ilə 

baxırdılar.  Onların  əcdadları  çox  qədim  dövrlərdən  gəlib  indiki  Gürcüstan 

ərazisində yerləşmiş və ortodoks xristian məzhəbini qəbul etmişdi. Bunların təsiri 

ilə Gürcüstana gələn yeni qıpçaqlar da xristianlaşdılar və gürcüləşdilər. Qıpçaqlar 

ilə  oğuzlar  arasındakı  düşmənlik  isə  hələ  Orta  Asiyada,  xüsusilə  də  Aral  və 

Manqışlaq  çevrəsinə  sahib  olmaq  uğrunda  başlamış  və  bu  düşmənlik  qıpçaqların 

Qafqaza  köçü  ilə  yeni  bir  mərhələyə  qədəm  qoymuşdur.  Ancaq  müsəlmanlığı 

qəbul edib Səlcuqlu ərazilərində yaşayan qıpçaqlar da var idi. 

Təəssüflər olsun ki, nə Azərbaycan, nə də Sovet tarixçiliyində XII əsr gürcü 

krallığının  çiçəklənməsi  dövründə  qıpçaqların  oynadıqları  böyük  rol  üzərində 

durulmamışdır. Bu  mövzu olduqca əhəmiyyətli olduğu  üçün bunu aşağıda  xüsusi 

bir başlıq altında tədqiq etməyə ehtiyac hiss edirik. 

Məsudun  Azərbaycan  məlikliyi  dövründə  əvvəlcə  qardaşı  Mahmud,  sonra 

isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, 

İraq  Səlcuqlu  taxtına  oturdu.  Sultan  Məsud,  hakimiyyətə  gəldikdən  və  xəlifə  ilə 

yaşadığı  sürüşmədən  sonra  vəzir  Kəmaləddin  Məhəmməd  əl-Xazininin  məsləhəti 

ilə  əmir  və  atabəylərin  səlahiyyətlərini  əllərindən  almaq  üçün  hərəkətə  keçdi.  Bu 

qərara  ilk  müxalifət  Azərbaycan  hakimi  Atabəy  Qara  Sunqurdan  gəldi.  Qara 

Sunqurun  İraq  Səlcuqlu  əmirləri  arasında  böyük  ehtiramı  var  idi.  O,  aralarında 

                                                           

33

 Bünyadov, Azərbaycan Atabəylər, s. 19. 



34

 İbn əl-Əsir, əl-Kamil, VIII/291-293; Bundari, Zubdat, s. 133-34; Bünyadov, Azərbaycan Atabəyləri, s. 

19. 

 



12 

 

Sultan  Məsud  da  daxil  olmaqla  bir  çox  Səlcuqlu  şəhzadəsinə  atabəylik  etmişdir. 



Atabəyin  şöhrətini  yaxşı  bildiyi  üçün  vəzir  əl-Xazini,  Sultan  Məsuda  belə 

demişdir:  "Qara  Sunqurun  mövcudiyyəti  sultana  öz  iqtidarından  və  iradəsindən 

yararlanmağa imkan verməyəcəkdir".

35

 Həqiqətən də böyük  bir nüfuza sahib olan 



Atabəy Qara Sunqur yanına Səlcuqşah və Davudu da alaraq gücünə güc qatmışdır. 

1139-cu  ilin  ilk  aylarında  20  minlik  orduyla  Həmədana  doğru  irəliləyən  Qara 

Sunqur iyun ayında şəhər divarlarına yaxınlaşdı. O, sultana bir elçi göndərib vəzir 

əl-Xazininin  başını  tələb  etdi.  Qara  Sunqura  rədd  cavabı  verəcək  nə  gücü,  nə  də 

cəsarəti olan sultan elçinin tələbini qəbul etdi və atabəyin vəziri İzz əl-mülk Tahiri 

özünə vəzir təyin etdi. Bunun üzərinə Qara Sunqur sultan əleyhdarı bütün əmirləri 

Azərbaycana yığıb müstəqil qərarlar almağa başladı. Hətta Atabəy Qara Sunqurun 

tələbi ilə Məsud, Davudu özünə xələf təyin etdi.

36

 Ancaq bir müddətdir ismaililərlə 



gizli əlaqədə olan Sultan Məsud bir yolunu tapıb onların əliylə Davudu öldürtdü. 

Xəbərin  ortaya  çıxması  üzərinə  1139-cu  ilin  sonlarında  Qara  Sunqur  Fars 

istiqamətində  hərəkətə  keçdi.  O,  buranın  idarəsini  Səlcuqşaha  verdi.  Ancaq  geri 

döndükdən sonra Boz Apa onu məğlub edib Səlcuqşahı İsfiddəç qalasına həbs etdi. 

Qara  Sunqur  həbsə  atılan  şahzadənin  köməyinə  gedərkən  Gəncədə  böyük  bir 

zəlzələ  meydana  gəldi.  Zəlzələ  nəticəsində  şəhərin  yarısı  yerlə  bir  oldu  və  çoxlu 

insan həyatını itirdi. Ölənlər arasında atabəyin öz ailəsi də var idi. Gəncəyə dönən 

Atabəy  Qara  Sunqur  şəhəri  yenidən  bərpa  etmək  üçün  tədbirlərə  başladı.  Ancaq 

zəlzələ sonrası ortaya  çıxan  yoluxucu  xəstəliyə  tutulan  Atabəy Qara  Sunqur hicri 

535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II 

Toğrulun  məmlüklərindən  Çavlı  ət-Toğrulu  öz  yerinə  Aran  və  Azərbaycanın 

hakimi təyin etmişdir.

37

 

Qara  Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya  fəxri libaslar  və 



ünvanlar  göndərərək  onunla  münasibətini  yaxşılaşdırmaq  istədi.  Sultan,  Çavlını 

Azərbaycan  və  Aranın  hakimi  təyin  etdi.  Çavlı,  sultanın  təklifini  qəbul  edib, 

Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri 

darmadağın  etdi.  O,  Tovuz  ətrafında  üsyançıların  ordusunu  məğlub  etdi.  Çavlı 

1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu.

38

 



Bu  vaxt  Sultan  Məsud  əleyhində  Rey  hakimi  Abbas  ilə  Fars  və  Xuzistan  hakimi 

Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb 

onunla  dostluq  qurmaq  istədilər,  ancaq  Çavlı  sultanın  tərəfində  yer  aldı.  Sultan 

Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca 

Çavlı  da  qiyam  edən  əmirlərin  tərəfinə  keçdi.  Sultanın  hacibi  Fəxrəddin  Toğan 

                                                           

35

 İbn əl-Əsir, əl-Kamil, VIII/361-362; İbn əl-Cövzi, Mir'atü'z-zeman, X/72. 



36

 İbn əl-Əsir, əl-Kamil, VIII/363. 

37

  İbn  əl-Əsir,  əl-Kamil,  VIII/369;  Bundari,  Zubdat,  s.  190;  Ravendi,  Rahat,  s.  223;  Qara  Sunqur 



haqqında geniş məlumat üçün bax. Bünyadov, Azərbaycan Atabəyləri, s. 32-33.  

38

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 34. 



 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə