ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   2   3   4   5   6   7   8   9   ...   24

13 

 

Yürək də onlara qoşuldu.



39

  Əmir  Çavlı  əmrindəki  ordu  ilə  Boz  Apanın  gəlməsini 

gözlərkən Həmədan yaxınlarında cümadələvvəl 541-ci ildə (oktyabr-noyabr 1146) 

vərəm  xəstəliyindən  öldü.  Azərbaycan  və  Xalxalı  iqta  olaraq  əlinə  keçirən 

Fəxrəddin Toğan Yürək, Çavlının ordusuna  sahib oldu  və  Azərbaycan ilə  Aranın 

hakimiyyətini ələ aldı. Daha sonra Abbas ilə Boz Apanı da özünə tabe edib Sultan 

Məsudu öz nəzarəti altında tutdu. Ancaq qıpçaqların hücumunu fürsət bilən Sultan 

Məsud  və  vəziri  Xass  Bəy,  Toğan  Yürəkin  ordusunun  Şamxorda  olduğundan 

istifadə  edib  onu  aprel  1147-ci  ildə  Gəncədə  öldürdülər.  Qısa  müddət  sonra  Rey 

hakimi  Abbas  da  ortadan  qaldırıldı.  Fəxrəddin  Toğan  Yürəkin  ölümü  ilə 

Azərbaycan  hakimiyyəti  Xass  Bəy  Bələncərinin  əlinə  keçdi.

40

  İyul  1147-ci  ildə 



meydana  gələn  vuruşmada  Boz  Apanın  da  bərtərəf  edilməsi  ilə  Sultan  Məsud  və 

Xass Bəy idarəni öz əllərində cəmləşdirdilər. Ancaq Xass Bəyin sultanı öz nəzarəti 

altında  tutaraq  istədiyi  qərarları  verməyə  başlaması  əmirləri  narahat  etməyə 

başladı. 1148-ci ildə İraq Səlcuqlularının bəzi komandanları Aran hakimi Eldəniz, 

Əmir Bahaəddin Kövsər, Alp Quş Gün Qur, Hacib Tatar, Vasidin şəhnəsi Tarıntay 

əl-Məhəmmədi, Əmir İl-Təgin, Əmir Karqur və öldürülən Toğan Yürəkin oğlu bir 

yerə  yığışaraq  Bağdada  doğru  yeridilər.  1148-ci  ildə  Bağdadı  ələ  keçirib  çoxlu 

insanı qılıncdan keçirən əmirlər xəlifənin vəziri İbn Hübeyrənin əmrindəki ordular 

tərəfindən  məğlub  edildilər.  Uzun  müddətdir  İraqdakı  hadisələri  izləyən  böyük 

sultan  Səncər  nəhayət,  qərb  istiqamətində  hərəkətə  keçdi.  Səncərin  müdaxiləsi 

İraqdakı  hadisələri  ancaq  qısa  müddətliyinə  dayandırdı.

41

  1  Rəcəb  547-ci  ildə  (2 

noyabr  1152)  Sultan  Məsud  Həmədanda  vəfat  etdi.  Qaynaqlara  görə,  "sultanın 

ölümü ilə Səlcuqlu evinin səadəti də öldü".

42

  Səncərin  istəyi  üzərinə  vəzifəsindən 



kənarlaşdırılan Xass Bəy, Məsudun ölümündən sonra yenidən idarəni öz əlinə aldı. 

Əvvəlcə  Məlikşahı  taxta  əyləşdirdi.  Ancaq  sonra  onu  taxtından  endirib  yerinə 

Məhəmmədi  oturtdu  (yanvar  1153).  Sultan  Məhəmməd  taxta  oturduqdan  üç  gün 

sonra Xass Bəyi onun yanındakı fitvaçılarıyla birlikdə edam etdirdi. Vəzirin başını 

Aran  hakimi  Atabəy  Şəmsəddin  Eldəniz  ilə  Marağa  hakimi  Nüsrətəddin 

Ağsunqura  göndərən  sultan  onlar  ilə  yaxınlıq  təsis  etmək  niyyətində  idi.

43

  Lakin 


sultanın  hərəkətini  özləri  üçün  göz  dağı  hesab  edən  əmirlər  Sultan  Səncərin 

vəliəhdi  olan,  1153-cü  ildə  oğuz  üsyanından  sonra  İraqa  qaçan  Süleymanşahın 

tərəfinə keçdilər və Məhəmmədi taxtdan salıb 1156-cı ildə öz namizədlərini taxta 

əyləşdirdilər. Ancaq yeni sultan onların ümidlərini boşa çıxartdı. Gününü əsrüklük 

(əyyaşlıq)  və  əyləncə  ilə  keçirən  Süleymanşah  dövlət  işləriylə  də  heç 

maraqlanmırdı.  Qısa  müddət  sonra  əmirlər  onu  tərk  etdilər.  Bunu  fürsət  bilən 

                                                           

39

 İbn əl-Əsir, əl-Kamil, IX/10-11; Bundari, Zubdat, s. 199-200; Ravendi, Rahat, s. 224. 



40

 İbn əl-Əsir, əl-Kamil, IX/15; Bundari, Zubdat, s. 216-217; Ravendi, Rahat, s. 228; Mxitar Qoş, Alban 



Salnaməsi, s. 14; Bünyadov, Azərbaycan Atabəyləri, s. 35. 

41

 İbn əl-Əsir, əl-Kamil, IX/21-22; Bundari, Zubdat, s.222-225. 



42

 əl-Makriziden nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 37.  

43

 Bundari, Zubdat, 229-231. 



 


14 

 

Məhəmməd  Həmədanı  yenidən  ələ  keçirdi.  Məhəmməd  Aran  və  Azərbaycanın 



bütün  idarəsini  Atabəy  Eldənizə  vermişdir.  Eldəniz  1159-cu  ildə  Məhəmmədin, 

1160-cı ildə Süleymanşahın ortadan qalxması ilə  İraq Səlcuqluları taxtını da əlinə 

keçirdi. 

Azərbaycan  və  Arandakı  Səlcuqlu  hakimlərinin  Böyük  Səlcuqlu  və  İraq 

Səlcuqlu taxtı uğrunda bu qədər aktiv fəaliyyət göstərməsinin əsas səbəbi türklərin 

həm siyasi, həm də hərbi cəhətdən bu ölkədəki hakim mövqeyi idi. Bu da Aran və 

Azərbaycan  hakimlərinə  böyük  əsgəri  dəstək  sağlayırdı  ki,  onlar  da  əllərinə 

keçirdikləri bu güc sayəsində mərkəzi hakimiyyəti əllərinə keçirməyə, bu olmazsa 

öz iqtalarını genişləndirməyə çalışırdılar. Ancaq buna tam layiqi ilə müvəffəq olan 

Atabəy Eldəniz olmuşdur.

44

 

 



Gürcüstanda qıpçaq hakimiyyəti 

 

Türklər  tarixdə  ehtişamlı  dövlətlər  quraraq  min  illər  boyunca  cahan 



hakimiyyətini  əllərində  tutsalar  da  başqa  dinlərin,  mədəniyyətlərin  və  xalqların 

təsir  dairəsinə  girərək  öz  kimliklərini  itirmiş  və  içində  yer  aldıqları  din  və  kultur 

sahəsində  əriyərək  yerliləşmiş  və  izlərini  itirmişdilər.  Bu  əslində  tarixin  təbii 

proseslərindən biri hesab edilir. Əlimizdəki zəngin tarixi qaynaqlar və  materiallar 

sayəsində  Avropa,  Rusiya,  Qafqaz,  Misir,  Hindistan,  İran  və  Çin  coğrafiyasında 

daha  çox  dini  təsirlər  altında  əriyərək  asimilə  məruz  qalmış  türk  xalqlarının, 

boylarının  və  dövlətlərinin  geniş  bir  siyahısını  tərtib  etmək  mümkündür.  Bu  cür 

dini  təsirə  məruz  qalaraq  öz  kimliklərini  itirmiş  türklər  arasında  Ərməniyyə  və 

Gürcüstan  türkləri  də  yer  almaqdadır.  Təəssüflər  olsun  ki,  elmi  ədəbiyyatda  bu 

mövzuda olduqca az tədqiqatlar aparılmışdır. Buna görə də mövzumuzla yaxından 

əlaqədar olduğu üçün Səlcuqlular dövründə Gürcüstandakı türklərin vəziyyətini az 

da olsa işıqlandırmağa çalışacağıq. 



Gürcüstan  və  Gürcü  adı  indiki  Gürcüstan  Respublikasında  yaşayan  bütün 

xalqlara  (Kartvel,  Kaxet,  İmeret,  Megrel,  Abxet  və  d.)  gürcü  olmayanların 

verdikləri  ümumi  addır.  "Gurqistan"  adı  ilk  dəfə  pəhləvi  qaynaqlarında 

keçməkdədir.  Ərəbcə  mənbələrdə  isə  bu  ölkənin  adı  "Kurzan/Kurcan"  və 



"Curcan/Gürcan" olaraq göstərilmişdir. Türklər isə "gürci" və "gürcü" adını tərcih 

etmiş və Avropa literatürünə "Georgia" şəkli ilə türklər vasitəsilə keçmişdir. Bu ad 

ilk  dəfə  Urartu  qaynaqlarında  indiki  Aşağı  Çorux  ilə  Batum-Acar  ərazisini  ifadə 

edən coğrafi bir ad kimi istifadə edilən Kulkha/Kulkxa (Kolx/Gorq) adından nəşət 

etmişdir. Daha sonra burada yaşayan xalqlara ümumi mənada "kukar-k-/-qoqarq", 

"qorqlar",  "quqarlar"  deyilmişdir.  İndiki  gürcülər  bu  adı  özləri  üçün  "xaricilərin 

verdiyi  ad"  hesab  edirdilər.  Gürcüstanın  mövcud  xristian  gürcü  xalqı  müasir 

dövrlərə  qədər  ümumi  milli  bir  ada  sahib  olmamış,  qədim  və  orta  əsrlərdə  özləri 

                                                           

44

 İbn əl-Əsir, əl-Kamil, IX/72; Bundari, Zubdat, s. 296; Bünyadov, Azərbaycan Atabəyləri, s. 42. 



 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə