9
hissəsi monqolların Azərbaycanı əlinə keçirməsindən bir müddət sonra vətənlərini
tərk edib Misirə getmişdilər.
24
Toğrul Bəy dövründə Azərbaycan və Aran hənüz Böyük Səlcuqlu
dövlətinin bir əyalətinə çevrilməmiş, sadəcə, vassal bir ölkə idi. Ancaq yenə də
onun dövründə oğuz-türkmənlərin Gəncə mərkəz olmaqla yavaş-yavaş Aran və
Azərbaycanın suyu bol yaylaqlarına yerləşməyə başladıqları məlumdur. Toğrul,
Azərbaycanın vergi işlərini idarə etməsi və vassal sülalə hakimlərini (Şəddadi,
Rəvvadi, Şirvanşahlar, Süləmilər, Cəfərilər, Sərir) nəzarət altında tutmaq üçün
qardaşı oğlu Yaqutini buraya əmir təyin etdi. Yaquti, bu sülalələrin daxili işlərinə
müdaxilə etməmiş, Anadolu istiqamətində genişləyən fəthləri idarə etməklə məşğul
olmuşdur. Yaquti, onun oğlu İsmail İl-Arslan və nəvəsi Qütbəddin Məvdud (və ya
Alp Sunqur Bəy) bir-birinin ardında Aran və Azərbaycan əmiri olmuşdular.
25
Buradan belə bir nəticəyə gəlmək olar ki, Toğrul Bəydən Məlikşaha qədər
Azərbaycan və Aranın Səlcuqlu hakimləri Çağrı Bəyi nəslindən
Yaqutilər ailəsi
idarə etmişdir. Səlcuqlu sülaləsinin ən böyük nümayəndələrinin Gəncədə
yerləşərək Cənub Qafqaz ilə Şərqi Anadolunun idarəsini əlinə alması
Azərbaycanın Səlcuqlu sultanları üçün xüsusi əhəmiyyət kəsb etdiyini ortaya
qoymaqdadır.
Xoyda meydana gələn ixtişaşları yatırmaq məqsədi ilə Azərbaycana gələn
Sultan Alparslan buradan da Abxaziya üzərinə hərəkət etmiş, Ərməniyyədə
yaşayan qriqoryan türklərini, Çıldır və indiki Gürcüstanda yerləşərək
ortodokslaşan qıpçaq türklərini özünə tabe etdirmişdir.
26
Sultan ortodoks Abxaz,
Kartli, Kaxetya, Meqreli məliklərini və qədim türklərin törəmələri olan gürcü
eristavlarını da itaət altına aldı.
27
Daha sonra Səlcuqlular Ani şəhərinə hücum
etdilər. Arxasından Trabzon hakimi məğlub edildi, Ərməniyyədəki qriqoryan
türklər, Gürcüstandakı Abxaz-qıpçak xalqları və Aran hakimlər üzərində Səlcuqlu
hakimiyyəti qurulduqdan sonra Gəncədə Səlcuqlu əmirliyinin başına Əmir
Sevtəgin gətirildi.
28
1075-ci ildə Sevtəgin ordusuyla Arana gəldi. Ondan bir qədər
sonra da Sultan Məlikşah özü Azərbaycana səfər etdi (1088).
29
Sultan Məlikşahdan etibarən Azərbaycan,
böyük sultan olacaq Səlcuqlu
şahzadələrin "sancağı" və vəliəhd ölkəsi elan edildi. Sırası ilə Məhəmməd Tapar,
oğulları Toğrul və Məsud mərkəzi Gəncə olan Azərbaycanda məliklik etmişdilər.
Bunun əsas səbəblərindən biri, hakimiyyəti ələ keçirmək üçün Azərbaycan və
xüsusilə də Aranda yeni gələn Səlcuqlu oğuzları ilə qaynayıb-qarışmış qələbəlik
24
Sümer, Anadolu'da Moğollar, s. 83.
25
Sumer, Oğuzlar, s. 114-15;
26
İbn əl-Əsir, əl-Kamil, Bakı nşr., s. 142-143.
27
Bundariyə görə, Alparslan Naxçıvan üzərindən Abxaziyaya girdi. Abxaz hökmdarı Baqratlı
xanədanının nümayəndəsi Baqrat ibn Georgi onunla müqavilə bağlayaraq qızını sultanla evləndirdi.
Bundari, Zubdat, s. 31.
28
Minorsky, Şeddadiler, s. 25;
29
Şərifli, Azərbaycan feodal dövlətləri, s. 251.
10
türk xalqının yaşaması idi. Bunlar Bizans və Abxaz-qıpçaq ölkələrinə qarşı
davamlı hücumlar təşkil etdiyindən yüksək qabiliyyətdə əsgəri bacaracağa və
döyüş ruhuna sahib idilər. Aran və Şirvandakı Şirvanşahlar və Şəddadilər sülaləsi
isə bu dövrdə kiçik feodal vassal hakimlər hesab edildilər.
1092-ci ildə Sultan Məlikşah vəfat etdiyində Azərbaycan və Aranın
hakimiyyəti Məhəmməd Taparın əlində idi. Məhəmməd Tapar isə gözünü Böyük
Səlcuqlu taxtına dikmişdi. Bu səbəblə qardaşı Sultan Bərkyaruqa qarşı Xorasan
hakimi Səncər ilə gizlicə sövdələşərək qiyam qaldırdı. Azərbaycan və ətraf
hakimlərdə kömək alan Tapar noyabr 1101-ci ildə Həmədan döyüşündə Sultan
Bərkyaruqa məğlub olsa da xəlifə əl-Müstəzhirin araya girməsilə faktiki olaraq
Böyük Səlcuqlu dövləti üç yerə parçalandı. Azərbaycan və Aran mərkəz olmaqla
şimal-qərb torpaqları Taparın, paytaxtı Həmədan olmaqla mərkəzi torpaqları böyük
sultan Bərkyaruqun, Xorasan və ümumiyyətlə, şərq torpaqlarının idarəsi də
Səncərin əlinə keçdi.
30
Məhəmməd Tapar ilə Sultan Bərkyaruq arasında Xoy ətrafında meydana
gələn ikinci müharibədə zəfəri Bərkyaruq qazansa da Azərbaycanın iqtası Tapara
verildi.
31
1104-cü ildə Azərbaycanda sadəcə, Taparın adına xütbə oxunurdu. Bu
Taparın əmrindəki Azərbaycan türklərinin mərkəzi hakimiyyəti tanımadıqlarını
göstərməkdədir. 1104-cü ildə Sultan Bərkyaruq vəfat etdi. Hakimiyyəti əlinə
keçirən Məhəmməd Tapar Azərbaycan və Aranı vəliəhd elan etdiyi oğlu
Mahmudun iqtası təyin etdi. 1118-ci ildə Tapar öldü və yerinə oğlu Mahmud keçdi.
Ancaq əmisi Səncər ona qarşı üsyan edərək Böyük Səlcuqlu taxtını əlinə keçirdi.
Səncər paytaxtı Mərvə köçürüncə, ölkənin qərbində İraq Səlcuqluları dövləti
(1119) ortaya çıxdı. Taparın oğlanları tərəfindən idarə edilən bu dövlətin paytaxtı
Həmədan olub ilk sultanı da Mahmud idi. Bu əslində Böyük Səlcuqlu dövlətinin
Şərq və Qərb Səlcuqluları olaraq ikiyə bölünməsi mənasına gəlirdi. Mahmud İrak
Selçuklularının başına keçdi. Həmədan, İsfahan, əl-Cibəl, Kirman, Fars, Xuzistan,
İraq, Azərbaycan, Aran, Cəzirə, Diyar-i Mudar, Diyar-i Rabiə, Şam və Rum
(Anadolu) İraq və ya Qərb Səlcuqlularının hakimiyyət sahəsi olurkən; Səncər
Büyük Selçuklu sultanı ünvanını özündə qorusa da əslində Xorasan, Xarəzm, Qur,
Qəznə, Mərv, Murqab, Dehistan, Mavəraünnəhr torpaqlarının hakimi sifəti ilə
Xorasan və ya Şərq Səlcuqlarının hökmdarı oldu.
Mahmud İraq Səlcuqlu sultanı olurkən qardaşı Məsud da Azərbaycan və
Aran hakimliyini öz əlinə aldı.
32
Onun atabəyliyini isə İraq Səlcuqlu dövlətinin ən
güclü əmiri Qara Sunqur icra edirdi. Ancaq əmirlərin təsiri altında qalan Məsud
Azərbaycan məlikliyi dövründə davamlı olaraq sultan olan qardaşına qarşı
30
Bünyadov, Azərbaycan Atabəyləri, s. 15-16.
31
Bundari, Zubdat, s. 83-84; Ravendi, Rahat, s. 139-151.
32
İbn əl-Əsir, el-Kamil, VIII/286-288; Bundari, Zubdat, s. 128-129; İbn əl-Cövzi, Mir'atü'z-zeman,
IX/205-216; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 16-17.