ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 489,48 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix26.08.2018
ölçüsü489,48 Kb.
#64833
1   2   3   4   5   6   7   8   9   ...   20

 

səltənətə ölən insanların ruhları köçürmüĢ. Aidin ayaqları altında oturmuĢ üçbaĢlı 



köpək  hamını  yeraltı  səltənətə  buraxır,  lakin  heç  kimi  oradan  qayıtmağa 

qoymurmuĢ. 

Akademiya 

—  qədim  yunan  əsatirinin  qəhrəmanı  Akademikin  adındandır.  Alim 

Platonun məktəbinə verilən ad. Sonradan bu ad yüksək elmi təĢkilata verilmiĢdir. 

Akın


 — Qazaxıstanda və Mərkəzi Asiyada xalq nəğməkarı. 

Akropol


 (yunanca) — "yuxarı Ģəhər" təpənin üzərində yerləĢir, Ģah sarayı və adlı-

sanlı adamların evləri burada ucalırdı. 

Aqora 

— Afinanın ən izdihamlı və səs-küylü yeri, bazar meydanı. 



Aqrar 

—  1)  torpaq  sahibliyinə,  torpaqdan  istifadəyə  aidiyyəti  bildirir;  2)  kənd 

təsərrüfatı istehsalının sənayedən üstün olmasını səciyyələndirir. 

Aqrar çevriliĢ

  — təsərrüfatında  muzdlu əməyin  kütləvi Ģəkildə tətbiqi  nəticəsində 

kapitalist münasibətlərinin bərqərar olması. 

Alanlar 

— Kuban ətrafında yaĢayan tayfalar. 

Alagöz yaylaqları

 — oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı dağları "Alagöz 

yaylaqları"  adlandırırdılar.  Hazırda  Ermənistan  ərazisində  olan  bu  ərazinin  adını 

erməni daĢnakları saxtakarcasına dəyiĢərək "Vardenis" adlandırmıĢlar. 

Ali  baĢ  komandan

  —  müharibə  zamanı,  bəzən  isə  dinc  Ģəraitdə  ən  yüksək  hərbi 

vəzifə.  Ġlk  dəfə  1914-cü  ildə  Rusiyada  təsis  edilmiĢdir.  Bir  sıra  ölkədə 

konstitusiyaya  uyğun  olaraq  Ali  baĢ  komandan  prezident  (ABġ,  Fransa,    

Azərbaycan), kansler (AFR) və b. icra edir. 

Alkald 


— Latın Amerikasındakı müstəmləkələrdə Ģəhər Ģurasının sədri. 

Alternativ

 (latınca) — "ikisindən biri", iki imkandan birini seçmək zərurəti. 

Amfiteatr

  —  1)  Qədim  Romada  qladiator  döyüĢləri  üçün  tikilən  müasir  sirklərə 

oxĢar  tikililər;  2)  müasir  teatrın  tamaĢa  zalında  parterdən  müəyyən  hündürlükdə 

yerləĢən və pillə-pillə qalxan oturacaq yerləri. 

Amfora


 (yunanca) — Attikada zeytun yağı və Ģərab saxlamaq üçün istifadə olunan 

ikiqulplu dar boğazlı qab. 

Amil 

— ərəblər dövründə mülki iĢlərə baxan Ģəxs. 



Amildar 

— Moğol imperatorluğu dövründə hərbi xidmət müqabilində Ģərti torpaq 

sahibliyinə malik olan sərkərdə. 

Anadolu 


—  hərfi  mənası  Ģərq.  Kiçik  Asiyanın  qədim  adı.  Hazırda  Türkiyənin 

Asiya hissəsi Anadolu adlanır. 

Anayasa 

(türkcə) — əsas qanun, konstitusiya deməkdir. Türkiyə Cümhuriyyətinin 

konstitusiyası belə adlanır. 

Antanta 

(fransızca)  —  razılıq,  saziĢ  deməkdir.  Ġngiltərə,  Fransa  və  Rusiyanın 

yaratdıqları  blok  ("Üçlər  saziĢi").  Bu  blok  "Üçlər  ittifaqına"  (bax:  Üçlər  ittifaqı) 

qarĢı  yaradılmıĢdı.  Birinci  Dünya  müharibəsi  "Üçlər  ittifaqı"  ilə  "Antanta"  bloku 

və onun müttəfiqləri arasında baĢ vermiĢdir. 

Antik

 (latınca) — "qədim" deməkdir. 



Antik mədəniyyət

 — qədim yunanların və romalıların mədəniyyəti. 




 

Antisemitizm



  —  Almaniya  nasistlərinin  yəhudilərə  qarĢı  tətbiq  etdikləri  milli  və 

dini ayrı-seçkiliyin ifrat forması. 

Antropologiya 

— insan haqqında elm. "Antropos" — insan, "loqos" öyrənirəm — 

sözündəndir. 

AnĢlaq


  (almanca)  —  afiĢa,  elan.  Teatr,  kino,  sirk  tamaĢalarına,  konsertə  və  s. 

biletlərin satılıb qurtardığını bildirən elan. 

AnĢlyüs

  (almanca)  —  almanlar  yaĢayan  ərazilərin  dinc  yolla  Almaniyaya 



birləĢdirilməsi siyasəti. 

Anubis 


— qədim Misirdə ölüm allahı. 

Aparteid


 — (ayrı yaşamaq) CAR (Cənubi Afrika Respublikası) hakim dairələrinin 

yerli  Afrika  əhalisinə,  "rənglilərə"  və  Asiyadan  köçüb  gələnlərə  qarĢı  apardıqları 

sərt irqi ayrı-seçkilik siyasəti. 

Apollon


 — qədim yunan və Roma dinlərində iĢıq və incəsənət allahı. 

Arabesk 


—  kəsiĢən  xətlərdən  yaranmıĢ  mürəkkəb  və  yaraĢıqlı  naxıĢlar.  Ġslam 

memarlığında geniĢ istifadə olunmuĢdur. 

Arbalet

 — qundaqlı yay, ox. Orta əsrlərdə istifadə edilmiĢdir. 



Arena 

— Amfiteatrın mərkəzində qum tökülmüĢ meydança. 

Ares 

— qədim yunanlarda müharibə allahı. 



Arxeologiya

  (yunanca)  —  insanların  həyatını  maddi  mənbələr  əsasında  öyrənən 

elm, "arxaos" — qədim, "loqos" — elm deməkdir. 

Arxeoloq


  —  arxeologiya  ilə  məĢğul  olan,  qazıntı  iĢləri  aparıb  maddi  mənbəni 

öyrənən alim. 

Arxont

  (yunanca)  —  Afinanı  idarə  etmək  üçün  ağsaqqallar  Ģurası  tərəfindən 



seçilmiĢ vəzifəli Ģəxs. 

Aristokrat 



(yunanca) — qədim Attikada adlı-sanlı adam. 

Aristokratiya

 (yunanca) — "yaxĢıların hakimiyyəti" deməkdir. Qədim zamanlarda 

adlı-sanlı yunanlar öz idarə üsullarını bu cür adlandırırdılar. 

Armada 

(ispanca)  —  böyük  donanma  deməkdir.  Ġspanlar  öz  donanmalarını  belə 

adlandırırdılar. 

ArĢın 

(türkcə) —  metrik ölçü sistemi qəbul olunanadək Rusiya, Əfqanıstan, Ġran, 

Türkiyə,  Bolqarıstan  və  s.  ölkələrdə  iĢlədilən  uzunluq  ölçüsü.  Azərbaycanda 

təxminən 75 sm götürülürdü. 

"Aslanlar  yuvası"  və  "qan  Ģəhəri"

  —  Assuriya  (Aşşur)  imperiyasının  paytaxtı 

Nineviyanı belə adlandırırdılar. 

Atanarix  sədləri

  —  indiki  Moldova  ərazisində  hunların  hücumlarının  qarĢısını 

almaq üçün tikilən sədlər. 

Ateizm


  (yunanca)  —  inkar  Ģəkilçisi,  teos-allah,  hərfi  mənası  allahsızlıq.  Hər  cür 

dini və dini təsəvvürləri inkar edən baxıĢlar sistemi. 

Atlantida

  —  rəvayətə  görə  Atlantik  okeanında  Cəbəlüttariq  boğazından  qərbdə 

atlantlar  tayfasının  yaĢadığı  böyük  ada.  Güman  edilir  ki,  Atlantidanın  torpaqları 

məhsuldar,  əhalisi  qüdrətli  və  mədəni  olmuĢdur.  Atlantida  güclü  zəlzələ 




Yüklə 489,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə