ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 489,48 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix26.08.2018
ölçüsü489,48 Kb.
#64833
1   ...   12   13   14   15   16   17   18   19   20

40 

 

 



 

Ş 

ġaduf


  —  Qədim  Misirdə  hündürdə  yerləĢən  tarlalara  və  bağlara  suyun 

çıxarılmasını asanlaĢdıran qurğu. 

ġaman 

— qədim türklərdə ruhlara sitayiĢlə əlaqədar fəaliyyət göstərən din xadimi. 



ġamxal 

— Dağıstanda qumuq, lak, dargin və baĢqa hakimlərə verilən titul. 

ġenĢi 

— Çində "adlı-sanlı adamlar" silki. ġenĢilər məmur vəzifələrini tutur, kəndin 



hakim təbəqəsini təĢkil edirdilər. 

ġeyx əl-bələd

 (ərəbcə) — Ģəhər rəhbəri. 

ġeyxülislam

  (ərəbcə)  —  Ġslamın  baĢçısı.  XI  əsrdən  görkəmli  Ģəriət  hüququ 

ilahiyyatçılarının,  sonralar  ali  ruhani  xadimlərinin  fəxri  titulu.  Səfəvi  dövlətində 

baĢ qazı. 

ġəhrdar


  —  Sasanilər  sülaləsinə  mənsub  olanlar.  Onlara  mərzbanlıq  tapĢırılırdı. 

(bax: mərzban). Onlar Ģəhrdar — caniĢin adlanırdılar. 

ġərbaflıq

 — Ġpək məmulatları hazırlayan sənət sahəsi. 

ġərti  torpaq  mülkiyyəti

  —  feodalizm  dövründə  müəyyən  dövr  üçün  xidmət 

müqabilində verilmiĢ torpaq sahibliyi. 

ġinfeyn


  (irlandca)  —  mənası  "biz  hamımız  sizinləyik"  deməkdir.  Ġrlandiyanın 

müstəqilliyi uğrunda mübarizə aparan partiya. 

ġiraz qonaqları

 — Kərim xan Zəndin bir sıra Azərbaycan xanlarını qonaqlıq adı ilə 

ġiraza apararaq ömürlük "könüllü dustaqlar"a çevirməsi hadisəsindən yaranmıĢdır. 

ġimal əraziləri

 —  Yaponiyada dörd adaya verilən ümumi ad. Yaponlar bu adaları 

Yapon arxipelaqının davamı hesab edirlər. 

ġlyaxta

 (polyakca) — PolĢada hakim feodal zümrəsi, zadəgan. 



ġovinizm

  —  milli  müstəsnalığın  təbliği,  bir  millətin  mənafeyinin  baĢqa  millətin 

mənafeyinə qarĢı qoyulması və nifrətin qızıĢdırılması. 

ġudra 


— Hindistanda dördüncü kasta (bax: kasta), nökərlər. 

ġumerlər 

— Mesopotamiyanın cənubunda yaĢamıĢ türk mənĢəli xalq. 

 

Tağ 

— Roma memarları bir-birinə sıx birləĢdirilmiĢ daĢlardan qövsĢəkilli örtüklər 



tikməyi öyrəndilər. Bu örtüklər tağ adlanırdı. 

Tandem 


— siyasi cütlük. 

Tanhu


  —  Hun  tayfa  ittifaqının  baĢında  duran  Ģəxs.  "Tanhu"  sözü  sonralar  türk 

xalqlarında "yabqu", "kağan", "xaqan" Ģəklində iĢlənmiĢdir. 

Tanxo

  —  Mərkəzi  Asiya  dövlətlərində  kiçik  torpaq  mülkiyyəti  forması,  yalnız 



hərbi xidmət müqabilində verilirdi. 

Taliban


  —  tələbə  sözünün  cəm  Ģəkli.  Əfqanıstanda  90-cı  illərdə  mövcud  olmuĢ 

dini-siyasi cərəyan, hərəkat. 

Tarixi mənzumə

 — ġer Ģəklində yazılan süjetli əsər. Tarixi hadisələri göstərir. 




41 

 

Tayfa



 — Eyni ərazidə yaĢayan, eyni dildə danıĢan, eyni adət-ənənələrə malik olan 

bir neçə qohum qəbilənin (soyun) birliyi. 

Taypin

  —  Tyanqo  (çincə)  —  "Ġlahinin  böyük  səadət  dövləti"  deməkdir.  Bu 



ideyanın ardıcıllarını taypinlər adlandırırdılar. 

Temirxan-ġura

 — Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında indiki 

Buynaks Ģəhəri. 

Termidor 

— Fransada  yakobinçilərin tətbiq etdikləri inqilabi təqvimə əsasən "isti 

ay"  deməkdir  (iyul,  avqust).  Yakobinçilərin  bu  islahatına  əsasən,  yeni  təqvimin 

baĢlanğıc günü 1792-ci il 22 sentyabrından, yəni respublika elan olunduğu gündən 

baĢlanırdı. 

Termlər


  (yunanca)  —  "Termos"  sözündən  olub,  isti  deməkdir.  Romada 

imperatorun  əmri  ilə  tikilən,  isti  və  soyuq  hovuzları  olan  hamamlar.  Termlərin 

qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada 

keçirirdilər. 

Terror

 — qorxuya salma, sui-qəsd. 



Terror aktı

 — dövlət xadimlərinin, yaxud ictimai xadimlərin həyatına qəsd. 

"Təcridolunma"

 — Çində və Yaponiyada xarici ölkələrlə, xüsusən Qərb ölkələri ilə 

əməkdaĢlığa məhdudiyyət qoyulması. 

Təfsir 


— izah, Ģərh etmə. 

Təhsildar 

— Oğuz dövlətində Ģəhərlərdən vergiyığan məmur. 

Təkəlduzçuluq 

—  Azərbaycanda  yayılan  tikmə  sənət  növü.  Bu  cür  tikiĢlər  mavi, 

qırmızı,  qara  rəngli  parça  üzərində  tikilir.  Ġstehsal  Ģəhərləri  ġəki  və  Təbriz 

Ģəhəridir. 

Təkfir


 (ərəbcə) — kafir adlandırma, dinsizlikdə təqsirləndirmə. 

Təqdir etmək

 — bəyənmək, qiymətləndirmək. 

Təngə


 — Mərkəzi Asiyada pul vahidi, gümüĢ sikkə. 

Tənzimat


 (türkcə) — islahat deməkdir. 

Tərh


  —  dövlətə  və  ya  feodala  lazım  olan  malın  bazar  qiymətindən  aĢağı  qiymətə 

alınması. 

Təriqətçilər

  —  Rusiyada  rəsmi  xristian  kilsəsinə  tabe  olmayan,  köhnə  ayin  və 

mərasimlərə əməl edən dindarlar. 

Təsnifat


 — elmi biliklərin ayrı-ayrı sahələr üzrə bölünməsi. 

Təzminat


  (reparasiya)  —  Beynəlxalq  hüquqda  dəymiĢ  ziyanı  ödəmək,  (adətən, 

pulla) nəzərdə tutulur. Sülh müqaviləsi və baĢqa beynəlxalq aktlar vasitəsilə həyata 

keçilir (bax: reparasiya). 

Tigin


 — Göytürk imperatorluğunda Xaqan ailəsinə daxil olan Ģahzadələr bu titulu 

daĢıyırdı. 

Timar 

(türkcə)  —  Osmanlı  imperatorluğunda  Ģərti  irsi  torpaq  sahibliyi.  Hərbi 

xidmətə görə dövlət torpaq fondundan verilirdi. 

Tiran 

(yunanca)  —  "bütün  hakimiyyəti  əlində  cəmləĢdirmiĢ  hökmdar  mənasını 

verir.  Qədim  yunan  Ģəhər-dövlətlərində  və  klassik  feodalizm  dövründə  Ġtaliya 




42 

 

Ģəhər-dövlətlərində hökmdar. 



Tiryək 

—  çox  təhlükəli,  zəhərli  narkotik  maddədir.  Onun  çəkilməsi  insan 

orqanizmini məhv edir. 

Toxa 


—  sümükdən,  buynuzdan  və  daĢdan  ucluq  bərkidilmiĢ,  torpağı  yumĢaldan 

əkinçilik aləti. 

Toxar yazısı

 — hind əlifbasının variantlarından biri. 

Toxmacar

  —  meĢə  və  ya  meĢə  Ģitilliyinin  səpin  bölməsində  toxumlardan  alınmıĢ 

bitkilər. 

Toxunulmazlar

  —  Hindistanda  heç  bir  əsas  kastaya  daxil  olmayan,  murdar  hesab 

edilən adamlar. 

Totalitarizm

  (latınca)    "totalis"  -  "bütün,  tam"  demək  olub,  avtoritar  dövlət 

forması mənasını daĢıyır. Dövlətin cəmiyyətin üzərində tam nəzarəti. 

Toyon 


— Yakutlarda tayfa baĢçısı, knyaz. 

Töycü


  —  kəndlilərin  öz  təsərrüfatlarından  əldə  etdikləri  ərzaq  və  digər 

məhsullardan feodala verdikləri ödəniĢlər. 

Tragediya

  (yunanca)  —  "keçilər  mahnısı".  Faciə.  Tragediyalarda  qəhrəmanlar 

arasında  gedən  kəskin  mübarizə,  onların  iztirabları,  Ģücaəti,  çox  vaxt  isə  ölümü 

təsvir olunurdu. 

Traybalizm

  —  Afrikada  özünü  tayfalararası  düĢmənçilikdə  göstərən  tayfaarası 

ədavət. 

Tred-yunion

  (ingiliscə)  —  peĢə  və  ittifaq  sözlərindəndir.  PeĢələrə  görə  ittifaq 

deməkdir (həmkarlar ittifaqı). 

Triumf

  —  Qədim  Romada  qalib  sərkərdənin  öz  qoĢunu,  ələ  keçirdiyi  qənimət  və 



əsirlərlə birlikdə dörd ağ at qoĢulmuĢ arabada Ģəhərə daxil olması. 

Triyera


  —  qədim  yunanların  döyüĢ  gəmisi.  Hər  bir  hərbi  gəminin  sağ  və  sol 

tərəflərində üç sıra avar olduğundan, onları triyera adlandırırdılar. Hər gəmidə 180 

nəfər avarçəkən, 20-30 döyüĢçü olurdu. 

Troya atı

 — qədim yunan əfsanəsinə görə, yunanlar taxtadan düzəltdikləri nəhəng 

atın  içərisində  seçmə döyüĢçüləri  gizlədərək  onu Troya Ģəhərinin divarı qarĢısına 

gətirib  qoymuĢlar.  Troyalılar  atı  Ģəhərə  gətirmiĢlər.  Gizlincə  atın  içindən  çıxan 

yunan döyüĢçüləri Ģəhərin qapılarını açmıĢ, yunan qoĢununu Ģəhərə buraxmıĢdılar, 

nəticədə  Troya  yunanların  əlinə  keçmiĢdi.    Məcazi  olaraq    "bədbəxtlik  gətirən 

hədiyyə" mənasında iĢlənir. 

Tümən

 — Ġranda pul vahidi. XIX əsrdəki kursla 1,5-2 manata bərabərdir. 



Türk

 — bu sözün iki müxtəlif mənası vardır: 1) güclü; qüvvətli; 2) doğan, törəyən, 

"çoxalan". 

Türklər 


— qədim zamanlardan Mərkəzi Asiya, Sayan-Altay dağlarının Ģimal-qərb 

bölgəsi,  Yenisey  çayları  boyu  ərazilərdə  yaĢamıĢ  xalq.  Müasir  dövrdə  türklər 

Asiya, Avropa və Afrikada yaĢayırlar. 

 




43 

 

Uazno



 — Gürcüstanda orta feodallara verilən ad. 

Ulafa


 — bir nəfərin dolanıĢığı üçün alınan vergi (hərbçi, caniĢin və baĢqalarının). 

Unifikasiya

 (almanca) — vahid Ģəklə, formaya, yaxud sistemə salma. Almaniyada 

nasistlər bu ad altında bütün siyasi partiyaları və təĢkilatları darmadağın etmiĢdilər. 

Unitar  dövlət

  —  dövlət  quruluĢu  forması:  burada  dövlətin  ərazisi,  federasiyadan 

fərqli olaraq, federativ vahidlərə (Ģtat, torpaq və s.) deyil, inzibati ərazi vahidlərinə 

(vilayət,  rayon  və  s.)  bölünür.  Unitar  dövlətdə  vahid  dövlət  konstitusiyası,  vahid 

dövlət hakimiyyəti orqanların sistemi, ümumi hüquq sistemi qüvvədədir. 

Uniya


  (latınca)  —  birlik  mənasındadır.  Monarxiya  dövlətlərinin  bir  monarxın 

hakimiyyəti altında birləĢməsi. 

Usmi

 (ərəbcə) — tanınmıĢ, məĢhur. ġimali Qafqazda Qaraqaytaq hakiminin titulu. 



UĢr 

— Səlcuqlar dövründə vergi növü. Məhsulun ondan bir hissəsini təĢkil edirdi. 

Uyğur 

(türkcə) — "müttəfiq", "uyuĢan" deməkdir. 

Uyğurlar


 — Mərkəzi Asiyanın qədim türk xalqı. 

Uzun divarlar

 — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək 

üçün  tikilmiĢ  divarlar.  Afina  Sparta  ilə  apardığı  müharibədə  (e.ə.431-e.ə.  401) 

məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. 

 

Ü 

Üzərliktəpə

 — Ağdam Ģəhərinin Ģərqində Orta Tunc dövrünə aid arxeoloji abidə. 

Ümid burnu

 — Afrikanın cənubunda burun. Ümid burnunu ilk dəfə 1488-ci ildə B. 

DiaĢ  kəĢf  etmiĢ  və  onu  "Fırtına  burnu"  adlandırmıĢdı.  Portuqaliya  kralı  II  Juan 

burunun adını dəyiĢdirərək "Ümid burnu" qoymuĢdur (buradan Hindistana çatmaq 

ümidi ilə). 

Üçlər ittifaqı

 — Almaniya, Avstriya-Macarıstan və Ġtaliyanın 1879-1882-ci illərdə 

yaranmıĢ  hərbi-siyasi  bloku.  Bu  blok  Birinci  Dünya  müharibəsinin  (1914-1918) 

baĢlanmasında mühüm rol oynamıĢdı. Üçlər ittifaqına cavab olaraq Rusiya, Fransa 

və Böyük Britaniya "Antanta"nı yaratdılar (bax: Antanta). 

 

Vahə 


(ərəbcə) — səhrada su və yaĢıllıq olan sahə. 

Vandallar

 — V əsrin sonlarında ġimali Afrikada məskən salmıĢ alman tayfaları. 

Vandalizm

  —  mədəniyyət  abidələrinin  və  maddi  sərvətlərin  vəhĢicəsinə  məhv 

edilməsi. Bu istilah qədim german tayfaları olan vandalların adından yaranıb. 

Varfolomey  gecəsi

  —  1572-ci  ildə  avqustun  23-də  Parisdə  katoliklər  protestant 

qırğını  törətdilər.  Qırğın  dalğası  Fransanın  baĢqa  Ģəhərlərinə  də  yayıldı.  Ġki  həftə 

ərzində 30 mindən çox adam öldürüldü. Bu qırğın müqəddəs Varfolomey günü baĢ 

verdiyinə görə "Varfolomey gecəsi" adını aldı. Ġndi "Varfolomey gecəsi" düĢmənə 

qəddarcasına, amansız divan tutmaq mənasında iĢlədilir. 

Vassal

  (fransızca)  —  xidmətçi,  nökər  sözündəndir.  Qərbi  Avropada  feodalizm 



dövründə iri feodallardan, yəni senyordan asılı olan xırda feodal. 


44 

 

Vassal dövlət



 — baĢqa, daha güclü dövlətdən asılı olan xırda feodal dövləti. Vassal 

dövlətin daxili iĢlərdə bəzi müstəqilliyi olsa da, beynəlxalq aləmdə onu asılı olduğu 

dövlət təmsil edirdi. 

Vassallıq

 — orta əsrlərdə bir feodalın (vassalın) digər feodaldan (senyordan) Ģəxsi 

asılılıq  münasibətləri  sistemi.  Vassallıq  VIII-IX  əsrlərdə  Frank  imperiyasında 

meydana gəlmiĢdir. 

Vasitəçi ticarət

 — tacirlərin bir ölkədən aldıqları malları baĢqa bir ölkədə, digər bir 

ölkənin tacirlərinə satmaları. 

Vavilon 

— qədim yunan müəllifləri Babil Ģəhərini belə adlandırırlar. 

Veçe 

(qədim slavyanca) — ġərq slavyanlarında xalq yığıncağı. Veçe müharibə və 

sülh  məsələlərini  həll  edir,  knyazı  seçir,  yaxud  hakimiyyətdən  qovur,  qanunları 

qəbul edir: digər knyazlarla müqavilələr bağlayırdı. 

"Veda"


 — qədim hindlilərin dini etiqadları və qanunları toplanmıĢ sənəd. 

"Verden  qəssabxanası"

  —  Birinci  Dünya  müharibəsinin  gediĢində  1916-cı    ilin 

fevralında  Verden  qalasına  hücum  edən  almanlarla  fransızlar  arasında  döyüĢlər 

baĢlandı.  DöyüĢlər  uzandığından  hər  iki  tərəfdən  saysız-hesabsız  ölənlər  və 

yaralananlar  olurdu.  Meyitlərin  çoxu  parça-parça  olduğundan  bu  vuruĢma  tarixə 

"Verden qəssabxanası" adı ilə daxil olmuĢdur. Altı ay davam edən bu döyüĢlərdə 

bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmiĢdi. 

Verst

 — uzunluq ölçü vahidi. Rusiyada iĢlədilmiĢdir. 1 verst = 1,0668 km. 



Veteran

 (latınca) — qoca, sınanmıĢ, təcrübəli sözündən: 1) Qədim Romada orduda 

xidmət müddətini bitirmiĢ əsgər; 2) çox təcrübəli döyüĢçü, müharibə iĢtirakçısı; 3) 

məcazi mənada hər hansı sahədə uzun müddət çalıĢan adam. 

Veto

 (latınca) — qadağan edirəm. 



Vəqf 

— dini və ya xeyriyyə məqsədləri ilə dövlətin, yaxud ayrı-ayrı Ģəxslərin dini 

idarələrə,  məscidlərə  könüllü  bağıĢladığı  daĢınan  və  daĢınmaz  əmlak.  Vəqf 

torpaqlarını  satmaq,  bağıĢlamaq  olmazdı.  Vəqf  VII-VIII  əsrlərdə  yaranmıĢ,  orta 

əsrlərdə Azərbaycanda da geniĢ yayılmıĢdı. 

VəliəhdneĢin

  (farsca)  —  vəliəhd  əyləĢən  yer  deməkdir.  Fətəli  Ģah  zamanında 

Cənubi  Azərbaycan  vəliəhdineĢin  hesab  edilmiĢ,  "darüssəltənə"  (səltənət  evi) 

adlandırılan Təbriz isə həmiĢə rəsmi vəliəhdilərin yaĢayıĢ yeri olmuĢdur. 

VətəndaĢ


 — hər hansı bir ölkənin tam və bərabərhüquqlu əhalisi. 

VətəndaĢ  cəmiyyəti

  —  azad,  müstəqil  və  bərabərhüquqlu  adamlardan  ibarət  olan 

cəmiyyət. 

Vəl 

—  öküz  və  ya  at  qoĢulmuĢ,  üzərində  kiçik  itiuclu  daĢlar  yerləĢdirilmiĢ  taxta 



lövhədən ibarət taxıl döymək üçün istifadə olunan alət. 

Vərdənə


  —  ağacdan  hazırlanmıĢ  yumru  kötük.  Əvvəllər  təkər  əvəzində 

iĢlədilmiĢdir. 

"Vilvet"

 (ingiliscə) — mənfəət. 

"Vilvet" planı

 — Ġkinci Dünya müharibəsi dövründə Qərb müttəfiqlərinin Qafqaza 

dair planının adı. 



45 

 

Vitraj 



(fransızca)  —  rəngli,  Ģəffaf  ĢüĢə  parçalarından  düzəldilmiĢ  Ģəkillər  və  ya 

naxıĢlar. 

 

Yabqu


 — Göytürk imperatorluğunda xaqanın gələcək ailəsi bu titulu daĢıyırdı. 

Yakobinçilər 

— Böyük Fransa Burjua inqilabı vaxtı Müqəddəs Yakov monastırına 

toplanıb iclas keçirən burjua inqilabçıları. 

Yarmarka 

(almanca) — ildə bir dəfə keçirilən beynəlxalq bazar. 

YaĢıl inqilab

 — Hindistanda həyata keçirilən aqrotexniki tədbirlər kompleksi. 

Yelenendorf

  —  indiki  Xanlar  qəsəbəsi.  XIX  əsrin  əvvəllərindən  ġimali 

Azərbaycanda yaranmıĢ alman koloniyası. 

Yeni  burjuaziya 

—  Böyük  Fransa  Burjua  inqilabı  dövründə  kilsənin,  mürtəce 

zadəganların  torpaqlarının  alınması,  yenidən  satılması,  ərzaq  alveri  və  ordunu 

məhsulla təmin etmək sahəsində varlanmıĢ sosial qrup. 

Yeni  zadəganlar

  —  təsərrüfatı  kapitalistcəsinə,  yəni  muzdlu  əmək  tətbiq  etməklə 

təĢkil edən Ġngiltərə zadəganları. 

Yeniçəri 



(türkcə)  —  yeni  əsgər,  qoĢun  deməkdir.  Dövlət  xəzinəsi  hesabına 

saxlanılan nizami türk piyadası. 

Yengiloylar  və  muğallar

  —  türksoylu  tayfalar.  XVII  əsrin  əvvəllərində  I  ġah 

Abbasın  köməyi  ilə  Car,  Muxax,  Tala,  Çardaqlı,  Katex,  QaĢqaçay  və  Suvagil 

kəndlərində məskən salmıĢdılar. 

Yepiskop

  (yunanca)  —  nəzarətçi  deməkdir.  Pravoslav,  katolik  və  anqlikan 

kilsələrində ali ruhani rütbəsi. 

Yevangeliya

  —  I  əsrin  sonu  -  II  əsrdə  Qədim  Romadan  Ġusus  haqqında  əfsanələr 

yazıya  alındı.  Bunlar  yunanca  "Yevangeliya"  yəni,  Ģad  xəbərlər  adlandırıldı. 

Azərbaycan dilində ona "Ġncil" deyilir. 

Yezuit


 (latınca) — "Yezus", yəni "Yisus", Ġsa sözündəndir. 

Yezuitlər  ordeni

  —  1540-cı  ildə  yaranmıĢ  dini  təĢkilat.  Papanın  təĢəbbüsü  ilə 

yaranmıĢ bu ordenin (bax: orden) məqsədi reformasiyaya qarĢı mübarizə aparmaq 

idi. 

Yınal 


— Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri. 

Yuan


 — Çində gümüĢ pul vahidi. 

YUNESKO


 — BirləĢmiĢ Millətlər təĢkilatının  maarif, elm  və  mədəniyyət iĢlərinə 

baxan ixtisaslaĢdırılmıĢ hökumətlərarası təĢkilat. 

Yunq  planı

  —  Birinci  Dünya  müharibəsində  məğlub  olmuĢ  Almaniya  üçün 

təzminat planı. ABġ nümayəndəsi O.Yunq tərəfindən hazırlanmıĢdır. 1929-cu ildə 

hazırlanmıĢ  bu  planın  məqsədi  Amerika  kapitalının  Avropaya  güclü  nüfuz 

etməsinə  və  gələcəkdə  Almaniyanın  hərbi-sənaye  potensialının  dirçəldilməsinə 

təsir göstərmək idi. 

 




46 

 

Zaqatala dairəsi



 — ġimali Azərbaycanda 1860-cı ilin mayında yaradılmıĢ inzibati 

ərazi vahidi. Tərkibinə Əliabad, Qax, Car, Muxax və Balakən yaĢayıĢ məntəqələri 

daxil idi. Dairəni hərbi, mülki və inzibati hakimiyyəti öz əlində cəmləĢdirmiĢ hərbi 

rəis idarə edirdi. 

Zəmindar

  —  Dehli  sultanlığında  hərbi  xidmət  müqabilində  dövlətdən  torpaq  alan 

Ģərti torpaq sahibi. 

Zəmindarlıq

 — torpaq üzərində Ģərti nəsli sahiblik sistemi. 

Zikkurat


  —  Mesopotamiyada  Ģumer  memarlığına  xas  olan  3,5,7  mərtəbəli  pilləli 

məbəd.  Zikkuratın  yuxarı  pilləsində  kiçik  ibadətgah  yerləĢirdi.  Zikkuratdan  səma 

cisimlərini müĢahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər. 

Zimmilər


 (ərəbcə) — ərəb ordusunda könüllü xidmət edən xristianlar. 


47 

 

 



 

 

 

 

 

Əkbər Ədilxan oğlu Qocayev 

Şəhla Muğan qızı Quliyeva 

Sevda Abas Əli qızı Əliyeva 

 

TARİXİ ANLAYIŞ VƏ TERMİNLƏRİN 

İZAHLI LÜĞƏTİ 

 

Texniki redaktoru B.Ə. Kərimova 



Korrektoru T.M. Zahidova 

Kompüter dizayneri C.Ə. Qaraqaşov 

 

Yığılmağa verilmiĢ 17.10.2002. Çapa imzalanmıĢ 



28.01.2003. NəĢrin formatı 60x90 1/16. Ofset kağızı 

№1. Məktəb qarnituru. Fiziki və Ģərti ç.v. 3,0. 

Uçot-nəĢr v. 2,8. Tirajı 2000. SifariĢ  №19. 

Qiyməti müqavilə ilə. 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 



"Maarif" nəĢriyyatı. 

Bakı - 370111, A. Məhərrəmov küçəsi, № 4. 



 

"Zəngəzur-MZ" kiçik istehsalat müəssisəsi. 



Bakı, Vidadi küçəsi, 140. 

 

Yüklə 489,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə