ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

20 

 

əksi. 



Ġxracat 

—  1)  əmtəələrin  xarici  bazarda  satılması  üçün  ölkədən  xaricə  aparılması. 

Ġdxalatın  əksi;  2)  ümumi  və  müxtəlif  vergi,  mükəlləfiyyətlərin  məcmusu 

mənasında iĢlənən söz (XVII əsrdə Azərbaycanda). 

Ġkona

  (yunanca)  —  təsvir,  obraz,  dini  sitayiĢ  obyekti.  Pravoslav  və  katolik 



dinlərində  yayılmıĢdır.  GeniĢ  mənada  xristianlıqda  müqəddəslərin  təsviri.  Erkən 

xristianlıqda  ikona  ayini  yox  idi.  O,  II  əsrdə  yaranmıĢdır.  Ġkonlara  sitayiĢ  qədim 

bütpərəstliyin qalığıdır. 

Ġqta 


(ərəbcə)  —  "kəsik"  deməkdir.  Xidmət  əvəzində  verilən  torpaqlar.  Yaxın  və 

Orta  ġərq  ölkələrində  hərbi  xidmət  müqabilində  feoadallara  verilmiĢ  Ģərti  torpaq 

mülkiyyəti  olan  iqta  VII  əsrin  sonlarından  XIX  əsrin  I  yarısınadək  mövcud 

olmuĢdur. 

Ġlati

  —  elat  (bax:  elat).  Cənubi  Azərbaycanda  torpaq  mülkiyyəti  forması.  ġah 



tərəfindən dövlət qarĢısında hərbi xidmətə görə oturaq və yarımköçəri həyat sürən 

ayrı-ayrı tayfalara verilirdi. 

Ġliada

  —  qədim  yunan  Ģairi  Homer  (bax:  Homer)  tərəfindən  yaradılmıĢ  dastan. 



"Ġliada"  Ġlion  Ģəhərinin  (Kiçik  Asiyada)  adından  əmələ  gəlmiĢdir.  Yunanlar 

Troyanı belə  adlandırırdılar. Əsərdə  yunanların Troya  üzərinə  yürüĢlərindən bəhs 

olunur. 

Ġlot


 (yunanca) — Qədim Spartada qullara verilmiĢ ad. 

Ġltizam


  (müqatiə)  —  icarəyə  verilmə.  Dövlətə  müəyyən  miqdarda  pul  ödəmək 

müqabilində  ayrı-ayrı  Ģəxslərə  verilən  vergi  toplama  hüququ.  Ġltizam  sistemi 

Azərbaycanda XIX əsrin II yarısınadək mövcud olmuĢdur. 

Ġmperator

  (latınca)  —  hakimiyyətə  malik  olan  deməkdir.  Dövlətin  baĢında  duran 

qeyri-məhdud hökmdar. 

Ġmperiya 

(latınca)  —  hakimiyyət,  dövlət  baĢçısı  monarx,  imperatoru  olan  dövlət. 

Bir  qayda  olaraq,  müstəmləkə  torpaqlarına  malik  olur.  Məsələn:  Osmanlı 

imperatorluğu, Britaniya imperiyası, Rusiya imperiyası və s. 

Ġmpressionizm

 (fransızca) — "təəssürat" deməkdir. XIX əsrin II yarısında Avropa 

rəssamlığında  yaranmıĢ cərəyan. Ġmpressionistlər dəbdəbəli akademik rəngkarlığa 

qarĢı  qətiyyətlə  çıxıĢ  edirdilər.  Onların  baĢlıca  novatorluğu  yaratdıqları  obyektə 

yanaĢmaları  idi.  Çox  vaxt  impressionistləri  məzmunu  formaya  qurban  verməkdə 

günahlandırırdılar. 

Ġmtiyaz


 — hüquqi üstünlük. 

Ġndulgensiya

  (latınca)  —  "Cənnət  qəbzləri"  deməkdir.  Orta  əsrlərdə  Qərbi 

Avropada günahların bağıĢlanması haqqında kilsə fərmanı belə adlanırdı. 

Ġnflyasiya

  —  pulun  qiymətdən  düĢməsi.  Özünü  malların  qiymətinin  və  xidmət 

haqqının ümumi və qeyri-bərabər artmasında göstərir. 

Ġnhisar 


(ərəbcə) — məhdudlaĢdırma. Fəaliyyətin hər hansı bir sahəsində müstəsna 

vəziyyət, dövlətin, təĢkilatların, firmaların və sairənin müstəsna hüququ. 

Ġnqumasiya

  —  insanın  olduğu  kimi  dəfn  olunması.  Azərbaycanda  Eneolit 




21 

 

dövründə  geniĢ  yayılmıĢ  kremasiya  (ölüyandırma)  ilə  yanaĢı  inqumasiya  da 



mövcud olmuĢ və indiyədək davam edir. 

Ġnkvizisiya 



(latınca) — təhqiqat deməkdir. Kilsə təliminə qarĢı çıxanları mühakimə 

etmək üçün Roma papasının yaratmıĢ olduğu kilsə məhkəməsi. Bu məhkəmə XII-

XIX  əsrlərdə  fəaliyyət  göstərmiĢdir.  Ġnkvizisiyanın  bir  idarə  kimi  fəaliyyəti  papa 

III Ġnnokentinin adı ilə bağlıdır. 

"Ġnsanayaqlılar"

 — Yunanıstanda qullara verilən ad. 

Ġnzibati  amirlik

  —  hakimiyyətin  vahid  bir  partiyanın  əlində  cəmlənməsi  və  idarə 

olunması. 

Ġonik  sütunlar

  —  qədim  yunan  memarlarının  ucaltdıqları  ictimai  binaların 

tikintisində  istifadə  olunan  sütunlar.  Bu  sütunların  yuxarısı  qıvrım  qoyun 

buynuzlarına bənzəyirdi. 

Ġrsi hakimiyyət

 — hakimiyyətin atadan oğula, yaxud yaxın qohuma keçməsi. 

Ġrqlər 


—  müəyyən  ərazidə  tarixən  əmələ  gəlmiĢ,  ümumi  mənĢəyə  malik  bioloji 

insan  qrupları.  Ġrqlər,  əsasən,  xarici  görünüĢə  aid  irsi  əlamətlərin  kompleksi  ilə 

fərqlənir. Ən mühüm irqi əlamətlərə - bədəndə tük örtüyünün inkiĢaf dərəcəsi, dəri, 

saç və bəbəyin rəngi, baĢın, üzün və onun hissələrinin (burun, dodaq, göz qapağı 

və  s.)  forması  aiddir.  Antopoloqlar  dünya  əhalisini  xarici  görünüĢünə  görə    3  

böyük    irqə  ayırırlar:  1.  avropoid;  2.  monqoloid;  3.  ekvatorial.  Böyük  coğrafi 

kəĢflərə  qədər  avropoid  irqinə  mənsub  olan  xalqlar  Avropada,  ġimali  Afrikada, 

Yaxın  və  Orta  ġərqdə  və  Hindistanda  yaĢayırdılar.  Ġndi  isə  onlar  bütün  Yer 

kürəsinə yayılmıĢlar. Monqoloid irqinə mənsub olanlar isə əsasən, ġərqi və Cənub-

ġərqi Asiyada yaĢayır. Amerikanın yerli əhalisi olan hindular da monqoloid irqinə 

aiddir.  Ekvatorial  irqə  aid  olan  insanların  böyük  hissəsi  Afrikada  yaĢayır.  Bəzi 

alimlər  dördüncü  —  avstraloid  irqi  də  ayırırlar.  Avstraliya  və  Okeaniyanın  yerli 

əhalisi, Cənub-ġərqi Asiyada məskunlaĢanların bir qismi bu irqə aid edilirlər. 

Ġrqçilik 

— irqlərin və xalqların bərabərsizliyi haqqında müddəalara əsaslanan elmə 

zidd konsepsiyaların məcmusu. 

Ġrriqasiya

  (latınca)  —  suvarma.  Ġrriqasiya  dedikdə,  əsasən,  süni  suvarma  baĢa 

düĢülür. 

Ġstehsal təsərrüfatı

 — insanların təbiətin yaratdığını təkrar istehsal etməsi. 

ĠĢləyib ödəmə

  —  mülkədarların  kəndlilərin  aztorpaqlı  olmasından  istifadə  edərək 

torpağın  bir hissəsini onlara  icarəyə verməsi və  əvəzində  kəndlinin öz  avadanlığı 

ilə ağa torpaqlarında iĢləməsi. 

 

"Jakeriya"

  ("Jaklar"  üsyanı)  —  1358-ci  ildə  Fransanın  Ģimal-Ģərqində  baĢ  vermiĢ 

kəndli  üsyanı.  Fransada  zadəganlar  kəndliləri həqarətlə  "Jak" adlandırırdılar. Ona 

görə  də  bu  üsyan  "Jaklar"  üsyanı  adlanırdı.  Üsyana  Gilyom  Kal  baĢçılıq  edirdi. 

Üsyan  məğlub olsa  da, qorxuya  düĢən feodallar  mükəlləfiyyətləri artırmağa  cürət 

etmədilər və kəndlilərin Ģəxsi asılılıqdan azad edilməsi sürətləndirildi.  




Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə