ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

26 

 

Labirint 

— bir-birilə yeraltı keçidlər və dəhlizlər vasitəsilə birləĢdirilən otaqlardan 

ibarət olan mürəkkəb və dolaĢıq planlı tikililər. 

Lakonik


  —  fikrin  az  sözlə,  yığcam,  aydın  ifadə  edilməsi.  "Lakonik"  sözü  belə 

danıĢıq  tərzinin  dəb  olduğu  Qədim  Yunanıstanın  Lakonika  vilayətinin  adı  ilə 

bağlıdır. 

Lakonika


 — Qədim Yunanıstanda, Peloponnesin cənub-Ģərqində vilayət. 

Landqat 


(almanca) — Almaniyada nümayəndəli orqan. 

Latifundiya

 — Latın Amerikası ölkələrində iri torpaq sahibliyi. 

Legion


  —  1.  Qədim  Romada  4500  nəfər  döyüĢçüdən  ibarət  ordu,  legionun  əsas 

gücü  ağır  silahlı  piyadalardan  ibarət  idi;  2.  XVI-XIX  əsrlərdə  Fransada, 

Ġngiltərədə,  Almaniyada,  PolĢa  və  Rusiyada  müxtəlif  qeyri-daimi  heyətli  əsgəri 

birləĢmələr. 

Lend-liz

 (ingiliscə)  "icarəyə vermək" mənasını daĢıyır. Ġkinci Dünya müharibəsi 

dövründə  ABġ  Konqresinin  irticadan  müdafiəsi  mühüm  olan  ölkələrə  silah  və 

hərbi materialların nisyə satılmasına və ya kirayə edilməsinə icazə verən qanun. 

Levellerlər 

(ingiliscə) — bərabərçilər deməkdir. Ġngiltərə burjua inqilabı dövründə 

radikal  xırda  burjua-demokratik  partiyası  olan  Levellerlər  birpalatalı  demokratik 

respublika  yaradılması,  vətəndaĢların  qanun  qarĢısında  bərabərliyi,  azad  ticarət, 

vergilərin azaldılması və s. tələblər irəli sürürdülər. 

Liktorlar

  —  Qədim  Romada  padĢahı  müĢayiət  edən  12  nəfərdən  ibarət  xüsusi 

mühafizəçi. 

Linç  məhkəməsi

  —  ABġ-da  zəncilərə  və  mütərəqqi  adamlara  məhkəməsiz  və 

istintaqsız  divan  tutma.  XVIII  əsrdən  iĢlədilən  bu  termin  ABġ  polkovniki  irqçi 

Linçin adı ilə bağlıdır. 

Linçləmə


  —  ABġ-da  bir  qism  insanlar  haqqında  məhkəməsiz,  bəraət  nitqini 

dinləmədən ölüm hökmünün çıxarılaraq dərhal yerinə yetirilməsi. 

Livoniya  konfederasiyası

  —  bu  ittifaqa  Livoniya  ordeni,  Riqa  arxiyepiskopluğu, 

Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər. 

Livoniya  müharibəsi

  —  1558-1583-cü  illərdə  Rusiyanın  Baltikyanı  əraziləri  iĢğal 

etmək və Baltik dənizinə çıxmaq uğrunda Livoniya ordeni, həmçinin Ġsveç, PolĢa 

və  Böyük  Litva  knyazlığına  qarĢı  müharibəsi.  Müharibə  Rusiyanın  məğlubiyyəti 

ilə baĢa çatdı. 

Livoniya  ordeni

  —  Alman  cəngavərlərinin  1237-ci  ildə  yaratdıqları  katolik  və 

hərbi-siyasi təĢkilatı. 

Livr


 (fransızca) — Fransada 1799-cu ilə kimi pul vahidi. 

Lobbi


  (ingiliscə)  —  "qeyri-rəsmi"  mənasını  verir.  Xarici  ölkələrdə  dövlət 

məmurlarına  təzyiq  göstərən,  qanun  layihələrinin  qəbul  olunmasına  və  ya 

pozulmasına çalıĢan agentliklər sistemi. 

Loyalistlər 

— Fransada kral tərəfdarları. 

Luqol


  (Şumercə)  —  "böyük  adam"  mənasını  verir.  ġumer  Ģəhər-dövlətlərində 


27 

 

əvvəlcə hərbi rəislər, sonralar isə hökmdarlar belə adlanırdı. 



 

Maaf


  (ərəbcə)  —  "azad  olunmuĢ"  deməkdir,  bir  sıra  Yaxın  ġərq  ölkələrində  və 

Azərbaycanda  mövcud  olmuĢ  kəndli  kateqoriyası.  Hər  cür  vergi  və 

mükəlləfiyyətlərdən  azad  olan  maaflar  xanlıqlar  dövründə  siyasi  həyatda  mühüm 

rol oynayırdılar. Maaflar xanın hərbi dəstələrində xidmət etməli və xanlığın sərhəd 

rayonlarını basqınlardan qorumalı idilər. 

Maharaç 


—  Hindistanda  Dehli  sultanlığının  yaranmasından  əvvəl  böyük  knyaza 

verilmiĢ ad. 

Maq

 



 ZərdüĢtilik dinində kahin 

Maqnat 


(latınca)  —  PolĢada  iri  feodal,  varlı  və  əsilli  Ģəxs.  Əvvəllər  Qərbi  Roma 

imperiyasında iri torpaq sahibi mənasında iĢlədilmiĢdir. 

Mandat  sistemi

  —  keçmiĢ  alman  müstəmləkələri  və  osmanlı  mülklərinin 

qəyyumluğa  götürülmüĢ  formada  bölüĢdürülməsi.  Birinci  Dünya  müharibəsinin 

yekunlarına həsr edilmiĢ Versal konfransında müəyyən edilmiĢdir. 

Manufaktura 

(latınca)  —  "manus"-əl,  "faktura"-hazırlama.  "Əl  ilə  düzəldilən" 

deməkdir.  Burada  əl  əməyindən  istifadə  edilən  ilk  kapitalist  müəssisəsi  nəzərdə 

tutulur.  Əmək  bölgüsünə  əsaslanan  manufaktura  tarixən  mütərəqqi  səciyyə 

daĢımıĢ,  ictimai  əmək  bölgüsünü  daha  da  dərinləĢdirmiĢ,  iri  maĢınlı  sənaye  üçün 

zəmin yaratmıĢ, kapitalist istehsalının maĢınlı mərhələsinə keçilməsi üçün bacarıqlı 

fəhlə  kadrları  hazırlamıĢdır.  Ġlk  manufakturalar  Ġtaliyada  yaransa  da,  Ġngiltərədə 

manufaktura klassik formada inkiĢaf prosesi keçmiĢdir. Azərbaycanda ilk kapitalist 

manufakturası  1829-cu  ildə  açılmıĢ  Xanabad  ipəksarıyan  manufakturası  idi. 

Manufakturada muzdlu əməkdən istifadə edilirdi. 

Markqraflıq

  (almanca)  —  Böyük  Karl  tərəfindən  Frank  imperiyasının  sərhədləri 

boyu yaradılmıĢ vilayətlər. 

Marselyoza

  —  Marsel  batalyonunun  üzvlərinin  ifa  etdikləri  inqilabi  mahnı. 

Hazırda Fransanın dövlət himnidir. 

MaĢmaĢ 


— Aratta ölkəsində dini idarələrə baĢçılıq edən kahin. 

Mavəraənnəhr

  —  "dənizin  arxası"  deməkdir.  Orta  əsrlərdə  Mərkəzi  Asiyada 

qərbdən  Aral  gölü,  cənubdan  Amudərya,  Ģimaldan  Sırdərya,  Ģərqdən  Fərqanə  ilə 

əhatə olunan əraziyə deyilirdi. 

Mavrlar 


(yunanca)  —  Priney  yarımadasında  və  ġimali  Afrikanın  Ģimal-qərb 

hissəsində ərəb dilinin yerli dialektlərində danıĢan müsəlman əhalisi. 

Mayorat 

(latınca)  —  "mayor"  sözündən  olub  böyük  övlada  çatmıĢ  mülkiyyətin 

bölünməzliyini bildirir. 

Mehrab 

(ərəbcə)  —  "ibadətgah"  deməkdir,  məscidlərdə  qiblə  cəhətdəki  (Məkkə 

istiqamətdə) divarda düzəldilən və önündə namaz qılınan oyuq, taxça. 

Mehran 


— Mehranilər sülaləsinin banisi. 

Mehranilər

  —  Qafqaz  Albaniyası  hökmdarları  sülaləsi.  Banisi  Mehrandır. 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə