ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

28 

 

Görkəmli nümayəndələri Varaz Qriqor və CavanĢirdir (VII əsr). 



"Mehriban  qonĢu"  siyasəti

  —  ABġ  prezidenti  F.  Ruzveltin  Latın  Amerikası 

ölkələrinə münasibətdə yeritdiyi siyasət. Bu siyasətdə əsas məqsəd həmin ölkələri 

ABġ-a  tabe  etmək,  Ġngiltərə  və  Almaniya  kapitalını  oradan  sıxıĢdırıb  çıxarmaq, 

maliyyə-iqtisadi və ticarət  sahələrində təzyiq etmək mexanizmini iĢə salmaq yolu 

ilə Amerika kapitalının həmin ölkələrə nüfuz etməsinə nail olmaq. 

Memorandum

  (latınca)  —  yadda  saxlanmalı  Ģey.  Diplomatik  yarıĢma  forması, 

sənəd. Xatırlatma notasına oxĢayır. 

Metropoliya 

— müstəmləkəsi olan ölkə. 

Mezolit 


(yunanca) — "Mezos"- orta, "Litos"- daĢ deməkdir. Orta DaĢ dövrü. 

Mədrəsə


 (ərəbcə) — məktəb, öyrənmək deməkdir. Yaxın və Orta ġərq ölkələrində 

dövlət  aparatı  xidmətçiləri,  din  xadimləri  və  ibtidai  məktəblər  üçün  müəllim 

hazırlayırdı. 

Məhsuldar qüvvələr

 — əmək alətləri, torpaq, yeraltı sərvətlər, insanlar və s. 

Məlik və ya xaqanbəyi

 — Xəzər xaqanlığında xaqanın baĢ məsləhətçisi. 

Məliküttüccar 

—  Cənubi  Azərbaycan  Ģəhərlərində  tacir  ittifaqının  baĢında  duran 

tacirbaĢı. 

Məmlüklər

  (ərəbcə)  —  Əyyubilər  dövründə  türk  və  Qafqaz  xalqlarından  ibarət 

döyüĢçü  qullar  olmuĢdular.  1250-ci  ildə  hakimiyyəti  ələ  alaraq  Misiri  1517-ci 

ilədək idarə etmiĢdilər. 

Mərzban 

(farsca) — "sərhəd qoruyucusu" deməkdir. Sasanilər dövlətində vilayətə 

baĢçılıq edən caniĢin. 

MərzləĢdirmə

 — torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyənləĢdirilməsi. 

MəĢrutə

 (farsca) — konstitusiya deməkdir. 1905-1911-ci illər Ġran inqilabı məĢrutə 



hərəkatı adlanır. 

Mixi yazılar

 — Mesopotamiyada Ģumerlərin e.ə. I minilliyin əvvəllərində yaratmıĢ 

olduqları  iĢarələrdən  ibarət  yazı  növü.  Bu  iĢarələr  mıx  formalı  olduğu  üçün  mixi 

yazılar adlanır. Mixi yazılar gil lövhələr üzərində cızılırdı. 

Mikrolit


  (yunanca)  —  "mikro"  –  kiçik,  "litos"  -  daĢ  deməkdir.  Mezolit  dövründə 

insanların iĢlətdikləri çox kiçikölçülü alətlər nəzərdə tutulur. 

Milad 

(latınca) — rəvayətə görə Ġsa peyğəmbər eramızın birinci ili dekabrın 24-də 

anadan  olmuĢdur.  Bu  hadisə  xristian  aləmində  "milad"  -  anadanolma  adlanır. 

Xristian il hesablanması da Miladi təqvimi adlanır. 

Millət


  —  müəyyən  psixologiya  və  Ģüura  malik  olan  insanların  tarixən  yaranmıĢ 

sosial-iqtisadi və mənəvi birliyi. Dövləti təĢkil edən vətəndaĢların sosial cəmiyyəti. 

Millətçilik

  —  bir  millətin  digər  millətdən  üstün  tutulması  siyasəti,  millət 

nümayəndələri tərəfindən onun rolunun həddindən artıq ĢiĢirdilməsi. 

Miniatür


  (latınca)  —  "minium"  sözündəndir.  Bu  isə  baĢ  hərfləri  yazmaq  üçün 

istifadə  edilən  qırmızı  boyaq  mənasını  verirdi.  Həcminin  kiçikliyi  və  bədii 

üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəri. 

Moratorium

  (latınca)  —  bərkidici,  təxirəsalıcı.  Dövlətin  öhdəliklərini  yerinə 



29 

 

yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi. 



Monarx 

(yunanca)  —  monarxiya  dövlətində  irsi  dövlət  baĢçısı  (Ģah,  sultan,  çar, 

imperator, kral və s.) Monarx bəzən seçilə də bilər. Məsələn, Monqolustanda XIII 

əsrdə Çingiz xanın seçilməsi. 

Monarxiya

  (yunanca)  —  təkhakimiyyətlilik  deməkdir.  Burada  ali  dövlət 

hakimiyyəti  monarxın  əlində  cəmləĢir.  Aristotel  monarxın,  yəni  bir  nəfərin  idarə 

etdiyi  və  hakimiyyətin  atadan  oğula  keçdiyi  dövləti  monarxiya  adlandırmıĢdır. 

Feodalizm  dövründə  monarxiya  müxtəlif  inkiĢaf  mərhələləri  keçmiĢdir:  1.  Ġlkin 

feodal  monarxiyası;  2.  Feodal  pərakəndəliyi  dövrü  monarxiyası;  3.  Silki 

nümayəndəli monarxiya; 4. 

Mütləq  monarxiya.  Müasir  dövrdə  bir  çox 

dövlətlər  üçün  məhdud,  konstitusiyalı  monarxiya  səciyyəvidir.  Konstitusiyalı 

monarxiyanın  iki  növü  var:  1.  Qeyri-məhdud  monarxiya.  Bu  zaman  monarx  icra 

hakimiyyətini  öz  əlində  cəmləĢdirir.  Hökuməti  təĢkil  etmək,  veto  hüququna, 

parlamenti buraxmaq və s. hüquqlara  malikdir; 2. Parlamentli monarxiya. Burada 

monarxın  hakimiyyəti  əslində  formal  səciyyə  daĢıyır  (məsələn,  müasir  Böyük 



Britaniyada). 

Mozaika 


—  müxtəlif  rəngli  xırda-xırda  daĢlar  və  Ģəffaf  olmayan  rəngli  ĢüĢə 

qırıntılarından ibarət təsvir, naxıĢ. 

Möhrə

 — palçıq və saman qarıĢığı. 



Möhtəkirlik

  —  əhaliyə  lazım  olan  məhsulların  ucuz  qiymətə  alınıb  saxlandıqdan 

sonra baha qiymətə satılması. 

Mövlalar


 (ərəbcə) — Ġslam dinini könüllü qəbul etmiĢ yerli əhali. 

Muxtariyyət

  —  ümumi  dövlət  konstitusiyası  çərçivəsində  dövlətin  hər  hansı  bir 

hissəsinin dövlət məsələlərini müstəqil həll etməsi, daxili özünüidarə hüququ. 

Mukat

 — pay. Orta əsrlərdə Misirdə iltizam sistemi ilə paylanan torpaq mülkiyyət 



forması. 

Multam 


— Azərbaycanda məskən salmıĢ hind tacirləri. 

Mumiya


  —  1)  qurudulmuĢ  insan  cəsədi.  Meyitlərin  və  müqəddəs  heyvan 

cəsədlərinin  mumiyalanması.  Qədim  Misirdə  geniĢ  yayılmıĢdı;  2)  tərkibində  20-

70% Fe

2

0



3

 oian qırmızı rəngli təbii piqment də elmi ədəbiyyatda mumiya adlanır. 

Musey 

— qədim yunan ilahələri, muzaların məbədi. 



MuĢkenum

  —  Mesopotamiya  padĢahı  Hammurapinin  öz  mülklərini  idarə  etmək 

üçün göndərdiyi səlahiyyətli məmur. 

Muza 


— yunan əsatirində elm və incəsənətə himayədarlıq edən ilahələr. 

Mübadilə 

—  müxtəlif  məĢğuliyyət  növləri  ilə  məĢğul  olan  insan  qruplarının 

hazırladıqları məhsulları bir-biriləri ilə dəyiĢmələri. 

MübaĢir 

— Ġranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. 

MüĢir

 (türkcə) — hərbi rütbə, marĢal deməkdir. 



Müctəhid 

— ən istedadlı tələbələrlə məĢğul olan baĢ ruhani. 

Müdərris

  (ərəbcə)  —  dərs  verən  müəllim.  ġərq  ölkələrində,  o  cümlədən, 

Azərbaycanda ali ruhani mədrəsəsini bitirmiĢ mədrəsə müəllimi. 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə