ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   12   13   14   15   16   17   18   19   20

30 

 

Müdaxilə



 — bir və ya bir neçə dövlətin digər dövlətin iĢlərinə qarıĢması. Müdaxilə 

hərbi,  iqtisadi,  siyasi  və  ideoloji  vasitələrlə  ola  bilər.  Beynəlxalq  hüquqda 

müdaxilənin bütün formaları qadağan olunmuĢdur. 

Müəssislər  məclisi

  —  konstitusiya  hazırlayacaq  və  qəbul  edəcək,  yaxud  yeni 

dövlət quruluĢu təsis edəcək səlahiyyətə malik məclis. 

Müxəmməs

 — beĢlik. ġer janrıdır, lirik növdədir. Hər bənd beĢ misradan ibarətdir. 

Müqatiə

  (ərəbcə)  —  kəsik.  Dövlətə  müəyyən  miqdarda  pul  ödəmək  müqabilində 



Ģəxslərə verilən vergi toplama hüququ, iltizam. 

Mülki


  (ərəbcə)  —  mülkiyyət,  malikanə,  əmlak:  1)  Xilafətin  yarandığı  dövrdə 

Yaxın  və  Orta  ġərq  ölkələri,  Mərkəzi  Asiya,  Cənubi  Qafqaz,  o  cümlədən, 

Azərbaycanda  torpaq  mülkiyyəti  formalarından  biri,  feodal  torpaq  mülkiyyətinin 

Ģərtsiz, irsi forması; 2) Hərbçilərə paylanan torpaq mülkiyyət forması. 

Mülkədar

 — iri torpaq sahibi. 

Mülkədar  tabelisi

  —  1846-cı  ildə  ali  müsəlman  silkinə  mənsub  olan  müxtəlif 

feodal-asılı  kəndlilərə  verilmiĢ  ümumi  ad.  "Sahibkar  kəndlisi"  anlayıĢına 

uyğundur. 

Mültəzim 

— Misirdə orta əsrlərdə torpağı icarəyə götürən, icarədar. 

Münəccim 

—  ulduzların  vəziyyətinə  görə  insanların,  dövlətlərin  taleyindən 

qabaqcadan xəbər verən Ģəxs. 

Müstəmləkə

 — müstəqilliyini itirib iĢğalçılardan asılı vəziyyətə düĢmüĢ ölkə. 

Müstəmləkə  iqtisadiyyatı

  —  istehsal  prosesini  axıra  qədər  davam  etdirmək 

imkanından məhrum edilmiĢ iqtisadiyyat. 

Mütrüb

 — Ġranda xalq içərisində məĢhurlaĢmıĢ xanəndə və rəqqaslar. 



 

Natural təsərrüfat

 — yaĢayıĢ üçün lazım olan məhsulun və hazır Ģeylərin satıĢ üçün 

deyil, Ģəxsi tələbatı ödəmək üçün hazırlandığı təsərrüfat. 

Neft  maqnatları

  —  neftin  çıxarılması,  emalı  və  satıĢı  iĢini  öz  əllərində  saxlayan 

nəhəng neft Ģirkətlərinin sahibləri. 

Neftxuda


  —  XIX  əsrin  sonu-XX  əsrin  əvvəllərində,  Azərbaycanda  neft  hasilatı, 

emalı və satıĢı ilə məĢğul olan iĢ adamları. 

Neolit 

— Yeni DaĢ dövrü, daĢ dövrünün son mərhələsi. 



NeofaĢizm

 — Ġkinci Dünya müharibəsindən sonra ləğv edilmiĢ faĢist təĢkilatlarının 

yeni varislərinin daxil olduqları cərəyan. 

Nəccarlıq 



(ərəbcə)  —  "dülgər"  ("xarrat")  sözündəndir.  Nəccarlar,  adətən,  palıd, 

fıstıq və s. ağac növlərindən müxtəlif məiĢət əĢyaları düzəldirdilər. 

Nəsil 

(soy)  icması  —  ümumi  əraziyə  və  adət-ənənələrə  malik  olan,  eyni  dildə 

danıĢan, ağsaqqallar tərəfindən idarə olunan qohum nəsillərin (soyların) birliyi. 

Nəvvab

 — Səfəvilərdə Ģahın müavini - ölkənin baĢ ruhanisi. 



NKVD

  (rusca)  —  "Narodnıy  Komissariat  Vnutrennıx  Del"  sözlərinin  baĢ 

hərflərindən  əmələ  gəlmiĢdir.  Azərbaycan  dilində  XDĠK  (Xalq  Daxili  ĠĢlər 



31 

 

Komissarlığı) adlanır. KeçmiĢ SSRĠ-də təhlükəsizlik idarələrindən biri. Bu orqanın 



əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiĢdir. 

Nom 


(yunanca)  —  vilayət.  1)  Qədim  Misirdə  inzibati  mahal.  Hər  bir  nomun 

müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi allahları vardı; 

2) Müasir Yunanıstanda inzibati ərazi vahidi. 

Nomarx — nomu idarə edən hakim. 

Normanlar

 — erkən orta əsrlərdə Skandinaviya xalqları Qərbi Avropada bu ad ilə 

tanınırdılar. Bu sözün mənası "Ģimal adamı" demək idi. Rusiyada varyaqlar adı ilə 

tanınmıĢdılar (bax: vikinqlər). 

Numizmatika

  —  Qədim  sikkə  və  pulların  tədqiqi  ilə  məĢğul  olan  elm. 

Numizmatika  elm  kimi  XVI  əsrdə,  kolleksiya  toplama  isə  (qədim  sikkələr)  daha 

əvvəllər meydana gəlmiĢdir. 

Nüvə  silahı

  (atom  silahı)  —  nüvə  reaksiyaları  nəticəsində  qapalı  həcmdə  böyük 

miqdarda ayrılaraq nüvədaxili enerjidə baĢ verən partlayıĢ, təsirli silahların ümumi 

adı.  Nüvə  silahı  ən  güclü  kütləvi  qırğın  vasitəsidir.  Hazırda  rəsmi  olaraq  Rusiya, 

ABġ, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. 

Nüvə  silahı  saxlanmayan  zona

  —  nüvə  silahı  sınaqdan  keçirilməyən,  istehsal 

olunmayan,  saxlanmayan  və  daĢınmayan,  habelə  hüdudlarında  və  ona  qarĢı  nüvə 

silahının tətbiqi istisna edilən ərazi. 

 

Oğuz

 — "boy", "nəsil", "tayfa" mənasını verən "ox" sözü ilə cəm Ģəkilçisi "uz"un 



birləĢməsindən  ibarətdir,  boylar  (nəsillər)  deməkdir.  Böyük  Hun  imperatoru 

Metenin  hakimiyyəti  zamanı  birləĢən  bütün  türk  boylarının  ümumi  adı  oğuzlar 

olmuĢdur. "Oğuz" adına ilk dəfə Orxon-Yenisey abidələrində rast gəlinmiĢdir, 

Oğuz dövləti

 — X əsrin ortalarında Seyhun çayı və Xəzər dənizi arasında yerləĢən 

türk boylarının birləĢməsi nəticəsində yaranan və tarixi mənbələrdə Oğuz dövləti, 

yaxud Yabqu dövləti kimi xatırlanan dövlət. Dövlətin mərkəzi Yenikənd Ģəhəri idi. 

Güman  edilir  ki,  bu  dövlətin  varlığına  təqribən  1000-ci  ildə  qıpçaqlar  tərəfindən 

son qoyulmuĢdur. 

Opriçnina

 (rusca) — "opriç" sözündəndir: kəsib götürmək mənasını verir. Rus çarı 

IV  Ġvan  yeni  qaydalar  tətbiq  etdiyi  əraziləri  opriçnina  adlandırırdı.  1565-1572-ci 

illərdə  hökmdar  mülklərinin  adı.  Həmin  illərdə  amansız  terror,  edamlar  və 

sürgünlər  baĢ  verdi.  Opriçnina  siyasətini  yeritməkdə  çarın  əsas  məqsədi  öz 

düĢmənlərinin  müqavimətini  qırmaq  idi.  Opriçnina  kobudluq,  zorakılıq  və 

terrorçuluq vasitələri ilə mərkəzi hakimiyyət əleyhinə olan boyar müxalifətini ləğv 

etmək məqsədilə yaradılmıĢdır. 

Orden


 (almanca) — sıra, dərəcə. 1) orta əsrlərdə rahib təĢkilatları belə adlanırdılar; 

2) fərqlənmə niĢanı, xüsusi xidmətlərə görə dövlətin fəxri mükafatı. 

Orxestra

 — qədim yunan teatrlarında səhnə qarĢısındakı meydança. 

Orkestr 

(yunanca) — "orxestra" sözündən yaranmıĢdır. Müxtəlif musiqi alətlərində 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə