36
mədəniyyətinə keçid dövrü (Ġtaliyada XIV-XVI əsrlər, digər ölkələrdə XV əsrin
sonu XVI əsr). Renessans - intibah mədəniyyətinin mühüm xüsusiyyətləri onun
dünyəvi səciyyə daĢımasında, humanist dünya görüĢü, antik mədəni irsə müraciət
və onu sanki "dirçəltməsindədir".
Repressiya
(latınca) — əzilmə, təzyiq göstərilmə.
Reskript
— Qədim Roma imperiyasında təqdim olunmuĢ məsələ üzrə imperatorun
qanun qüvvəsində olan cavabına deyilirdi. XIX əsrdə bu söz sərəncam, fərman,
göstəriĢ mənasında iĢlənirdi.
Restavrasiya
(latınca) —
bərpa etmək deməkdir.
Respublika
(latınca) — ümumxalq iĢi deməkdir. Respublika - müəyyən seçilmiĢ
adamlar tərəfindən idarə olunan dövlətdir. Respublika antik dövrdə meydana
gəlmiĢdir. Respublikaların iki əsas tipi mövcuddur: 1. Prezidentli respublika; 2.
Parlamentli respublika. Prezidentli respublikada dövlət baĢçısı və hökumət
baĢçısının səlahiyyəti seçki yolu ilə seçilmiĢ prezidentin əlində cəmləĢir.
Parlamentli respublikada formal olaraq parlametin üstünlüyü prinsipinə əsaslanılır.
Hökumətə baĢçılıq edən baĢ nazir, adətən, hakim partiyanın lideridir.
Referendum
— dövlət həyatının ən mühüm məsələlərinə dair keçirilən rəy sorğusu.
Rəhdari
— ticarət yollarının qorunması üçün alınan vergi.
Rəiyyət
(ərəbcə) — təbəə, vergi verən təbəə, əkinçi kəndli. Rəiyyətlər asılı
kəndlilərin əksəriyyətini təĢkil edirdilər. Rəiyyət dedikdə, pay torpağına və Ģəxsi
təsərrüfata malik olub, həm feodala, həm də dövlətə vergi və mükəlləfiyyətlər
ödəyən kəndlilər nəzərdə tutulur.
Rəncbər
— təsərrüfatı, torpağı olmayan kəndlilər.
Rəsmi kapan
— XVIII əsrdə tərəzi xərci, gömrükxanalarda alınan vergi.
Risalə
— Mərkəzi Asiya və Qazaxıstanda sex sənətkarlarının hüquq və
vəzifələrinin tənzimləndiyi nizamnamə.
Riton
(yunanca) — "axıram" deməkdir. AĢağı nazik ucunda kiçik deĢiyi olan
buynuz formalı qədim içki qabı. Riton gil, metal və ya buynuzdan hazırlanaraq
üzəri müxtəlif naxıĢlarla bəzədilirdi. Ritonun aĢağı hissəsi, əsasən, heyvan baĢı
formasında olurdu. Mingəçevirdə küp qəbirlərdən birində maral baĢı formasından
düzəldilmiĢ saxsı riton tapılmıĢdır.
Ritorika
— natiqlik məharəti.
Rükniddin
(ərəbcə) — dinin təməli deməkdir. Səlcuq hökmdarı Sultan I Toğrul
1055-ci ildə Bağdada daxil oldu. Abbasi xəlifəsi onun Ģərəfinə təntənəli ziyafət
verdi. Bu məclisdə xəlifə onu "ġərqin və Qərbin hökmdarı" elan etdi və Rükniddin
titulunu verdi.
Rüsum
— dövlət caniĢinləri və ruhanilər üçün natura ilə alınan vergi.
S
Sabirlər
— Xəzər dənizinin Ģimal-qərb sahillərində yaĢamıĢ türk mənĢəli tayfa.
Sabirlər haqqında ilk dəfə Ptolomey məlumat vermiĢdir.
37
"Sabit qiymətlər"
— Fransada yakobinçilərin tətbiq etdiyi qayda. Bu qaydaya
əsasən, ərzaq və digər az tapılan mallar üçün müəyyən qiymət norması qoyulurdu.
Bu normalardan yuxarı qiymətə həmin malların satılması qadağan edilirdi.
Sabotaj
— bir iĢi yerinə yetirməkdən boyun qaçırmaq və ya yalnız formal surətdə
yerinə yetirmək yolu ilə qəsdən pozmaq.
SakitləĢdirmə paktı
— Ġtaliya faĢistləri ilə Sosialist partiyası arasında bağlanmıĢ
saziĢ (1921).
Sajen
— dərinlik ölçü vahidi, 2,5 metrə bərabərdir.
Sancaq
(türkcə) — bayraq deməkdir. Osmanlı imperatorluğunda inzibati vahid.
Sanasion rejim
— siyasi həyatın "sağlamlaĢdırılması". 20-30-cu illərdə PolĢada
Pilsudskinin yeritdiyi rəsmi dövlət siyasəti.
Sandıxdar ağası
— xəzinədar (xanlıqlar dövründə).
Sankyülot
(fransızca) — uzunĢalvarlı deməkdir. Fransada zadəganların kasıblara
geyimlərinə görə həqarətlə verdikləri ad. Ġnqilab illərində Ģəhər yoxsulları bu
ləqəbi özlərinə götürdülər və iftixarla daĢımağa baĢladılar.
Satrap
— Satraplığın baĢçısı, caniĢin.
Satraplıq
— caniĢinlik. Əhəməni hökmdarı I Daranın yaratdığı inzibati vergi
dairələri.
Sekir
— Qədim Misirdə uzun saplı döyüĢ baltası.
Seqreqasiya
— ABġ-da əvvəllər ictimai yerlərdə, məktəblərdə, nəqliyyatda və
digər yerlərdə "rəngli" əhali ilə "ağ" əhaliyə fərq qoyulması.
Seminariya
(latınca) — məktəb, orta ruhani təhsili verən xristian ruhani məktəbləri
və ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi.
Senat
(latınca) — 1) ağsaqqallar Ģurası. Qədim Romada ali dövlət orqanlarından
biri; 2) demokratik ölkələrinin əksəriyyətində parlamentin yuxarı palatasının adı.
Senator
— senatın üzvləri.
Sentimentalizm
— ədəbi-bədii cərəyan. Sentimentalizm klassizmin əksinə olaraq
Ģəxsi intim həyat məsələlərini, insan münasibətlərini, sadəliyi, səmimiliyi, ailə
həyatı ziddiyyətlərini və s. geniĢ planda verir.
Separatçılıq
— ayrılmağa meyl, ayrılma təĢəbbüsü.
"Səhra gəmisi"
— bədəvilər (bax: bədəvilər) dəvəni belə adlandırırdılar.
Sənətkar
— qab-qacaq, silah, parça və digər məmulatlar hazırlayan usta.
Sələmçi
— yüksək faizlə borc verib mənfəət qazanan Ģəxs.
Səlib yüruĢləri
(ərəbcə) — xaç yürüĢləri. Roma papası II Urban "Ġsanın qəbrini
kafirlərin (yəni müsəlmanların) əlindən xilas etmək" bəhanəsilə xristianları ġərq
ölkələrinə yürüĢə çağırdı. Əslində isə bu yürüĢlərdə məqsəd var-dövlət və yeni
torpaqları ələ keçirmək idi. Xaç yürüĢlərinin iĢtirakçılarını "səlibçilər", bu yürüĢləri
isə "səlib yürüĢləri" adlandırırdılar. Bu yürüĢlərdə iĢtirak etmək istəyənlər
paltarlarına qırmızı parçadan xaç tikdiklərinə görə xaç yürüĢləri adlanır. Səkkiz xaç
yürüĢü təĢkil edildi. Lakin Qərb feodalları ġərq ölkələrini iĢğal etmək məqsədlərinə
çatmadılar.