ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   12   13   14   15   16   17   18   19   20

38 

 

"Səma oğlu"



 — VII əsrin əvvəllərində Çində hakimiyyətə gəlmiĢ Tan sülaləsindən 

olan imperatorları bu cür adlandırırdılar. 

Sərbədarilər 

(farsca)  —  dara  çəkilənlər  deməkdir.  Ġran  və  Mərkəzi  Asiyada 

monqol əsarətinə qarĢı xalq azadlıq hərəkatının iĢtirakçıları. 

Sərdabə 

— qəbir abidəsi. Daxilinə mərhumun cənazəsi qoyulan memarlıq tikilisi. 

Sərdabə mərhumun xatirəsini əbədiləĢdirir. 

Sərir 


—  Dağıstanda  avarların  əcdadlarının  yaĢadığı  dağlıq  ölkənin  orta  əsr 

mənbələrində adı. Bu bölgənin əhalisini isə sərirlər adlandırırdılar. 

Sərkərəli

 — xanlıqlar dövründə maliyyə iĢlərinə baxan Ģəxs. 

SərpuĢ

  —  qab  və  qazan  ağzına  qoyulan  qulpsuz  mis  qapaq.  KonusĢəkilli  olur. 



Yaxın  və  ġərq  ölkələrində  geniĢ  yayılmıĢdır.  Azərbaycanda  son  zamanlaradək 

iĢlədilən bu qablar həm də qiymətli sənət əsəridir. 

Səvari 

—  XVII  əsrdə  Azərbaycanda  əhalinin  hakim  sülalənin  üzvlərinə, 



sərkərdələrə,  yeni  fəth  edilmiĢ  yerlərə  göndərilən  tanınmıĢ  adamlara  verdiyi 

hədiyyə (Novruz bayramı münasibətilə də verilirdi). 

Sfinks

  —  Misirdə  qayadan  yonulmuĢ  20  metr  hündürlüyündə  baĢı  insan  baĢı, 



bədəni aslan bədəni olan heykəl. Onu "DəhĢətlər atası" da adlandırırlar. 

Sxolastika

 (yunanca) — elmi söhbət, məktəb. Burada ehkamçılıq, formal məntiqə 

əsaslanmaq kimi baĢa düĢülür. 

Siklop  tikililəri

  —  qədim  yunan  əsatirlərində  qeyri-adi  gücə  malik  təpəgözlərə 

deyilirdi. Rəvayətə görə qədimdə böyük ölçülü tava daĢlardan hörülmüĢ qalaçaları 

həmin  "sikloplar",  yəni  "təpəgözlər"  tikmiĢlər.  Buna  görə  də  belə  qalalar  "siklop 

tikililəri" adlanır. 

Sindikat


  (latınca)  —  eyni  növ  məhsul  istehsal  edən  müəssisələr  birliyidir. 

Sindikatın  iĢtirakçıları  istehsal  müstəqilliyini  saxlayır,  ticarət  müstəqilliklərini 

itirirlər. 

Sinoykizm

  (yunanca)  —  Attika  Ģəhərlərinin  Afinanın  hakimiyyəti  altında 

birləĢməsi. 

Sionizm

  —  Ġsrailin  rəsmi  ideologiyasına  və  siyasətinə  çevrilmiĢ  millətçilik 



ideologiyası və siyasəti. Qüdsdə Sion dağının adından götürülmüĢdür. 

Sipahi


 — bəzi hind dillərində "sipahi" döyüĢçü deməkdir, Hindistanın müstəmləkə 

olduğu  dövrdə  Avropa  müstəmləkəçilərinin  yerli  əhalidən  təĢkil  olunmuĢ 

ordularında xidmət edən muzdlu əsgər. 

Sivilizasiya

  (latınca)  —  mülki,  sosial  deməkdir.  Sivilizasiya  dedikdə,  bu  və  ya 

digər ölkələr və xalqlar qrupuna xas olan maddi, mənəvi və sosial həyatın müəyyən 

inkiĢaf mərhələsi baĢa düĢülür. 

Skif


 (ingiliscə) — akademik avarçəkmə yarıĢlarında istifadə edilən idman qayığı. 

Skif 


— yunanlar sakları (iskitləri) belə çağırmıĢlar, bu ad mixi qaynaqlarda iĢquz, 

aĢquz Ģəklində verilir. 

Skiflər

  (saklar,  iskitlər)  —  Qara  dənizin  Ģimal  sahillərində,  Qərbi  Türküstanda, 



Dunay-Dnestr-Don  çayları  hövzələrində  yaĢamıĢ  qədim  türk  tayfaları;  e.ə.  VIII 


39 

 

əsrin  sonlarından  Dərbənd  keçidi  vasitəsilə  Azərbaycana  gəlmiĢ  iskitlər  e.ə.  VII 



əsrin  ortalarında  Kür-Araz  ovalığında  Ġskit  çarlığı  yaratmıĢlar.  Qədim  yazılı 

mənbələr,  Mingəçevirdən  tapılmıĢ  iskit  maddi  mədəniyyət  nümunələri,  xüsusilə 

Azərbaycandakı  iskit  toponimiyası  iskitlərin  Azərbaycan  xalqının  entogenezində 

müəyyən dərəcədə iĢtirakını göstərir. 

Sloboda

 (rusca) — vergi və mükəlləfiyyətdən azad yaĢayıĢ məntəqəsi. 



Smalta 

—  Ģəffaf  olmayan  rəngli  ĢüĢə  qırıntıları.  Smaltanı  təzə  vurulmuĢ  suvağın 

üstünə müxtəlif mailliklə düzürlər. TamaĢaçı binanın içində hərəkət etdikdə, onlar 

rəngdən-rəngə düĢür və sanki rəngbərəng parlaq iĢıqlar saçır. 

Sobor 

— Qərbi Avropada Ģəhərin baĢ kilsəsi. 



Sovxoz 

(rusca)  — Sovet təsərrüfatı deməkdir. 

StandartlaĢdırma

  —  məlumatların  bir  çox  növünün  az  miqdarda  birtipli  növə 

çevrilməsidir ki, bu da istehsalı daha səmərəli təĢkil etməyə imkan verir. 

Status 


(latınca)  —  vəziyyət.  VətəndaĢların  və  ya  hüquqi  Ģəxslərin  hüquqi 

vəziyyəti. 

Stil

  (yunanca)  —  Qədim  Yunanıstanda  yazı  yazmaq  üçün  bir  ucu  iti,  bir  ucu  küt 



olan  metal  çubuq.  Mum  çəkilmiĢ  lövhə  üzərində  iti  ucu  ilə  yazır,  küt  ucu  ilə 

pozurdular.  

Strateqlər

  (yunanca)  —  "hərbi  baĢçı"  deməkdir.  E.ə.  VI  əsrin  sonlarından 

baĢlayaraq  Afina  ordusuna  və  donanmasına  baĢçılıq  edən  Ģəxslər.  Strateqlər  xalq 

yığıncağı tərəfindən seçilirdilər. 

Streles

  —    XVI  əsr-XVIII  əsrin  əvvəlində  Rusiya  ordusunun  daimi  əsgəri.  Bu 



əsgərlər odlu silahla silahlanırdılar. Streleslər, əsasən, piyada qoĢunu hesab olunur, 

cüzi hissəsi isə süvari qoĢunu təĢkil edirdi. 

Struktur 

— quruluĢ (dövlətin təĢkili formaları). 

SubaĢı

  —  türk  dövlətlərində  çox  da  böyük  olmayan  hərbi  dəstənin  baĢçısı,  sülh 



vaxtı Ģəhər və qalalarda asayiĢə nəzarət edən rəis. 

Sudan kondomimu

 — Ġngiltərə və Misir tərəfindən birgə idarə olunan ölkə. 

SuqovuĢan

 — Sabirabad rayonu yaxınlığında Araz və Kürün qovuĢduğu yer. 

Sultan 


—  1)  müsəlman  ölkələrində  ali  hökmdarın  titulu.  Azərbaycanda  xandan 

aĢağıda duran və kiçik hakimliklərə baĢçılıq edən feodallara da sultan deyilirdi; 2) 

qazaxlarda bir neçə min alaçıqdan ibarət aulun baĢçısı. 

Suverenlik

  —  ölkənin  daxili  həyatının  bütün  məsələlərinin  həllində  və  digər 

dövlətlərlə  münasibətlərdə  hakimiyyətin  sərbəstliyi,  dövlətin  istiqlaliyyəti  və 

müstəqilliyi.  Suverenliyə  hörmət  müasir  beynəlxalq  hüququn  və  beynəlxalq 

münasibətlərin əsas prinsiplərindəndir. 

Sürrealizm 

(fransızca) — "üstün", "yuxarı" mənasındadır. XX əsrin 20-ci illərinin 

rəssamlığında cərəyan. 

Syoqun 

(yaponca)  —  "vəhĢiləri  itaətə  gətirən  Böyük  sərkərdə"  deməkdir.  Ġrsən 

verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu. 

 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə