ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.

səhifə4/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

 

yaratmaq məqsədilə yaradılmıĢ rabitə mərkəzi. 



Bərzəx

 (ərəbcə) — əsasən, iki geniĢ sahəni birləĢdirən ensiz quru zolağı. 

Bəstə oturma

  —  Ġranda,  o  cümlədən,  Cənubi  Azərbaycanda  geniĢ  yayılmıĢ  etiraz 

forması.  Etiraz  edən  qüvvələr  toxunulmaz  hesab  edilən  yerlərdə  (nüfuzlu 

ruhanilərin  evlərində,  müqəddəs  yerlərdə  və  xarici  ölkələrin  səfirliklərində) 

toplaĢaraq öz etirazlarını bildirirdilər. 

BeĢyüzlər  Ģurası

  —  PüĢkatma  yolu  ilə  30  yaĢına  çatmıĢ  Afina  vətəndaĢlarından 

seçilmiĢ icra hakimiyyəti (Qədim Yunanıstanda). 

Bidətçi 


(ərəbcə) — "yenilik gətirmək". Küfr deməkdir. Bütün dinlərdə olduğu kimi 

xristian  dinində  də  əsas  dini  ehkamları  qəbul  etməyən  "yeni  təlim  tərəfdarları"na 

verilən ad. 

Bill


  (ingiliscə)  —  qanun  deməkdir.  Parlament  üzvünün  irəli  sürdüyü  qanun 

layihəsi. Parlament tərəfindən qəbul edildikdən və dövlət baĢçısı tərəfindən təsdiq 

edildikdən sonra qanun qüvvəsi almıĢ olur. 

Bisti 


(farsca)  —  "iyirmi"  sözündəndir.  Səfəvi  Ģahı  I  Təhmasibin  dövründə 

buraxılmıĢ  20  dinara  bərabər  xırda  gümüĢ  sikkə.  XVII  əsrin  axırlarınadək 

dövriyyədə olmuĢdur. 

Biy


 — qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun baĢçısı. 

Biyar


  (farsca)  —  müftə,  muzdsuz  deməkdir.  Kəndlilərin  feodal  təsərrüfatında 

əvəzi ödənilmədən məcburi gördüyü bütün iĢlər.  

Blokada

 (ingiliscə) — mühasirə, təcrid. 1) ərazi, Ģəhər, qala və s.-nin xarici aləmlə 



əlaqəsini  kəsmək  məqsədilə  mühasirəyə  alınması;  2)  hər  hansı  dövlətə  təzyiq 

göstərmək üçün onun siyasi və ya iqtisadi cəhətdən təcrid olunmasına yönəldilmiĢ 

tədbirlər sistemi. 

Boqdıxan


 — Mancur imperatorlarına verilən titul. 

―Boniç sistemi‖

   —   Bu   sistemə, əsasən, Ġranda hər bir kəndli təsərrüfatı orduya 

bir əsgər verməli və onu təmin etməli idi. 

Borc  daĢı

  —  Afinada  kəndlilər  aristokratlardan  borc  taxıl  alanda  kəndlinin 

sahəsində qoyulan daĢ. Bu daĢın üzərində kəndlinin kimdən, nə qədər borc aldığı 

və  nə  vaxt  qaytarmalı  olduğu  yazılırdı.  Kəndli  borcunu  vaxtında  qaytara 

bilmədikdə, ailəsi və özü qula çevrilirdi.  

Boyar 


— rus knyazlıqlarında  və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük 

knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri 

əyan. 

Boykot


 (ingiliscə)  — bu tədbiri ilk dəfə 1880-ci ildə Ġrlandiya icarədarları onlarla 

sərt rəftar edən malikanə müdiri Boykota qarĢı tətbiq etmiĢlər. "Boykot" termini də 

onun  adından  götürülmüĢdür.  Beynəlxalq  hüquqda  boykot  bir  dövlətin  baĢqa 

dövlətlə  və  ya  bir  qrup  dövlətlə  ticarət,  maliyyə  əlaqələri  yaratmaqdan  və  ya 

saxlamaqdan imtina etməsidir. Boykot iqtisadi və siyasi mübarizə üsuludur.  

Brahma


 — Hinduizm tərəfdarlarının sitayiĢ etdiyi allahlardan biri. 

Brahmanlar 

—  Hind  kahinləri.  Onlar  Hindistanda  yüksək  kasta  (bax:  kasta) 



 

qrupunu təĢkil edirdilər. 



Budda

 — "həqiqətlə iĢıqlanmıĢ", nurlu" deməkdir. Buddizm dinində ən müqəddəs 

varlıq. 

Buddizm


  —  dünyada  ən  geniĢ  yayılmıĢ  dinlərdən  biri.  E.ə.  VI-V  əsrlərdə 

Hindistanda  yaranmıĢdır.  Banisi  Budda  adı  ilə  məĢhur  olan  Siddhartha  Qautama 

hesab edilir. 

Bulqar 


(türkcə)    "qarıĢmaq"  mənasındadır.  Oğuz  türk  toplusuna  daxil  olan 

onoquzlar,  sarıqurlar,  utriqurlar,  kutriqurların  Hun  türkləri  ilə  qaynayıb-

qarıĢmasından törəmiĢdir. 

Bulqar-türk dövləti

 — VII əsrdə

 

Cənub-ġərqi Avropa ərazisində yaranmıĢ müstəqil 



dövlət.  

―Buzovlar ölkəsi‖

 (yunanca) — Ġtaliya sözünün hərfi mənası. Bu adı burada çoxlu 

mal-qaranın və otlaqların olmasını görüb heyrətə gələn yunanlar vermiĢdilər. 

Büdcə defisiti 

— dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması. 

Bürokratiya

 —   süründürməçilik, rəsmiyyətçilik. 

 

Camaat 


(ərəbcə)  —  ayrıca  bir  icma,  bəzən  isə  müəyyən  sosial-siyasi  vahid 

mənasında icmalar ittifaqı. 

Canlı ölülər

 — Qədim Misirdə qulları bu cür adlandırırdılar. 

Cecim 

— ipəkdən toxunulan və ya xovsuz xalça növü. Cecim geyimlər, döĢəküzü, 



pərdə, örtük, çanta tikmək üçün, eləcə də döĢənəcək və divar xalçaları kimi istifadə 

edilmiĢdir. 

Cermux

 — Qarabağ xanlığında Çiləbörd mahalının qısaldılmıĢ adı. 



Cəbbəxana

 — silah, döyüĢ sursatı, hərbi texnika və s. hazırlanan və saxlanan yer. 

Cəngavər  Ģərəfi

  —  Qərbi  Avropada  cəngavərlər  üçün  iĢlənib  hazırlanmıĢ  xüsusi 

qaydalar. Bu qaydalara görə cəngavər xristian dininin düĢmənlərinə qarĢı mübarizə 

aparmalı, zəifləri müdafiə etməli idi. 

Cəngavər

 — Qərbi Avropada xırda feodal. 

Cəngəl

 (farsca) — "meĢə" deməkdir. 



Cəngəlilər

  —  1914-1922-ci  illərdə  Ġranın  Gilan  və  Mazandaran  bölgələrində  baĢ 

vermiĢ partizan hərəkatının iĢtirakçıları. 

Cəng  arabaları

  —  Qədim  Misirdə  və  Ön  Asiya  ölkələrində  bir  cüt  at  qoĢulmuĢ 

sürətlə hərəkət edən döyüĢ arabaları. 

Cəzirət-əl-ərəb

  —  "Əl  cəzirə",  Asiya,  Afrika  və  Aralıq  dənizinin  qovuĢduğu 

ərazini ərəblər belə adlandırmıĢlar. 

Cihad 


—  Ġslam  dininə  əsasən,  vətənin  istiqlaliyyətini  qorumaq  üçün  aparılan 

müqəddəs müharibə. 

Cizyə 

— Xilafət dövründə islam dinini qəbul etməyən əhalinin ödədiyi can vergisi. 



CüftbaĢı 

—  cüftpulu.  Orta  əsrlərdə  bəzi  Yaxın  ġərq  ölkələrində,  o  cümlədən, 

Azərbaycanda  vergi.  Mövsüm  ərzində  bir  cüt  öküzlə  ĢumlanmıĢ  əkin  sahəsinin 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə