ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   2   3   4   5   6   7   8   9   ...   20

10 

 

məhsuluna  görə  alınırdı.  II  ġah  Abbasın  fərmanı  ilə  soyurqal  torpaqlarından 



alınırdı. 

 

Ç 

Çartizm

  (ingiliscə)  — "çarter" sözündəndir,  fərman,  xartiya deməkdir. Ġngiltərədə 



siyasi hüquqlar uğrunda hərəkata verilən ad. 

Çarvaklar

 — bu anlayıĢ iki hind sözündən "Çar" (dörd) və "vaka"dan (söz) əmələ 

gəlmiĢ və "dörd söz" deməkdir. Bu sözün mənası belə izah olunur ki, dünya dörd 

ünsürdən — torpaqdan, sudan, havadan və oddan ibarətdir. 

Çati 


— Misirdə fironun ən yaxın köməkçisi, ali məmur. 

Çervon


 — Rusiyada qızıl pul vahidi, 3,14 manata bərabər idi. 

Çəkil plantasiyaları

 — Ġpəkqurdunu yemləmək məqsədilə salınmıĢ tut bağları. 

Çətvər


 — Bir çətvər 9-10 puda bərabər idi (Bax: pud). təxminən 150-160 kq təĢkil 

edir. 


Çiçi 

—  xalça  kompozisiyası,  Qubanın  Çiçi  kəndinin  adı  ilə  bağlıdır.  Bu  xalça 

Londonda Albert muzeyində saxlanılır. 

Çin


 — rütbə, vəzifə. 

Çjurçjen tayfaları

 — Çindən Ģimal-Ģərqdə yaĢamıĢ döyüĢkən tayfalar. 

Çobanbəyi,  çöl  pulu

  —  XVIII  əsrdə  örüĢdə  heyvanların  otarılmasına  görə 

köçərilərdən alınan vergi. 

 

Dabbaqlıq

 — gön-dəri emalı, yəni aĢılanması ilə məĢğul olan sənət sahəsi. 

Damba 


— Misirdə doğranmıĢ qamıĢ qatılmıĢ gildən düzəldilən bənd. 

DanıĢan alət

 — Romada qullara verilmiĢ ad. 

Darğa


 — Atabəylər dövlətində vergi və rüsumları toplayan Ģəxs. 

Darik


 — Əhəməni padĢahı I Daranın dövründə kəsilmiĢ qızıl pul vahidi. 

Darüssəltənə

 (farsca) — səltənət evi. Ġran vəliəhdlərinin rəsmi yaĢayıĢ yeri. 

Dastakert 

— Sasanilərdə əsas feodal torpaq mülkiyyət forması. 

Daxmalı qullar

 — Qədim Romada qulların öz əməklərinə marağını artırmaq üçün 

bəzi  quldarlar  onlara  kiçik  torpaq  sahələri  becərməyə,  əmək  alətlərinə  malik 

olmağa,  daxma  tikməyə  və  ailə  qurmağa  icazə  verirdilər.  Onları  daxmalı  qullar 

adlandırırdılar. 

De-fakto

 (latınca) — əslində, faktiki olaraq. Beynəlxalq hüquqda dövləti və yaxud 

hökuməti tanıma formalarından biri. Rəsmi, lakin tam olmayan tanıma deməkdir. 

Dekadent


 (fransızca) — tənəzzül, pozulma deməkdir. 

Dekorasiya

 — (latınca) bəzək deməkdir. 

Demetra


  —  qədim  yunanlarda  münbitlik  allahı.  Baharda  təbiətin  canlanmasını, 

payızda bitkilərin solmasını onunla bağlayırdılar. 

Demidov mükafatı

  — Rusiyada ən yaxĢı bədii əsərlərə verilən mükafat. 

Demoqrafiya

 (yunanca) — demos — xalq, qrafiya — elm sözlərindəndir. Əhalinin 




11 

 

yerləĢməsini, yerini dəyiĢməsini, sosial-iqtisadi vəziyyətini tədqiq edən elm sahəsi. 



Demos 

— Qədim Yunanıstanda nəsli zadəganlardan fərqli olaraq, Attikanın qalan 

azad əhalisi (sənətkarlar, günəmuzdçular, dənizçilər, kəndlilər) belə adlanırdı. 

Denonsasiya

  —  dövlətin  bağladığı  beynəlxalq  müqavilədən  qanuniləĢdirilmiĢ 

qaydada imtina etməsi. 

Departament

  (fransızca)    1)  Fransada  əsas  inzibati-ərazi  vahidi;  2)  bir  sıra 

dövlətlərdə idarə və nazirliklərin adı.  

Deportasiya

 — azlıqda qalan əhalinin zorla, kütləvi surətdə dövlət səviyyəsində öz 

doğma yurdlarından köçürülməsi. 

Despotizm 

— istibdad, zülmkarlıq, qəddarlıq. 

Desyatin

 — torpaq ölçü vahidi. 1,036 hektara bərabərdir. 

Devalvasiya

  —  pul  vahidinin  qızıl  məzmununun  rəsmi  azalması,  yaxud  milli 

valyutanın qızıla, gümüĢə, xarici valyutaya görə məzənnəsinin aĢağı düĢməsi. 

Deviz


 — gerbin mənasını aydınlaĢdıran söz, ifadə və ya yığcam cümlə. 

De-yure


 — beynəlxalq hüquqda dövləti və yaxud hökuməti tam, rəsmi tanıma. 

―Dəniz  Ģiri‖

  —  Ġkinci  Dünya  müharibəsində  nasist  Almaniyasının  Böyük 

Britaniyaya qarĢı hərbi əməliyyat planının adı. 

Dəniz  xalqları

  —  qədim  misirlilər  strukturları,  ligiləri  və  axeyləri  belə 

adlandırmıĢdılar. 

Dəhyek 


—  (farsca)  onda  bir.  Orta  əsrlərdə  Yaxın  ġərqdə,  o  cümlədən, 

Azərbaycanda natura Ģəklində alınan vergi. 

Dəmyə  əkinçiliyi

  —  dağlıq  və  dağətəyi  ərazilərdə  yalnız  yağıĢ  suyu  ilə  suvarılan 

əkinçilik növü. 

DərviĢ


 — gəzərgi həyat sürən müsəlman rahibi. 

DərviĢ  ordeni

  —  dərviĢlərin  ittifaqı  və  qardaĢlığı.  Onların  öz  nizamnamələri, 

ruhani baĢçıları, xanəgahları vardı. DərviĢ ordeninin üzvləri zahidlərə və müqəddəs 

hamilərə sitayiĢ edirdilər. 

DəyirmibaĢlar

  —  Ġngiltərə  burjua  inqilabı  dövründə  parlamentin  tərəfdarlarına 

verilən ad. Onlar saçlarını dəyirmi vurdurur və gur saç saxlayırdılar. 

DəzgahbaĢı 

—  Azərbaycanda  sənətkarlardan  toplanan  vergi.  Xalça,  kilim  və  s. 

toxuyan sənətkarlardan dəzgahlarının sayına görə ildə bir dəfə alınırdı. 

Didebuli 



(gürcücə) — iri feodallara verilən ad. 

Digger


 (ingiliscə) — yerqazan deməkdir. Ġngiltərə burjua inqilabı dövründə siyasi 

cərəyan.  Diggerlər  öz  tələblərində  levellərdən  daha  irəli  getdikləri  üçün  özlərini 

"həqiqi bərabərçilər" adlandırırdılar. 

Diktatura 



(latınca)  —  Qeyri-məhdud  hakimiyyət.  Hakim  qrupun  siyasi 

hakimiyyətini təmin etmək forması. 

Dinar

  (ərəbcə) —  ərəb dinarı keçmiĢdə  müsəlman ġərqində ən çox  yayılmıĢ qızıl 



sikkə  idi,  ilk  dəfə  VII  əsrdə  tərkibində  təqribən  2,4  q  qızıl  olmaqla  kəsilmiĢdi. 

Dinar  indi  də  bir  çox  ölkələrdə  fərqli  qızıl  tərkibi  ilə  pul  vahidi  kimi  iĢlənir. 

Məsələn: Ġordaniya,  Ġraq,  Tunis,  Küveyt və s. 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə