ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   2   3   4   5   6   7   8   9   ...   20

12 

 

Dionis



 — qədim yunanlarda Ģərabçılıq allahı. Yunanların etiqadına görə insanlara 

üzüm  yetiĢdirməyi  və  Ģərab  hazırlamağı  öyrətmiĢdir.  Onun  Ģərəfinə  yaz  fəslində 

üzümlüklərdə  iĢ  baĢlananda  və  dekabrda  —  təzə  Ģərab  hazır  olanda  bayramlar 

təĢkil edirdilər. 

Disput

  (latınca)  —  bilik  yarıĢı.  Yəni  qabaqcadan  irəli  sürülmüĢ  suallar  barədə 



mübahisələr. 

Divan


  —  Bir  çox  ġərq,  o  cümlədən,  Azərbaycan  hökmdarlarının  hökmdarın 

yanında məsləhət Ģurasına bənzər fəaliyyət göstərən qurum. 

Doab 

—  Hindistanın  Camna  və  Qanq  çayları  arasında  yerləĢən,  təbii  sərvətlərlə 



zəngin olan vilayəti. 

Dominion 



(ingiliscə) — özünüidarə hüququ alan ölkə. 

Dorilər


  —  e.ə.  II  minilliyin  sonlarında  Yunanıstanın  Ģimalından  gələn  yunan 

tayfaları. 

Dorik  sütunlar

  —  Qədim  yunan  memarlarının  ucaltdıqları  ictimai  binaların 

tikintisində  istifadə  olunan  sütunlar.  Bu  sütunlar  sanki  daĢ  döĢəmədən  çıxan  və 

yuxarıda adi sal daĢla tamamlanan sütunlar idi. 

Dövlət  arbitrajı

  —  indiki  halda  həmkarlar  ittifaqları  və  sahibkarlar  arasında 

mübahisəli məsələlərin buna  vəkil edilmiĢ Ģəxs, hökumət  nümayəndəsi tərəfindən 

həll edilməsi. 

Dövlət  borcu

  —  hökumətin  bankirlərdən,  xüsusi  adamlardan,  yaxud  xarici 

kreditorlardan aldığı istiqrazlar üzrə ödənilməmiĢ ümumi dövlət borcu məbləği. 

Dövlət  Ģurası

  —  Rusiya  imperatoru  I  Aleksandrın  dövlət  idarəçiliyi  sahəsində 

həyata keçirdiyi islahatlara əsasən yaradılmıĢ ali idarəetmə orqanı. 

Draqun

 (fransızca) — "əjdaha" deməkdir. Ġlk vaxtlar onların bayraqlarında əjdaha 



təsviri  olurdu.  Həm  piyada,  həm  də  süvari  qoĢun  kimi  vuruĢmaq  üçün  nəzərdə 

tutulan qoĢun. XVIII-XX əsrlərdə əksər Avropa ölkələrində qoĢunun 1/3-ni təĢkil 

edirdi. 

Drakon qanunları

 — "qanla yazılmıĢ qanunlar" da adlanır. E.ə. VII əsrdə Afinada 

qanun bilicisi Drakon tərəfindən yazılmıĢ sərt qanunlar. 

Dukat

  (italyanca)  —  qədim  gümüĢ,  sonralar  qızıl  sikkə.  Ġtaliyada  iĢlədilmiĢ  pul 



vahididir. 

Duçe


  (italyanca)  —  "rəhbər"  deməkdir.  Ġtalyan  faĢistləri  öz  liderləri  Mussolinini 

belə adlandırmıĢdılar. 

Dulusçuluq

 — gildən saxsı qablar hazırlanan sənət sahəsi. 

 

Edelveys


 — çoxillik çiçək növü. 

"Evelveys"  planı

  —  Nasist  Almaniyasının  Qafqaza  hücum  planı.  Bu  plana  görə 

Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. 

Ehkamçılıq 

—  yeniliyi  nəzərə  almayan,  dəyiĢməz,  donuq  müddəalardan  istifadə 

edən təfəkkür metodu. 



13 

 

Ehram 



—  düzgün  piramida  Ģəkilli  monumental  qurğu;  əsasən,  qədim  dünya 

memarlığı  üçün  səciyyəvi  olmuĢdur.  Hökmdarların  əzəmətini  təcəssüm  etdirmək 

üçün tikilən Qədim Misir fironlarının sərdabələri nəzərdə tutulur. 

Eksterritoriallıq

  —  toxunulmazlıq  hüququ,  beynəlxalq  hüquqda  dövlətin  xarici 

ölkə  baĢçılarına,  diplomatik  nümayəndələrə  və  digər  vəzifəli  Ģəxslərə  verdiyi 

imtiyazların məcmusu. 

Ekstremizm

 — əsasən, siyasətdə ifrat görüĢlərə və tədbirlərə olan meyl. 

Elat 


— 1) tayfa, tayfa ittifaqı və ya etnik birlik; 2) elat geniĢ mənada "rəiyyətdən 

(bax: rəiyyət), yəni oturaq əkinçi əhalidən fərqli olaraq köçəri maldarları bildirir. 

Elxan

 — Elxanilər dövləti hökmdarlarının titulu. 



Elxanilər imperatorluğu

 — (1256-1357) Yaxın və Orta ġərqdə mövcud olmuĢ türk-

monqol  imperatorluğu.  Əsası  Böyük  Monqol  xaqanı  Çingizin  nəvəsi  Hülakü  xan 

(1256-1265)  tərəfindən  qoyulduğundan,  çox  vaxt  Hülakülər  imperatorluğu  da 

adlanır. 

Ellada


 — qədim yunanların öz vətənlərinə verdikləri ad. 

Ellinizm


  —  Aralıq  dənizinin  Ģərq  sahili  ölkələri  tarixində  mərhələ;  Makedoniyalı 

Ġsgəndərin hərbi səfərlərindən tutmuĢ həmin ölkələrin Roma tərəfindən iĢğallarına 

qədər  olan  dövrü  əhatə  edir.  "Ellinizm"  termini  tarixĢünaslığa  alman  tarixçisi 

Droyzen tərəfindən gətirilmiĢdir. 

Ellinlər

  —  yunanların  özlərinə  verdikləri  ad.  Hələ  qədimdən  ġərqi  Aralıq 

dənizyanı ərazilərdə yaĢayan və yunan dilində danıĢan əhali belə adlanırdı. 

Emissiya 



(latınca) — tədavülə pul və ya qiymətli kağızların buraxılması. 

Eneolit


  —  Mis-daĢ  dövrü.  Neolitdən  tunc  dövrünə  keçid  mərhələsi.  Mis  ilk  əldə 

edilən  metal  idi.  Lakin  bu  metal  yumĢaq  keyfiyyətli  və  kövrək  olduğundan  tez 

xarab olur, ona görə də insanlar mis alətlərlə bərabər daĢ alətlərdən geniĢ istifadə 

edirdilər. 

Ensiklopediya

 

(latınca) 

—  biliklər,  bacarıqlar  dairəsinin  öyrənilməsi. 

Ensiklopediya müxtəlif fənlərə dair məqalələr lüğəti, bütün elm və əməli fəaliyyət 

sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəĢr deməkdir. 

Eskimoslar

 — Qrenlandiyada, Kanadanın Ģimal ucqarlarında, Alyaskada, Rusiyada 

(Çukot yarımadasının şərqində) yaĢayan xalq. 

EĢafot


 (fransızca) — taxta meydança deməkdir. Orta əsrlərdə Qərbi Avropanın bir 

sıra  ölkələrində  üzərində  qətl,  rüsvayçı  cəza  tədbirləri  həyata  keçirilən  taxta 

meydança.  

Etatizm


  (fransızca)  —  ―dövlət‖  deməkdir.  Dövlətin  iqtisadi,  sosial,  mədəni 

sahələrdə rolunun artırılması mənasında iĢlədilir. 

Etnoqrafiya

 (latınca) müxtəlif xalqların həyatını öyrənən elm. 

Etrusklar

 — e.ə. I minillikdə Appenin yarımadasının Ģimal-qərbində yaĢamıĢ tayfa. 

Etrusklar romalılardan əvvəl inkiĢaf etmiĢ mədəniyyət yaratmıĢdılar. 

Ettehadiyyə 



(farsca) — birlik. 

Ə 


Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə