16
Gerusiya
(yunanca) — Spartada ağsaqqallar Ģurası.
Gezit
— can vergisi. Sasanilərin hakimiyyəti dövründə 20 yaĢından 50 yaĢına
qədər bütün əhali bu vergini ödəyirdi.
Gestapo
(almanca) — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi.
Getto
— 1) Almaniya nasistlərinin yəhudilərin yaĢaması üçün yaratdıqları həbs
düĢərgəsi; 2) ABġ-da əvvəllər qaradərili əhalinin yaĢaması üçün xüsusi məhəllə.
Gəngərli tayfası
— türksoylu tayfa. Naxçıvanda V əsrdə məskunlaĢıblar. Bu
tayfanın nümayəndələri Naxçıvan xanlığının əsasını qoymuĢlar.
Gildiya
(almanca) — Qərbi Avropada tacirlərin birliyi.
Giləklər
— oğuzların Ģimal qonĢuları.
Gilyotin
— baĢı bədəndən ayıran edam maĢını. 1792-ci ildə Fransada həkim
J.Gilyotinin təklifi əsasında yaradılmıĢdı.
Gövhər ağa
— Qarabağ xanı Ġbrahimxəlil xanın qızı (təqr. XIX əsr) Ġbrahimxəlil
xanın 1769-cu ildə ġuĢada tikdirdiyi Cümə məscidini 1865/66-cı ildə təmir
etdirmiĢdi. Əmlakını həmin məscidə vəqf etmiĢ, vəqf gəliri hesabına ġuĢada dar
üĢ-Ģəfa və mədrəsə açdırmıĢdı.
Göz
(ispanca) — "dilənçi" mənasındadır. Ġspanlar Niderlandın yerli əhalisini
həqarətlə belə adlandırırdılar. Niderland partizanları inqilab illərində bu adı fəxrlə
daĢıyırdılar.
Gürgan
(türkcə) — gözəl deməkdir. Əmir Teymur çox vaxt adının sonuna bu sözü
əlavə edirdi.
Güclü ailə
— Çində iri xüsusi torpaq sahibliyi.
Güləbətin
— 1) tel halına salınmıĢ qızılı, gümüĢü sap; 2) eyniadlı sap ilə ağır parça
üzərində tikiĢ növü. Geyim və əĢyaların bəzədilməsində istifadə olunur.
Gülərgin
— oğuz dövlətində yabqunun (bax: yabqu) naibi və ya vəkili, yüksək
vəzifəli məmur.
Gümrü
— Qərbi Azərbaycanda mövcud olan Azərbaycan Ģəhəri. Rusiya iĢğalı və
Sovet rejimi dövründə əhalisi soyqırımı və repressiyalara məruz qalaraq
erməniləĢdirilmiĢdir.
Günəmuzdçular
— torpağı və daimi iĢi olmayan, yalnız gördükləri iĢə görə haqq
alan adamlar.
"GünəĢ oğlu"
— Qədim Misirdə fironu (bax: firon) müqəddəsləĢdirib bu cür
adlandırırdılar.
H
Hammurapi
— (e.ə. 1792-1750). Babil hökmdarı. Mərkəzi hakimiyyəti
möhkəmləndirmiĢ, qanunlar vermiĢdi. Bu qanunlarda xüsusi mülkiyyətin,
insanların hüquqlarının möhkəmləndirilməsi və təbiətin qorunması məsələlərinə
xüsusi diqqət yetirilmiĢdi.
Hampa
— ĠĢ heyvanı, istehsal alətləri və toxumu olan, feodaldan aldığı torpağı özü
becərən kəndli.
17
Hanza
(almanca) — ittifaq, yoldaĢlıq. XIV-XVII əsrlərdə Lübek Ģəhəri baĢda
olmaqla ġimali alman Ģəhərlərinin ticarət və siyasi ittifaqı.
Hefest
— qədim yunanlarda dəmirçiliyin himayəçisi olan allah. Qədim yunanlar
alov və tüstü püskürən vulkanları onun yeraltı dəmirçixanasının çıxıĢ yolları hesab
edirdilər.
Heraldika
— ən qədim dövrdən mövcud olmuĢ möhür, emblem və niĢanları
öyrənən elm, gerbĢünaslıq.
Hermes
— qədim yunanlarda ticarəti himayə edən allah.
Herodot
— qədim yunan tarixçisi. "Tarix" adlandırılmıĢ əsəri Yunan-Ġran
müharibələrinə həsr olunmuĢdur. Herodotu "tarixin atası" adlandırmıĢdılar. E.ə. V
əsrdə yaĢamıĢdır.
Heroqlif
(yunanca) — "Müqəddəs yazılar" deməkdir. Qədim Misir yazı iĢarələri,
habelə bir sıra xalqların yazı (Çin, yapon, mayya və b.) iĢarələri də heroqlif adlanır.
Heyvan üslubu
— qədim türklərdə heyvan baĢlı və süjetli kompozisiyalar.
Həftəbazar
— Əmtəə-pul münasibətlərinin zəif inkiĢaf etdiyi bölgələrdə əhalinin
əsas etibarilə həftədə bir dəfə toplaĢdığı bazarlar.
Hərbi demokratiya
— ibtidai icma quruluĢunun son dövründə öz həmtayfalarının
hesabına yaĢayan yuxarı hərbi dairələrin tayfa iĢlərinə rəhbərlik etməsi.
Hicrət
(ərəbcə) — baĢqa yerə getmək, köçmək. Məhəmməd peyğəmbərin və onun
tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi. Xəlifə
Ömərin dövründə (634-644) Hicrət ili (622) müsəlman təqviminin baĢlanğıcı elan
edildi.
Hicri təqvim — Hicrətdən baĢlanan müsəlman təqvimi. Hicri təqvim iki növdür:
hicri-qəməri (ərəbcə-Ay) və hicri-Ģəms (ərəbcə-Günəş) Hicri-qəməri təqvimin
ayları bunlardır: 1. Məhərrəm; 2. Səfər; 3. Rəbiüləvvəl; 4. Rəbiülaxır; 5.
Cəmadiyüləvvəl; 6. Cəmadiyülaxır; 7. Rəcəb; 8. ġəban; 9. Ramazan; 10. ġəvval;
11. Zilqədə; 12. Zilhiccə.
Himayə siyasəti
— (bax: proteksionizm)
Hippokrat
— (e.ə.460-e.ə.377) qədim yunan həkimi. Onun təliminə görə həkim
xəstəliyə üstün gəlməkdə orqanizmə kömək etməlidir. Hippokratı "Təbabətin atası"
adlandırırlar.
"Hippokrat andı"
— Həkimin mənəvi davranıĢ normaları və andı
Hollivud
— ABġ-ın Los-Ancelos Ģəhəri kənarında salınmıĢ kino mərkəzi. "Qraf
Monto Kristo" filmi ilk dəfə burada çəkilmiĢdir.
Homer
— qədim yunan Ģairi. ġəxsiyyəti haqqında məlumat azdır. E.ə. XII-VII
əsrlər arasındakı dövrdə yaĢadığı ehtimal olunur. Onun yaratdığı "Ġliada" və
"Odisseya" poemaları Qədim Yunanıstanın sosial-siyasi, iqtisadi münasibətlərini
və mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Homindan
(çincə) —
"milli partiya" deməkdir. 1912-ci ildə Çində "BirləĢmiĢ
ittifaq" ilə bir sıra liberal təĢkilatlar Homindan partiyasında birləĢdilər. Partiyanın
sədrliyinə Sun Yatsen seçildi.