34
çıxmıĢ müharibə əleyhinə beynəlxalq ictimai hərəkat.
Peloponnes
— Cənubi Yunanıstan.
Pentaqon
— ABġ Müdafiə nazirliyinin geniĢ yayılmıĢ adı (bu sözün mənĢəyi
həmin nazirlik binasının beĢbucaqlı Ģəklində olması ilə əlaqədardır).
Peon
— Latın Amerikası ölkələrində irsən borcluya çevrilmiĢ hindu.
Perqament
— Kiçik Asiyada Perqam Ģəhərində yazı üçün hazırlanan dəri.
Perqament yaxĢı aĢılanmıĢ buzov və quzu dərisindən hazırlanırdı.
Perper
— XIII əsrdə Gürcüstanda pul vahidi.
Petisiya
— kollektiv müraciət forması
PeĢvə
— Hindistanda Maratx dövlətinin baĢ naziri.
Peyzaj
— təbiət mənzərəsi.
Piktoqrafiya
(latınca) — Ģəkillər vasitəsilə ifadə edilən qədim yazı üslubu.
Pioner
(ingiliscə) — 1. ABġ torpaqlarına birinci gələnlərə verilən ad; 2.
(fransızca)
— Ġlk yol açan, əsasını qoyan, bani.
Pirr qələbəsi
— məğlubiyyətə bərabər olan qələbə deməkdir. Epir padĢahı Pirrin
romalılarla müharibəsi zamanı yaranmıĢ ifadədir. Pirr qalib gəlsə də bütün
qoĢununu itirmiĢdi.
Plagiat
(latınca) — "oğurlayıram" deməkdir. Müəllifin, yaxud ixtiraçının
hüquqlarının pozulması. Özgəsinin elmi, ədəbi, musiqi və ya bədii əsərini, yaxud
ixtirasını və ya səmərələĢdirici təklifin öz adı ilə nəĢr etdirmə və ya özgəsinin
müəllifliyini qəsdən gizlətməklə mənimsəmədən ibarətdir.
Plantasiya
(latınca) — 1. Bitki əkini, tarla; 2. Xüsusi kənd təsərrüfatı bitkiləri
əkilmiĢ iri torpaq sahəsi. Məsələn, çay plantasiyası, pambıq plantasiyası və s.
Plantator
— Latın Amerikası ölkələrində plantasiya sahibi.
Plebeylər
— Qədim Romada azad əhalinin yoxsul təbəqəsi belə adlanırdı.
Plebeylər varlıların torpağını icarəyə götürür, becərir, əldə etdiyi məhsulun yarı
hissəsini torpaq sahibinə verirdilər. Əvvəllər siyasi cəhətdən hüquqsuz olmuĢdular.
Plebissit
(latınca) — Qədim Romada plebeylərin yığıncağında qəbul edilmiĢ
qərara deyilir. Sonralar ümumxalq səsverməsinin formalarından biri kimi tətbiq
edilmiĢdir (bax: referendum).
Polis
(yunanca) —
Qədim Yunanıstanda Ģəhər-dövlətlərə verilmiĢ ad.
Portal
— xüsusi memarlıq tərtibatı olan giriĢ qapısı.
Portiklər
— Qədim Yunanıstanda dirəklər üzərində dayanan kölgəliklər. Söhbət və
istirahət üçün yunanlar portiklərin altına toplaĢırdılar.
Posad adamları
— Rusiya Ģəhərlərinin ticarət və sənətkarlıqla məĢğul olan əhalisi.
Posession
(latınca) — "posessio" - "mülk" sözündən götürülmüĢdür,
manufakturalarda iĢləyən təhkimli kəndlilərə deyilirdi.
Posessiya
— müəyyən Ģəxslərə Ģərti mülkiyyət hüququnun verilməsi.
Pravoslav kilsəsi
— 1054-cü ildə xristian kilsəsinin iki hissəyə parçalanması
nəticəsində yaranmıĢ kilsə. "Həqiqi" din kilsəsi deməkdir.
Prefekt
(latınca) — rəis. Fransada mərkəzi hökumətin nümayəndəsi kimi
35
departamentə baĢçılıq edən Ģəxs.
Presveterianlar
— xristian dinində protestant məzhəblərindən birinin tərəfdarları.
Prolonaqsiya
— beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzadılması.
Proteksionizm
(latınca) — müdafiə, hamilik. Vətən sənayesini və ticarətini inkiĢaf
etdirmək üçün xaricdən mümkün qədər az mal gətirilməsinə və yerli məhsulların
xaricə aparılmasına yönəldilmiĢ siyasət.
Protektor
(latınca) — müdafiəçi, hami deməkdir.
Protektorat
— 1. Ġngiltərədə idarəetmə forması; 2. Müstəmləkə asılılığı forması.
Bu zaman bir dövlət xüsusi beynəlxalq müqavilə ilə digər dövlətə onu xarici
əlaqələrdə təmsil etmək hüququ verir.
Prosperiti
(ingiliscə) — "çiçəklənmə" deməkdir. 20-ci illərdə ABġ iqtisadiyyatının
xüsusi, müstəsna vəziyyətinə dair iqtisadçıların hazırladıqları konsepsiya.
Puritan
(latınca) "purus" — yəni "təmiz" deməkdir. Ġngiltərədə dəbdəbəli kilsə
ayinləri və mərasimlərinə qarĢı çıxan dini məzhəb.
Purpur
— tünd-qırmızı boyaq. Finikiyalılar bu boyağı dəniz ilbizi Ģirəsindən və
balıq molyusklarından hazırlayırdılar.
Purpur ölkəsi
— qədim yunanların Finikiya ölkəsinə verdikləri adı bu cür
adlandırırdılar.
R
Ra
(xekri) — qədim misirlilərin GünəĢ allahı.
Rabadlar
— Qaraxanlı dövlətində Ģəhərin bütün təsərrüfat həyatının cəmləĢdiyi
ticarət-sənətkarlıq qəsəbələri
Racə
— Hindistanda ari tayfalarının baĢçısı. Sonralar bu ad hind knyazlarına aid
edildi.
Racəput
— "racələrin uĢaqları" demək idi.
Racputlar
— erkən orta əsrlərdə Hindistanda kastaların ali dərəcəsindən olan
döyüĢçülər.
Rada
— ġura deməkdir. Ukraynada, Belarusiyada, Litva və PolĢada nümayəndələr
məclisinin və Ģuralarının tarixi adı.
Rahib
— bu dünyanın nemətlərindən əl çəkmiĢ dindar.
RatuĢa
— orta əsrlərdə Qərbi Avropada Ģəhər Ģurasının yerləĢdiyi bina.
Ratifikasiya
(paraflama) — dövlətin baĢçısının digər dövlətlə, yaxud beynəlxalq
təĢkilatla bağladığı müqavilənin ölkənin ali məclisi tərəfindən təsdiq edilməsi.
Reaya
— Osmanlı imperatorluğunun vergi verən bütün əhalisi.
Rekonkista
(ispanca) — Əndəlusun müsəlman əhalisinin (ərəblərin) Pireney
yarımadasından zorla çıxarılması hərəkatı.
Rekrut toplanması
— (əsgər toplanması) Rusiyada müəyyən miqdar kəndlidən və
posad həyətlərinin hər birindən orduya bir nəfər çağırılması.
Renessans
(fransızca) — dirçəliĢ, intibah deməkdir. Qərbi və Mərkəzi Avropa
ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr