Еколоэийа вя ятраф мцщитин мцщафизяси a. O. RÜSTƏmova, İ. H. HÜSeynov, S. N. DƏRZİyeva, R. T. Qafarov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#37412
1   2   3   4   5   6   7   8   9   ...   15

Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

11 


 

Синтез 1,4-ди-(диэтиламинометил)-2,5-

ди-н.гексилбензола и исследование в 

качестве ингибитора коррозии стали в 

двухфазных системах элэктролит- уг-

леводород 

 

РЕЗЮМЕ 

 

     Синтезирован  1,4-ди-(диэтиламиноме-

тил)  -  2,5-ди-н.гексилбензол  путем  взаи-

модействия 1,4-дихлор - 2,5 - ди -н.гексил-

бензола  с  диэтиламином  и  исследованы 

его ингибирущие свойства  в двухфазных 

системах  элэктролит-углеводород  в  раз-

личных средах. 

 

H.Z.ƏFƏNDIYEV, İ.R.HƏSƏNOV, R.T.QAFAROV, R.T.QULIYEVA 

 

(MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu) 

 

İQTISADİ  CƏHƏTDƏN  SƏMƏRƏLİ  KİÇİK  PEYKLƏRİN 

LAYİHƏLƏNDİRİLMƏSI PRİNSİPLƏRİ 

 

Kiçik  peyklərin    yaradılması  və  onla-

rın məsafədən zondlama məsələlərində (MZ) 

tətbiqi  kosmik  sənayenin  yeni  istiqamətlə-

rindən  biridir.Kiçik peyklər dedikdə kütləsi 

500  kg-dan  çox  olmayan  kosmik  aparatlar 

nəzərdə  tutulur.  Kiçik  kosmik  aparatların  

yaradılması  kosmik  çəkilişlərin aparılmasın-

da, ekoloji monitoring  məsələlərinin həllin-

də  və  kosmik  məlumatların  toplanmasında  

yeni  imkanlar  açan  perspektivli  sahədir.  

        Kiçik peyklərin yaradılmasının və orbi-

tə çıxarılmasının bir sıra iqtisadi üstünlükləri  

var. Kiçik peyklərin hazırlanmasına və orbi-

tə  çıxarılmasına çəkilən xərclər peykin çəki-

sindən, çıxarılacağı  orbitin  hündürlüyündən, 

raketdaşıyıcısının  dəyərindən  asılıdır.  Yün-

gül çəkiyə malik olması kiçik peykləri  daha 

ucuz başa gələn yüngül və orta sinfə məxsus 

raketdaşıyıcıları  vasitəsilə  orbitə  çıxarmağa 

imkan yaradır. Bundan başqa  kiçik  peyklər 

orbitə qrup şəklində buraxıla bilir  ki, bu da 

orbitə çıxarılan kosmik aparatların maya də-

yərini aşağı salır. Kiçik peykləri qısa müddət 

ərzində (1-3 il) hazırlamaq mümkündür. Ki-

çik peyklərin hazırlanması zamanı istifadəçi-

yə  əsas lazım  olan parametrlərin  (ayırdetmə 

qabiliyyəti,  spektral  kanalların  sayı,  çəkiliş-

lərin dövrülüyü, dəqiqliyi və s.) realizə olun-

masına diqqət verilir. Yerin məsafədən zond-

lama    məsələlərində  kiçik  peyklərin    tətbiqi  

kosmik çəkilişlərin  operativliyini  artırmağa  

imkan verir. Məsələn, Landsat - 7 peykindən  

aparılan  çəkilişlərin  dövrülüyü  16  sutka  təş-

kil edir. Kiçik peyklərin tətbiqi isə çəkilişlə-

rin dövrülüyünü 1 sutkaya endirməyə imkan 

verir [1]. 

        Kiçik peyklərin yaradılması üzrə  ABŞ, 

Böyük Britaniya, Almaniya, Çin,  İtaliya,  İs-

rail  və  digər    ölkələr  geniş  layihələr  həyata 

keçirirlər.  ABŞ  orbitə  çıxarılmış  məsafədən 

zondlama  (MZ)  peyk  sistemlərinin  sayına 

görə liderlik edir. Çin son beş il ərzində çox-

məqsədli bir neçə peyklər sistemindən ibarət 

MZ  peyklər  qrupunu  yaradıb.  Kiçik  peyk-

lərin yaradılması sahəsində aparıcı yerlərdən  

birini  özəl  Britaniya  kampaniyası  Surrey  

Satellite  Technology  (SSTL)  tutur.  SSTL 

kampaniyası  sifarişçilərə  aşağıdakı  xidmət-

ləri  təklif  edir:  peyklərin  müştərək  istehsalı, 

peykin  tam  istehsalı,  peyklərin  yaradılması 

sahəsində  milli  kadrların  hazırlanması  və    

həyata keçirilməsi. Kiçik peyklərin  istehsa-

lının ucuz başa  gəlməsi  onların hazırlanma-

sını sayı az olan mütəxəssis qruplarının cəlb 

olunması ilə izah olunur. Nisbətən sadə for-

ma  və  konstruksiyaya  malik  olması  kiçik  

peyklərin  layihələndirilməsini  sürətləndrir. 

Kosmik aparat kiçik ölçülərə malik olduğun-

dan bahalı sınaq sistemlərininin tətbiqinə eh-

tiyac qalmır. Eyni zamanda yerüstü seqment 

(yerüstü  uçuşu  idarəetmə  və  kosmik  infor-

masiyanın  emalı  mərkəzi)  üçün  nəzərdə  tu-

tulmuş  avadanlıqlar  da  sadələşir.  Kosmik  

informasiyanın  qəbulu  və  emalı  vasitələrini 

adi personal kompyuterlərin bazasında yarat-

maq mümkün  olur. 

     Kiçik  peyklərin  layihələndirilməsi  və  ya-

radılması  dedikdə  kosmik  aparatın  hazırlan-

ması  nəzərdə  tutulur.  Kosmik  aparat  şərti 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

12 


olaraq  iki  hissədən  ibarətdir:  unifikasiya 

olunmuş  kosmik  platformadan  və  çəkiliş 

aparatlarından. Aşağıda unifikasiya olunmuş 

kiçik qabaritli kosmik platformanın əsas xid-

mət sistemləri  göstərilib:   

-  Bort  idarəetmə  sistemi. 

-  Orientasiya  (istiqamətləndirmə)  və  stabili-

zasiya  sistemləri. 

- Enerji  təminatı  sistemləri. 

- İdarəetmə-ölçmə  sistemi. 

- Elektrik qidalanmasının paylanma bloku. 

- Günəş batareyalarının orientasiya  sistemi. 

- Mühərrik qurğusunun korrektirovkası.  

-  Peyk naviqasiya aparatları. 

-  Konstruksiya  (kabel  şəbəkəsi,  antena-fider 

qurğuları, günəş batareyalarının açılma  və  

ayrılma  sistemi). 

- Termotənzimləmə  sistemi. 

        MZ  kiçik  peyklərinin  hazırlanmasının  

əsasında aşağıdakı konsepsiya dayanır: 

-

 

Kiçik  peykin  orbitə  çıxarılması  ucuz  başa 



gələn konversion raket  daşıyıcıları  vasitə-

silə təmin olunur. 

-

 

MZ kiçik peyklərinin əsasında unifikasiya  



olunmuş  kiçik  qabaritli kosmik  platforma 

dayanır. 

-

 

Bort  xidmət  və  informasiya-ölçmə  cihaz-



larının  yerləşdiyi  platforma    qeyri-germe-

tik  formada  hazırlanır. 

-

 

Kosmik  aparatın etibarlılığı yerüstü sınaq  



yoxlamaları  və  bort  idarəetmə  vasitələri-

nin  optimal  strukturunun  seçilməsi  əsa-

sında  həyata  keçirilir. 

-

 



Kosmik  aparatın  yaradılması  zamanı  qa-

baqcıl  texnologiyadan,  miniatür  kiçik  qa-

barit ölçülərə və kütləyə malik bort  çəki-

liş  cihazlarının  hazırlanmasına  imkan  ve-

rən  komplektləşdirici  elementlərdən    isti-

fadə  olunmalıdır. 

        SSTL  kompaniyasının  istehsal  etdiyi 

kiçik  MZ  peyklərindən  Əlcəzair,  Nigeriya, 

Türkiyə,  Çin,  İspaniya  kimi  ölkələr  istifadə 

edirlər.  Gələcəkdə  respublikada  kiçik  peyk-

lərin layihələndirilməsi və istehsalında SSTL 

kompaniyasının  xidmətlərindən  istifadə 

etmək tövsiyə olunur. 

        Kiçik MZ peyk kompleksi kosmik apa-

ratdan, informasiyanın qəbulunun yerüstü şə-

bəkəsindən,  uçuşu  idarəetmə  mərkəzindən 

ibarətdir. 

      Kosmik  ölkələr  sırasında  daimi  yer  tut-

maq üçün gələcəkdə bu tip peyklərin ölkədə 

istehsalını  təşkil  etmək  zərurəti  meydana  

çıxır. Respublikada  yaradılacaq kiçik  peyk  

aşağıdakı  texniki  parametrlərə  malik  ola 

bilər: 



 



Uçuşun hündürlüyü - 500-600 km, Günəş- 

sinxron orbitdə; 

 

Çəkisi -  200 kq-dan  çox olmamaqla



 

Meylliyi -  97-98 dərəcə; 



 

Çəkilişin  dövriliyi - 4 - 5 sutka; 



 

Əhatə  zolağının  eni  - 75 - 90 km; 



 

Məkan  ayırdetməsi  - 1 - 30 m; 



 

Orbitdə  fəaliyyət  müddəti  - 5 il 



 

İşçi  diapazonu 



 

Transponderlər - S – diapazon (idarəetmə) 



X – diapazon (verilənlər) 

 



Çəkiliş cihazları - çoxkanallı optik – elek-

tron skaner və orta infraqırmızı diapazon-

lu  skaner.                            

        Yaradılacaq  kiçik  peykin  ilk  növbədə 

təyinatı və tipi müəyyən olunmalıdır. MZ ki-

çik  peyki  aşağıdakı  məsələləri  həll  edə  bil-

məlidir [2]: 

-

 



 Torpaqdan istifadəyə və kənd təsərrüfatın-

da istehsala nəzarət; 

-

 

 Təbii və bərpa olunan təbii ehtiyatlara nə-



zarət ; 

-

 



 Fövqəladə halların monitorinqi

-

 



Neft-qaz  komplekslərinə  məxsus  obyekt-

lərin müşahidəsi;  

-

 

 Aqrar ehtiyatların monitorinqi;  



-

 

 Su obyektlərinin monitorinqi



-

 

 Torpaq ehtiyatlarının monitorinqi; 



-

 

 Təbii fəlakətlərin monitorinqi; 



-

 

 Topoqrafik xəritələrin yeniləşməsi; 



-

 

 Yol və digər xəritələrin hazırlanması; 



Kiçik  kosmik  aparatın  hazırlanması 

zamanı təcrübi   konstruktor  işlərinin  (TKİ) 

aparılmasına lazım olan xərcləri hesablamaq  

üçün  MZ  kiçik  kosmik  aparatın  təyinatı  və 

tipi  (optik-elektron  və  ya  radar  peyki  olma-

sı), texniki göstəriciləri (kosmik aparatın çə-

kisi, xüsusi və xidməti bort cihazlarının əsas 

taktiki-texniki xarakteristikaları), unifikasiya 

dərəcəsi  (baza    platformasının  çəkiliş    apa-

ratlarının  yerləşdirilməsi  üçün  uyğunlaşdır-

ma  dərəcəsi)  haqqında  ilkin  informasiyalar  

tələb  olunur.  

         Vahid  unifikasiya  olunmuş  platforma 

əsasında  YMZ  kiçik  peykinin  yaradılması 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə