Ekoloji probleml?Rin h?Llind? Qender yanasmasi



Yüklə 95,67 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü95,67 Kb.
#12224


EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ QENDER YANAŞMASI 

 

Kişi və qadınlar davamlı inkişaf yolunda 

Pekin fəaliyyət Platforması və qərarların qəbul edilməsi prosesinə qadınların fəal cəlb olunması zərurəti 

Ekoloji problemlərin həllində qadınların iştirakının beynəlxalq təcrübəsi 

 

Müasir dövrdə insan nəsli birinci növbədə ehtiyatların (resursların) məhdudluğu ilə üzləşir: bərpa 

edilən təbii sərvətlərin məhdudluğu, insanların istehsalat və digər fəaliyyətinin tullantılar və çirkabların 

zərərsizləşdirilməsi, assimilyasiya edilməsi imkanının təbii mühitdə məhdud olması və s. İqtisadiyyatın 

texnogen yönümü qlobal ekoloji problemlərin yaranması ilə  nəticələnib; XXI əsrdə bu nəticələr insanın 

yaşadığı mühitdə geri qaytarılmaz dəyişikliklərə səbəb olaraq, insan nəslinin yer üzündə qalmasını belə 

şübhə altına salır. Cəmiyyətin texnogen yönümlü (texnikanın və onunla bağlı texnologiyaların inkişafı) 

inkişafı  şəraitində iqtisadiyyat bir neçə  mərhələdən keçir: frontal iqtisadiyyat mərhələsində  əsas diqqət 

əməyə  və kapitala yetirilir, təbii ehtiyatlar isə tükənməz hesab olunur; təbii mühitin çirklənməsi onun 

inkişafına təsir etmir; ətraf mühitin qorunub saxlanılmasını nəzərə alan iqtisadi inkişaf; davamlı inkişaf.  

Yer üzündə yaşayan insanların şüurunda ekoloji təsəvvürlərin yaradılması işində 5 iyun 1972-ci ildə 

Stokholm şəhərində ətraf mühitin qorunması üzrə Beynəlxalq konfransı  və Roma klubunun məruzələri 

böyük rol oynayıb. Qeyd edilən klubun bir çox məruzələri dünya inkişafının tədqiqində həm nəzəriyyə, 

həm metodologiya səviyyələrində böyük rol oynamışdır. Ən çox tanınan D.Medouzun rəhbərliyi altında 

tərtib edilmiş «Artım həddləri» adlı  məruzəsidir. Dünya dinamikasının (inkişaf templərinin) 

modellərinin müxtəlif variantlarının təhlili göstərdi ki, təbii ehtiyatlarının tükənməsi,  ətraf mühitin 

çirklənmə  həddinin artması  və s. nəticəsində Yer kürəsində XXI əsrin ortalarında qlobal fəlakət baş 

verməlidir. Bunun qarşısını ala biləcək yeganə yol «sıfrda qalmış artım»dır. Bunun üçün tələb olunur ki, 

insanlar, əhalinin sürətli artımının qarşısını alsınlar, sənaye artımını azaltsınlar və s.  

Təəssüflər olsun ki, insanlar bu təklifləri ciddi qəbul etmədi.  

İnsan nəslinin gələcək inkişafı yollarının axtarışı davam edir. BMT-nin tapşırığı ilə  ətraf mühit və 

inkuişaf üzrə Beynəlxalq komissiya (ƏMİBK) «Bizim ümumi gələcəyimiz» adlı məruzəni hazırladı (1987-

ci il). Bu məruzədə davamlı inkişaf konsepsiyası irəli sürüldü. Q.X.Brundtlandın tərtib etdiyi məruzədə 

ətraf mühitin mühafizəsi sahəsi üçün uzunmüddətli strategiya təklif edildi. Bu strategiyanın reallaşması 

nəticəsində dünya iqtisadiyyatının davamlı inkişafı uzun bir müddət  ərzində  təmin olunardı; burada 

həm də ekoloji problemlərin səmərəli həllinin vasitə və üsulları nəzərdən keçirilmişdir.  

1992-ci ildə Rio-de-Janeyro şəhərində  ətraf mühit və inkişaf üzrə ikinci Ümumdünya konfransı öz 

işini başladı. Bu konfransda 179 dövlətin nümayəndələri ətraf mühitin inkişafı üzrə Rio Bəyannaməsini, 

bir də «XXI əsrin gündəliyi» proqramını  qəbul etdilər. Qeyd edilən proqramda «Davamlı inkişaf» 

konsepsiyasının mahiyyəti və  məqsədləri nəzərdən keçirilmişdir. Alimlər hesab edirlər ki, davamlı 

inkişaf vəzifələrini üzümüzə gələn 40 ildə həyata keçirmək lazımdır. Bu mövzuda olan yazılardan bəlli 

olub ki, davamlı inkişaf mödelinə,  ən uyğun olan Hollandiyadır; tam şəkildə bu modelə onlar 2010-cu 

ildə keçmək fikrindədirlər. Ümumiyyətlə dünyanın bütün inkişaf etmiş ölkələri «XXI əsrin gündəliyi» 

proqramının məramnaməsinə uyğun hərəkət etmək arzusunu ifadə etdilər.  

Davamlı inkişaf nədir? Ədəbiyyatda təriflər çox olsa da, onun məzmunu haqqında birmənalı, hamı 

tərəfindən qəbul olunmuş fikir hələ ki, yoxdur. Adətən davamlı inkişaf dedikdə, indiki zəmanənin 

tələblərini ödəyə biləcək inkişaf nəzərdə tutulur, eyni zamanda o, gələcələk nəsillərin tələbatlarını 

ödəmək imkanını heç də təhlükə altına salmır. Davamlı inkişafın məzmununa iki başlıca anlayış daxildir; 

tələbatlar və  məhdudiyyətlər. Az qala bütün tədqiqatlar, davamlı inkişafının məzmununda indiki və 

gələcək nəsillərin maraq və mənafelərinin nəzərə alınmasını tələb edirlər; hesab olunur ki, Rioda verilən 

tərif konkret və birmənalı deyil. Hal-hazırda alimlər davamlı inkişaf anlayışının dəqiq tərifini axtarır, 

onun meyyarları  və göstəricilərini müəyyən etməyə çalışırlar. Məs., müasir dövrdəki  əhali artımı 

prosesinə, biosferdə sabitlik həddinin göstəricisinə birmənalı yanaşma yoxdur. 

Bəzi alimlər hesab edir ki, Yer kürəsində, noosferin inkişafı üçün əhalinin sayı 2,5-3,0 mlrd adam 

həddini aşmamalıdır. Davamlı inkişafın aşağıdakı göstəriciləri zəruri hesab edilir: ekoloji cəhətdən 

«təmiz» texnologiyaların tətbiqi səviyyəsi, məcmuu kapitalların (təbii, insani, maddi, mədəni və s.) 

keyfiyyəti və strukturu, ekoloji cəhətdən sağlam məhsulun istifadəsi və ixracı  və s. sabit inkişafının 



müasir anlamına, bu və ya digər ölkədə gələcək nəsillərin maraq və mənafelərin təmin olunması üzrə ən 

vacib məsələlər necə nəzərə alınır? məsələsi də daxildir.  

Davamlı inkişafın daha dəqiq təhlili üçün zəif və güclü davamlılıq anlayışlarından istifadə olunur. 

Əgər iqtisadi artım ehtiyatların azalmasına gətirirsə, onda gələcək nəsillərə müəyyən bir kompensasiya 

(əvəzlənmə) verilməlidir, yəni təbii ehtiyatlar kapitalın digər formaları ilə əvəz olunmalı; əsas kapitalın 

həcmi isə (yəni istehsal, insani və təbii) sabit qalmalıdır. Əsas kapitalın saxlanılması qaydaları sırasında 

kapitalların əvəzlənməsi də nəzərdə tutulur. 

 

 



«Davamlı inkişaf» konsepsiyasının sxemi 

 

a)  


b)   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Əgər təbii kapitalın tükənməsi insan tərəfindən yaradılmış kapitala renta gəlirlərinin əlavə edilməsi 

zəminində onu artırıb  əvəzlənirsə (Harvitin qaydaları), bu, zəif davamlılıq variantının təzahürüdür. 

Güclü davamlılığın tərəfdarları hesab edirlər ki, biz, təbii kapitalı  ya  tam,  ya  da  heç  olmazsa,  onun 

cəmiyyətin və bütün ekosistemin inkişafı üçün vacib olan aparıcı komponentlərini qoruyub saxlamalıyıq.  

Beləliklə, davamlı inkişaf o zaman mümkündür ki, təbii kapital tükəndikcə müxtəlif mənbələrdən, 

yaxud suni şəkildə yaradılmış kapital ilə  əvəz olunsun, ona heç də toxunmaq lazım deyil. Başqa sözlə, 

insan nəsli təbii kapitalın üzərinə  gələn faizlər hesabına yaşamalı, gələcək nəsillər qarşısında borclu 

qalmamalıdır (bax rəsmdə 1 a sxemə). Davamlı inkişaf konsepsiyası üç əsas məqsədin sistemə birləşməsi 

nəticəsirdə əmələ gəlib: iqtisadi, sosial və ekoloji. Bu elementlərin qarşılıqlı fəaliyyəti davamlı inkişafının 

vəzifələrini müəyyən edir (bax 1 b sxemə). 

Davamlı inkişafına keçidin vacib şərti qender balansının yaradılması, qadınların sosial, iqtisadi və 

ekoloji sahələrdə imkanlarının genişləndirilməsidir. Bütün bu məsələlər Pekində, Dördüncü 

Ümumdünya qadınlar konfransında, Qahirədə keçirilən  əhali və inkişaf problemləri üzrə Beynəlxalq 

konfransda, Pekin-5-də dəfələrlə qaldırılmışdır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda davamlılıq 

istiqamətinə doğru fəal hərəkət hələ ki, müşahidə edilmir. İndiyə qədər nə bir nüfuzlu təşkilat, nə də ki, 

strateji planlaşdırma üzrə xüsusi işçi qruplar yaradılmayıb, bu istiqamətdə ictimai rəy sorğusu 

aparılmayıb; Azərbaycanda davamlı inkişafının başlıca prinsiplərinin geniş  təbliğatı aparılmır. 

Azərbaycanın müasir sosial-iqtisadi inkişafı göstərir ki, hələ ki, milli iqtisadiyyatda ekstensiv inkişaf tipi 

aradan qaldırılmayıb, təbiətdən də  səmərəli istifadə olunmur. Milli Elmlər Akademiyasının müvafiq 

institut və  şöbələri, Azərbaycan reallıqlarına uyğun problemin təhlil edilməsinə öz töhfəsini 

gətirməyiblər.  

Nəhayət, Azərbaycanda fəal «yaşıllar hərəkatı formalaşmayıb; belələri ekoloji problemləri iqtisadi və 

sosial problemlərlə yanaşı  həllinin zəruriliyini daima təbliğ edərdilər. Nəticədə, insanlar öz 

dünyagörüşünün əsasını bir də düşünərdi, onu yeni müstəvidə qurardı. Bundan başqa, davamlı inkişaf 



iqtisadi məqsədlər 

- səmərəlilik 

- artım 

- stabillik 

 

Təbii kapital    

%

Sosial məqsədlər: 

kasıbçılığın aradan qaldırılması 



qərarların qəbul edilməsində 

iştirak etmək hüququ 

mədəniyyət/ ənənələr 



Ekoloji məqsədlər: 

təbiətin zənginliyi 



özü-özünü bərpa etmək 

özü-özünü inkişaf etdirmək 



nəsildaxili bərabərlik

 

ekoloji problemlərin 



beynəlmilləşməsi 

nəsillər 




yolunda  ən vacib məsələ öz həllini hələ ki, tapmayıb: qadınlar həyat fəaliyyətinin bütün sahələrində 

qərarların qəbul edilməsində, demək olar ki, heç iştirak etmirlər. Tədqiqatlar göstərir ki, təbii ehtiyatların 

istifadəsi işində qadınların iştirakı çoxlu əngəllərlə rastlaşır: 

təhsil, treninq əlçatmazdır; 



planlaşdırma və qərarların qəbul edilməsində qadınların iştirakının aşağı səviyyəsi; 

torpaq, su, mülkiyyət hüququnun məhdud olması;  



ehtiyatların paylanılmasında qender bərabərsizliyi; 

məqsədli qender strategiyaların tətbiqində  zəruri olan qender tədqiqatları  və  məlumatlarının 



məhdudluğu; 

qender ideyalarının kütləvi şüurda yayılmaması;  



Qender ölçülərinin olmaması  səbəbləri aşağıdakılardır: birinci, respublikada qanun səviyyəsində 

bəyan edilmiş qender bərabərliyi formal xarakter daşıyaraq, elə bir təsəvvür yaradır ki, guya qender 

problemləri tamamilə  həll olunub; ikincisi, iqtisadi sosial, ekoloji sahələrdə qender məsələsi ilə bağlı 

ümumiləşdirilmiş  məlumatlar yoxdur; üçüncü, belə  məlumatların olmaması qender siyasətini də 

formalaşdırmağa imkan vermir; belə siyasət hər hansı bir müddət  ərzində konkret məsələlərin həllinə 

yönəltmək olardı; dördüncü, mütəxəssislər sırasında (iqtisadçılar, ekoloqlar, sosioloq və politoloqlar və 

s.) qender problemlərini yaxından təhlil edən yoxdur. Problemin belə qoyuluşu  ənənəvi patriarxal 

ukladdan irəli gəlməsi ilə bağlıdır. Bu uklada görə, strateji qərarların qəbul olunması – yalnız kişilərin işi 

ola bilər. Vəziyyətdən çıxış yolunu biz feminizm prinsipinin qəbul olunması  və reallaşdırılmasında 

görürük. 

Gündəlikdə biz belə bir məsələ ilə üzləşirik: qərarların qəbul oulnması  işində qadınların iştirakı 

zərurəti ciddi şəkildə qəbul oulnmur. Əslində isə bu zərurəti aşağıdakı amillərlə əsaslandırmaq olar: 

feminizm prinsipi həyata, sevgiyə, insanların bir-birinin qayğısına qalmasına, bağlılığına, 



yalnız «sahibkar», «mülkiyyətçi» arzusuna əməl etməmək kimi məfhumlara əsaslanır; daha sonra, bu 

prinsip, iyerarxiya prinsiplərinə yox, hərtərəfli, yaradıcı dünyagörüşünə, bərabərliyin gözlənilməsinə 

əsaslanır; burada qarşılıqlı anlaşma, intuisiya, təəssüratlanma hökm sürür…  

qadınlar təbiəti kənar bir qüvvə kimi qəbul etmir; onlar həm özünü, həm onları əhatə edən 



aləmi təbiətin bir hissəsi olduğunu hesab edirlər.  

insani münasibətlər – qadınların fəaliyyət sahələrinin  ən önəmlisidir; onlar hamıdan yaxşı 



insanların qarşılıqlı münasibətlərinin yaradılması yollarını tanıyırlar.  

Analar heç vaxt uşaqlarına, onların həyatı üçün təhlükə yarada biləcək mühitdə, yaşamasını, 

zorakılıq qurbanının olmasını arzulamaz. Yeni təsəvvürlərin formalaşmasına yönəldilmiş dialoqu 

başlamaq, ictimai rollar bərabərliyi, feminizm prinsipləri  əsasında münasibətləri daha ahəngdar etmək 

işini sahmana salmaq üçün cəmiyyətdə yaranmış  vəziyyətə hamının diqqətini cəlb etmək lazımdır 

(siyasətçi-qadınlar, təhsildə isə kişi-müəllimlər daha çox olsaydı, yaxşı olardı). Cəmiyyətin belə inkişafı – 

ekoloji böhranın həllində yeganə çıxış yoludur.  

Ətraf mühitin vəziyyətinin pisləşməsi və yoxsulluq bir-biri ilə  sıx  əlaqəlidir. Yoxsulluq ucbatından 

ətraf mühitə  təzyiqlər artır: qlobal mənada  ətraf mühitin vəziyyətinin getdikcə pisləşməsi istehsal və 

istehlak nisbətindəki qeyri-sabitlik (xüsusilə inkişaf etmiş ölkələrdə) insanlar üçün çox ciddi və birbaşa 

təhlükəsini təşkil edir (bu daha çox adalarda və sərhədyanı ölkələrdə yaşayanlara aiddir). 

Ozon təbəqəsini parçalayan maddələri, o cümlədən xlorftorkarbogen, halogenlər və brommetilin 

(qeyd edilən maddələr plastmas və penoplastların hazırlanmasında istifadə edilir) istifadəsi atmosferə 

mənfi təsir göstərir, nəticədə çox zərərli ultrabənövşəyi  şüalar böyük həcmdə yerin səthinə özünü 

çatdırır. Nəticədə insanların səhhətində bir sıra mənfi hallar yaranır: dəri xərcəngi xəstəliyi halları artır, 

göz xəstəlikləri çoxalır, immun sistemi zəifləyir. Təbiətə  də, o cümlədən kənd təsərrüfatı bitkilərinə  və 

okeanın flora və faunasına zərər dəyir. 

Yoxsulluğun aradan qaldırılması məsələsi olduqca vacibdir, davamlı inkişaf bunsuz mümkün deyil: 

Yer kürəsində yaşayan adamların çoxunun tələbatlarını daha dolğun ödəmək və  həyat səviyyəsindəki 

fərqlərini azaltmaq üçün məhz yoxsulluqla mübarizə aparmaq lazımdır. Tufanlar, qasırğalar, digər təbii 

fəlakətlər, təbii ehtiyatların tükənməsi,  əhalinin kütləvi  şəkildə yerdəyişməsi və müharibə, silahlı  və 

digər münaqişələrlə bağlı  nəticələr, nüvə silahının tətbiqi və  sınaqları, bir dövlət tərəfindən digər 

dövlətin ərazisinin işğalı da ətraf mühitin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Təbii ehtiyatların 

tükənməsi insanları, xüsusilə qadınları, yüksək maaşlı  fəaliyyət sahələrindən sıxışdırıb çıxarır, eyni 




zamanda öyrənilməyən əməyin payının artmasına səbəb olur. Həm şəhər, həm kənd rayonlarında ətraf 

mühitin tənəzzül etməsi  əhalinin, xüsusilə bütün yaşlarda olan qadın və  qızların səhhətinə, həyat 

keyfiyyətinə və maddi rifahına mənfi təsir göstərir. Kənd yerlərində yaşayan, kənd təsərrüfatında çalışan 

qadınlar xüsusi olaraq diqqət və qayğıya möhtacdırlar: onların peşə-texniki hazırlığını keçmək, 

torpaqdan, təbii və istehsal ehtiyatlarından, sərmayələrdən, inkişaf proqramlarından istifadə etmək 

imkanları olmalıdır. İşdə və evdə qadınlar ekoloji cəhətdən risqlə üzləşir, bu da çox ağır nəticə verə bilər, 

çünki müxtəlif kimyəvi maddələrin zəhərləyici xassələri insanlara olduqca güclü təsir göstərir. Belə risq 

şəhər, bir də  həyat səviyyəsinin aşağı olan ərazilərdə daha böyükdür, çünki burada ətraf mühiti 

çirkləndirən sənaye müəssisələrin əksəriyyəti yerləşir. 

Təbii ehtiyatlardan səmərəli istifadə edən qadınlar, maddi cəhətdən həm ailə, həm də icma üzvləri 

üçün lazımi  şəraiti yaradırlar. Həm istehsalçı, həm də istehlakçı olaraq, öz ailəsinin qayğısına qalıb 

uşaqları tərbiyələndirərək, qadınlar davamlı inkişafa kömək işində mühüm rol oynayır. Bir sıra dövlətlər 

inkişafın yeni paradiqmasına tərəfdar olduqlarını bildirirlər; bu paradiqmada ekoloji sabitliyə nail olmaq, 

cinslərin sosial bərabərliyi və ədalətliliyini bir insan ömrü ərzində, bir də nəsillərarası müddətində təmin 

etmək kimi vəzifələr nəzərdə tutulur.  

Qadınlar, təbii ehtiyatların idarəedilməsi sahəsində siyasətin formalaşmasına təsir edə biləcək peşə 

hazırlığına çox az hallarda nail olurlar. Söhbət torpağın istifadəsinin planlaşdırılması, kənd təsərrüfatı 

mütəxəssisləri, meşəçilər, dəniz sahəsinin öyrənilməsi üzrə mütəxəssislər və  ətraf mühitin qorunması 

üzrə məsələlərlə məşğul olanlandan gedir. Hətta qadınlar sırasında təbii ehtiyatların idarə olunması üzrə 

mütəxəssislər olsa belə, rəsmi idarələrdə, milli, beynəlxalq və regional səviyyələrdə siyasətə təsir etmək 

imkanları onlarda çox balacadır.  Ətraf mühitin keyfiyyətinə ciddi təsir göstərə biləcək qərarları  qəbul 

edən maliyyə və kooperativ qurumlarda qadınlar çox az təmsil olunur (bərabərhüquqlu əsaslara). Daha 

sonra ekoloji problemlər üzrə qeyri-hökumət qadın təşkilatları  və milli orqanlarının fəaliyyəti çox zəif 

uzlaşdırılır, baxmayaraq ki, son zamanlar təşkilatların sayı artır, onların fəaliyyəti getdikcə daha çox gözə 

çarpır.  

Qadınlar, ekoloji etikanın təbliğatında, təbii ehtiyatların istifadə olunmasının məhdudlaşdırılması, 

onların təkrar istifadəsi və tullantıların miqdarının azaldılması işinin təbliğ olunmasında liderlik elə bilər, 

ya da ki, aparıcı rolu oynaya bilərlər. Daha sonra, qadınlar təbiətin istifadə olunmasının idarə edilməsinə 

öz töhfəsini (o cümlədən ətraf mühitin mühafizəsi işinin möhkəmləndirilməsi zərurəti çox olan yerlərdə, 

regionlarda),  əhali, xüsusilə  gənclər arasında xüsusi təblilağat kompaniyaları aparmaqla verə bilərlər. 

Qadınlar, ələlxüsus köklü, yerli xalqların nümayəndələri, qeyri-sabit ekosistemlərin idarəetmə prinsipləri 

və ekoloji əlaqələr və asılılıqlar haqqında xüsusi biliklərə malikdirlər. Bir çox icmalarda qadınlar əsas işçi 

qüvvə kimi çıxış edir, yaşamaq üçün vasitələri, o cümlədən dəniz məhsullarını əldə edirlər, deməli, onlar 

öz ailəsinin  ərzaq və qida ilə  təmin olunmasında başlıca rol oynayır, onun gəlirini artırır, qeyri-

mütəşəkkil əmək sektorunu inkişaf etdirir, ətraf mühitini qoruyub saxlayırlar. Bəzi regionlarda qadınlar 

adətən icmanın ən davamlı, etibarlı üzvüdürlər, çünki kişilər, elə olur ki, evindən çox uzaqlarda işləyib 

çalışırlar, qadınların üzərinə  də – ətraf mühitin qorunması, ev təsərrüfatı  və icmanın həddlərində 

ehtiyatların rasional və sabit bölüşməsinin təmin olunması vəzifələri düşür. 

Təbiətdən istifadə olunmasının rasional idarə edilməsi işində strateji əhəmiyyətli tədbirləri həyata 

keçirmək üçün bütöv, bir çox sahə  və  fənnləri birləşdirən yanaşma lazımdır. Son zamanlarda inkişaf 

məsələləri üzrə BMT tərəfindən keçirilən qlobal konfranslarda belə bir fikir irəli sürülür ki, davamlı 

inkişaf sahəsində aparılan siyasətdə kişilərlə  bərabər qadınlar iştirak etməsələr, bu işdə müvəffəqiyyət 

qazanıla bilməz. Konfrans iştirakçıları, ekoloji maarifləndirmə sahəsində biliklərin toplanılması 

(qərarların qəbul olunması və idarəedilməsi səviyyəsində) işlərində qadınların iştirakını arzuladılar. «XXI 

əsrin gündəliyi»ndə  təbiətin rasional istifadə olunmasında qadınların təcrübəsi və xidmətləri haqqında 

geniş söhbət açılır. Davamlı inkişaf, nə  qədər ki, qadınlar təbiətin istifadə olunması  işlərinin 

idarəolunmasında yaxından iştirak etməyəcək, boş bir xülya olaraq qalacaq.  

Təbii ehtiyatların rasional idarəolunması davamlı inkişafın zəruri  şərtidir. Bu cür idarəetmənin 

qarşısını gəliri əldə etmək siyasəti tutur, çünki sonuncu ekoloji problemlərin həllinə yönəldilmiş strateji 

məqsədlərə  və  əməllərə üstün gəlir. Pulun ağalığı, geniş kütlələrin ehtiyaclarına biganəlik, yenilikçiliyə 

laqeydlik, korrupsiya, dar düşüncə geniş yayılıb, qadınların, etnik və irqi azlıqların, köçkün və 

qaçqınların səsini eşidən yoxdur. Axı rasional idarəetmə davamlı inkişaf üçün həlledicidir. Getdikcə daha 

çox hallarda təsdiq olunur ki, hüquqlarda və ehtiyatlardan istifadə olunmasında qender bərabərliyi əldə 



edilərsə, daha yaxşı idarə olunmasına və korrupsiyanın azalmasına nail olmaq mümkündür. Məs., 

Ümumdünya Bankı 43 ölkədə ictimai rəy sorğusunu keçirərkən, müəyyən etdi ki, qadınlar kişilərə 

nisbətən korrupsiyaya qarşı daha barışmaz mövqedədirlər. Tədqiqatlar davam etdirilməlidir, lakin artıq 

əldə edilmiş  məlumat göstərir ki, qender bərabərliyi cəmiyyəti daha effektli idarəolunması yolu ilə 

inkişaf etdirə bilər.  

1995-ci ildə Pekində keçirilən Dördüncü Ümumdünya qadınların vəziyyəti üzrə konfransında 12 ən 

vacib, beynəlxalq birlik, hökumətlər və  vətəndaş  cəmiyyəti tərəfindən xüsusi diqqəti və  fəaliyyəti tələb 

edən məsələlərdən biri – qadınların bütün səviyyələrdə  qəbul olunan qərarların qəbul olunması 

proseslərinə fəal şəkildə cəlb olunması, bir də davamlı inkişafın bütün strategiyalarında qender amilinin 

nəzərə alınması idi. Vəzifəli  şəxslərin cinsi üzrə bölgüsünün təhlili göstərir ki,

1

 Azərbaycanda qadınlar 



üçün siyasətdə özünə yol açmaq imkanı daha azdır. 

 

Cədvəl 1. Azərbaycanda ali vəzifəli şəxslərin cins üzrə bölünməsi  

 

Vəzifə növü 

Qadınlar Kişilər 

Prezident  



Baş nazir 



Nazirlər, dövlət komitələrin sədrləri və 



onların müavinləri 

7 75 


Dövlət kompaniyaların rəhbərləri - 11 

Məhkəmə orqanlarının rəhbərləri 3  2 

 

Belə bir vəziyyət bütün postsovet məkanı üçün səciyyəvidir. Azərbaycana öz inkişaf tarixinə 



(patriarxal quruluşdan qalma ənənələr) bir qədər yaxın olan ölkələrdə  vəziyyət təxminən eynidir. 

Görünür, burada müəyyən rolu davranış normalarının və stereotiplərin  ətalətə çevrilməsi, bir də 

qadınların sosial rolunu məhdudlaşdıran dini adət-ənənə və təsəvvürlərin yaşaması oynayır. Müsəlman 

ölkələrində qadınlardan kişilərin daha prioritetli (üstün) olması sosial modeli geniş yayılıb; qadınlar 

ikinci dərəcəli rollarda çıxış edir, həm ailə, həm də cəmiyyətdə qərarı adətən kişi qəbul edir. 

Müasir dövrdə qadınların hakimiyyətdə kifayət qədər təmsil olunmaması həm də onunla bağlıdır 

ki, siyasətçilər qender bərabərliyini vacib məsələ kimi qəbul etmirlər; bunu daha çox «dəbə» uyğun 

edirlər; düzdü, son zamanlar, Avropa İttifaqına inteqrasiya prosesi ilə  əlaqədar qadınlar korrupsiya və 

qrup mənafelərin təsirinə bir qədər az düşür; qadınlar ailəni dolandırmaq yükünü keçid dövrün 

iqtisadiyyatı şəraitində öz üzərinə götürürlər. Qadınlar siyasi risqə getmək fikrini ağlına belə gətirməzlər; 

güclü qender stereotipləri, ana vəzifəsi və siyasi fəaliyyət vəzifəsi arasındakı ziddiyyətlər, müasir siyasi 

fəaliyyətə xas olan aqressivlik və korrupsiya – bütün bu amillər qadınların siyasi həyatda fəal iştirakının 

qarşısını alır. Azərbaycan üzrə toplanılan məlumat onu sübut edir ki, qadınlar, istər dövlət, istərsə  də 

regional (yerli) səviyyədə, artıq keçid dövrdən sonrakı  mərhələdə formalaşmış siyasi elitaya müdaxilə 

edə bilməzdilər. Daha dir məlumat: ali vəzifəli şəxslər sırasında yalnız 7 nəfəri (9%) qadındır. 2004-cü ilin 

məlumatına görə  ətraf mühitin mühafizə  və  təbii sərvətlər Nazirliyinin 31  rəhbər işçisinin sırasında 

yalnız üç nəfəri – qadındır.  

Respublikamızda, qərarların qəbul olunmasında qadınların iştirakını stimullaşdırmaq üçün kişilər 

və qadınların siyasi həyatda iştirak etmək, idarəetmə orqanlarında vəzifə tutmaq üçün bərabər 

imkanlarını nəzərdə tutan qanunverici aktlar qəbul olunmalıdır.  

Bir sıra dövlətlər, davamlı inkişafa tərəf çıxaraq, öz milli ekoloji siyasət və proqramlarına qender 

məsələlərini salıblar. Məsələn, Kanada içməli su ehtiyatları, okean və meşələr, təbiətin zənginliyinin 

mühafizəsi, səhralaşmanın qarşısının alınması işinin sabit idarəolunmasında qender məsələlərinin nəzərə 

alınmasına tərəf çıxmışdır. Kolumbiyada, qadınların bərabərliyini təmin etmək üzrə Milli idarə,  ətraf 

mühitin qorunması üzrə Nazirliyi ilə birgə  işlər qurur ki, fəaliyyət proqramlarının planlaşdırılması  və 

yerinə yetirilməsi işində qender məsələləri nəzərə alınsın. Kotdivuarda ətraf mühitin qorunması üzrə 

milli proqram işlənib hazırlanıb; burada qadın və kişilərin sosial statusu ilə bağlı amillər nəzərə alınıb. 

Fəaliyyət Platformasının strateji məsələlərindən biri – qadınların, o cümlədən yerli xalqların 

nümayəndələrinin ekoloji məsələlər üzrə bütün səviyyələrdə – menecer, layihəçi, planlaşdırıcı və ekoloji 

                                                 

1

 Azərbaycan Respublikasında Pekindən sonrakı dövr. 1995-2001-ci iln nəticələri. – B., 2002, s.30 




layihələrin icraçıları kimi – qərarların qəbul edilməsində  iştirakının təmin edilməsidir. Məs., 

Portuqaliyada ətraf mühitin qorunması üzrə nazir vəzifəsinə qadın təyin edilib. Kanada hökuməti 1977-ci 

ildə Norveçdə keçirilən «Şimalın qadınları – Şimalın həyatı» konfransına, digər müxtəlif beynəlxalq 

müşavirələrinə yerli xalqların qadın nümayəndələrinin iştirakına (o cümlədən Pauktuutit İnduit qadınlar 

assosiasiyası nümayəndəliyi) maliyyə  və siyasi dəstək verdi. Konfransın məqsədi – qadınların sabit 

inkişafa gətirə biləcək fayda və  iştirakının genişləndirilməsidir. Tunisdə  ətraf mühit və regional inkişaf 

Nazirliyində qadınlar rəhbər kadrların  19%-ni və  işçi heyətinin 30%-ni təşkil edirlər. Kadr siyasətində 

dəyişikliklər ətraf mühitin qorunması sektorunda çalışan inzibati işçilərin sıralarında qadınların sayının 

69% qədər artmasına gətirib çıxardı. Çində  1997-ci ildə  ətraf mühitin qorunması sahəsində çalışanların 

38%-ni qadınlar təşkil edirdi. 

Hal-hazırda  ətraf mühitin qorunması  məsələləri üzrə  qərarların qəbul olunmasında qadınların 

iştirakını  təmin etmək zərurəti dərk olunduqca, onların, elmi, texniki, iqtisadi sahələrə, xüsusi olaraq, 

təhsilə  və infomrasiyaya qovuşması üçün müəyyən işlər görülür. İranda, bu istiqamətdə, təbii 

ehtiyatların qorunub saxlanılması işinə daha çox qadınları cəlb etmək məqsədilə xüsusi seminarlar təşkil 

edilir.  Ətraf mühitin qorunması Bürosunun nəzdində xüsusi planlaşdırma və  tədris  şöbəsi yaradılıb; 

şöbənin vəzifəsi – kənd qadınlarının təbiətin mühafizəsi işlərinə  cəlb edilməsidir.  Konqo,  Mali  və 

Moldova  ərazilərində, qadınların ekoloji özünüdərkin səviyyəsinin artırılması, kənd təsərrüfatının 

təşkilində istifadə edilən yeni texnologiyaların (nou-hau) öyrədilməsi məqsədilə xüsusi tədris 

proqramları  tərtib edilib. Almaniyada, ekologiya sahəsində çalışmaq istəyən qız uşaqlarına dəstək 

vermək məqsədilə «Qızlar ekoloji cəhətdən təmiz Avropa uğrunda» mövzulu layihə  işlənib 

hazırlanmışdır.  İordaniyada kəndçi qadınlara kənd təsərrüfatında gübrələr və pestisidlərin düzgün 

istifadə olunması, müasir suvarma metodlarının düzgün tətbiqi məsələlərini öyrədirlər. Çində  hər il «8 

mart yaşıllıq günüdür» kampaniyasında təxminən  100 mln qadın iştirak edir. Bu kampaniyanın  əsas 

məqsədi – meşələrin bərpası, qoruyucu meşə zolaqlarının yaradılması, su hövzələrinin qorunub 

saxlanılmasıdır. Yamaykada, Kanadanın beynəlxalq inkişafı üzrə Bürosunun köməyi əsnasında «Sabahın 

ağacları» adlı layihə  həyata keçirilir; bu layihənin məqsədi – meşələr və torpaq sahələrinin mühafizəsi 

proqramlarına qadınların cəlb edilməsidir. Hindistanda BMT-nin uşaq fondu yaşayış məskənlərini su ilə 

təchiz olunması layihəsinə yardım göstərir; bu layihəyə  əsasən, qadınları, nasos stansiyalarda əl 

nasoslarını  işlətməyə öyrədirlər. Qadınlar mütəmadi olaraq, nasosları  təmir edir və onlara qulluq edir; 

nasoslar il boyu su ilə bu əraziləri təmin edir.  

Bu həqiqəti dərk edən bəzi ölkə  rəhbərləri o cümlədən Azərbaycan  ətraf mühitin mühafizəsi 

siyasətinə iqtisadi fəaliyyəti də daxil edirlər. Məs., BMT-nin köməyi ilə Azərbaycan  ətraf mühitin 

mühafizəsi işini həyata keçirir. Hal-hazırda Azərbaycan davamlı inkişaf üzrə komissiyasının üzvüdür. 

Dünya Bankı  və digər maliyyə institutların köməyi ilə burada bir sıra müəssisələrin (balıq böyüdən 

zavodun, civə  tərkibli tullantıların təmizlənməsi üzrə poliqonun, torpağın nəftdən təmizlənməsi üzrə 

müəssisənin, ekoloji menecment üzrə  və s.) layihələri işlənib hazırlanıb və hazırlanır. Bundan əlavə, 

Dünya Bankının yardımı  əsasında  Ətraf Mühitin qorunub saxlanılması üzrə Milli plan işlənib 

hazırlanmışdır. Burada başlıca ekoloji problemlər, onların səbəbləri, təsiri və həlli yolları müəyyən edilir. 

İcra vaxtına uyğun olaraq, yaxın gələcəkdə iqtisadi inkişaf üçün onların vacibliyi müəyyən edilir. Bu 

planda, ölkənin vacib ekoloji məsələlər, onların səbəbləri, ölkənin ekoloji məqsədləri müəyyən edilir. 

Kanada höküməti, BMT-nin nəzdindəki qadınların mənafeyi uğrunda Fondunun yardımı  əsasında 

Malidə xüsusi bir layihə  həyata keçirilmişdir: Bamako şəhərində tullantıların emal edilməsi 

müəssisələrinin yaradılmasında qadınların iştirakını  təmin etmək üçün onların öyrədilməsi, texniki 

təchizatı və maliyyələşdirilməsi işi təşkil edilmişdir; hal-hazırda bu müəssisələr şəhərin 18 min əhalisinə 

xidmət göstərirlər. Tunisdə səhralanma ilə mübarizə üzrə eksperimental layihə işlənib hazırlanıb; burada 

kənd  ərazilərində yaşayan qadınların həyat  şəraiti yaxşılaşdırılır. Mali və Svazilend dövlətlərində  də 

səhraların artmasının qarşısının alınmasında qadınları  cəlb edirlər. Salvadorda qadınlar çalışan 

tingliklərdə 334000 qələmin yetişdirilməsi işində texniki yardım göstərilir. Ağaxan Fondunun vasitəsilə 

Kanada hökuməti Hindistanın qadın təşkilatlarına  şoran torpaqlarının bərpası  işinə yardım göstərdi. 

Qadınlar həm də xüsusi əmanət kassalarını yaradaraq, bu kassaların üzvlərinə xırda pul məbləğini borc 

verib, içməli su ilə  təchizi məsələlərini həll etməyə çalışıblar. Bəzi ölkələrdə  ətraf mühitin mühafizəsi 

məsələsində qender şüurunun formalaşması probleminin tədqiqi başlanıb; bu yolla, sabit inkişaf inkişaf 

və qender bərabərliyi arasında əlaqələrin daha dərin dərki təmin oluna bilər, ictimai rəy formalaşır. Belə 



tədqiqatlara mümkün qədər, qadınları da cəlb edirlər. Namibiyada ətraf mühit və turizm Nazirliyi 

qadınları, onların yaşadığı  ərazilərdə inkişafın ekoloji nəticələrinin tədqiqi proqramına cəlb etməyə 

başladılar. Tunisdə keçirilən tədqiqatlar təbii ehtiyatların idarə olunması  və  səhralaşma prosesi ilə 

mübarizədə qadınların roluna həsr olunub. 1997-ci ildə Almaniya hökuməti «Təbiətin mühafizəsi 

sektorunda kim kimdir?» adlı  məlumat kitabının dərcini maliyyələşdirib.  İslandiyada, gələcəkdə 

hidroelektrik stansiyalar və alüminum zavodlarının tikilməsi qadınları iqtisadi cəhətdən təmin edib-

etməməsi məsələsi üzrə qender təhlili aparılıb. Bununla əlaqədar təşkil olunmuş müzakirələrdə qadınlar 

layihənin ekoloji tərəfinə aid kəskin şəkildə öz mülahizələrini bildiriblər. 

Kasıbçılıq və  ətraf mühitin şəraitinin pisləşməsi arasındakı  əlaqə çoxdan məlumdur. Dilənçiliyin 

kökünün kəsilməsi, davamlı inkişafının zəruri  şərtinin olması artıq təsdiq olunub. Dünya əhalisinin  ən 

kasıb kütləsinin, o cümlədən onun çox payını  təşkil edən qadınların (xüsusilə  kənd qadınlarının,  ətraf 

mühitin mühafizəsi üzrə istənilən strategiyanın ayrılmaz tərkib hissəsi oluduğunu qəbul edərək, onların 

hüquq və imkanlarının genişlənməsini təmin etmək lazımdır.  

 

ƏDƏBİYYAT 

 

Azərbaycan Respublikasında Pekindən sonrakı dövr 1995-2001. – B., 2002 

Доклад четвертой Всемирной конференции по положению женщин. ООН – Пекин, 4-15 сентября, 1995 

Женщина  и  гендерная  проблема  в  странах  с  переходной  экономикой:  взгляд  ЮНИСЕФ,  май  1995г. 

Региональное управление Центральной и Восточной Европы, Содружества Независимых Государств и стран 

Балтики 

Женщины региона ЦВЕ/ННГ в контексте устойчивого развития (Путь от Йохансбурга – 2002 к Киеву 

– 2003). Отчет по проекту. – Киев, 2003 

Кофи  А.Аннан.  Общая  судьба – новая  решимость.  Годовой  доклад  о  работе  Организации 

Обжединенных Наций 

Национальный план действий по охране окружающей среды Азербайджанской Республики. – Б., 1998 

Chose a Future Issues and Options For Adolescent Girls. The Center for Development and Population 

Activities 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Davamlı inkişaf nədir? 



2. Qadın və kişilər davamlı inkişafına necə köməklik göstərə bilərlər?  

3. Ekoloji 

siyasətdə qender məsələləri necə nəzərə alına bilər? 

4. 


Ətraf mühitin qorunması sahəsində qender şüurluluğu nədə ifadə oluna bilər?  

 

İş üsulları:  diskussiyanın keçirilməsi, kiçik qruplara bölünməsi, real problemlərin müzakirəsi: 

«Ekoloji problemlərin həllində qadın rəhbərliyi». 

 

TƏHLİL ÜÇÜN BİR NÜMUNƏ «EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ QADIN 



RƏHBƏRLİYİ» 

Vəzifə: seminarın sonunda təhlil iştirakçıları ekoloji layihələrin rəhbərliyində qadın payı  və qadın 

imkanlarını müəyyən etməyi, nəzərdən keçirməyi bacarmalıdırlar.  

 

Materiallar: «Ekoloji probelmlərin həllində qadın rəhbərliyi». 

 

Görülməli işlər: 

Seminarın məqsədini izah etmək: qadın rəhbərliyini ekoloji problemlərin həlli məsələsində 



imtahandan keçirmək.  

Dünyanın bir çox ölkələrində ətraf mühitin qorunub saxlanılmasında qadınların liderliyi bir fakt 



kimi qəbul olunub. Bu faktı seminar iştirakçılarına çatdırmaq. 

Seminar iştirakçılarının «həmin qadın-liderlər kimi düşünməyə bacarsalar, onda ekoloji 



problemlərlə məşğul ola bilərlər» məsələyə münasibətinin öyrənilməsi. 

Əhvalatın tədqiqi . 



 

Diskussiyanın istiqamətləri 


1. Məsələnin tarixinin təhlilində aşağıdakı məqamlara diqqət yetirilməlidir:  

burada nə baş verib? 



qadınlar nə etdilər? 

cəmiyyətdə vəziyyətin dəyişilməsinə necə nail oldular?  



qadınlar hansı məsələlərin öhdəsindən gəldilər? 

niyə işlərin uğurlu olmasını düşünürsünüz? 



bizim ölkəmizdəki qadın-liderlərlə onların oxşarlığı varmı?  

hər bir iştirakçı özünü 50-dən yuxarı yaşda olan bir lider kimi təsvir edərək, ekoloji problemlərin 



həlli üzərində düşünsün. Onun əhvalatı necə ola bilər?  

Seminar iştirakçıları iki nəfərdən ibarət qruplara bölünüb məsələni müzakirə etməlidirdər.  

 

Təklif: Seminarı yekunlaşdırarkən, ekoloji problemlərin həllində semi-nar iştirakçılarının 

düşündüyü nədir? – sualı ilə onlara müraciət etmək.  

 

Ekoloji problemlərin həllində qadın rəhbərliyi 

Cənubi Hindistanda kəndli qadınlar ildən-ilə torpaqların tənəzzülə  uğrmasını, başqa sözlə, onların 

pisləşməsi prosesini müşahidə edirdilər. Hökumət, sakinləri pulsuz su, hibrid (seçmə) tumları, məhsulun 

yığılmasında müasir bazar yönümünü təmin etmək üçün pul vəsaitləri ilə təchiz edirdi. Lakin quraqlıq keçirən 

regionlarda, torpağın becərilməsində qadın əməyinə qiymət verilmirdi.  

Həmin ərazidə yaşayan kənd əhalisi torpaqların becərilməsində, ailəsini dolandırmaqda əziyyət çəkirdilər. 

Torpağın məhsuldarlığı  aşağı düşdükcə, burada eroziya (torpağın dağıdılması)  əmələ  gəlir, drenac (şor 

torpaqlardan artıq suyun çıxarılması) sistemi sıradan çıxır, işsizlik artırdı. Burada regional qadın təşkilatları 

görüşdə  məsələlərin müzakirəsi zamanı belə bir qənaətə  gəldilər ki, pisləşən torpaqları kollektiv icarəyə 

götürüb, onları  ənənəvi becərmə üsulları ilə yararlı  vəziyyətə salsınlar. Heç bir bank bunlara pulu borc 

vermədi. Buna baxmayaraq, yerli təşkilatlar bu təşəbbüsü bəyəndilər və maliyyə  vəsatini ayırdılar. Qadınlar 

böyük çalışqanlığı nümayiş etdirdilər, torpaqları  dədə-baba üsulları ilə becərdilər. Nəticədə 700 akrdan artıq 

bir ərazi yenə də səmərəli şəkildə istifadə olunmağa başlandı.  

Hər il belə torpaqların sahəsi artırdı. Təşəbbüskarlıq, maddi yardım, üstəgəl ictimai təşkilatların onlara 



tərəf çıxması nəticəsində qadınlar bu torpaqlara yeni həyat bəxş etdilər.  

 

Yüklə 95,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə