Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
  1   2   3   4   5   6   7   8   9   ...   21



Azərbaycan Milli Elmlər Akademiyası 
M.Füzuli adına Əlyazmalar İnstitutu
HAFİZ RÜSTƏM
şərqşünas-əlyazmaşünas 
əkrəm Bağırov
Bakı – “Kövsər” – 2013


AMEA-nın  M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  aparıcı  elmi 
işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov dövrünün istedadlı 
və  tanınmış  şairi  Rəhməti  Təbrizinin  (XVI-XVII  əsrlər)  ilk  əsaslı 
tədqiqatçısı olmaqla yanaşı, həm də Şərq ədəbi təzkirələri üzrə nüfuzlu 
mütəxəssis, mənbəşünas və tərcüməçi kimi tanınır. 
Oxuculara təqdim olunan bu kitab onun anadan olmasının 60 illiyi 
və elmi-ədəbi-bədii fəaliyyətinin 35 illiyinə həsr olunub.
Elmi redaktoru:     Möhsün NAĞISOYLU
                             
Filologiya üzrə elmlər doktoru, professor
azərbaycan milli Elmlər akademiyası m.Füzuli adına 
əlyazmalar İnstitutu Elmi şurasının 
23 yanvar 2013-cü il tarixli
1№-li iclasının qərarı ilə nəşr edilir.
HAFİZ RÜSTƏM
 Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov.
Bakı, “Kövsər” nəşriyyatı, 2013, 101 səh.
© HAFİZ RÜSTƏM, 2013. 
© ƏKRƏM BAğIROV, 2013.
ISBN: 978-9952-81-42-7-3


3
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Bağırov  Əkrəm  Daxil  oğlu  1952-ci  ilin  7  sentyabrında 
Bakı şəhərində anadan olub. 1958-ci ildə 99 saylı orta mək-
təbə qəbul olunmuş və 1969-cu ildə həmin məktəbi əla qiy-
mətlərlə bitirmişdir.
1970-ci  ildə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Uni-
versitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fa-
kültəsinə daxil olub. 1976-cı ildə həmin universiteti fərqlənmə 
diplomu ilə bitirib. 1976-cı ilin iyul ayından məcburi hərbi 
xidmətə  çağırılıb  və  1977-ci  ilin  fevral  ayında  Əfqanısta-
na ezam olunub. 1979-cu ildə oradan qayıdıb. 1979-cu ilin 
avqust ayında Azərbaycan Elmlər Akademiyası Əlyazmalar 
Fondunda (1986-cı ildən Əlyazmalar İnstitutu) baş laborant 
vəzifəsində  işə  başlayıb.  1980-1984-cü  illərdə  Azərbaycan 
Elmlər Akademiyası  Şərqşünaslıq  İnstitutunun  aspirantura-
sında  (qiyabi)  oxuyub.  Aspiranturanı  bitirərək  1985-ci  ilin 


4
Hafiz Rüstəm
oktyabr  ayında  “Rəhməti  Təbrizi  və  onun  Divanının  filolo-
ji tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə 
edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Ümumiyyətlə,  iki  dəfə  Əfqanıstanda  (1973-1974,  1977-
1979)  və  iki  dəfə  İran  İslam  Respublikasında  (1995-1996, 
1998-2002)rus-fars dilləri üzrə tərcüməçi işləyib.
Şərqşünas, Orta əsr Şərq əlyazmaları üzrə mütəxəssisdir, 
tərcüməçidir. 
Hal-hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İns-
titutunun “Tərcümə və informasiya” şöbəsinin aparıcı  elmi 
işçisi, türk və farsdilli orta əsr Azərbaycan poeziyası, o cüm-
lədən  Şərq  ədəbi  təzkirələrinin  tədqiqatçısıdır.  Bir  çox  yazı 
abidələri  onun  iştirakı  və  müəllifliyi  ilə  tərcümə  və  tərtib 
olunmuş, nəşrə hazırlanmış, işıq üzü görmüşdür. Ziyaəddin 
Nəxşəbinin məşhur Şərq ədəbi nəsr abidəsi “Tutinamə”, Mir 
Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”, Məhəmmədağa Mü-
ctəhidzadənin  “Riyazül-aşiqin”,  Mirzə  Yusif  Qarabağinin 
“Məcmueyi-Vaqif  və  müasirini-digər”,  Sadiq  bəy  Əfşarın 
“Məcməül-xəvas”, müəllifi hələ də məlum olmayan”Anonim 
Osmanlı təzkirəsi” adlanan  təzkirələri, M.S.Ordubadinin So-
vet dövründə nəşrinə icazə verilməyən, XX əsrin əvvəllərin-
də baş vermiş erməni-müsəlman müharibələrinə həsr olun-
muş “Qanlı illər” əsəri, məşhur Azərbaycan messenatı Hacı 
Zeynalabdin Tağıyevin həyatı və bioqrafiyası haqqında olan 
qiymətli materialları əhatə edən eyni adlı dəyərli kitabı bu 
qəbildəndir.
Bütün bunlardan əlavə rus dilində nəşr etdirdiyi bir mo-
noqrafiya və 70-dən çox elmi-kütləvi məqalənın müəllifidir.


5
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
ŞAİR TƏBİƏTlİ ƏlyAZMAŞÜnAS AlİM
İstedadlı  tərcüməçi,  tanınmış  şərqşünas-əlyazmaşünas 
alim Əkrəm Bağırovla tanışlığımız 1973-cü ildə qürbət eldə 
–  Əfqanıstanda  baş  tutmuşdur.  Həmin  vaxt,  daha  doğrusu, 
1972-1975-ci  illərdə  Əfqanıstanda  (ikinci  dəfə)  tərcüməçi 
işləmişəm. Yaşca məndən bir neçə bahar kiçik olan və hələ 
indiki Bakı Dövlət Universitetinin IV kursunda oxuyan Əkrəm 
isə həmin vaxt Əfqanıstanın şimalında yerləşən Məzari-Şərif 
şəhərindəki Neft Departamentinə tərcüməçi sifətilə işləməyə 
ezam olunmuşdu. Əkrəm Bağırovla bərabər onun tələbə yol-
daşları Rasim Əliyev və Zəbulla Məmmədov da Əfqanıstana 
işləməyə göndərilmişdilər. Əkrəmi diribaşlığına, çevikliyinə, 
həm də rus dilini daha yaxşı bilməsinə görə Departamentin 
Baş  idarəsi  yerləşən  Məzari-Şərif  şəhərində  saxlamışdılar, 
Rasimlə Zəbulla isə mənim də çalışdığım sözügedən Depar-
tamentin  bazasının  və  işçi  qruplarının  yerləşdiyi  Şibirqan 
şəhərinə gəlmişdilər. Əkrəm elə o vaxtdan, birinci növbədə 
olduqca çevikliyi və zirəkliyi, bir qədər də çılğınlığı və emosi-
onallığı ilə yadımda qalıb...
Sonralar tale elə gətirdi ki, Əkrəmlə eyni elmi müəssisədə 
- Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar 
Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnsti-
tutunda) çiyin-çiyinə işlədik. Dövranın gərdişilə müxtəlif il-
lərdə mənim Əfqanıstanda (1982-1986), Əkrəmin isə İran İs-
lam Respublikasında (1995-1996 və 1998-2002) işləməyimiz 
bizi müəyyən müddətə ayrı salsa da, eyni sahə üzrə mütəxəs-
sis, həmkar olmağımız əlaqələrimizi, dostluğumuzu davamlı 
etdi. Təbii ki, bu münasibətlər indi də davam edir...
Filologiya üzrə fəlsəfə doktoru, xalqımızın mənəvi sərvət 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə