Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

34
Hafiz Rüstəm
yasi tədbir olan EKO görüşləri Bakıda – “Gülüstan” sara-
yında  keçirilirdi.  Mən  də  oraya  tərcüməçi  kimi  dəvət  olun-
muşdum. Region ölkələrin siyasi liderləri öz tərcüməçiləri ilə 
gəlmişdi və çoxlarının məruzələri bu tərcüməçilər tərəfindən 
əvvəlcədən yazılı şəkildə hazırlanmışdı. Tərcüməçiyə məruzə-
çinin ardınca hazır mətni yalnız oxumaq  qalırdı. Tərcümələr 
xüsusi kabinalarda eyni vaxtda bir neçə dildə aparılırdı; kimi 
ingiliscədən ruscaya, kimi ruscadan azəricəyə, kimi isə azə-
ri dilindən farscaya və ya türk dilinə tərcümə edirdi. Görüş 
qurtarar-qurtarmaz, məndən Heydər Əliyev Fonduna gedib 
orada yüksək qonaqları gözləməyimi və onların orada oldu-
ğu müddətdə ölkə prezidentimizin yanında olmağımı xahiş et-
dilər. Fondda şifahi söhbətlərin ingilis dilində aparılacağına 
baxmayaraq, orada iştirak edəcək Əfqanıstan və İran prezi-
dentlərinin  hər  ehtimala  qarşı  farsca  da  danışa  biləcəkləri 
və ya sual verəcəkləri nəzərə alınmışdı. Məni xüsusi maşınla 
oraya arardılar. Bir neçə dəqiqədən sonra böyük bir jurna-
listlər və mühafizə dəstəsinin müşayiəti ilə xarici ölkə başçı-
ları  və Azərbaycan  prezidenti  İlhamƏliyev  cənabları  oraya 
gəldilər. Hamısı çox şən və gümrah görünürdü. Onları yuxarı 
mərtəbəyə qalxmaq üçün liftə dəvət etdilər. Yeddi nəfərlik bir 
qrupla mən də liftə minməli oldum. Ölkəmizin rəhbərindən 
əlavə o liftdə Türkiyə Respublikasının baş naziri Rəcəb Təy-
yub Ərdoğan, İİR-nin prezidenti Əhmədi Nejad, Əfqanıstan 
prezidenti Əhməd Kərzay, Pakistanın baş naziri və iki Orta 
Asiya respublikasının rəhbərləri də var idi. Öz aralarında çox 
səmimi münasibət nümayiş etdirən bu şəxslər ingiliscə kiçik 
frazalarla  danışır,  mənə  tərəf  baxmırdılar.  Mən  isə  onlara 
tərəf baxır və farsca səslənəcək hər hansı bir sözü eşitmək 
və tərcümə etməklə tərcüməçi kimi vəzifəmi yerinə yetirmək 
istəyirdim. Lakin bu yüksək şəxslərin incə zarafatları da  ha-


35
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
mısının başa düşdüyü ingilis dilində idi. Liftlə qalxdığımız o 
bir neçə saniyə mənim üçün həmən zirvə görüşünün ən zirvəsi 
idi – mən yeddi ölkə başçısı ilə bir liftdə yuxarı qalxırdım. Bu, 
hər tərcüməçiyə nəsib olmayan nadir bir hal idi. Mən o halı 
yaşadım və heç vaxt yaddan çıxarmayacağam”. 
Ə.Bağırovun sinxron tərcüməçiliyinin bu zirvə halların-
dan fərqli olan, elmi-ədəbi fəaliyyətində tərcümə yaradıcılığı 
xüsusi yer tutur.
“Məşhur    dilçilərdən  Reformatskiyə  görə,  tərcümə  işi 
eyni vaxtda dilçiliyin, dil haqqında təlimlərin ayrı-ayrı, fərqli 
yönlərindən  bəhrələndiyi  üçün  onun  özü  haqqında  məxsusi 
elmi sistem hazırlanması mümkün deyil.
Müəyyən  nəzəriyyələrdən,  bəlli  qaydalardan,  fərqli  me-
todlardan,  çeşidli  üsullardan  illər  boyu  danışılıb-yazıldığı 
halda,  Reformatskinin  dediyi  kimi,  yenə  də  tərcümə  işinin 
rəsmən elm adlandırılmaması bəlkə də hansısa ali iradənin 
təzahürü,ilahi bir ədalətin təntənəsidir.
Çünki hər nə qədər elmi metodlar hazırlanıb, nəzəri mo-
dellər  –  denotativ,  transformativ,  semantik  –  müəy yənləş-
dirilsə də, çevirmə prosesinə kimsə morfoloji, sintaktik, sti-
listik,  semantik  əməliyyatlar  üzrə,  bir  başqası  isə,  formal 
əlamətlərə görə, yəni yerdəyişmə, əlavəetmə, əvəzləmə kimi 
təsnifat versə də, adekvatlıq, ekvivalentlik zərurəti şüara çev-
rilsə də, iş prosesində – «meydana girəndə» bunlar hamısı 
«aradan çıxır».
Fitri imkanlar, məqsədyönlü zəhmət, lüğətlər, bir də təc-
rübəyə bağlı peşəkarlıq qalır tərcüməçiyə! Tərcümə-fitri ilə 
təcrübinin  övladıdır,  bu  ikisi  -  arada  qartımış  nəzəriyyələr 
olmadan da - birləşə bilər. Ancaq fitri keyfiyyətlər öz ilkinliyi 
ilə bu işin əsası, mayası olduğundan, tərcüməyə onlarsız gi-
rişməyin sonu sonsuzluq, qısırlıq olar. Fitri imkanlarsız, kə-


36
Hafiz Rüstəm
ko-pəltək dillə, yalın-yumşaq əllə tərcüməçilik həvəsi, məhsul 
dalınca birbaşa təcrübə sahəsinə cummaq meyli - eynilə «hər 
dərədə bir at öldürməklə baytar olmaq» sevdası kimi - qa-
ravəlli bir niyyətdən xəbər verir (Seyfəddin Hüseynli “Rüs-
vayçı tərcümələr haqqında”).
Yuxarıdakı sitatdan göründüyü kimi nə qədər analiz olun-
sa da, ədəbi-bədii tərcümə fitri ilə təcrübinin sintezidir.
 Ə.Bağırov R.Təbrizidən başladığı və uğurla yerinə ye-
tirdiyi filoloji tərcümələrini, yəni sətri tərcümə işlərini digər 
ədəbiyyat  qaynaqlarında  –  təzkirələrdə  də  davam  etdirmiş-
dir. Məsələn, yuxarıda bəhs etdiyim təzkirələrdə əsərlərindən 
nümunələr verilmiş müəlliflərin şəxsi həyat və fəaliyyətləri 
haqqında  farsca  məlumatları,  yaxud  bəzən  də  fars  dilindən 
poetik nümunələri, izahları və s. doğma dilimizə tərcümə et-
mişdir.  Bu  tip  əsərlərdə  Ə.Bağırov  bədii  tərcüməçidən  çox 
əsasən filoloji tərcüməçi kimi özünü ifadə etmişdir. O, əla-
hiddə  olaraq  bir  bədii  (Ziyaəddin  Nəxşəbi  “Tutinamə”. 
B.:”Azərbaycan”  nəşriyyatı,  1991),  bir  publisistik  əsərin 
(Adilxan Ziyadxanov “Qələmin uçuşu” – “Azərbaycan”. 
B.”Azərbaycan” nəşriyyatı, 1993) şəriksiz tərcüməçisidir. 
Xatırladım ki, Ə.Bağırov yazılı Şərq abidəsi olan Z.Nəxşə-
binin “Tutinamə”sinin orta əsrlər üçün səciyyəvi - həm səc-
lə - qafiyəli nəsrlə yazılan əsas mətninin, həm də qitələr və 
beytlərdən ibarət nəzm parçalarının bədii tərcümələrini  hər 
halda normal bir səviyyədə yerinə yetirmişdir. O, hətta imkan 
düşdükcə səc formasını doğma dilimizdə də saxlamağa ça-
lışmışdır. Hindistanda yazıldığından bu kitaba istər-istəməz, 
yerli dillərdə işlənən söz və ifadələr də daxil edilmişdir. Xoş-
bəxtlikdən bu əsərin əlyazmasını köçürən katib həmin xarici 
söz və ifadələrin mənasını da sətirüstü qeydlərində vermiş və 
Ə.Bağırovu əlavə axtarış əziyyətlərindən sığortalamışdır. Bu 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə