Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

43
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
двух томах. Москва: Изд. «Советская энциклопедия, 
1970) istifadə edirdilər.
P.S. Hələ tələbəlik illərindən ilk baxışdan diqqəti cəlb 
edən hündür, xolerik, tenor səsə, eyni zamanda digər tem-
peramentə - cəld, çevik, yəni sanqvinik hərəkətlərə ma-
lik Əkrəm gündəlik dərslərə vaxtlı-vaxtında davamiyyəti, 
əsasən yüksək hazırlığı, xüsusən fars dilini hamımızdan 
yaxşı əxz etməsi, elmi fəaliyyətə meyilliyi ilə fərqlənərdi. 
Seminarlarda demək olar ki, bütün müəllimlərin sevim-
li,  əlaçı  tələbəsi  kimi  tez-tez  auditoriya  qarşısına  çıxıb 
öyrəndiyi  mövzuları  emosional  şəkildə,  tələsə-tələsə,  az 
qala birnəfəsə, əzbərdən danışmağı xoşlardı. İşdir, şayəd 
qəflətən  çaşanda,  nəsə  yadından  çıxardığı  fikri,  ifadəni, 
frazanı özünəməxsus mimika və jestlərlə - bir-birini xa-
otik əvəz edən gah sağ, gah sol əlinin barmaqları ilə tez-
tez döyəclədiyi geniş alnından sanki qoparıb çıxarmağa, 
yaxud alnına tökülən gur, xurmayi saçlarından sanki ya-
pışıb qoparmağa, beləliklə, qırılan nitqini, yarıda qalan 
fikrini bu yolla təzədən bərpa etməyə çalışardı. Bu zaman 
onun təbii təlaş və həyəcanları bizdə istər-istəməz, saf tə-
bəssüm doğurar, yaxud ürəkdən qopan, divarlarda geniş 
əks-sədasını tapan şaqraq gülüşlərə, qəhqəhələrə çevrilər-
di. Ona suflyorluq etmək istəyənlərimiz də olardı. Ancaq 
o, optik eynək altından çarəsiz baxdığı nə dərs otağının 
hündür tavanından, nə də öz yerlərində oturan tələbə yol-
daşlarından nəsə kömək ummaz, yalnız öz potensialına, 
öz intellekt və hissiyyatına güvənərdi. 
Əkrəm  sürətlə  keçən  bu  uzun  illər  ərzində  zahirən 
qismən dəyişsə də, daxilən eyni gənclik temperamentində, 
nikbin əhval-ruhiyyədə görünür. Eyni sadəlik, təbiilik və 


44
Hafiz Rüstəm
səmimiyyət  bu  sabiq  beynəlmiləlçi“afqanetsi”-  Əfqanıs-
tan müharibəsinin veteranını qətiyyən tərk etməyib. Dai-
ma oxumaqdan, yazmaqdan, lazımi qeydlər aparmaqdan, 
ümumiyyətlə, gərgin zehni fəaliyyətdən barmaqları qabar 
bağlamış, beyni mazol olmuş Ə.Bağırov öz sevimli işinin, 
peşə  məşğuliyyətinin  “qara  fəhlə”sidir.  Bu  “qara  fəhlə” 
qədim əlyazmaların üzünü ağardır, qədim və orta əsrlə-
rin  ədəbi  proseslərini  yenidən  canlandırır,  onlara  yeni  , 
müasir, oxunaqlı bir nəfəs bəxş edir, zövq aşılayır. Beləcə 
köhnə və yeni nəsillər arasında ədəbi varislik ənənələrini 
bərpa edən, fars və rus dillərindən ana dilimizə, yaxud ək-
sinə tərcümədə heç bir problemi olmayan, dissertasiyasını 
rus dilində yazıb müdafiə edən, mətnşünas, mənbəşünas 
və  yaxud  məxəzşünas  titullarına  yiyələnən,  farsca-rusca 
sinxron tərcümələrin öhdəsindən asanlıqla gələn, yeni-ye-
ni elmi axtarışlar sevdasında olan, 60 yaşı təzəcə tamam 
olmuş əzizimiz Ə.Bağırova möhkəm cansağlığı, şəxsi xoş-
bəxtlik və bir də onu indən belə, gələcəkdə daxilən də, za-
hirən də qocalmağa qoymayacaq, həmişə şux saxlayacaq, 
gəncləşdirəcək    yeni-yeni    yaradıcılıq  uğurları  arzulayı-
ram.


45
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Kitab - töhfələr


46
Hafiz Rüstəm


47
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Hicran nəğməsi
M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  aparıcı  elmi 
işçisi,  filologiya  üzrə  fəlsəfə  doktoru  Əkrəm  Bağırov  təkcə 
ölkəmizin hüdudları daxilində deyil, o cümlədən MDB mə-
kanında, İran, Əfqanıstan və Türkiyədə də Orta əsrlər Şərq 
ədəbiyyatı üzrə nüfuzlu bir mütəxəssis kimi tanınır. Gözucu 
nəzər yetirdiyimiz son iki ildə keçirilən beynəlxalq elmi top-
lantılarda - Azərbaycanın görkəmli şərqşünas alimi, Əməkdar 
elm xadimi, professor Mübariz Əlizadənin 100 illik yubile-
yinə  həsr  olunmuş  “Şərq  filologiyasının  aktual  problemlə-
ri”  mövzusunda  Respublika  elmi  konfransında  (2011-ci  il), 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il-
dönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual prob-
lemləri”ndən bəhs edən III Beynəlxalq elmi konfransda (2 – 5 
may 2012), AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı 
Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş “Orta 
əsrlər  Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusun-
da Beynəlxalq elmi simpoziumda (7 – 8 may 2012), “Türkdilli 
kitab - əsrlərin xəzinəsi” mövzusunda türkdilli kitab tarixinə 
həsr  olunmuş  Beynəlxalq  elmi-praktik  konfransda  (Kazan, 
17 – 18 oktyabr 2012), görkəmli Azərbaycan alimi , Əmək-
dar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik 
yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” 
mövzusunda Respublika elmi konfransında (14 – 15 noyabr 
2012) Ə.Bağırovun elmi məruzələri belə bir həqiqəti deməyə 
əsas verir ki, o, tanınmış şərqşünas alim kimi çoxdan özünü 
təsdiq etmişdir. 
“Kredo”nun(2013-cü il yanvar – fevral ayları) səhifələ-
rində dərc olunmuş “Rəhməti Təbrizinin ilk tədqiqatçısı və 


48
Hafiz Rüstəm
yaxud  ədəbi  təzkirələrin  yorulmaz  təqdimatçısı”  adlı  geniş 
məqalə  məhz  tərcüməçi,  mənbəşünas,  əlyazma  mütəxəssisi 
Ə.Bağırovun  anadan  olmasının  60  illiyi  və  elmi-ədəbi  fəa-
liyyətinin 35 illiyinə həsr olunub. Bu tədqiqatçının elmi ya-
radıcılığı  ilə  yanaşı,  onun  bu  yaradıcılığını  stimullaşdıran, 
ilhamlandıran bədii yaradıcılığının diqqətəlayiq bir nümunə-
sini – bizim bəyənib təqdir etdiyimiz aşağıdakı həcmcə kiçik, 
ancaq poetikasına görə heç də kiçik olmayan, orijinal, lirik bir 
poemasını söz xiridarlarının yüksək hüzuruna təqdim etmək-
dən başqa çarəmiz qalmadı.
O, 1995-ci ildə İİR-nin Əhvaz şəhərində tərcüməçi işlədi-
yi, qürbətdə vətən həsrəti çəkdiyi vaxtlarda bu  poetik təəssü-
ratı qələmə alıb. Böyük Vüsal axtarışında olan hər insan övla-
dının nə vaxtsa, yorğun düşdüyü hansı bir uzaq güzərgahdasa 
quruca nəfəsi qalmış, yanıqlı bir neyə çevrildiyi, eləcə ney 
kimi də təklikdən, vəfasızlıqdan yana-yana şikayətlənib arif 
yolçuları yolundan saxladığı qəribə, ecazkar  dəqiqələri olur. 
Bu  zaman  insan  qəlbində  qeyri-ixtiyari,  yalnız  özünə  məx-
sus,  əlahiddə, fərqli, bənzərsiz və təkrarolunmaz Hicran-həs-
rət  nəğməsi  yaranır  –  Mövlana  Ruminin  əsrlərdən-əsrlərə 
adlayan, axirətə qədər eşidiləcək, heç vaxt irfani iniltisi kəsil-
məyəcək Neyinin hekayəti kimi:
 Dinlə, gör ney nə hekayət eyləyir,
 Hicrü həsrətdən şikayət eyləyir. 
 Biz  hətta böyük risklərdən çəkinmədən, fədakarlıqla, uğ-
runda bütün sağlığımızı, mövcudluğumuzu əsirgəmədən sərf 
etdiyimiz, bütöv əldə edilməsi heç vaxt mümkün olmayan və 
olmayacaq böyük, mücərrəd bir xoşbəxtlik idealı axtara-ax-
tara, prinsipcə həmin xoşbəxtliyin anlarına, zərrələrinə qovu-
şa-qovuşa, həm də eyni zamanda itirə-itirə yaşayırıq. Böyük 
qazancdan çox  böyük itkilərlə müşayiət olunan uzun bir ömür 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə