Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   13   14   15   16   17   18   19   20   21

71
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Игорь  Матвеев
  Боюсь  привыкнуть  без  тебя
                               
по мотивам стихотворения Акрама                    
Багирова “Mən qorxuram sənsizliyə alışam” )
                           
Я не боюсь, коль на чужбину
Заброшен буду злой судьбой,
Я не боюсь удара в спину-
Боюсь забытым быть тобой.
И не боюсь из чаши с ядом
Глотнуть  шербет,  себя губя.
Мне только одного не надо – 
Боюсь привыкнуть без тебя…
Я не страшусь свинцовой тучи,
Что мчится, небо теребя.
Я не боюсь сорваться с кручи – 
Боюсь сорваться без тебя…
И в день последнего рассвета
С тобой прощаясь  и скорбя,
Я снова вспомню: в жизни этой
Не смог привыкнуть без тебя!
                               г. Ахваз, Иран, 1998 г. 


72
Hafiz Rüstəm
İran. Əhvaz,   2000 - ci il
Əkrəm və Esfira Bağırovlar


73
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
İndi də insanı heyrətləndirən epizodlar
Hələ əvvəllərdə qeyd etdiyimiz kimi  Ə.Bağırov iki dəfə 
Əfqanıstanda (1973-1974, 1977-1979) və iki dəfə İran İslam 
Respublikasında  (1995-1996,  1998-2002)  rus-fars  dilləri 
üzrə  tərcüməçi  işləyib.  Onun  aşağıdakı  xatirəsi  məhz  ezam 
olunduğu Əfqanıstanda  1978-ci ilin baharında cərəyan edən, 
bütün dünyanı şoka salan  siyasi-hərbi hadisələrlə bağlıdır. 
Ümumiyyətlə, Ə.Bağırovun iki dəfə Əfqanıstana səfərləri 
dövrü (1973 – 1979) müasir Əfqanıstan tarixinin ən keşmə-
keşli dövrü kimi xarakterizə olunur. 
1973-cü il iyulun 17-də Məhəmməd Davudun başçılığı ilə 
ordu dövlət çevrilişi etdi. Məhəmməd Zahir şah hakimiyyət-
dən devrildi. Əfqanıstan Respublika elan olundu. Hakimiyyətə 
gələn M.Davud demokratik islahatlar keçirməyə başladı. İri 
burjuaziya hakimiyyətdən uzaqlaşdırıldı. İqtisadiyyatda döv-
lət bölməsinin rolu genişləndirildi. Torpaq islahatı haqqında 
qanun qəbul edildi. Xarici siyasətdə SSRİ, Səudiyyə Ərəbis-
tanı  və  İranla  sıx  əlaqələr  quruldu.  Ölkə  daxilindəki  qey-
ri-sabitlikdən  ƏXDP  məharətlə  istifadə  etdi.  1978-ci  il  ap-
relin 27-də ƏXDP-nin rəhbərliyi altında olan hərbi qüvvələr 
Kabildə  dövlət  çevrilişi  etdilər.  Hökumət  binasını  tutdular. 
M.Davud öldürüldü. Hakimiyyət İnqilab Şurasının əlinə keç-
di. Əfqanıstan Demokratik Respublikasının yaradıldığı elan 
olundu.  Dövlətin  başçısı  Nur  Məhəmməd  Təraki,  İnqilabi 
Şuranın sədri Hafizulla Əmin oldu.Yaradılmış yeni hökumət 
sovet  nümunəsində  sosializm  cəmiyyəti  qurmaq  məqsədilə 
bir sıra islahatlar keçirməyə başladı. Kəndlilərə paylanmaq 
məqsədilə  mülkədar  torpaqları  müsadirə  edildi.  Qadınlara 
kişilərlə bərabər hüquq verildi. Pulsuz ibtidai təhsilə keçildi. 


74
Hafiz Rüstəm
Din əleyhinə kəskin hücumlar başladı. Lakin tələsik həyata 
keçirilən sosialist dəyişiklikləri mövcud rejimə qarşı kütləvi 
etiraz  hərəkatının  başlanmasına  səbəb  oldu.  Ölkədə  vətən-
daş müharibəsi başlandı. Hakim ƏXDP “Xalq” və “Pərçəm”  
fraksiyalarına ayrılaraq hakimiyyət uğrunda mübarizəyə gi-
rişdilər. ƏXDP daxilinda kəskinləşən bu ziddiyyətlər  1979-cu 
ilin sentyabrında siyasi çevrilişə gətirib çıxardı. ƏXDP-nin 
lideri, İnqilabi Şura başçısı N.Təraki rəqibi H.Əmin tərəfin-
dən devrildi və sonra da öldürüldü. Əminin yönümünün ki-
fayət qədər sovetpərəst olmadığını görən SSRİ 1979-cu ilin 
dekabrında Əfqanıstanın paytaxtı Kabilə qoşun yeritdi.
Bu tarixi hadisələr fonunda Ə.Bağırovun nəql etdiyi sırf 
xoş təsadüf nəticəsində sağ qalmasını əks etdirən aşağıdakı 
müdhiş  epizodlar  bu  gün  də  hər  bir  oxucunu  heyrətləndir-
məyə qadirdir.
 
           


75
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Keçən günlər qayıtmır...  
Bu, heç lazım da deyil
Tale elə gətirib ki, mən ömrümün müəyyən bir hissəsini 
Azərbaycandan kənarda yaşamalı olmuşam. Bu uzunmüddət-
li səfərlərimin 1976 – 1977-ci illərini Leninqradda, 1973 – 
1974 və 1977 – 1979-cu illərini Əfqanıstanda, 1995 – 1996 
və 1998 – 2002-ci ilərini isə İranda yaşayıb fəaliyyət göstər-
mişəm. Bunlardan ən gözəli Rusiyanın mədəniyyət paytaxtı 
olan Leninqradda – indiki Sankt-Peterburqda və nisbi şəkildə 
götürməli olsaq, ən ağırı Əfqanıstanda keçib. Mən bütün bu 
sözləri  bu  günün  prizmasından  baxaraq  deyirəm.  O  zaman 
mənim üçün yaşadığım bu həyat macəralı, gözəl və maraqlı 
idi. Çünki mən çox gənc idim, heç nədən, heç bir şeydən - 
“dəmir pərdə”arxası müəmmalı aləmdən, cazibədar, cəlbedici  
xarici səfərlərdən qorxub-çəkinmirdim. Əfqanıstanda Qəndə-
har – Kabil yolunda pusquya düşəndə də, məhz əfqanıstan-
lı sürücünün məharəti sayəsində güllələr altında o pusqudan 
qurtulanda da (əlisilahlı rəqibdən ən yaxşı müdafiənin qaç-
maq olduğu mənə orada əyani şəkildə sübut olundu), demək 
olar ki, 24 saat əlimdən yerə qoymadığım “Kalaşnikov” ilə 
Şindənd  aviabazasını  qoruyanda  da,  hər  dəqiqə  kol-kosun, 
daş-kəsəyin dibindən çıxaraq “gecənin adını” – parolu tələb 
edən əsgərdən hürkəndə də mən həyatın elə bunlardan ibarət 
olduğunu  düşünürdüm  .(Sonralar,  yəni  Bakıya  qayıtdıqdan 
sonra  mən  uzun  müddət  qaş  qaralanda  yol  gedərkən  kolla-
rın, ağacların dibindən qarovulun çıxacağını gözləyirdim və 
savaş  filmlərində  gördüyüm  və  eşitdiyim  amerikalılar  üçün 
Vyetnam,  İraq,  Sovetlər  və  bu  kimi  şeylər  nədirsə,  mən  də 
eləcə  “əfqan”  sindromuna  mübtəla  oldum  və  qorxu-hürkü, 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə