Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   13   14   15   16   17   18   19   20   21

76
Hafiz Rüstəm
qürurqarışıq mücərrəd bir şey varlığımı tərk etmədi).
Mən Əfqanıstanda böyük bir filmin ssenarisi ola biləcək 
bir həyat yaşadım. Sovet zabiti idim, hərbi tərcüməçi statu-
sunda oraya könüllü olaraq getmişdim. Sovet rejimi ilə Əfqa-
nıstan arasında olan ictimai-siyasi durum, hərbi vəziyyət biz-
lər vasitəsilə tənzimlənirdi. 
1978-ci ildə Əfqanıstanda baş verən aprel inqilabı – hərbi 
çevrilişdən sonra hamı dünyaya yeni bir sosialist dövlətinin 
gəldiyini təsəvvür etdi. Lakin bu, belə deyildi. Bəşər tarixin-
də boyunduruğa baş əyməyin nə olduğunu bilməyən əfqanlar 
ayağa qalxdı, qırğınlar başladı və qanlar töküldü. Onda da hər 
şey mənə adi görünürdü. Mən nə isə, kimə isə kömək etmək, 
yardımçı  olmaq  istəyirdim.  Lakin  vəziyyətin  günü-gündən 
ağırlaşdığını  və  Əfqanıstana  beynəlmiləl  kömək  adı  ilə  ye-
ni-yeni  qüvvələr  cəlb  olunduğunu  (hələ  1979-cu  il  dekabr 
müdaxiləsi  qabaqda  idi.  Lakin  Əfqanıstanda  hərbi  geyim-
li zabitlərimiz də var idi, əsgərlərimiz də!!!) görüb bu qanlı 
səhnələri tərk etmək istədim. Bu, mənim müharibəm deyildi. 
Komandanlığa müraciətlərim rədd cavabı ilə qarşılandı. Və 
yenə də tale mənə yar oldu. Şəxsi münasibətimizin o qədər 
də müsbət olmadığı siyasi müşavirlərdən biri mənə belə  bir 
şərtlə kömək edə biləcəyini söylədi: bir həftə əvvəl əfqan mü-
cahidləri tərəfindən öldürülən, və onlar tərəfindən nəzarətdə 
olan ərazidə qalmış bir sovet mayorunun cəsədini onlardan 
geri  götürə  bilərəmsə,  həmin  cəsədi  müşayiət  etmək  üçün 
mənim icazəmi Moskvadan alacağına söz verdi. Bəlkə də bu 
tapşırığı Moskvadan onun özünə vermişdilər. Mən razılaşdım 
və ratsiya vasitəsilə əfqan mücahidlərinin əlində olan Heratla 
əlaqə saxladım. Bu müharibədən getmək istədiyimi və bunun 
yeganə yolunun cəsədin tapılması və alınması şərtinin ruslar 
tərəfindən mənim qarşıma qoyulduğunu onlara çatdırdım. Elə 


77
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
həmin gün gözlədiyim xəbər gəldi. Mayorun cəsədi tapılmış 
və əl altında olan yeşik taxtalarından düzəldilmiş tabuta qo-
yularaq (bunu mən sonradan gördüm) bizi gözləyirdi. 
Mənə  tabutu  əfqanlardan  almaq  üçün  helikopter  veril-
di. Mənim yanımdasa sovetlərdə oxumuş iki nəfərdən ibarət 
şəxsi heyətə helikopterin hazır döyüş vəziyyətində olması və 
lazım  gələrsə,  vəziyyətə  müdaxilə  etməsi  tapşırığı  verildi. 
Bunun nə olduğunu mən sonradan bildim. Şindənd qarnizo-
nundan  təxminən  120  km  məsafədə  olan  Herat  şəhəri  üzə-
rində bir neçə dövrə vurduqdan sonra ağ yataq örtükləri ilə 
bizə harada enməyin təhlükəsiz olması barədə işarə verildi. 
Biz endik və cəld tabutu helikopterə qoyub havaya qalxdıq. 
Sanki  bütün  bunları  həyatda  yox,  filmdə  seyr  edirdim.  Hər 
şey  bizim  nəzərdə  tutduğumuz  şəkildə  və Allahın  iradəsilə 
davam  edirdi.  Lakin...şəxsi  heyətin  vəziyyətə  müdaxilə  et-
mək tapşırığı burada çox dəhşətli şəkildə reallaşdı. Helikop-
terdən ağ kəfənə bürünüb cihada çıxmış insan kütləsinə qarşı 
raketlər buraxıldı. Helikopter hər dəfə quyruğunu qaldırır və 
raket bir neçə saniyədə hədəfə dəyərək, havaya şar şəkilli toz 
dumanı qaldırırdı. Bir cəsədin müqabilində biz (mən də heli-
kopterin içində idim!) nə qədər insan tələfatına səbəb olduq, 
bilmədim.  Tapşırıq  yerinə  yetirilmişdi,  yaxşılığa  yamanlıq 
müqabilində! Biz yolumuza davam etdik. Mayorun cəsədini 
SSRİ-nin ən cənub nöqtəsi və Əfqanıstanla həmsərhəd olan 
Kuşka  şəhərində  (Türkmənistanın  Marı  vilayətində,  Kuşka 
çayı sahilində yerləşir) partiya rəhbərliyinə təhvil verib Ba-
kıya qayıtmalı idim. Sərhədə 30 km qalmış (Heratla Kuşka 
arasında təxminən 120 km məsafə var) aşağıda magistral yo-
lun  mücahidlər  tərəfindən  dolu  torpaq  kisələrilə  kəsildiyini 
və  ətrafına  zenit  topların  düzüldüyünü  gördük.  Mən  bütün 
bunlara helikopterin açıq pəncərəsindən başımı bayıra çıxa-


78
Hafiz Rüstəm
raraq tamaşa edirdim. (İçəridə nəfəs almaq mümkün deyildi, 
cəsəd bir həftə idi ki, çürüyürdü). Küt atəş səsləri eşidilməyə 
başladı. Mən yenə də buna əhəmiyyət verməyərək bizə atəş 
açan  topçuların  içərisində  tanış  sima  axtarmağa  çalışırdım 
(Əfqanıstandan  əvvəl  Leninqradda(İndiki  Sankt-Peterburq-
da)  yeddi  aya  qədər  əfqanıstanlı  yüksək  topçu  zabit  heyəti 
üçün tərcüməçilik etmişdim). Helikopter demək olar ki, son 
nəfəsini toplayıb var gücü ilə oradan aralandı. Mən hələ də 
bir  şey  hiss  etmirdim.  Şəxsi  heyətin  üzləri  ağappaq  idi.  30 
km  az  qala  bir  göz  qırpımında  arxada  qaldı.  Biz  Kuşkada 
hərbi  helikopter  meydançasında  yerə  endik.  Bura  dizə  qə-
dər yaşıl otlarla örtülmüş bir düzəngah idi. Bizim Mİ-8-dən 
dəfələrlə böyük olan digər helikopterlər döyüşə hazır vəziy-
yətdə  dayanmışdı.  Helikopterdən  çıxanda  çoxsaylı  kütlənin 
heyrət dolu baxışları nəzərimdən qaçmadı. Mən geri dönüb 
helikopterə baxdım. Sol yanacaq çənindən qol yoğunluğun-
da yanacaq axırdı – mərmi deşmişdi, helikopterin pərlərindən 
birinin böyük bir parçası qopmuşdu, özül-mil isə zədələnmə-
dən  yerində  qalmışdı,  gövdə  qarın  hissəsindən  deşik-deşik 
olmuşdu. Mən indi anladım ki, nəyə görə bizə belə heyrətlə 
baxırlar. Helikopterin şəxsi heyəti ilə uçuşun müzakirəsi za-
manı məlum oldu ki, helikopterin alışıb-yanmaması və yerə 
düşməməsinə səbəb atılan mərmilərin alışan deyil, yalnız de-
şici olması, yanacağın isə tez alışmayan və ya ağ neftdən az 
fərqlənən bir maye olması idi. Pərə dəyən mərminin isə pərin 
milindən bir neçə millimetr kənardan keçməsi indi mənim bu 
gün bu sətirləri yaza bilməyimə səbəb olmuşdu. Mərmi milə 
dəysəydi, mil sıradan çıxar və helikopter iri, ağır bir daş kimi 
yerə çırpılıb parça-parça olardı. Biz də facianə şəkildə həlak 
olardıq - Əfqanıstanda pusquya düşüb əbədiyyətə qovuşmuş 
tələbə yoldaşım Cavanşir Abdullayev kimi. Ona və Əfqanıs-


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə