Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   13   14   15   16   17   18   19   20   21

79
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
tanda  şəhid  olmuş  bütün  azərbaycanlılara Allahdan  rəhmət 
diləyirəm.
Xüsusi  xidmət  orqanlarının  nümayəndələri,  məsul  hər-
bçilər  məni  bir  xeyli  sorğu-suala  tutdular.  Əfqanıstandakı 
vəziyyəti  bütün  xırdalıqlarına  qədər  öyrənmək  istəyirdilər. 
Kuşkada hərbi vəziyyət elan olunmuş, küçələrin kənarları hər 
dəqiqə Əfqanıstana hərbi müdaxilə üçün hazır olan ağır hərbi 
texnika ilə dolu idi. Mən cəsədi aidiyyatı üzrə təhvil verdik-
dən sonra helikopterin təmiri, Əfqanıstanda qoyub gəldiyim 
hərbi müşavirlər üçün ərzaq və dava-dərman məsələsini həll 
edərək helikopterin şəxsi heyətinə sağ qaldığımız üçün sonsuz 
təşəkkürlərimi  bildirib  ertəsi  gün  qatarla Aşqabada,  oradan 
isə təyyarə ilə Bakıya yola düşdüm. Mənim üçün Əfqanıstan 
əlçatmaz uzaqlarda qaldı. Helikopter isə Əfqanıstana qayıt-
dı.  Əlvida,  Əfqanıstan!  Mən  bugünkü  günə  qədər  bir  daha 
Əfqanıstanda olmamışam. Lakin harada əfqan görmüşəmsə, 
çox hörmətlə yanaşmış, ona xoş sözlər deyib kömək etmək 
istəmişəm. Sanki olmayan “günahlarımı” yumaq istəmişəm. 
Əfqanıstanda yanımda iki Kalaşnikov saxladığım halda, bir-
cə güllə də atmamışam. Həmən avtomatları Kuşkada Şindənd 
qarnizonuna çatdırmaq üçün helikopterin şəxsi heyətinə təh-
vil verdim. Bakıda məni yeni həyat gözləyirdi.
Mənim ən ülvi gənclik arzularımdan biri də İrana getmək, 
bu qeyri-adi diyarı görmək, orada işləmək, çalışmaq olmuş-
dur. Sovetlər bu ölkəni bizdən ayırmış, onu bizim üçün nağıl-
lar diyarına çevirmişdi. O ölkədə olmuş hər bir azərbaycanlı 
özünü ən xoşbəxt bir insan sayırdı. Bu arzum da göydə olan 
Allahın  iradəsi  və  yerdə  olan  dostların  köməyilə  reallaşdı. 
Həm  qısa,  həm  uzunmüddətli  səfərlərim  zamanı  İranın  bir 
çox şəhərlərində oldum. Müqəddəs yerləri, Hafizin, Sədinin 
məzarlarını ziyarət etdim. Təxti-Cəmşidin möhtəşəmliyindən 


80
Hafiz Rüstəm
heyrətə gəldim. 3300 il bundan əvvəl tikilmiş İslamdan əv-
vəlki “Çağa zənbil” məbədini gördüm. Nəhayət, Şirazda Ha-
fizin vəsf etdiyi türk gözəllərini real həyatda gördüm. Mən-
də də Hafiz qələmi olsaydı, mən də o gözəllərin bir xalına 
Səmərqənd və Buxara şəhərlərini bəxş edərdim. 
Bu gün mən həm Əfqanıstan, həm də İran üzrə yetişmiş, 
təcrübəli mütəxəssislərdən biriyəm. Mən Əfqanıstanı da, İra-
nı da qarış-qarış gəzmişəm. Məni  o ölkələrdə tanımayanlar 
mənim  əfqan  və  ya  iranlı  olduğumu  zənn  edirdilər.  Lakin 
bu  təcrübəm  vətənim Azərbaycanın  xeyrinə,  onun  bu  günü 
və  gələcəyi  naminə  nədənsə  lazımi  şəkildə  nəzərə  alınmır. 
Yəqin məndən də kamil, məndən də təcrübəli  mütəxəssislər 
var. Təki olsun! Həyatda çox şeyə nail olmaq mümkün deyil. 
Nədəsə böyük uğurlar qazanırsansa, demək bu, nə isə başqa 
bir şeyin hesabına olur. Dünyanın bir neçə ölkəsində, bir çox 
şəhərlərində olmuşam. Bu gün bu şəhərlərdən hər hansı birinə 
getsəm, mənim üçün orada açılacaq qapı var. Bəlkə də heç 
bir yerə getməyib elə Bakıda qalsaydım, bu gün ictimai-siya-
si həyatın daha yüksək pilləsində qərar tutardım. Həyatımın 
belə axarından  heç peşiman da deyiləm. Bu, məhz mənim 
həyatımdır!  Ən  ümdəsi  alnıaçıq,  üzüağ,  vicdanla  yaşamaq, 
həyatda bir iz qoymaq və gələcək varislərinin sənin adın çə-
kilərkən  qürurla  “Biz  onun  nəslindənik”  deyəcəklərinə  qa-
baqcadan əmin, arxayın olmaqdır.
Bir  vaxtlar  şair  olmaq,  jurnalist  olmaq  istəyirdim.  An-
caq şərqşünas oldum. Fars dili və farsdilli mənbələr üzrə bu 
gün ədəbi-elmi mühitdə öz adı və imzası olan bir insanam. 
Baxmayaraq ki, daim maddi çətinliklər içərisində yaşayıram. 
M.Ə.Sabir kimi güzəranım əqli əmək, yazıb-yaratmaqla ya-
naşı, digər əlavə işlərdən, fiziki əməkdən çıxır. 
Əlyazmaçıyam,  mətnşünasam,  mənbəşünasam.  Bütün 


81
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
bunlar nadir və ağır zəhmət tələb edən peşələrdir. Lakin gərək-
li və şərəfli peşələrdir. Çünki mənim üzə çıxardığım, tədqiq 
etdiyim, çap etdirdiyim qədim əlyazma, mətn, mənbə üzərin-
də o mənbələrə yaxın dura bilməyən neçə-neçə qələmdən iti 
tədqiqatçılar elmi işlər yazır, elmi dövriyyəyə buraxılmış bu 
əsərləri eninə-uzununa dəfələrlə ölçərək zahirdə yeni bir söz 
demək istəyi nümayiş etdirir, batində isə özlərinə maddi təmi-
nat, elmi-ictimai status qazanırlar. Halal xoşları! 
Klassik və orta əsrlər, XIX və XX yüzilliyin Azərbaycan 
ədəbiyyatında söz demiş hər hansı bir şair haqqında danışanda, 
yazanda Sadiq bəy Əfşarın, Mir Möhsün Nəvvabın, Müctəhi-
dzadənin, Mirzə Yusifin çap etdirdiyim və artıq tərcüməsini 
bitirib çapa hazırladığım böyük Şah İsmayılın ədəbiyyatşü-
nas oğlu Sam Mirzənin “Töhfeyi-Sami” təzkirələrinə istinad 
olunacaq və demək, mən də yaşayacağam. Tərtibçilərindən 
biri olduğum, artıq nəşr edilmiş “Farsca- azərbaycanca” və bu 
yaxınlarda nəşr ediləcək “Azərbaycanca-farsca” lüğətlərdən 
istifadə  olunacaq  və  demək,  mən  də  yaşayacağam.  Davam 
edən,  bitməyən,  gələcəkdə  də  davam  edəcək,  bitməyəcək  
ÖMÜR budur, VAR olmaq budur! Bu, milyonlar qazanıb, bö-
yük məqamlara sahib olub tarixin səhifələrində izsiz-tozsuz 
YOX olmaq deyil!
Gec-tez gözlər qamaşdıran, bağırlar çatladan zahiri dəb-
dəbələrdən, parlaq, tox güzərandan, saysız-hesabsız var-döv-
lətdən,  maddiyyatdan  əsər-əlamət  qalmır.  Bizdən  sonraya 
yalnız mənəviyyat deyilən təmiz ad, xeyir əməl və nəsillərin 
köməyinə gələcək kitablar qalır...
                                                           10 yanvar 2013


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə