Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   2   3   4   5   6   7   8   9   ...   21

13
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Bundan sonra şairin Divanı uzun müddət ədəbi-elmi mühit-
dən kənarda qalmış və yalnız keçən əsrin 70-ci illərinin or-
talarında ədəbiyyatşünas alimlərimiz Rüstəm Əliyev və Ca-
hangir Qəhrəmanov tərəfindən geniş məqalə vasitəsilə elmi 
mətbuata  təqdim  olunmuşdur.  Məhz  bu  məqalədən  sonra 
Azərbaycan ədəbiyyatı tarixindən kənarda qalmış şairin adı 
Seyidağa Onullahinin “XIII – XVII əsrlərdə Təbriz şəhərinin 
tarixi” adlı maraqlı əsərində özünə yer tapır.
R.Təbrizi Təbrizdə  anadan  olsa  da,  nə  təzkirədə,  nə  də 
Divanında təvəllüd tarixi qeydə alınmayıb. O, ilk təhsilini də 
bu şəhərdə almış və şeirlərindən göründüyü kimi dövrünün 
dini və dünyəvi elmlərinə mükəmməl yiyələnə bilmişdir. Şeir 
dünyasının qapılarını açmaqda ona atası və hələlik adı bizə 
məlum olmayan ustadı kömək etmişdir: 
Sənət bir elmdir onunçün mənim,
Min dəfə ağrıdı başım, bədənim.
“Oxu”, dedi atam, “yaz” dedi ustad,
Könlümsə axırda olmadı heç şad.
(bədii tərcümə - Ə.B.)
Əmək fəaliyyətinə toxucu sənətkar kimi başlamış  R.Təb-
rizinin həyat yolunu Ə.Bağırov ilkin mənbəyə və şeirlərinə 
əsaslanaraq üç dövrə bölür:
1. Təbriz dövrü; 2. Şiraz dövrü; 3. Aqra – Hindistan dövrü.
Rəhmətinin Təbriz dövrünə bəzi qəsidə, qəzəl və qitələ-
ri daxildir. Bu şeirlərdə ifadələrin sadəliyi və fikrin aydınlığı 
diqqəti cəlb edir. Klassik Şərq ədəbiyyatı ənənələri əsasında 
tərbiyə görmüş Rəhməti poeziyası həm Azərbaycan, həm də 
fars dilində yazdığı şeirlərdə öz orijinal obraz və canlı ifa-
dələri ilə fərqlənir. Bu dövrdə şair dünyəvi hakimlər arasında 
onun sənətinə layiqli qiymət verə bilən bir himayədar axtarır 
və onlara qəsidələr həsr edir. Sənətkarlıq baxımından yüksək 
səviyyədə yazılmış bir qəsidəsində Təbriz şəhərinə yeni ha-


14
Hafiz Rüstəm
kim təyin olunmasından xəbər verilir və həmin münasibətlə 
əhalinin ümumi sevinci tərənnüm olunur.
R.Təbrizinin Şiraz dövrü yaradıcılığı və şairin oraya nə 
vaxt köçməsi haqqında tutarlı bir məlumat yoxdur. Şairin Təb-
rizdən Şiraza ya osmanlıların Təbrizi işğal etməmişdən əvvəl, 
ya da bu işğalın ilk illərində köçdüyünü ehtimal etmək olar. 
Bildiyimiz kimi Təbriz şəhəri o zaman 17 il ərzində (1585 
– 1603-cü illər) Osmanlı qoşunlarının işğalına məruz qalıb. 
Şair  Şirazda  dünyəvi  məclislərə  və  saraylara  deyil,  sufi-tə-
riqət məclislərinə can atır, onların başında duran “şahların” 
himayədarlığını qazanmaq istəyir. Bu bir həqiqətdir ki, İslam 
dini  yarandığı  gündən  onun  ehkamları  haqqında  müsəlman 
ilahiyyatçıları arasında fikir ayrılığı olmuş, nəticədə din sünni 
və şiə adları altında iki qola ayrılmış və bunlar da öz növbə-
sində müxtəlif təriqət və cərəyanlara çevrilmişdir. Şiəlik daxi-
lində iki dini-fəlsəfi cərəyanın – geniş  kəndli və şəhər sənət-
karlarını  öz  arxasınca  aparan  mütərəqqi  xarakterli  “əxbari” 
və onun əksi olan “üsuli” təriqətləri yaranıb formalaşmışdı. 
Bu  iki  təriqətin  yaranışı  və  formalaşması  dövründə  ictimai 
fikrin ən geniş yayılmış müxalifətçi cərəyanlarından biri sufi 
panteizmi idi. R.Təbrizinin şeirləri içərisində Sədrəddin deyə 
müraciət etdiyi təriqət başçısının adının bir dəfə çəkilməsinə 
baxmayaraq, onun bir çox şeirləri şairin panteist dünyagörü-
şünə malik olmasını təsdiqləyir. R.Təbrizi şeirlərində mənsub 
olduğu təriqətin adını çəkməsə də, dövrün dini-fəlsəfi cərə-
yanları  ilə  müqayisədə  şairin  “əxbari”  təriqətinin  davamçı-
sı  olduğu  aydınlaşır.  Şairin  sufi-panteist  dünyagörüşü  onun 
fəlsəfi zəmini olan məhəbbət şeirlərində özünü açıq şəkildə 
göstərir. Onun sufi-panteist eşqi eyni zamanda həyat eşqidir. 
Çünki şairin Yaradana olan eşqi həm də yaradılanadır. Çünki 
şair Yaradanı bütün yaradılmışlarda, eyni zamanda insanlarda 
görür:


15
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Rəhməti, əzaların hər dəm Ənəl-Həqq söyləyir,
Mənsuri-eşqəm, məni asmaq, dara çəkmək gərək.
(bədii tərcümə - H.R.
R.Təbrizi sufi şairdir, zahid deyil. Onun fəlsəfi məzmunlu 
şeirləri Nəsimi ruhu ilə səsləşir, Füzuli dühasından bəhrələnir.
Şairin Hindistan dövrü onun həyat və yaradıcılığının son 
dövrü hesab olunur. O dövrdə - XVI – XVII əsrlərdə Hindis-
tanda hökmranlıq edən Böyük Moğollar dövləti türkdilli və 
farsdilli ədəbiyyatın, ümumiyyətlə İslam mədəniyyətinin ən 
nüfuzlu mərkəzlərindən biri idi. Orta Asiya, İran və Azərbay-
candan gələn bir sıra sənətkarlar oraya sığınırdılar. Elə buna 
görə də R.Təbrizi münasib yaradıcılıq şəraiti olan Hindistana 
köçmüşdü.
O, bir şeirində vətəni qürbətlə müqayisə edərək, birinci-
ni rahatlıq, ikincini isə əzab məskəni adlandırır. R.Təbrizinin 
bəzi şeirlərində hind mühiti və bu mühitin vasitəsilə hind üs-
lubunun təsiri hiss olunur.
Qocalıqdan şikayət edən şair yerli hakim Nəvvab Şərəf 
xan Ruşəkidən vətənə qayıtmaq üçün icazə istəyir:
Sənə şikayət yox, şükr edirəm mən,
Ayaz dönə bilməz Mahmud lütfündən.
Hədsiz görünsə də xan səxavətin,
Get-gedə orağa dönür qamətim.
İcazə istəyir səndən Rəhməti
Vətənə qayıtmaq olmuş niyyəti.
(bədii tərcümə - Ə.B.
Ancaq şair vətənə - Azərbaycana qayıda bilmir, 1616-cı 
ildə Hindistanın Aqra şəhərində vəfat edir.
Ə.Bağırov R.Təbrizinin hər iki dildə - Azərbaycanca və 
farsca olan şeirlərini şifahi xalq ədəbiyyatı ilə əlaqələndirən 
iki  mühüm  amilə  toxunur;  birincisi  şeirlərinin  vəzni,  onla-
rın ifadə tərzi, quruluşu, tərtib xüsusiyyətlərindən irəli gələn 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə