Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 0,8 Mb.

səhifə7/21
tarix21.07.2018
ölçüsü0,8 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   21

23
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Şah Təhmasib Hüseyni (Adil) – adlı-sanlı Səfəvi hökm-
darı (1524 – 1576) idi. Şahlığının birinci yarısında hansı döv-
lətə üz tutdusa zəfər çaldı. Şahlığının ikinci yarısında Hind və 
Rumdan olan rəqibləri onun dərgahına üz tutdular, ona pənah 
gətirdilər. Türküstan və Firəngistan qiyamçı və başçıları onun 
üçün töhfə və hədiyyələr göndərirdilər. 
Mərhumun alimlərə, müdriklərə və fəzilət sahiblərinə elə 
böyük  hüsn-rəğbəti  var  idi  ki,  40  ildən  artıq  bir  müddətdə 
istər böyük, istərsə də kiçik, istər sözdə, istərsə əməldə heç 
bir günaha yol vermədi. Səxavət və kəraməti elə bir həddə idi 
ki, ümumi məbləği hər il 8000 tüməndən çox olan bir vergi-
dən ticarət əhlini azad etdi. Yollardan yolkəsənliklə məşğul 
olan vergi yığanları götürməklə yolçuların ürəyindən kin və 
küdurəti  təmizlədi.  (Müasir  dövrlə  müqayisə  etdikdə,  ana-
logiyalar yaratdıqda qibtəediləsi yüksək mənəvi-əxlaqi key-
fiyyətlərə malik olmuş, elm və sənətin intişarına rəvac vermiş, 
əhalisini  vergi  və  gömrük  rüsumlarından  azad  etmiş,  ümu-
miyyətlə, cəmiyyətin maddi və mənəvi rifahını yaxşılaşdırma-
ğa çalışmış qüdrətli, ədalətli və ideal  bir hökmdarın ruhuna 
dönə-dönə  rəhmət  oxumalı  olursan  –  H.R.).  Şeir  deməkdə 
ardıcıllıq  göstərməsə  də,  təbinin  dəryasından  çıxan  hər  bir 
gövhər dünya əhlinin qulağında sırğa olub qalırdı.Bu rübai də 
mərhum şahın təbinin məhsuludur:
Bir vaxt gah yaquta aludə olduq,
Gah zümrüd dalınca amadə olduq.
Hər necə olsa da aludəlikdən
Tövbəylə yuyunduq, asudə olduq.
(bədii tərcümə - H.R.)
Sultan Həsən Mirzə – Şah Abbas Bahadur xanın böyük 
qardaşı idi. Yaraşıqlı surəti və hamıya bəlli səxavəti olan bir 
şahzadə idi. Yumşaq şeir təbi var idi. Aşağıdakı rübai onundur:


24
Hafiz Rüstəm
Badədən üzündə al lalə bitər,
Şərabın əksindən şeh, jalə bitər.
Bir əl ki, əlindən piyalə alıb
Torpağa dönsə də piyalə bitər.
(bədii tərcümə - H.R.
Qazi Qələndər – dərviş təbiətli və aşiq xislətli namurad-
dır. Şeirlərini də elə bu tərzdə deyir. Simnanda yaşayırdı. Bu 
beytlər onundur:
Musa tək gah üzü münacat oldum,
Məsciddə taətlə gah rahat oldum.
Heç biri qapısın mənə açmadı,
Döndüm, yenə rindi-xərabat oldum.
(bədii tərcümə - H.R)
 Mövlana Süheyfi  – şirazlıdır. Özü həmsöhbət, dili də 
dilimdəndir. Türkcə və farsca şeirlər deyir:
Hər nəsihət biqərar ilə olmaz,
Heç məhrəmlik zülmkar ilə olmaz.
Qəlbimi ovladın, bəxşişlik deyil,
Bağışlamaq ki, şikar ilə olmaz.
(bədii tərcümə - H.R.
Mövlana Kəlbəli – Təbrizin qəbul olunmuş fəzilət sahib-
lərindəndir. Həm türk, həm də farsca məharəti var. Xoşbəxt 
və yaxşı insandır. Bu rübaini türkcə pis deməyib:
Gül fəsli bu il əcəb baharım keçdi,
Qəm birlə bu çağlarda mədarım keçdi.
Sənsiz nə deyim, nə çəkmişəm, əl-hasil,
Qanlar içə-içə ruzigarım keçdi.
Həkim Bədii –  təbrizlidir. Bu türkcə beytlər onundur:
Dila, müqəyyəd ol ənbərin kəmənd ola gör,
Qərib silsilədir zülfi-yar bənd ola gör.


25
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Xümi-şərab, Bədii, ləvəndi-meykədədir,
Əyağı torpağına baş qoyub ləvənd ola gör.
Bu təzkirədəki qəsidələr, qəzəllər, qitələr və rübailər uzaq 
əsrlərdən bu günümüzə gəlib çatan, hər birisi öz müəllifinin 
fikir və duyğu ümmanından ayrılan qiymətli, inci damlalara 
bənzəyir. Hər bir damla da qopduğu geniş və dərin ümmanın 
gözəgörünməz, qarşısıalınmaz qasırğalarını,  şahə qalxan dal-
ğalarını özündə əks etdirmək gücündədir. İstər-istəməz, düşü-
nürsən ki, hətta öz doğma dilimizdə yazılmış poetik parçaları 
tərcüməsiz, ərəb və fars dillərini bilmədən bütün əzəməti və 
gözəlliyi ilə əxz etmək, estetik zövq almaq mümkün deyil. 
Həmçinin yazıldıqları əruz bəhrlərini, hər bəhrin öz təfilələ-
rini bilmədən, anlamadan keçinmək olmaz. Elə buna görə də 
xüsusən müasir gənc ədəbi qüvvələr bizdən əvvəlki qızıl əsr-
lərin elm və ədəbiyyatına mükəmməl yiyələnmədən, hazırda 
da  leksik  fondumuzun  az  olmayan  bir  hissəsini  təşkil  edən 
ərəb-fars  söz  və  tərkiblərini  mənimsəmədən,  eyni  zamanda 
Avropa mənşəli sözlərin də etimoloji mənasını dərk etmədən 
böyük uğurlara, nailiyyətlərə imza ata bilməzlər.
Ə.Bağırovun  qeyd  etdiyi  kimi  təzkirəçilik  Azərbaycan 
ədəbiyyatşünaslığının söykəndiyi və bəhrələndiyi ən mü hüm 
sahələrdən biridir. Məhz bu səbəbdən Şərqin hər üç dilində 
qiymətli sənət inciləri yaratmış şair və ədiblərimizin adlarına 
biz türk ədəbi mənbələrindən başqa, fars və ərəbdilli qaynaq-
larda bol-bol rast gəlirik. 
Təzkirələrin orta əsr ənənələri XIX əsrdə ümumşərq kon-
tekstindən tədricən aralanaraq konkret milli-məhəlli, regional 
xarakter kəsb edir. Bu silsilədən “Təzkireyi-Nəvvab”, “Məc-
mueyi-Vaqif və müasirini-digər” və “Riyazül-aşiqin” əsərləri 
xarakterik nümunələrdir.
“Təzkireyi-Nəvvab”ın elmi redaktorları f.e.d., prof. Ca-


26
Hafiz Rüstəm
hangir Qəhrəmanov, f.e.n. Məmmədağa Sultanov və Arif Ra-
mazanovdur. Türkcə mətnlərin transliterasiyasını f.e.n. Nəs-
rəddin Qarayev, farsca mətn və şeirlərin filoloji tərcüməsini 
filologiya  elmləri  namizədləri  Ə.Bağırov,  Nizami  Məhərrə-
mov,  Kamil Allahyarov  və  Fərrux  Fərmanov  hazırlamışlar. 
Ə.Bağırovun bu əsərə yazdığı Ön sözündən məlum olur ki, 
Mir  Möhsün  Nəvvab  (1833  –  1918)  XIX  əsr  Azərbaycan 
elmi, ədəbi-mədəni mühitinin yetişdirdiyi ən böyük simalar-
dan biridir. Bu dövrün poeziyası, musiqişünaslığı, rəssamlığı, 
astronomiyası,  pedaqoji  fikri,  ədəbiyyatşünaslığı,  xəttatlığı, 
nəqqaşlığı və s. sahələri haqqında söz deyib fikir yürütmək 
istərkən Nəvvabı xatırlamamaq mümkün deyil. 
M.M.Nəvvab XIX əsr ikidilli – fars və Azərbaycandilli 
ədib-alimlərdən biridir.
O,  özünün  təzkirədə  etiraf  etdiyi  kimi,  bu  əsəri  yaxın 
dostlarının xahişi ilə 1891-ci ildə yazmağa başlayıb və bitir-
dikdən sonra da (1892) ardıcıl olaraq üzərində işləyib. Təz-
kirədə  yüzə  qədər  Qarabağ  şairi  haqqında  məlumat  verilir, 
poetik  irslərindən  nümunələr  gətirilir.  Bu  şairlər  içərisində 
ədəbiyyat  tariximizdə  özlərinə  möhkəm  yer  tutmuş,  tanın-
mış  şairlərlə  yanaşı,  səs-sədası  Şuşadan  kənara  çıxa  bilmə-
miş,  lakin  tanınmağa  layiq  olan  şairlərin  də  adları  çəkilir, 
şeirlərindən nümunələr verilir. Təzkirənin birinci hissəsində 
Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif 
Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi və s. 
kimi 35, ikinci hissəsində isə Natəvan, Mehdiqulu xan Vəfa, 
Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhim 
Fəna, Məmo bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möh-
sün Nəvvab və başqalarından ibarət 56 şair haqda məlumat 
verilir, əsərlərindən nümunələr göstərilir. 
Mirzə Yusif Qarabağinin (1798 – 1864) “Məcmueyi-Vaqif 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə