Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

27
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və müasirini-digər” təzkirəsi 1856-cı ildə Teymurxanşurada 
(Buynaksda)  nəşr  olunub.  Ə.Bağırovun  əlyazma  nüsxəsin-
dən  transliterasiya  etdiyi,  f.e.n.  Əli  Məmmədbağıroğlunun 
Ön söz yazdığı bu əsərin həmin nüsxəsinə müxtəlif janrlarda 
yazılmış  110  şeir,  o  cümlədən Vaqiflə Vidadinin  deyişməsi 
köçürülmüşdür. Bunlardan 68-i M.P.Vaqifə, qalan 42 şeir isə 
M.V.Vidadi, Aşıq Əli, Sabit Şəqaqi, Mehdi, Nişat, Mirzəcan 
Mədətov, Cəfərqulu xan, Aşıq Pəri, Məhəmməd bəy, Mirzə 
Həsən, Əsəd bəy, Ağa Məsih Şirvani, Nabi Əfəndi, Ağa Ba-
ğır, Lütfi Şirvani, Sərşar, Mirzə Sadıq, Vaqifin oğlu Əliağa, 
Həsən xan və Q.Zakirə məxsusdur.
Ə.Bağırov  Məhəmmədağa  Müctəhidzadənin  (1867  – 
1958) “Riyazül-aşiqin” təzkirəsini əski əlifbadan translitera-
siya etmiş və ona Ön söz yazmışdır. Bu əsərdən danışarkən 
onu  adətən,  Nəvvabın  təzkirəsilə  müqayisə  edirlər.  Hər  iki 
təzkirədə təkrar olunan və olunmayan şairlər, onların müxtə-
lif şəkildə təqdimatı, dövrün ziyalısı və onun cəmiyyətdə tut-
duğu yer və s. problemlər üstünlüyü növbə ilə gah Nəvva-
ba, gah da Müctəhidzadəyə aid etməyə imkan verir. Təzkirə 
məhz Qarabağ bölgəsinə aid olan, adları ədəbiyyat dərslik-
lərinə düşən Vaqif, Vidadi, Zakir, Natəvan daxil olmaqla 79 
şairin şeirlərini əhatə edir.
Ə.Bağırov  orta  əsr  Osmanlı  şairləri  haqqında  qiymətli 
mənbə olan “Anonim Osmanlı təzkirəsi”ni transliterasiya et-
miş, ona Ön söz yazmış və adlar göstəricisini tərtib edərək 
nəşrinə  nail  olmuşdur.  Onun  Ön  sözündən  məlum  olur  ki, 
“Anonim Osmanlı təzkirəsi” Sadiq bəy Əfşarın Təbriz əlyaz-
ma külliyyatı (S.Əfşar. Külliyyat, Təbriz Dövlət Kitabxanası, 
inv. nöm.3616) içərisində özünə yer almışdır. Bu təzkirənin 
həmin külliyyata necə düşməsi hələ də qaranlıqdır. 
Burada  138  orta  əsr  Türk-Osmanlı  şairinin  adı  sada la-


28
Hafiz Rüstəm
nır, haradan olmaları, məşğuliyyətləri göstərilməklə yaradı-
cılıqlarından çox kiçik nümunələr təqdim edilir.
Mövzumuza dəxli olan bir vacib nüansa da aydınlıq gətir-
mək istəyirəm. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salman-
soy “Mətnşünaslığa məxsusi ixtisas kodu verilib, amma” adlı 
məqaləsində  (“Kredo”  qəzeti,  22  dekabr  2012)  bu  ixtisasın 
əhatə dairəsinə dair mötəbər mənbələrə müraciət edib: ”Folk-
lor da, qədim ədəbiyyat da, yeni dövr ədəbiyyatı da mətnşü-
naslığın eyni dərəcədə tədqiqat obyektidir. Mənşünaslıq vahid 
bir elm kimi mövcud olmalı və fəaliyyət göstərməlidir. Onun 
problematikası və əsas anlayışları (avtoqraf, nüsxə, qarala-
ma, ağartma, surət, arxetip, variant və s.), ümumi metod və 
prinsipləri  (atribusiya,  tarixləndirmə,  şərhvermə,  konyektu-
ra, tipik səhvlərin üzə çıxarılması və s.) ümumi məqsədi olan 
bir elm kimi danışmağa əsas verir” (Рейсер С.А. Основы 
текстологии. (Изд. 2-ое), Л.,»Просвещение», 1978, с.4).
Mətnşünaslıq  “müasir  anlamda  hər  bir  əlahiddə  əsərin 
tarixçəsini  öyrənmək  səviyyəsinə  qalxmışdır.  O,  bütövlükdə 
ədəbiyyat tarixinin zəruri tərkib hissəsinə çevrilmişdir. Əgər 
ədəbiyyat tarixi ümumilikdə ədəbiyyatın inkişaf prosesini öy-
rənməklə məşğul olursa, mətnşünaslıq ayrı-ayrı əsər mətnlə-
rinin inkişaf prosesini öyrənməlidir. Mətnin tarixçəsi o “əsas 
hərəkət elementləri”ni ortaya qoyur ki, onlardan ədəbiyyat ta-
rixi yaradılır (Лихачев Д.С. Текстология: на материале 
русской литературы X – XVII в. В., Л.,»Наука», 1983, 
с.27).
Mətnşünaslıq özünün həm nəzəri, həm də təcrübi sahə-
silə ədəbiyyatşünaslığın başlanğıcı və əsasıdır. Çünki “Mö-
təbər mətnsiz mötəbər elmin mümkünsüzlüyü  artıq hər kəsə 
gün  kimi  aydındır”  (Əziz  Mirəhmədov).  Bu  mənada  Ə.Ba-
ğırov R.Təbrizinin Divanını tədqiq edərkən, qədim əlyazma-


29
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
ları - ədəbi təzkirələri nəşrə hazırlayarkən həm də yuxarıda 
qeyd olunduğu kimi çox mühüm spesifik tədqiqat sahəsinin 
mütəxəssisi kimi, yəni mətnşünas kimi ( və həm də əlavə ola-
raq mənbəşünas, məxəzşünas kimi) çıxış etmişdir. 
Ə.Bağırovun ölkə mətbuatında vaxtaşırı dərc etdirdiyi və 
burada  hamısının  adlarını  çəkmədiyim  elmi  məqalələri  ki-
fayət qədərdir. Bunların içərisində “Nizaminin müasiri” xü-
susilə diqqətəlayiqdir. Bu məqalədə N.Gəncəvinin müasiri və 
pərəstişkarlarından biri – dövrünün türk əsilli, istedadlı şai-
ri Əsirəddin Əxsikəti haqqında qısa məlumatla yanaşı şairin 
MDB məkanında olan yeganə Divanının əlyazma nüsxəsi ilk 
dəfə təqdim olunmuş və onun Nizamiyə həsr etdiyi qəsidəsi 
məqalə müəllifinin bədii tərcüməsində verilmişdir:
Elmin ovlağında şahin quşu tək,
Uçursan yüksəkdən sən daha yüksək.
Bir hüma quşu tək elmin kölgəsi,
Vermişdir sənə bu coşğun həvəsi.
Sözün qüdrətilə dolanan aləm,
Ağlın hikmətinə baş əyir hər dəm.
Təbin yaranmışdır nur parçasından,
Elmdir qəlbində alışıb yanan.
Bilik məlhəmiyçün dilənən şüur,
Sənin kandarında qul kimi durur.
Sənin qüdrətinlə bu torpaq belə,
Elmin kimyası tək düşmüşdür dilə.
Sən gəl, güzgü götür, gör öz üzünü,
Elmin çeşməsini, nurun özünü.
Bu geniş dünyamız durduqca, inan,
Elmin nişanını daşıyacaqsan. 
Sənin nəfəsindən incilər süzür,
Elmin göylərinə bir şadlıq düzür.


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə