Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

30
Hafiz Rüstəm
Sənin şəkər sözün olmasa əgər,
Həsrətlə inləyər natiq tutilər.
Sənin hüdhüd quşun hər səhər erkən,
Xəbər gətirdimi Səba elindən?
Elmdir göylərə qaldıran səni,
Ağılla doldurdun öz xəzinəni.
Elmin sarayına gəlməmiş, inan,
Sənin tək zəkalı, hünərli insan.
Elmin büsatını açıb cahana,
Sən yüksək zirvəylə durdun yan-yana.
Sözlər ətir saçır sənin dilində,
Elmin sahibisən hünər elində.
Var idi çəməndə cəh-cəh vuranlar,
Ağlının önündə tez susdu onlar.
Ağlın min hikmətlə elmə bürünüb,
Onunçün kəlamın hikmətə dönüb.
Bu ağıl, bu bilik şahlığı ki var,
Nizami haqqıyla zirvədə durar!
Ey zəka, elm ilə yüksələn insan,
Bu dünya durduqca yaşayacaqsan. 
Deməli,  Ə.Bağırovun  elmi-ədəbi  fəaliyyətində  tərcümə 
yaradıcılığı da xüsusi yer tutur. Bu barədə bir qədər sonra da-
nışacağam.  
Müvafiq  ali  məktəblərdə  müəyyən,  konkret  bir  dil  üzrə 
əsasən nəzəri şəkildə tərcüməçi ixtisasına yiyələnənlər prakti-
kada sinxron (şifahi) tərcüməçilikdən yan keçə bilmirlər. Bu, 
yalnız şifahi tərcümə janrı kimi necə deyərlər, ayaqüstü, eksk-
lüziv  şəkildə olur. Sinxron (yaxud şifahi) tərcümə ictimai-si-
yasi görüşlərdə iki dildə (bir dildən digər dilə və əksinə) eyni 
vaxtda, şifahi şəkildə aparılır, bu zaman istər-istəməz, müəy-
yən qüsurlara yol verilsə də, şifahi nitqin, canlı dialoqun məğ-


31
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
zi, mahiyyəti əsas götürülür. Bu növ tərcümədə son dərəcə 
operativlik, dəqiqlik, səriştə, xüsusi hazırlıq və lazım gələrsə 
elmi-siyasi fəhm, geniş dünyagörüşü tələb olunur. 
Bu təhkiyəmizə qüvvət vermək üçün indi Misir Respub-
likasının ən yeni tarixi mərhələlərini qısaca ekskursdan baş-
lamağa məcburuq.
1952-ci ilin 23 iyulunda Misirdə dövlət çevrilişi baş ver-
di. Sabiq SSRİ-də köhnə bolşevik ənənələrinə görə bunu  Mi-
sir xalq inqilabı kimi qiymətləndirdilər. 
Kral Faruq devrildi və hakimiyyət “Azad zabitlər” adla-
nan  hərbi  xuntanın  əlinə  keçdi.  Qiyamçıların  başında  gənc 
polkovnik Camal Əbdül Nasir dayandı və o, Misirin ilk pre-
zidenti oldu.
1956-cı ilin yayında Misir, Nil çayı üzərində bəndin tikin-
tisinə texniki və maliyyə köməyi xahişi ilə ABŞ hökumətinə 
müraciət  etdi. Amerika  kömək  etməkdən  imtina  etdi.  Buna 
qədər də ABŞ Misirə silah verməkdən imtina etmişdi. Buna 
görə də Camal Əbdül Nasir bərk incimişdi və özünü nəsə qə-
ribə aparırdı. 1956-cı ilin 26 iyulunda İsgəndəriyyədə  keçi-
rilən çoxminli mitinqdə Süveyş kanalının milliləşdirilməsini 
elan etdi. Bu adekvat incikliyin bədəlini İngiltərə, Fransa və 
Süveyş kanalının qeyri-rəsmi sahibləri ödəməli idilər.
Asuan bəndini Camal Əbdül Nasirin “böyük sovet dostu” 
inşa etdirdi. Baş Katib Nikita Sergeyeviç Xruşşov Asuan hid-
rokompleksini təkcə ucuz qiymətə inşa etdirməklə qalmayıb 
1964-cü ildə Misirdə rəsmi səfərdə olarkən ərəb ölkələrinin 
elektrikləşdirilməsi işində öz ərəb dostunun xidmətini yüksək 
qiymətləndirdi. 
O  zaman  şayiələr  gəzirdi  ki,  Nikita  Sergeyeviç  Qələbə 
günü  şərəfinə  təşkil  olunan  banketdən  sonra  sərxoş  halda 
oxşar addım atmışdır. Hər necə olsa da tarixi fakt sübut edir 


32
Hafiz Rüstəm
ki, 1964-cü il may ayının 10-da N.S.Xruşşov təntənəli şəkil-
də  C.Ə.Nasirə  Sovet  İttifaqı  qəhrəmanı  adı  verdi.  Heç  kəs 
bilmədi  ki,  Sovet  xalqı  qarşısında  hansı  hərbi  xidmətlərinə 
görə Misir prezidenti yüksək təltifə layiq görülmüşdü. Sovet 
vətəndaşları bu gözlənilməz xəbəri olduqca neqativ qarşıladı. 
Bu münasibətlə o vaxtın belə bir folklor epiqramı yaran-
mışdı: 
Живёт в песках
И жрёт от пуза
Полуфашист, полуэссер
Герой Советского Союза
Гамаль Абдель на всех Насер.
Çox təəssüf ki, bunun müəllifi bilinmir. Ancaq 1964-cü 
ildə bu münasibətlə Vladimir Vısotskinin yazdığı mahnı mət-
ni çox məşhur idi: 
Потеряли истинную веру. 
Больно мне за наш СССР.
Отберите орден у Насера!
Не подходит к ордену Насер!                                                     
Можно даже крыть с трибуны матом,
Раздавать подарки вкривь и вкось,
Называть Насера нашим братом,
Но давать Героя - это брось!
А почему нет золота в стране?
Раздарили, гады, раздарили.
Лучше бы давали на войне,
А насеры после б нас простили!
Mən  qəsdən  bu  populyar  mənzum  nümunələrin  tər-


33
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
cümələrini oxucularımızın ixtiyarına buraxıram.
Məhz həmin tarixi günlərdə Misir  Respublikasının pre-
zidenti öz ölkəsində rəsmi səfərdə olan SSRİ-nin Baş Katibi 
N.S.Xruşşova qeyri-rəsmi vaxt ayırıb, həm də bu ali qonaqla 
Nil çayında ikilikdə qayıq gəzintisinə çıxır. Yaxşı yeyib-içib 
keflənmiş  Sovetlər  ölkəsinin  başçısı  söhbət  əsnasında  necə 
olursa fonetik səhvə yol verərək, ərəb dilini “rabskiy yazık”, 
yəni kölə dili adlandırır. Bu iki rəhbərin şəxsi söhbətində iş-
tirak edən tərcüməçinin məhz ayıq-sayıqlığı sayəsində həmin 
təhqiranə ifadə olduğu kimi deyil, yayındırıcı şəkildə tərcümə 
edilmiş və nəticədə iki ölkənin yeni yaranmaqda olan köv-
rək münasibətlərinə kölgə sala biləcək böyük bir təhlükənin 
qarşısı alınmışdı. Vaxtilə üzərinə tabu qoyulmuş, faş edilmə-
sinə rəsmi icazə verilməmiş, əfsanəyə çevrilmiş  bu əhvalatı 
ADU-nun Şərqşünaslıq fakültəsinin dil müəllimləri öz tələ-
bələri üçün az qala pıçıltıyla sinxron tərcüməyə klassik misal 
kimi çəkirdilər. 
Ə.Bağırov da lazım gələndə, bir professional tərcüməçi 
kimi İran və Əfqanıstan rəhbərlərinin görüşlərinə çağırılır. O, 
iştirak etdiyi son zirvə görüşündəki təəssüratını mənimlə bö-
lüşməyi unutmadı: ”Mən hər şeydən əvvəl, tərcüməçiyəm və 
bir tərcüməçi kimi də müxtəlif məclislərdə iştirak etmişəm. Bu 
günə qədər rəngarəng səviyyəli tədbirlərdə tərcüməçi qismin-
də iştirak etmək üçün məni dəvət edirlər. Yüksək və çoxtərəfli 
müstəvidə keçirilən tədbirlərin tərcüməsi ingilis dili vasitəsilə 
həyata  keçirilsə  də,  ikitərəfli  danışıqlar  əsasən  bu  iki  tərə-
fin  birində  aparılır.  Əvvəllər  bu,  rus  dili  vasitəsilə  olurdu. 
Hal-hazırda isə Əfqanıstan və İranla bağlı tədbirlər Azərbay-
can və fars dillərində keçirilir. Bütün bu illər ərzində çox ma-
raqlı və yaddaqalan hadisələrlə qarşılaşmışam. 
Yaxşı yadımdadır, 2005-ci ilin may ayında beynəlxalq si-


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə