Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə8/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   133

25 

kütlə payı 99% olur. Şərab daşı kimi istifadə olunur. 

Ortafosfat  turşusu.  A  –  qida  markalı  (QOST  10678).  Xarici 

görünüşünə  görə  şərbətəbənzər  turş  dadlı  məhlul  olub,  iysizdir. 

Ortafosfat turşusunun kütlə payı azı 73,0% olur. 

Askorbin turşusu. İysiz, turş dadlı, bircinsli ağ kristal toz olub, 

nəmliyin kütlə payı 0,1% olur. 

Süd turşusu 40%-li qatılıqda 3 sortda buraxılır. Süd turşusu-

nun  kütlə  payı  35,0-37,5%  olur.  Bioloji  yolla  –  karbonatlı  xam-

malın  süd  turşu  bakteriyaları  ilə  qıcqırdılmasından  alınır.  Dənli 

xammaldan içkilər istehsalında istifadə olunur. 

Karbon qazı. Temperatur və təzyiqdən asılı olaraq qaz, maye 

və bərk halda ola bilir. Rəngsiz inert qaz yaxud iysiz maye olub, 

CO

2



-nin  həcmdə  payı  azı  98,8%  olur.  Onda  qliserin  qarışığı, 

karbon oksid, hidrogen sulfid qarışığı olmamalıdır. Spirtsiz içkilər 

istehsalında  əsasən  maye  CO

2

  (QOST  8050)  istifadə  edilir.  Adi 



şəraitdə bu qaz suda yaxşı həll olur. Karbon qazı koks, daş kömür 

və  təbii  qazın  yanmasından,  həmçinin  spirt  və  pivə  istehsalında 

zatorun qıcqırmasından əmələ gəlir. 

Rəngləyicilər – spirtsiz içkiləri rəngləmək üçün tətbiq edilir. 

Təbii və süni olmaqla qruplaşdırılır. Təbii qida rəngləyiciləri (ko-

ler,  enorəngləyici),  zoğal,  albalı  cecəsi  və  digər  meyvə  və  gilə-

meyvələrdən,  həmçinin  kökümeyvəlilərdən  alınır.  Süni  rəng-

ləyicilərə tartrazin F və indiqokarmin aiddir. Koler (TŞ 10-04-06-

67) – yandırılmış şəkər məhluludur. Xarici görünüşünə görə tünd-

qəhvəyi  rəngli  qatı  məhlul  olub,  acı  dada,  quru  maddələrin 

70,0±2%  kütlə  payına,  limon  turşusuna  çevirməklə  azı  0,8% 

turşulara malikdir. 

Enorəngləyici (OST 18-239) – qırmızı üzüm sortlarının cecə-

sindən  alınır.  Əsas  rəngləyici  maddə  enin  olub,  antosianlar  qru-

puna  aiddir.  Cecənin  saxlanması  suda,  yaxud  1%-li  HCl  məhlu-

lunda 12-30 saat müddətində aparılır. Alınan kütlə filtrdən keçirilir 

və buxarlandırılır. Alınan maye tünd-nar rəngində, çöküntüsüz və 

bulanıqsız olur. Dad və iyi – zəif ifadə olunan şərabvari turşdur. 

Suda yaxşı həll olur. Quru maddələrin kütlə payı azı 30%-dir. 



26 

İndiqokarmin  (TŞ  18-16-143)  –  üzvi  rəngləyici  indiqonun 

sulfitləşdirilməsi  və  sonrakı  neytrallaşdırılması  ilə  alınır.  Xarici 

görünüşünə görə göy-qara pasta olub, quru qalığın kütlə payı azı 

45%, rəngləyici azı 22,5% olur. 

Tartrazin F – narıncı-sarı rəngli, dadsız və iysiz tozdur. Rəng-

ləyicinin  kütlə  payı  35%-dir.  Fiziki-kimyəvi  və  orqanoleptik 

göstəricilərinə  görə  fəaliyyətdə  olan  NTŞ-in  tələblərinə  uyğun 

olmalıdır.  

Təbii  qida  rəngləyiciləri  (OST  18-405)  istifadə  olunan  xam-

mal növündən asılı olaraq qatılaşdırılmış yaxud toz şəkilli buraxı-

lır.  Xarici  görünüşünə  görə  qatılaşdırılmış  -  qatı  şərbətəbənzər 

məhlul olub, turşaşirin və zəif turş dadlı olur; tozşəkilli isə intensiv 

qırmızı  yaxud  tünd-qırmızı  rənglidir.  Adından  asılı  olaraq  quru 

maddələrin kütlə payı 35-68% arasındadır. 

Tozşəkilli  çuğundur  rəngləyicisi  (TŞ  10-04-04-19)  özünü 

sublimasiya metodu ilə qurudulmuş çuğundur şirəsi kimi göstərir. 

Xarici  görünüşünə  görə  səpələnən  xırda  dispers  toz  olub,  rəngi 

qırmızıdan  tünd-qırmızıyadək  dəyişməklə,  nəmliyin  kütlə  payı 

4%-dən çox olmamalıdır. 

Ətirləşdirici maddələr - cövhər, ekstraktlar, essenslər və ətirli 

maddələrin məhlulundan istifadə olunur. 

Təbii  essenslər  ətirləşdirici  maddələrin  ekstraksiyası  ilə 

hazırlanır. 

Təbii  essenslər  vakuum-destillə  yolu  ilə  su-spirt  qarışığı 

vurulmuş təzə meyvələrdən alınır. Təbii ətirləşdirici maddələr olan 

terpenlər suda həll olmadığından essenslər alınarkən onları kənar 

edirlər. Əks halda onlar içkilərdə bulanıqlıq əmələ gətirir. 

Sintetik essenslər (OST 18-103) özünü ətirli maddələrin spirtli 

məhlulu  kimi  göstərir.  Portağal,  armud,  «krem-soda»  limon  və 

digər sintetik essenslərdən istifadə olunur. 

Spirtli sitrus cövhərləri (OST 18-115). Spirtsiz içkilər hazır-

lamaq  üçün  limon,  portağal,  narıngi  və  qreypfrut  cövhərindən 

istifadə  olunur.  Qeyd  olunan  meyvələrdən  efir  yağları  su-spirt 

məhlulu ilə ekstraksiya edilməklə alınır. Dad və ətri parlaq ifadə 



27 

olunan, uyğun meyvəyə xas açıq-sarı rəngdə, spirtin həcmdə payı 

65% olur. 

Bitkiçilik  xammalından  spirtli  cövhərlər  (TŞ  10-04-22.10). 

Cövhərlər  üçün  bitkiçilik  xammalı  kimi  böyürtkən,  yovşan,  su-

max, yaşıl və qara çay, çovdar səmənisi və s. istifadə edilir. Dadı, 

ətri və rəngi xammala uyğun olur. Xarici görünüşünə görə şəffaf 

maye olub, kənar qarışıqlarsızdır. Dadı, ətri və rəngi xammala xas 

olur. 

Tərxun və reyhanın spirtli cövhəri göstəricilərinə görə TŞ 10-



04-06-163  tələblərinə  cavab  verməlidir.  Xarici  görünüşünə  görə 

şəffaf maye olub, çöküntüsüz və asılqan hissəciklərsizdir. Dadı və 

ətri cövhər hazırlandığı xammala uyğundur. Spirtin həcmdə payı 

60,6% olur. 

Kofe cövhəri (TŞ 18-6-200) – şəffaf, tünd-qəhvəyi maye olub, 

səciyyəvi kofe iyinə, acıtəhər dada malik olmaqla, kənar tamsızdir. 

Spirtin kütlə payı azı 42%-dir. 

Efir yağları. Efir yağlı xammaldan ekstraksiya yaxud su buğu 

ilə destillə edilməklə alınan məhsuldur. Evkalipt, qızılgül, qərənfil 

və s. belə xammaldır. Spirt cövhəri şəklində istifadə olunur. Bəzi 

içkilərə  vanilin  (QOST  16599),  izobornilasetat  (TŞ  18-16-237), 

ədviyyələr,  bal  (QOST  19792)  arıçılıq  məhsulları  (apilak,  çiçək 

tozcuğunun ekstraktı), süd məhsulları (qatı və quru süd zərdabı, 

quru yağsızlaşdırılmış süd) əlavə olunur. 

Son  vaxtlar  spirtsiz  içkilər  hazırlamaq  üçün  konsentratlar, 

kompozisiya  və  qatılaşdırılmış  əsaslar  geniş  istifadə  olunur. 

Məlumdur  ki,  onlar  iki  hissədən  ibarətdir:  ətirli  və  ekstraktiv. 

Həmin  məhsullar  orqanoleptik  və  fiziki-kimyəvi  göstəricilərinə 

görə qoyulan tələblərə cavab verməlidir. 

 

 

 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə